Səfurə (Safurə) Ağabala qızı İbrahimova (27 dekabr 1938, Bakı – 21 dekabr 2020, Bakı) — Azərbaycan kino və teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan SSR dövlət mükafatı laureatı (1984).
Səfurə İbrahimova | |
---|---|
Digər adı | Safurə İbrahimova |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1960–2005 |
Təhsili | Azərbaycan Dövlət Teatr İnstitutu |
Teatr | Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı |
Mükafatları | |
IMDb | ID1192277 |
Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub.[1] Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib.[2]
1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub.[3] Aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib.[4]
İl | Filmin növü | Film | Rol |
---|---|---|---|
1970 | Bədii film | Sevil | Dilbər |
1965 | Bədii film | Arşın mal alan | Telli |
1974 | Bədii film | Qatır Məmməd | Həbibə |
1975 | Bədii film | Alma almaya bənzər | Mədinə |
1969 | Bədii film | Bizim Cəbiş müəllim | Nəcəfovun arvadı |
1961 | Bədii film | Bizim küçə | Asya |
1975 | Bədii film | Tütək səsi | İsmət |
1976 | Bədii film | Dərviş Parisi partladır | Sənəm |
1978 | Bədii film | Qayınana | Sədaqət |
1966 | Bədii film | İstintaq davam edir | Məryəm |
1981 | Bədii film | Əlavə iz | Leyla |
1994 | Bədii film | Hökm | Suğra |
1990 | Bədii film | Qətl günü | Sədi Əfəndinin arvadı |
1970 | Bədii film | O qızı tapın | Xalidə |
1989 | Bədii film | Sahilsiz gecə | Dürdanə |
1989 | Bədii film | Təxribat | Aida |
1997 | Sənədli film | Min birinci söz | arxiv kadr iştirakçısı |
1987 | Film-tamaşa | Sən həmişə mənimləsən | Nəzakət |
1977 | Musiqili film | Şir evdən getdi | tülkü |
1965 | Televiziya filmi | Yun şal | Südabə |
Tamaşa | Müəllif | Rol |
---|---|---|
Xəyyam | Hüseyn Cavid | Vəfa və Vəfanın qızı |
Knyaz | Hüseyn Cavid | Jasmen |
Vaqif | Səməd Vurğun | Gülnar və Tamara |
İnsan | Səməd Vurğun | Tatyana |
Anamın kitabı | Cəlil Məmmədquluzadə | Zəhrabəyim |
Ölülər | Cəlil Məmmədquluzadə | Nazlı |
Hamlet | Uilyam Şekspir | Ofeliya |
Zıkovlar | Maksim Qorki | Pavla |
Mariya Tüdor | Viktor Hüqo | Cen |
Canlı meyit | Lev Tolstoy | Saşa |
Pəri cadu | Əbdürrəhim bəy Haqverdiyev | Hafizə |
Sevil | Cəfər Cabbarlı | Sevil |
Həyatın dibində | Maksim Qorki | Vasilisa Karpovna |
Dişi canavar | Federiko Qarsia Lorka | Prudensiya |
Sənsiz | Şıxəli Qurbanov | Maral |
Darıxma, ana! | Nodar Dumbadze | Daduno |
Əks-səda | Nəbi Xəzri | Çinarə |
Yad adam | Leonqard Frank | Mişel |
Qisas qiyamətə qalmaz | Nahid Hacızadə | Salatın |
Hökmdar və qızı | İlyas Əfəndiyev | Tubu xanım |
Köhnə ev | Əli Əmirli | Mələk |
Küləklər | Sabit Rəhman | Roza |
Xoşbəxtlər | Sabit Rəhman | İnci |
Əliqulu evlənir | Sabit Rəhman | Qumral |
Toy | Sabit Rəhman | Kamilə |
Dəlilər | Lope de Veqa | Fernando[a] |
Çarəsiz dələduz | Raffaele Viviani | Yelena |
Füsunkar qız | Mikolaş Dyarfaş | Karola |
Adamın adamı | Anar | Balaxanım |