Bığlı şəbpərə

Bığlı şəbpərə (lat. Myotis mystacinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü.

Bığlı şəbpərə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Bədənin uzunluğu 38-48 mm, quyruğun uzunluğu isə 32-46 mm-dir. Qulaqları nisbətən uzundur (13-17 mm). Qulağın arxa kənarının yuxarı hissəsində yaxşı hiss olunan kəsik vardır. Qulağın dəri çıxıntısının uzunluğu (6,5-9,0 mm) qulağın uzunluğunun təqribə yarısına bərabərdir. Xəzin rəngi adətən açıqdır. Yaşlı fərdlərin rəngi adətən parlaq olub, bədənin üst tərəfi parlaq sarıdansəməni və ya bozumtul açıq-sarı rəng arasında dəyişir. Bədənin alt tərəfinin rəngi ağla bozumtul-ağ arasında dəyişir. Bütün tüklərin əsası yaşıl-boz və ya tünd-boz rəngdədir.

Arealı İngiltərəİsveçdən başlayaraq KamçatkaSaxalinə qədər böyük ərazini əhatə edir. Arealın şimal sərhəddi qərbdə 62-63 şimal en dairəsinə çatdığı halda, şərqə doğru getdikcə 60 dərəcədən aşağı enir. Onun cənub sərhəddi isə İsveçrə, Rumıniya, Qara dəniz sahili, Əfqanıstan, İranHimalay dağ silsilələrinə və Primorsk sahillərinə qədər uzanır. Azərbaycanın düzən və dağ zonalarında (dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə) yaşayırlar.

Evlərin çardaqları, divar yarıqları, ağac koğuşları və onların kötüklərinin boşluqları, qaya yarıqları, kiçik mağaralar və s. yerlər onların yay sığınacaqları hesab edilir. Bığlı şəbpərələr adətən başqa yarasalara qoşulmurlar. Baladoğma və onları bəsləmə dövründə dişilər 3-10-a qədər, nadir hallarda isə onlarla fərd birləşərək kiçik koloniyalar əmələ gətirirlər. Erkəklər və çoxalmada iştirak etməyən dişi fərdlər həmin dövrdə tək, az hallarda isə cüt yaşayırlar. Iyunun sonu-iyulun birinci yarısı balaverirlər. Avqustda balalar sərbəst həyata başlayandan sonra erkəklər və dişilər birgə yaşamağa başlayır. Qışlama yerləri və mövsümi miqrasiyalar haqqında məlumatlar olduqca azdır.

Meşələrdə və yaşayış məskənləri ilə həmsərhəd ərazilərdə məskunlaşma sıxlığı 1 km-də 30-50 fərdə çatır, yarımsəhralarda 10-dan artıq olmur.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0