Məbrurə Gönenç

Əminə Məbrurə Gönenç (1900, Konstantinopol6 dekabr 1981) — türk məktəb müəllimi, siyasətçi və Türkiyə parlamentinin ilk 18 qadın deputatından biri.

Məbrurə Gönenç
türk. Mebrure Gönenç
Şəxsi məlumatlar
Doğum tarixi 1900
Doğum yeri
Vəfat tarixi 6 dekabr 1981(1981-12-06)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyat[redaktə | mənbəni redaktə et]

Məbrurə Gönenç İstanbulda, Osmanlı sultanı II Əbdülhəmidin şəxsi məsrəflər idarəsində məmur işləyən İbrahim və onun həyat yoldaşı Didarın ailəsində, rəsmi məlumatlara görə 1900, ailənin qeyri-rəsmi məlumatına görə isə 1898-ci ildə anadan olub. İbtidai təhsilini Üsküdar Qız Peşə Liseyində almış, daha sonra Beşiktaşdakı "Osmanlı Birliyi Məktəbi"ndə oxumuşdur. Gönünç 1914-cü ildə Arnavutköy Amerikan Qızlar Liseyinə daxil olmuş və oran 1919-cu ildə bitirmişdir.[1]

Pedaqoloji fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əminə Məbrurə ilk olaraq Bəylərbəyi Qızlar Məktəbində fransız dili müəllimi kimi fəaliyyətə başlayıb, daha sonra Gedikpaşadakı Amerikan Məktəbində dərs deyib.[1]

Məbrurə 1927-ci ildə Adana sakini olan həkim Əhməd Remzi ilə evlənib və həyat yoldaşı ilə Adanaya gedərək orada məskunlaşıb. Bu evlilikdən onun iki uşağı dünyaya gəlib.[1]

Siyasi karyera[redaktə | mənbəni redaktə et]

Gönenç 1930-cu ildə Adana bələdiyyə məclisinə seçilmiş və beləliklə, məclisin ilk qadın üzvlərdən biri olmuşdur. O bundan sonra sonra Mersin bələdiyyə məclisinin də üzvü olub.[1]

Əminə Məbrurə 1934-cü il Soyad Qanununun qüvvəyə minməsindən sonra "Gönenç" soyadını özünə götürüb.[1]

1934-cü ildə qüvvəyə minmiş seçki hüququ qanununa görə türk qadınlarına parlamentdə səs vermək və namizəd olmaq hüququ verilirdi. Gönenç 1935-ci il parlament seçkilərində Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən namizəd göstərilmiş və Afyonqarahisarın millət vəkili olaraq 5-ci parlamentə seçilmişdir. Beləliklə, o, parlamentin ilk 18 qadın üzvündən biri olub. Gönenç 18-26 aprel 1935-ci il tarixlərində İstanbulda keçirilən 12-ci Beynəlxalq Qadınlar Konqresində iştirak etmişdir. Gönenç 6-cı və 7-ci parlamentin də deputatı olmuş və iyulun 21-də keçirilən 1946-cı il parlament seçkilərinə qədər TBMM-dəki yerini qorumuşudur.[1]

Gönenç 1935-ci ildə parlament üçün hazırladığı seçki dairəsi ilə bağlı hesabatında kəndlilərin maarifləndirilməsinin və alkoqolizmlə mübarizənin vacibliyini vurğulamışdır. O əlavə edib ki, qadınlar sosial cəhətdən kifayət qədər fəal deyillər, orta məktəblərdə müəllim çatışmazlığı var və ərazidəki termal bulaqların inkişaf etdirilərək turizmməqsədli istifadə edilməsi lazımdır. O, TBMM-də olduğu müddətdə Milli Məclisin İctimai işlər üzrə komitəsində çalışıb.[1]

Sosial fəaliyyət[redaktə | mənbəni redaktə et]

Gönünç 1949-cu ildə Səhiyyə Nazirliyinə bağlı bir qurum olan Korlar Dərnəyi və onun Korlar Məktəbinin sədri olub. O Türkiyədə Brayl əlifbasının qəbul edilməsində mühüm rol oynamışdır.[1]

Məbrurə Gönenç 6 dekabr 1981-ci ildə ürək çatışmazlığından vəfat etmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 Duroğlu, Sibel. "Türkiye'de İlk Kadın Milletvekilleri - Mebrure Gönenç" (PDF) (türk). Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2007. 67–69. İstifadə tarixi: 2018-01-10.