Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şərq
Şərq və ya Doğu — Gün çıxan coğrafi səmt. Şərq (o cümlədən qərb) istiqaməti, şimal və cənuba, yəni Yer kürəsinin coğrafi qütblərinə perpendikulyardır. Şərqə istiqamət coğrafi azimut üzrə +90°; astronomik azimut üzrə −90°-dir. Şərqdə gecə-gündüz bərabərliyi olan günlərində günəş şüaları düz bucaq altında düşür. Müasir xəritələrdə şərq, bir qayda olaraq, sağda yerləşir. Beynəlxalq işarəsi E (east) hərfidir.
"Şərq-Qərb"
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
Cənub-şərq
Cənub-şərq - Cənub tərəfi ilə şərq tərəfi arasında olan keçid səmt.
Orta Şərq
Orta Şərq (fars. خاورمیانه‎,ing. Middle East,rus. Средний Восток, urdu مشرقی وسطٰی, ərəb. الشرق الأوسط‎, ivr. ‏המזרח התיכון‏‎, kürd. ڕۆژھەڵاتی ناوین/Rojhilata Navîn) — Orta şərq anlayışı Avropa mərkəziyyətçi yanaşmaya əsaslanır və britaniyalıların XIX əsrdə istifadə etdikləri anlayışdır. Bu təyin etməyə əsasən İngiltərə və Avropa ölkələri mərkəz qəbul edilmiş, Şərq, Uzaq Şərq, Yaxın Şərq, Orta Şərq kimi anlayışlar da buna görə təyin edilmişdir. == Ümumi məlumat == Bu tanımaya görə Orta Şərq ölkələri Suriya, İraq, Qətər, Kipr, İordaniya, İsrail, Livan, İran, Fələstin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Küveyt, Bəhreyn, Yəmən, Misir, Əfqanıstan, Pakistan, Tunis, Əlcəzair, Liviya, Sudan və Mərakeşdir. Yaxın Şərq anlayışı Fransanın Osmanlı İmperiyasınən torpaqları üçün istifadə etdiyi Yaxın Şərq təbiridir.
Uzaq Şərq
Uzaq Şərq - Şərqi Asiyada ərazi. Buraya Rusiya, Çin, Koreya (KDXR və Koreya Respublikası) və Yaponiya ərazilərinin şərqi aiddır.
Yaxın Şərq
Yaxın Şərq — Cənub-qərbi Asiya və Misirin daxil olduğu tarixi-geosiyasi region. Əsas əhali: azərbaycanlılar, ərəblər, ermənilər, assuriyalılar, gürcülər, yunanlar, farslar, yəhudilər, misirlilər, kürdlər və türklər. Yaxın Şərqdə 350–360 milyon müsəlman (türklər, farslar, ərəblər, kürdlər və s.), 20 milyon xristian (ermənilər, yunanalar, gürcülər, aysorlar, qibtilər, marunilər və s.), 7 milyon yəhudi, 1 milyon dürzi, 1 milyon yezidi və s. İqlim əsasən quru, sulama üçün istifadə olunan bir neçə böyük çay var. Yaxın Şərq planetin əhəmiyyətli bir neft istehsal edən bölgəsidir.
Şimal-şərq
Şimal-şərq — şimal tərəfi ilə şərq tərəfi arasında olan keçid səmt.
Şərq xaşxaşı
Şərq xaşxaşı (lat. Papaver orientale) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin lalə cinsinə aid bitki növü.
Şərq xortumçiçəyi
Rhynchocorys orientalis L. == Qısa morfoloji xüsusiyyətləri == Hündürlüyü 15-50 (70) sm olan, gövdəsi zəif, düz, sadə və ya budaqlanmış olan az tükcüklü birillik ot bitkisidir. === Yarpaq === Yarpaqları oturaqdır, yumurtrşəkilliuzunsov və yaxud yumurtaşəkilli-neştərvaridir. Qaidə hissəsi demək olar ki, ürəkşəkilli, küt və ya sivridir, kənarları küt-mişarvaridir. === Çiçək === Çiçəkləri təkdir, qarşı-qarşıya düzülmüş yarpaqların künclərində yerləşmişdir. Çiçək saplağı yarpaqlardan qısadır. Çiçək tacı sarı rənglidir, üst dodağı qaidə hissəsində iki ədəd qısa, dəyirmi yan bölümlüdür. Alt dodağı iridir, xaricdən tükcüklü, üç bölümlüdür. === Meyvə === Qutucuq meyvənin uzunluğu 8 mm, dəyirmi, yumulmuş və tüklüdür. Toxumları uzunsov və dərin şırımlı olub, uzunluğu 3 mm-dir. === Çiçəkləməsi === İyun-Avqust === Meyvə verməsi === İyul-Avqust == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax.
Şərq xurması
Trabzon xurması (lat. Diospyros kaki ) - xurma cinsinə aid bitki növü. == Mənbə == Xirnik qədim tarixə malik relikt bitkilər qrupundandır. Xirnik Yer kürəsinin müxtəlif bölgələrində -Qafqaz, Orta Asiya, Şimali və Cənubi Amerikada, Afrikada, Britaniya adalarında və Asiyada geniş yayılmışdır. Xirnik , Ebanaceae Vent. fəsiləsinə aiddir. Bu fəsilənin 7 cinsi və 290 növü məlumdur . Bu cins və növlər əsasən Cənub- Şərqi Asiya, Hindistan, Malay arxipelaqının tropik və subtropik rayonlarında yayılmışdır. MDB ərazisində bir cins – Diospyros L. cinsi geniş yayılmışdır. Bu cinsin yer kürəsində 200-ə qədər növü vardır.
Şərq yarmarkası
Şərq yarmarkası— (alm. Deutsche Ostmesse Königsberg‎)Königsberqdə keçirilən ticarət və sənaye sərgisi (1920-ci ildən II Dünya Müharibəsinə qədər. Şərq Sərgisi Almaniyadakı ikinci ən əhəmiyyətli sərgi idi, yalnız Leipzig Ticarət Sərgisindən sonra. Şərq Sərgisi, Almaniya ilə SSRİ arasındakı ticarət əlaqələri üçün əhəmiyyətli idi. == Tarixi == Şərq Sərgisinin təşkil edilməsində məqsəd, Birinci Dünya Müharibəsindən sonra Şərqi Prussiya ilə Almaniyanın qalan hissəsi arasında şəhərin və bölgənin iqtisadiyyatına böyük ziyan vurmuş ticarət və iqtisadi əlaqələri bərpa etmək idi. İlk dəfə Şərq Yarmarkası 1920-ci ilin sentyabrında Königsberg Zooparkının ərazisində keçirildi. Sərgi uğurlu keçdiyindən müntəzəm olaraq keçirilməsinə qərar verildi.
Şərq yarımkürəsi
Şərq yarımkürəsi - Yer kürəsinin tən yarısı. Qrinviçdən şərqdəki əraziləri əhatə edir. Şərq yarımkürəsində London şəhərindən şərqə tərəf Çukotka yarımadasının bir hissəsi olmaqla, Afrikanın böyük bir hissəsi, Hind okeanı, Avstraliya və Atlantik və Sakit okeanın bir hissəsi aiddir. Bu yarımkürədə dünyanın ən hündür (Everest 8848m) və ən alçaq (Ölü dəniz -406m) nöqtələri yerləşir. Şərq yarımkürəsi 0o və 180o dərəcə arasında yerləşir.
Şərq yemişanı
Şərq yemişanı (lat. Crataegus orientalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Türkiyə, Azərbycan, Gürcüstan, Ukrayna, Albaniya, Siciliya, İspaniya və Şimali Qafqazda daşlı-qayalıq ərazilərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə çatan, tikanlı, al-qırmızı, qonur, boz budaqlara malik kol və ya ağacdır. Yarpaqları 3 və ya 7 dilimli, uzunluğu еnindən 3-4 dəfə çoхdur, yayda rəngi-tünd yaşıl, payızda isə narıncı-qırmızıya çalır. Çiçəkləri ağ, al qırmızıdır, 12–15 mm uzunluqda olub, may-iyun aylarında çiçəkləyir. Mеyvələri şarşəkilli və ya bir az oval, diamеtri 10 mm-ə çatan çəyirdəkmеyvədir, sеntyabr-oktyabr aylarında yеtişir, uzun müddət ağacın üzərində qalır. == Ekologiyası == Bitki soyuğa, quraqlığa davamlıdır. Torpağa tələbkar deyildir, qayalıqlarda daha yaxşı bitir. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.
Şərq itburnusu
Şərq itburnusu (lat. Rosa orientalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Avropa, Şimali Albaniya, Yunanıstan, Kiçik Asiyada yayılmışdır. == Botaniki təsviri == Gövdələri iynələrlə və tükcüklərlə örtülmüşdür. Yarpaqları cüt olmayan, lələkvari, üstü parlaq yaşıl, alt tərəfi boz, hər tərəfdən tükcüklüdür. Çiçəklərin diametri 4 sm-dək, çəhrayı, meyvəsi qırmızı, ellipsvari, uzunluğu 1,2 sm-dir. == Ekologiyası == Günəşli, yarımkölgəli yerlərdə, quru, zəif rütubətli və gilli torpaqarda bitir. == Azərbaycanda yayılması == Naxçıvan MR-da təbii halda rast gəlinir. == İstifadəsi == Dekorativ bitkidir. Yaşıllaşdırmada az istifadə olunur.
Şərq qızılquşu
Şərq qızılquşu (lat. Falco severus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Şərq zanbaqcası
Şərq zanbaqcası (lat. Fritillaria orientalis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Şərq şaxtagülü
Şərq şaxtagülü (lat. Helleborus orientalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin şaxtagülü cinsinə aid bitki növü.
Şərq quşəppəyi
Şərq quşəppəyi (lat. Capsella orientalis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü.
Şərq şorangəsi
Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri == May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir.
Şərq çinarı
== Təbii yayılması: == Təbii hаldа Bаlkаn yаrmаdаsındа, Еgеy dənizi аdаlаrındа, Kiçik Аsiyаnın cənub və qərbində, Аrаlıq dənizinin şərq sаhillərində, Kipr və Krit аdаlаrındа yаyılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 40-50 m-ə, gövdəsinin diаmеtri 1,5-3 m-ə çаtаn gеniş çətirə mаlik iri аğаcdır. Gövdə və budаqlаrın qаbığı yаşılımtıl, аçıq bоz və yа sаrımtıl-yаşıldır. Tumurcuqlаrı еnli-kоnusşəkillidir, şişuclu, uzun zоğlаrdа növbəli düzülmüşdür. Yаrpаqlаrı növbəli düzülüşlü, dəyirmi və yа yumurtаvаri, 3-7 dilimlidir, uzun sаplаqlı, üst tərəfi pаrlаq yаşıl, аlt tərəfi qоnur-yаşıl, çılpаq və yа sеyrək tüklüdür. Birеvli bitkidir. Çiçəkləri müхtəlif cinsli, sаllаnаn uzun sаplаqlаrdа 2-dən 70-ə qədər оlmаqlа şаrvаri çiçək qrupundа yеrləşmişdir. Mеyvəsinin diаmеtri 2-2,5 sm-ə, uzunluğu 4-7 mm-ə çаtаn, yuхаrısı еnliləşmiş və tüklənmiş tохumcаdır. Tохumu uzunsоvdur. == Еkоlоgiyаsı: == Toxum, qələm, bаsdırmа və gövdə pöhrəsi ilə аrtırılır.
Şərq çəpişotu
Şərq çəpişotu (lat. Galega orientalis) — çəpişotu cinsinə aid bitki növü.
Şərq üsgüyotu
Şərq üsgüyotu (lat. Consolida orientalis) — birillik bitki. == Qısa morfoloji təsviri == Birillik bitkidir. Gövdəsi düz, sadə və ya budaqlanan, hündürlüyü (10) 30-50 (70) sm, qısa sıx tükcüklü bitkidir. Aşağı gövdə yarpaqları uzun saplaqlı, yuxarı yarpaqlar demək olar ki, oturaq, çoxdəfəli dar barmaqvari xətti hissələr bölümlü, hissələri iti, çılpaq və ya sıx qısa tükcüklüdür. Çiçəkqrupu uzun salxım, olduqca sıx, çiçək saplaqları qısa, 5-20 sm uzunluqdadır. Çiçəkləri fırfır-bənövşəyi, bənövşəyi və ya tündqırmızı rənglidir. Aşağı və yan çiçəkyanlığının yarpaqcıqları yumurtavarilansetvari və uzunsov-yumurtavari, yuxarı kənardakılar demək olar ki, dəyirmi, az ürəkvaridir; mahmızı düz və ya bir az əyridir. Çalov (meyvə) qısa tükcüklü, silindrvaridir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Şərq şaqqıldağı
Şərq şaqqıldağı (lat. Colutea orientalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Şərqi və Cənubi Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1–3 m-ə çatan koldur. Yarpaqları 5-7 sm uzunluğunda, 4-5 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları dəyirmi və enli, tərs-yumurtavaridir. Qaidəsi pazvari, çılpaq, uzunluğu 15–20 mm, eni 11–13 mm-ə yaxındır. Göyümsov, yaşıldır. May-iyun aylarında çiçəkləyir. Hər salxımda 2-4 ədəd çiçək yerləşir.
Şərq (Beyləqan)
Şərq — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Şərq (dəqiqləşdirmə)
Şərq — cəhət. Şərq (Beyləqan) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Şərq boğazı (Şərqi Sibir dənizi)
Şərq boğazı (rus. Восточный пролив(Восточно Сибирское Море ) - Lısov və Leonteva adalarını Cetrexstolovoqo adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizinin cənubunda yerləşir. Boğazın eni 20 km , dərinliyi 9 - 12 metr təşkil edir. Boğaz inzibati cəhətdən Rusiya Federasiyasının Yakutiya muxtar respublikasının Nijnekolıma rayonuna daxildir. Boğaz Medvedjıy arxipelaqına daxil olan adaları ayırır.
Qəribli
Qəribli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Şahmar Qəribli — azərbaycanlı rejissor, aktyor. İslam Qəribli — f.e.d, yazıçı-ədəbiyyatşünas, Kəndlər Qəribli (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Qəribli (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Böyük Qərbi Erq
Böyük Qərbi Erq (ərəb. العرق الغربي الكبير‎, Əl-Qarbi-əl-Qəbir — sahəsinə görə ikinci ən böyük erqə sahib səhra. Saxaranın tərkibini təşkil edir. Səhrada insan yaşayış məntəqəsi yoxdur. Burada nə kəndə nə də yola rast gəlmək mümkün deyil. == İstinadlar == == Əlavə ədəbiyyat == Francis Tack, Paul Robin: Dünen: Sandmeere der Wüsten. National Geographic 2003, ISBN 3934385966, стр.
Böyük Şərqi Erq
Böyük Şərqi Erq (ərəb. العرق الشرقي الكبير‎, Əş-Şarki-əl-Qəbir — ən böyük erqə sahib səhra. Saxara səhrasının tərkibinə daxildir. Şimal-şərq hissəsi Tunis ərazisinə daxildir.
Qərb Şərq Divanı
Qərb Şərq divanı (alm. West–östlicher Divan‎) alman şairi Yohann Volfqanq Göte tərəfindən qələmə alınmış bir divan, lirik şeirlər toplusudur. Fars şairi Hafiz dən ilham alaraq yazılmışdır. == Məzmun və quruluşu == Qərb Şərq Divanı 1814-1819cu illərdə yazılmışdır. Götenin Marianne von Willemer ilə yazışması və Hafizin şeirlərinin şərqşünas Joseph von Hammer tərəfindən tərcümə olunması əsərin yaradılmasına şərait yaratmışdı. Genişləndirilmiş versiya 1827-ci ildə çap olunub və bu Götenin son böyük yaradıcılıq dönəminin bir parçasıdır. İlk nəşr aşağıdakı 12 kitabdan ibarət idi: Moganni Nameh – Buch des Sängers Hafis Nameh – Buch Hafis Usch Nameh – Buch der Liebe Tefkir Nameh – Buch der Betrachtungen Rendsch Nameh – Buch des Unmuths Hikmet – Nameh – Buch der Sprüche Timur Nameh – Buch des Timur Suleika Nameh – Buch Suleika Saki Nameh – Das Schenkenbuch Mathal Nameh – Buch der Parabeln Parsi Nameh – Buch des Parsen Chuld Nameh – Buch des Paradieses Divan Şərq ilə Qərb arasında mübadilə və birgəliyin simvolu kimi qəbul edilə bilər. "Qərb-şərq" sözü yalnız Almaniya və Yaxın Şərq arasındakı mübadilə deyil, Latın və İran mədəniyyətləri, habelə xristian və müsəlman mədəniyyəti arasındakı mübadiləni bildirir. On iki kitab müxtəlif növ şeirlərdən ibarətdir: məsəlli, tarixi, Şərq və Qərbi bir araya gətirmək cəhdini əks etdirən siyasi və dini şeirlər. == Divandan parçalar == .
Şərq-Qərb (nəşriyyat)
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
Şərq-Qərb nəşriyyatı
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
Şərq-Qərb Tədqiqat Mərkəzi
"Şərq-Qərb" Tədqiqat Mərkəzi — 1994-cü ildə vaxtilə Aida xanım İman­quliyeva tərəfindən əsası qoyulan Şərq-Qərb problema­tikası üzrə tədqi­qatları davam et­dir­mək məqsədi ilə Azər­baycan Universite­tinin nəz­dində yaradılmışdır. == Haqqında == Azərbaycan öz coğrafi mövqeyinə görə Asiya ilə Avro­panın, Şərq ilə Qərbin qov­şa­ğın­da yerləşdiyi kimi öz mədə­ni inkişaf xüsusiyyətlərinə görə də həm Şərq, həm də Qərb ma­hiyyətini ehtiva edir və bu iki müxtəlif sivilizasiyanın əməli vəhdətinin parlaq nümunəsidir. Azərbaycanda Şərq-Qərb problematikasının bir tədqiqat predmeti kimi seçilməsi za­ma­nın tələbidir. Bu tələbatı ilk dəfə olaraq Aida xanım İmanquliyeva hiss etmiş və hələ ötən əs­rin 70-ci illərindən başlayaraq Şərqlə-Qərb arasında inteqrasiyanın ədəbi-bədii təcəssümü olan bir sıra görkəmli ərəb mütəfəkkir­lərinin dünyagörüşünü və yaradıcılığını özünün tədqiqat ob­yekti kimi seçmişdir. Bu problem üzrə müstəqil bir elmi tədqiqat mərkəzinin açılması və «Şərq-Qərb» cunralının nəşr edilməsi Aida xanımın yaradıcılıq və təşkilatçılıq planlarının mü­hüm tərkib his­sə­si idi. Lakin onun sağlığında bu planın reallaşması mümkün olmasa da, bu ideyanı öz fəaliyyətlərində əsas tutan bir neçə təd­qiqatçı 1994-cü ildən başla­ya­raq Azər­bay­can Universiteti nəz­dində Şərq-Qərb Tədqiqat Mərkəzini yaratdılar. Azərbaycan Uni­ver­si­tetinin rektoru fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun rəhbərliyi ilə fəaliyyətə baş­­layan bu Mərkəzin ilk üzvləri sırasında Şərqşünaslıq İnstitutundan işləmək üçün bu Uni­ver­si­tetə keçmiş tarix elmləri doktorları Nailə Vəlixanlı və Həsən Əlibəylini, iqtisad elmləri na­mi­zədi Dünyamalı Vəli­yevi, habelə görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayevi və tanınmış ərəb­şünaslar Ələsgər Məmmədov və Zahid Hüsey­novu göstərmək olar. Sonralar bu Mərkəzin fəaliyyətində digər elm sahələrinin də görkəmli nümayəndələrinin iştirak etməsi Şərq-Qərb probleminin bütün aspektlərini araşdırmağa və bu sahədə elmi müzakirələr keçirməyə geniş imkanlar açırdı. Azərbaycan EA-nın həqiqi üzvləri sırasından riyaziyyatçı Fəraməz Maqsudovun, iqtisadçı Asəf Nadirovun, coğ­­ra­­­fiya­şünas Budaq Budaq­ovun Mər­kəzin fəaliyyə­tində iştirakı Şərqlə-Qərb ara­sında elmi və iqtisadi əla­qələ­rin müzakirəsi və gənclərin bu sahələrdə tədqiqata cəlb olun­ması üçün əlavə imkanlar açdı. Tarixçi alimlər akademik Teymur Bün­yadovun, AMEA-nın müxbir üzvü Mahmud İsmayılovun, tarix elmləri doktorları İlyas Babayevin, Qiyasəddin Qeybul­layevin, Adil Məmmədo­vun, Tamilla Məm­mə­dova­nın və s.
Şərq qoralı
Şərq qoralı (lat. Naemorhedus caudatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Şərq qoralı bozumtul rəngə malikdir. Boğazı parlaq rəngə malikdir. Bel nahiyyəsindən tünd zolaq keçir. == Yayılması == Bu canlılar əsasən Rusiyanın cənub-şərq meşələri (Xabarovsk diyarı və Primorsk diyarı), Çinin şimal-şərqi (Heylunszyan və Qirin), üstəlik Koreya yarımadası ərazisində rast gəlinir == Həyat tərzi == Qorallar əsasən elə də böyük olamayan və sayları 4–6 baş olan qruplarda birləşirlər. Erkəklər yalquzaq olaraq yaşayırlar. Dişilər isə yay ayları balaları ilə birlikdə yaşayır. Qida arxasınca əsasən səhər və gecə saatlarında gedirlər. Əsasən ot, yarpaq və bitkilərin digər hissələri və növləri ilə qidalanır.
Uzaq Şərq beynəlxalq hərbi tribunalı
Uzaq Şərq beynəlxalq hərbi tribunalı — İkinci dünya müharibəsindən sonra baş tutmuş hərbi tribunal. Tribunalda Yaponiya imperatoru Hirohito və şahzadə Asakadan başqa müharibədə iştirak etmiş bütün yüksək rütbəli yaponlar mühakimə edilmişdir. 1946-cı il 3 may tarixində başlayan tribunal 1948-ci il 12 noyabr tarixinə qədər davam etmiş və çıxarılan qərarlar nəticəsində baş nazir Hideki Toco və bir çox yüksək rütbəli hərbçi edam edilmişdir. == Məhkəmə heyəti == Məhkəmədə, İkinci dünya müharibəsində qalib gələn tərəf olan Antihitler koalisiyası tərəfindən müəyyənləşdirilmiş 11 hakim və 12 dövlət ittihamçısı yer almışdır.