Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şi Şi şi şi şi
Şi Şi şi şi şi (çin. ənən. 施氏食獅史, sadə. 施氏食狮史, pinyin: Shī Shì shí shī shǐ, hərfi mənası: "Şi Şinin şirləri yeməsi haqda hekayə") — XX əsr məşhur Çin-amerikan linqvisti Çjao Yuanjen (赵元任 Zhào Yuánrèn) tərəfindən klassik Çin dilində zarafatla yazılmış şeir. Şeir 4 müxtəlif tonda tələffüz edilən və 94 dəfə təkrarlanan "şi" hecasından ibarətdir. Klassik Çin dilində yazılmış şeirin mətni əksər savadlı çinlilərə aydın olsa da, bu, tələffüz zamanı deyil, yalnız heroqlifik yazı versiyasında mümkündür. Çin dilinin 2500 illik inkişaf tarixi ərzində klassik Çin dilində formalaşan omofoniya səbəbindən Pekin dialektində tələffüz edildikdə və ya fonetik sistemdə yazıldıqda şeirin mətni tamamilə anlaşılmaz hala düşür. == Şeirin mətni == == İstinadlar == == Xarici keçidlər == 對聯:30.
Şi Şi
Şi Şi dördüncü Hu Çao şanyüsüdür, cəmi 33 gün imperator olmuşdur. Yerinə onu devirən qardaşı Şi Çun keçmişdir.
Şi Çi
Şi Çi (IV əsr – 351) — Hu Çaonun son hökmdarıdır. Bir il taxtda qalmışdır. Şi bir generalı tərəfindən xəyanət edilərək öldürüldü və başı kəsilərək yandırıldı. Hunların Çindəki ikinci dövləti dağılmış oldu. Hunların şərq qolunun dağılmasından sonra şanyü titulu Kubeyin böyük nəticəsi Liu Bobonun əlinə keçdi.
Şi Cian
Şi Cian — Hu Çaonun altıncı imperatorudur. 103 gün hakimiyyətdə olmuşdur. Onu Ran Min adlı qardaşlığı öldürmüşdü. Yerinə digər qardaşı Şi Çi keçmişdir.
Şi Honq
Şi Honq (313 – 334) — 313-cü ildə anadan olmuş, 333-cü ildə taxta çıxmışdı. Hu Çaonun ikinci hökmdarı idi. Lakin hakimiyyətə gələndən bir il sonra Şi Hu tərəfindən devrildi və ailəsi ilə birlikdə öldürüldü.
Şi Hu
Şi Hu Hu Çaonun üçüncü imperatorudur. Hunların Ci qəbiləsindəndir. == İlk illəri == 295-ci ildə anadan olmuşdu. Şi Le ilə bir böyümüş və onun ordusunda generallıq etmişdi. Ordusu ilə çox sərt yöntəmlərdən istifadə edən Şi Hu ələ keçirdiyi hər yerdə qətliamlar törədirdi. Çonqşan knyazı elan olunmuşdu. Şi Hu şanyü olmaq istəsə də bu titul ona verilmədi. Ona görə 334-cü ildə taxtı ələ keçirdi. == Hakimiyyəti == 335-ci ildə paytaxtı Yeçenqə köçürdü. Bir çox saraylar tikdirdi.
Şi Le
Şi Le (274, چین[d] – 333) — əslən Hunların Ci tayfasından olan əyan idi. Hu Çao imperiyasını qurmuşdu. == İlk dövrləri == Şi Lenin əsl soyadının Şi olub-olmadığı məlum deyil, lakin Çin tarixçiləri onu bu soyad ilə qəbul edir. Atası Çuheçu və babası Yeyiyu qəbilə başçıları idi. Şi soyadını bir dostunun təklifi ilə alan Le ilk dövrlərdə Cin sülaləsi və Xan Çao hərbçisi olaraq yüksəlməyə başladı. == Xan Çao dövrü == Liu Yuan dövründə general olan Şi Le onun övladları olan Liu He və Liu Konqa da xidmət etmişdi. 311-ci ildə az Hun ordusu ilə özlərindən çox olan Cin ordusunu məğlub edən Şi Le bütün tutduğu generalları edam edirdi. Bu onun şöhrətini artırırdı. Əmisi oğlu Şi Hu ilə birlikdə bütün döyüşləri qazanan Ledən hamı qorxurdu. Hsianquo şəhərini fəth edərək orda yaşamağa başladı.
Şi Çun
Şi Çun Hu Çaonun beşinci imperatorudur. O cəmi 183 gün hökmdar olmuşdur. Yerinə qardaşı Şi Cian gəlmişdir.
Şi yağı
Şi yağı (/ʃiː/, /ˈʃiːə/ və ya /ʃeɪ/; ߛߌ߮ߕߎߟߎ) — Afrika şi ağacının (Vitellaria paradoxa) qozundan alınan yağ. Xam olduqda fil sümüyü rənglidir və adətən borututu kökü və ya palma yağı ilə sarı rəngə boyanır. Kosmetikada nəmləndirici, məlhəm və ya losyon kimi geniş istifadə olunur. Şi yağının yeyilməsi mümkündür və bəzi Afrika ölkələrində qida hazırlanmasında istifadə olunur.
Şi Yusan
Şi Yusan (çin. ənən. 石友三, pinyin: Shí Yǒusān; 1891, Çanqçun – 12 dekabr 1940, Puyan[d]) — Çin hərbçisi. O, Homidan generalı idi, lakin sonradan müvafiq olaraq Fen Yuysyan, Çan Kayşi, Van Tszinvey, Çjan Syuelyan, Çin Kommunist Partiyası və Yaponiyaya tərəf fərarilik və xəyanət etmişdir. 1928-ci ildə onun qoşunları Şaolin monastırını yandırmış, onu 40 gündən oda vermiş, 200-dən çox rahibi öldürmüş və məbəd kitabxanasının çoxlu əlyazmaları da daxil olmaqla binaların 90 faizini məhv etmişdir. 39-cu Ordu Qrupuna rəhbərlik edən zaman Yaponiyaya tərəf keçməyi planlaşdırırdı, lakin bunu edə bilməmişdən əvvəl Qao Şusyunun tabeliyində olan qan qardaşı tərəfindən qaçırılmış və diri-diri basdırılmışdır. Çoxsaylı xəyanətlərinə görə o, "Fərari general" (çin. ənən. 倒戈將軍, pinyin: Dǎo Gē Jiāng Jūn) və ya Şi Sanfan (çin. ənən.
Çen Şi-çi
Ho Şi Min
Ho Şi Min və ya Xo Şi Min (vyet. Hồ Chí Minh; 19 may 1890[…], Kim Lien[d], Fransa Hind-Çini – 2 sentyabr 1969[…], Hanoy, Şimali Vyetnam) — Vyetnam siyasətçisi. == Həyatı == == Siyasi fəaliyyəti == İkinci dünya müharibəsi bitər-bitməz vyetnam xalqının istiqlaliyyət mübarizəsi genişləndi. Mübarizəyə Xo Şi Minin rəhbərliyi ilə Hind-Çin kommunist partiyası və onun 1941-ci ildə yaratdığı Vyet-min cəmiyyəti (Vyetnam istiqlaliyyət cəmiyyəti – o, Vahid Milli Azadlıq Cəbhəsi kimi tanınırdı) başçılıq edirdi. İstiqlal mübarizəsinin silahlı müqavimət hərəkatı forması alması Yaponiyanın məğlubiyyətinin labüdlüyü bəlli olan dövrə təsadüf edir. Vyet-minin başçılıq etdiyi qüvvələr yapon işğalına və fransız müstəmləkə zülmünə qarşı apardığı əməliyyatlar nəticəsində müəyyən əraziləri ələ keçirmişdilər. Avqustun 16-da Vyet–min milli konqresi çağrıldı və müvəqqəti hökumət– Xo Şi Min başda olmaqla Vyetnam Milli Azadlıq Komitəsi yaradıldı. Xalq avqustun 19-da Xanoyda, 23-də Xüeldə, 25-də Sayqonda hakimiyyəti ələ keçirdi. Xo Şi Min 1945-ci il sentyabrın 2-də Xanoyda Vyetnam Milli Azadlıq Komitəsi adından İstiqlal Bəyannaməsini və Vyetnam Demokratik Respublikasının (VDR) yaradıldığını elan etdi. Avqust inqilabı adı almış hadisələr nəticəsində Vyetnam istiqlala qovuşdu.
Neo Jie Şi
Neo Jie Şi (20 may 1985) — Sinqapurlu marafonçu. Neo Jie Şi Sinqapuru 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Neo Jie Şi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 15 dəqiqə 18 saniyəyə qət edərək 157 marafonçu sırasında 131-ci yeri tutdu.
Sin Şi Xuan
Sin Şi Xuandi (çin. 秦始皇; E.ə. 259 – E.ə. 210) - ilk Çin İmperatoru. Sin xanədanının banisi. Hunlara və digər təhlükələrə qarşı Çin Səddini tikdirmişdir. Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur.
Sin Şi Xuandi
Sin Şi Xuandi (çin. 秦始皇; E.ə. 259 – E.ə. 210) - ilk Çin İmperatoru. Sin xanədanının banisi. Hunlara və digər təhlükələrə qarşı Çin Səddini tikdirmişdir. Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur.
Xo Şi Min
Ho Şi Min və ya Xo Şi Min (vyet. Hồ Chí Minh; 19 may 1890[…], Kim Lien[d], Fransa Hind-Çini – 2 sentyabr 1969[…], Hanoy, Şimali Vyetnam) — Vyetnam siyasətçisi. == Həyatı == == Siyasi fəaliyyəti == İkinci dünya müharibəsi bitər-bitməz vyetnam xalqının istiqlaliyyət mübarizəsi genişləndi. Mübarizəyə Xo Şi Minin rəhbərliyi ilə Hind-Çin kommunist partiyası və onun 1941-ci ildə yaratdığı Vyet-min cəmiyyəti (Vyetnam istiqlaliyyət cəmiyyəti – o, Vahid Milli Azadlıq Cəbhəsi kimi tanınırdı) başçılıq edirdi. İstiqlal mübarizəsinin silahlı müqavimət hərəkatı forması alması Yaponiyanın məğlubiyyətinin labüdlüyü bəlli olan dövrə təsadüf edir. Vyet-minin başçılıq etdiyi qüvvələr yapon işğalına və fransız müstəmləkə zülmünə qarşı apardığı əməliyyatlar nəticəsində müəyyən əraziləri ələ keçirmişdilər. Avqustun 16-da Vyet–min milli konqresi çağrıldı və müvəqqəti hökumət– Xo Şi Min başda olmaqla Vyetnam Milli Azadlıq Komitəsi yaradıldı. Xalq avqustun 19-da Xanoyda, 23-də Xüeldə, 25-də Sayqonda hakimiyyəti ələ keçirdi. Xo Şi Min 1945-ci il sentyabrın 2-də Xanoyda Vyetnam Milli Azadlıq Komitəsi adından İstiqlal Bəyannaməsini və Vyetnam Demokratik Respublikasının (VDR) yaradıldığını elan etdi. Avqust inqilabı adı almış hadisələr nəticəsində Vyetnam istiqlala qovuşdu.
Çin Şi Huang
Sin Şi Xuandi (çin. 秦始皇; E.ə. 259 – E.ə. 210) - ilk Çin İmperatoru. Sin xanədanının banisi. Hunlara və digər təhlükələrə qarşı Çin Səddini tikdirmişdir. Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur.
Ho Şi Min cığırı
Ho Şi Min cığırı (ing. The Ho Chi Minh trail, vyet. Đường mòn Hồ Chí Minh), həmçinin Annam dağları cığırı (vyet. Đường Trường Sơn) — Şimali Vyetnamdan Laos və Kamboca krallıqları vasitəsilə Cənubi Vyetnama qədər uzanan logistik yollar və cığırlar şəbəkə. Bu sistem Vyetnam müharibəsi zamanı Vyetkonq və Vyetnam Xalq Ordusuna işçi qüvvəsi və material şəklində dəstək vermişdir. Şəbəkənin tikintisi 1959-cu ilin iyulunda, Şimali Vyetnamın Laosa hücumundan sonra başlamışdır. ABŞ tərəfindən Şimali Vyetnam prezidenti Ho Şi Minin şərəfinə adlandırılmışdır. Adın mənşəyinin Birinci Hind-Çini müharibəsindən gəldiyi güman edilir. Bu dövrdə "Ho Şi Min cığırı marşrutu" adlı Vyetmin dəniz logistikası xətti mövcud idi. 1960-cı ilin sonlarından bəri cığır sistemi inkişaf etmiş, həmn dövrdən qısa müddət sonra "Agence France-Presse" (AFP) şimal–cənub cığırının açıldığını elan etmiş və onlar bu dəhlizə "La Piste de Hồ Chí Minh", yəni "Ho Şi Min cığırı" adını vermişdilər.
"Günəş və Şir" ordeni
"Günəş və Aslan" ordeni (fars. نشان شیر و خورشید‎ Nešān-e Šir o Xoršid)— İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. 1808-ci ildə Fətəli şah Qacar tərəfindən təsis edilmişdir. Bəzi qaynaqlarda "Şir-i Xurşid" kimi də yazılır. Bu ordenin I, II və III dərəcələri vardı.
"Şiri-Xurşid" ordeni
"Günəş və Aslan" ordeni (fars. نشان شیر و خورشید‎ Nešān-e Šir o Xoršid)— İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. 1808-ci ildə Fətəli şah Qacar tərəfindən təsis edilmişdir. Bəzi qaynaqlarda "Şir-i Xurşid" kimi də yazılır. Bu ordenin I, II və III dərəcələri vardı.
2016 Şimali Koreya nüvə sınağı
2017 Şimali Kaliforniya meşə yanğınları
Şimali Kaliforniya yanğınları — 8 oktyabr 2017 tarixində baş vermiş meşə yanğınları ardıcıllığı. Yanğınlar Şimali Kaliforniya sahəsinin əksəriyyətinə böyük qırmızı bayraq xəbərdarlığına səbəb olan şiddətli hava şəraiti zamanı Napa, Leyk, Sonoma, Mendosino, Byutt və Solano dairələrində baş vermişdir. Bu müddətdə on yeddi ayrı yanğın hadisəsi qeydə alınmışdır. == İqlim == Meşə yanğınlarından günləş əvvəl Kaliforniya Meşəçilik və Yanğından Mühafizə Şöbəsi, Şimali Kaliforniyanın əksər hissələrində qırmızı bayraq xəbərdarlıqları verməyə başlamışdı. Buna səbəb isə, küləklərin sürətinin 40 ilə 56 km/saat arasında olması idi. 8 oktyabr axşamı, Diablo küləkləri saatda 110 kilometrə çatdıqları bildirilmişdir. == Təsir == Yanğınlarda həlak olanların əksəriyyəti 8 oktyabr və ya 9 oktyabr 2017 tarixində, yanğınlar başladığı zaman öldüyünə inanılır. Qurbanların əksəriyyəti yaşlıdır, baxmayaraq ki, ölənlərin yaşları 14-dən 100-ə qədərdir. 9 oktyabr 2017 tarixində Kaliforniya qubernatoru Jerri Braun Napa, Sonoma, Yuba, Byutt, Leyk, Mendosino, Nevada və Orinc kimi dairələr üçün fövqəladə vəziyyət elan etdi və Ağ Evə böyük fəlakət bəyannaməsi tələb edən bir məktub göndərdi. ABŞ prezidenti Donald Tramp 10 oktyabr tarixində təbii fəlakət nəticəsində hazırlanan bəyannaməni təsdiqləmişdir.
38-ci şimal paraleli
38 şimal paraleli 1950–1953-cü illərdə Koreyada vətəndaş müharibəsi nəticəsində Şimali və Cənubi Koreya arasında çəkilmiş dünyada yeganə süni sərhəddir. Bu sərhəd iki ölkənin dövlət sərhədi olmuşdur. Bu günə qədər həmin sərhəd qorunur, hər iki dövlət daim rəqabət şəraitində yasayırlar.
46 saylı Şirvan seçki dairəsi
69-ci şimal enliyi
69-ci şimal enliyi — Yerin şimal yarımkürəsindən keçən xəyali xət. Ekvatora olan məsafə — 7655 km, şimal qütbünə olan məsafə — 2344 km. Şimal Qütb dairəsindən şimalda yerləşməsi ilə əlaqədar ilin 60 günü qütb gündüzləri, 45 günü isə qütb gecələri müşahidə edilir. == Keçir == Qrinviç meridianından başlayan 69-ci şimal enliyi Skandinaviya, Rusiya, ABŞ, Kanada ərazisindənj keçir.
70-ci şimal enliyi
70-ci şimal enliyi — Yerin şimal yarımkürəsindən keçən xəyali xət. Ekvatora olan məsafə — 7770 km, şimal qütbünə olan məsafə — 1679 km. Şimal Qütb dairəsindən şimalda yerləşməsi ilə əlaqədar ilin 60 günü qütb gündüzləri, 45 günü isə qütb gecələri müşahidə edilir. == Keçir == Qrinviç meridianından başlayan 70-ci şimal enliyi Skandinaviya, Rusiya, ABŞ, Kanada ərazisindənj keçir.
ABS-CBN (şirkət)
ABS-CBN Corporation (ümumi olaraq ABS-CBN kimi tanınır) — Keson şəhərində yerləşən bir Filipin media və əyləncə qrupudur. Gəlir, əməliyyat gəliri, xalis gəlir, varlıq, kapital, bazar kapitallaşması və işçi sayı baxımından Filippinlərin ən böyük əyləncə və media birliyidir. ABS-CBN, Alto Broadcasting System (ABS) və Chronicle Broadcasting Network (CBN) birləşməsi ilə quruldu.
ABŞ Şimal Komandanlığı
Birləşmiş Ştatların Şimal Komandanlığı (ing. United States Northern Command (USNORTHCOM)) Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. 1 oktyabr 2002-ci il tarixində yeni Vahid Döyüş Komandanlığı planına əsasən qurulmuşdur və əməliyyat sahəsi başda ABŞ-dakı hərbi olmayan rəsmilərə hərbi dəstək verməklə Kontinental ABŞ, Puerto-Riko, Kanada, Meksika və Baham adaları daxil olmaqla Şimali Amerikanı əhatə edir. Mərkəzi Kolorado əyalətində yerləşən, Kolorado Sprinqs şəhərindəki Peterson Hərbi Hava Qüvvələri bazasında yerləşir.
ANS Şirkətlər Qrupu
ANS Şirkətlər Qrupu — Azərbaycanda xəbər və televiziya yayımı edən quruluşdur. ANS; 1990-cı ildə jurnalist Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən qurulmuşdur. Şirkətin adı ingilis dilindən Azərbaycan Xəbərlər Xidməti mənasını verən "Azerbaijan News Service" (ANS) 'in qısaldılmış halıdır. Ayrıca ANS, Sovetlər Birliyindəki ilk xüsusi investisiyalı mətbuat nəşr mənsubudur. Sovetlərin son dövründəki Çeçenistan, Gürcüstan, Osetiya, Qarabağ, Abxaziya, Əfqanıstan, İnquşetiya kimi döyüş və anlaşmazlıqlardakı xəbərləri ANS televiziyasında ün qazandırmışdır. Bu müsahibə və xəbərlər BBC, CNN, NBC, ZDF, ARD, VOX, RAI, TF, RTR, CBS, TBS kimi dünya tərəfindən məşhur beynəlxalq nəşr edən kanallara satılmışdır. Müstəqil və xüsusi investisiyalı bir nəşr orqanı olaraq ANS Azərbaycanda medianın inkişafında əhəmiyyətli bir rol onamıştır. İndiki vaxtda bu şirkət ANS TV, ANS ÇM, ANS Press və ANS Kommers olmaqla 4 alt şirkətə malikdir.
ARB Şimal
ARB Şimal — 2007-ci ildə "Regional TV" adıyla Xaçmaz rayonunda yayıma başlayan televiziya kanalı. == Tarixçə == "ARB Şimal" Televiziya Şirkəti 2007-ci il noyabr ayının 15-də fəaliyyətə başlayıb. Kanal Xaçmazdan yayımlanır. "ARB Şimal" Azərbaycanda daxili şəbəkəsi rəqəmsal texnologiya ilə təchiz olunan ilk televiziya kanalıdır. Televiziyanın yayım dairəsinə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonları daxildir. 2011-ci ildən etibarən "ARB Şimal" internet vasitəsilə dünyanın istənilən nöqtəsindən izləmək mümkündür. "ARB Şimal"ın struktur quruluşu 5 departamentdən ibarətdir. Xəbərlər və Sosial-İctimai Proqramlar, Efir Təminatı, Maliyyə və Kadrlar, Layihələr, Efirdən Kənar Təminat departamentləri. Televiziyanın kollektivi uzun illərin televiziya təcrübəsinə malik peşəkar kadrlarla yanaşı həm də istedadlı və perspektivli gənclərdən təşkil olunub. "ARB Şimal"da həftəlik yayım həcmi 126 saatdır.
Abrau-Dyurso (şirkət)
"Abrau-Dyurso" (rus. Абрау-Дюрсо; MCX: ABRD) — Rusiyanın Abrau-Dyurso kəndində yerləşən şərabçılıq şirkəti. Şərab zavodu 1870-ci ildə çar II Aleksandrın fərmanı ilə yaradılmışdır. Zavod köpüklü şərablar istehsal edir və satırdı. Həmçinin, tərkibində otel, spa və restoran fəaliyyət göstərirdi. "Abrau-Dyurso" Rusiyanın ən yaxşı şərab bölgələrindən birinə sahib olaraq təsvir edilir və Boris Titova məxsusdur.
Adams (Şimali Dakota)
Adams — Amerika Birləşmiş Ştatlarının Şimalı Dakota əyalətinin Valş rayonunda yerləşən şəhər. Şəhərin əhalisi 15 mart 2010 tarixində 127 nəfər idi. == Demoqrafiya == === 2010-cu ilə olan əhali statistikası === 15 mart 2010 tarixində yerinə yetirilən əhali statistikasına görə şəhərin əhalisi 127 şəxsdən 45 ailədən və 38 evden ibarət olduğu müəyyən olunmuşdur. Şəhərin əhalisin 96,8% ağ dərili, 0,1% afro-amerikan, 0,9% yerli amerikan, 0,2% asiyalı, 0,4%-nin isə digər xalqlardan təşkil olunduğu məlum olub.
Adi şimpanze
Adi şimpanze (Pan troglodytes), Primatlar (primatlar) dəstəsinin Hominidae (böyük meymunlar) fəsiləsinə mənsub olan Pan (şimpanze) cinsini təşkil edən iki növdən daha böyüyüdür. “Şimpanze” adından daha çox bu növü ifadə etmək üçün istifadə olunsa da, bu texniki cəhətdən səhvdir. Son vaxtlara qədər daha çox “piqmy şimpanze” və ya “cücə şimpanze” olaraq adlandırılan pan paniscus (bonobo), Pan cinsinin başqa bir növüdür. Konqo Demokratik Respublikasının meşələri ilə məhdud bir yayılma arealına malik olan bonobodan fərqli olaraq, ümumi şimpanze, Qərbi və Mərkəzi Afrikada daha geniş bir yayılma arealına malikdir və bu yayılma arealında ayrı-ayrı regionlarda rast gəlinən dörd alt növə malikdir.
Adi şirinkök
Adi şirinkök (lat. Polypodium vulgare) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin şirinkökkimilər fəsiləsinin şirinkök cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 10–50 sm olan, çox vaxt yerüstü kökümsovları sürünən və qonur təbəqə ilə sıx örtülmüş bitkidir. Yarpaq ayası görünüşünə görə uzanmış-neştərşəkillidir, qalın dəriciklidir; yuxarı hissəyə doğru seqmentlər tədricən daralan, dartılmış və ya dəyirmiləşmişdir, tamkənarlıdır və yaxud qeyri-müəyyən mişarvaridir, qaidə hissəsinə doğru birləşmişdir; ikinci dərəcəli damarlar ikiqat-çəngəlvaridir, əsas damardan enli, demək olar ki, düz bucaq altında çıxır. Saplaq yarpaq ayasından qısadır. Sorusları dəyirmidir, orta damara yaxın yerləşmişlər; sporlar sarımtıldır, çox və ya az qabarıqdırlar. Çoxillikdir. İyul-avqust aylarında sporlayır. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, Qob., Kür-Araz oval., KQ mərkəzi, KQ şimal, KQ cənub, Lənk. dağ., Lənk.
Adi şirquyruğu
Adil Şirin
Adil Şirin (1 iyul 1955, Ərikli, Laçın rayonu) — şair. == Həyatı == Adil Şirinov 1 iyul 1955-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub. Xankəndi Pedaqoji İnstitutunun filologiya fakultəsinin məzunudur. Adil Şirin bir neçə şeirlər kitabının müəllifidir. 1978–1984 illərdə Laçın rayonunda müəllimlik etmişdir. 1985-ci ildən Bakı şəhərində yaşayan Adil Şirin bir çox qəzet və jurnallarıda müxtəlif vəzifələrdə işləmişdir. 1985-ci ildən Azərbaycan Dövlət radiosunda "İctimai Həyat" proqramları redaksiyasında işə başlamışdır. 1986-cı ildə "Sovet kəndi" qəzetində işləməyə göndərilən şair, müxbirlikdən şöbə müdiriyinə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1990-cı ildə "Vətən Cəmiyyəti"ndə işə başlamış, 1992-ci ildə "Ədalət" qəzetində şöbə müdirliyi etmiş, eyni ilin sonunda isə könüllü olaraq yeni qurulan Azərbaycan Ordusuna qatılaraq Qarabağda döyüşmək üçün cəbhəyə getmişdir. Daha sonra Müdafiə Nazirliyində "Döyüş Texnikaları" jurnalını çıxarmağa başlamış, 2002-ci ilə qədər həmin jurnalın baş redaktoru vəzifəsində çalışmışdır.
Aidə Şirinova
Aidə Rəcəb qızı Şirinova (7 avqust 1959, Bərdə) — Mayor, Qarabağ müharibəsinin iştirakçısı, azərbaycanlı polis, ilk hərbi komandir müavini qadın, İSBAM departament rəhbəri. == Həyatı == Aidə Şirinova 7 avqust 1959-cu ildə Bərdə şəhərində anadan olub. 1977-ci ildə Bərdə şəhər 3 saylı tam orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 1981-ci ildə ali məktəbi bitirib, Bərdə rayon Uşaq gənclər İdman məktəbində metodist vəzifəsində çalışıb. 1992-ci ildə Xocalı soyqırımından sonra hərbi xidmətə gedib. Bərdə Özünü müdafiə batalyonunda (733 nömrəli Hərbi hissə) döyüşüb. 1 iyun 1992-ci ildən 2 dekabr 1992-ci ilə qədər Müdafiə Nazirliyinin Bərdə Özünü müdafiə batalyonunda (733 nömrəli Hərbi hissə) İdman xidməti rəisi, Əsgərlərin sosial müdafiəsi üzrə Komandir müavini vəzifəsində xidmətdə olub. Azərbaycanın Hərb tarixində bu vəzifəyə yüksələn ilk hərbçi qadın olaraq tarixə keçib. 1993-cü il 1 yanvar tarixində Şuşa rayonunun polis şöbəsində, 1994-cü il mart ayından Ağdərə rayonunun polis şöbəsində baş leytenant olaraq xidmət edib. Xidmət etdiyi müddətdə Şuşa və Ağdərə polis şöbələrinin şəxsi heyəti ilə birlikdə torpaqlarımızın bütövlüyü uğrunda [Yuxarı Qarabağda gedən döyüşlərdə, Tərtər rayonun müdafiəsində, o cümlədən keçmiş Şaumyan (hazırkı Goranboy), Gülüstan, Talış, Marağa, keçmiş Marquşavan (hazırkı Şıxarx), Həsənqaya, Aşağı-Yuxarı Çaylı, Ağdərə rayonunun alınmasında və Qırmızı kənd, Kasapet, Dəmirli, Orta kənd, Dranbon, Çıldıran yaşayış məntəqələrində aparılan döyüşlərdə iştirak edib.
Ailə daxili şiddət
Məişət zorakılığı — bu anlayış barədə indi hətta körpə uşaqlarımız da bilir. Bəlkə də səbəb bu dövrümüzdə zorakılığın çox baş verməsidir. Əvvəllər də yəni, yüz il bundan əvvəl də zorakılıq olub, yüz il bundan sonra da olacaq və bu gün də aktual məsələlər sırasındadır. Zorakılıq sözünün mənası "hücum etmək" deməkdir. Qarşı tərəfi və ya tərəfləri öz istəyinə uyğun, öz mənafeyinə uyğun davranması üçün zorlayan, zor tətbiq edən deməkdir. Zorakılıq deyəndə əksəriyyətimizin beynində "döymək", "cinsi zorlama" və.s fiziki zorakılıq canlanır. Amma zorakılıq təkcə bunlarla məhdudlaşmır.
Ailə şirkəti
Ailə şirkətləri — səsvermə hüquqlu səhmlərin əskəriyyətinin hakim/nəzarət edən ailədə (o cümlədən, şirkəti öz xələflərinə ötürmək niyyəti olan təsisçi(lər)də) cəmləşdiyi şirkətdir. == Haqqında == Ailə şirkətləri dünyada ən erkən və çox yayılmış işgüzar fəaliyyət növüdür. Bir çox ölkədə ailə şirkətləri işgüzar fəaliyyətdə 70%-dən artıq çəkiyə malikdir, iqtisadi artımın və işçi qüvvənin məşğulluqla təmin edilməsində aparıcı mövqeyə malikdir. Misal üçün, İspaniyada ailə şirkətləri işgüzar fəaliyyətin təxminən 75%-i təşkil edir və ümumdaxili məhsulun orta hesabla 65%-i hasil edir. Oxşar mənzərə Latın Amerikasında da müşahidə edilir – bu regionun məcmu ümumdaxili məhsulunun təxminən 60%-i ailə şirkətləri hesabına yaranır. Ailə şirkətləri kiçik və orta şirkətlərdən müxtəlif sənaye və ölkədə fəaliyyət göstərən nəhəng şirkətlərə qədər fərqlənir. Ailə şirkətlərində olan bəzi tanınmış şirkətlər sırasına aşağıdakılar daxildir: Salvatore Ferragamo, Benetton, Fiat Group (İtaliya); L’Oreal, Carrefour Group, LVMH, Michelin (Fransa); Samsung, Hyundai Motor, LG Group (Cənubi Koreya); BMW, Siemens (Almaniya); Kikkoman, Ito-Yokado (Yaponiya); Ford Motors Co, Wal-Mart Stores (ABŞ). Ailə şirkətləri əsasında qurulmuş şirkətlərin əksəriyyəti təsisçinin rəhbərlik dövründən sonra çox qısa ömür sürür və bu şirkətlərin təxminən 95%-i sahibkarların üçüncü nəslindən sonra ailə şirkətləri kimi artıq mövcud olmur. Bir çox halda bu, xələflərin inkişaf edən şirkətlə bağlı tələblərin və daha da böyümüş ailənin tələbatının öhdəsindən gəlməyə hazır olmamalarının nəticəsi ilə bağlıdır. Düzgün idarəetmə strukturlarının nizama salınması və xələflərin ailə şirkətləri mövzusunda savadlanmasının mümkün qədər tez başlaması ailə şirkətlərinin davam etməsi imkanlarını artıra bilər.
Aktivləri idarə edən şirkət
Aktivləri idarə edən şirkət (AİŞ) — peşə fəaliyyəti ortaq investisiya institutlarının (İF) aktivlərinin idarə edilməsi olan bir iş quruluşunu ifadə edən iqtisadi termin. == AİŞ-nin idarəetmə funksiyaları == AİŞ ortaq investisiya qurumları yaradır və idarəetmə funksiyalarını yerinə yetirir: üçüncü tərəf yerləşdirmə agentlərini cəlb edən İF qiymətli kağızlarının yerləşdirilməsi; həm İF-nın qiymətli kağızlarının yerləşdirilməsi zamanı, həm də fondun fəaliyyəti nəticəsində alınan BKİ-nin aktivlərinin İnvestisiya Bəyannaməsinə uyğun olaraq idarə edilməsi; investisiya bazarlarının təhlili və investisiya obyektlərinin axtarışı; bazar qiymətlərinin dəyişməsinə uyğun olaraq fond fondlarının dövri yenidən qiymətləndirilməsi; İF-nın fəaliyyətinə dair hesabatların hazırlanması; İF-nın digər cari fəaliyyətlərinin həyata keçirilməsi. == Ən böyük şirkətlər == Aşağıda, dünyanın ən aktiv menecerlərinin siyahısı (2020-ci ilədək), idarəetmə altındakı ümumi aktivlərə görə sıralanmışdır.
Alan Şirer
Alan Şirer (ing. Alan Shearer; 13 avqust 1970[…], Nyukasl-apon-Tayn) — ingiltərəli futbol mütəxəssisi, hücumçu mövqeyində çıxış etmiş keçmiş futbolçu və məşqçi. Öz dövrün ən yaxşı hücumçularından biri və Premyer Liqa tarixinin ən sərrast oyunçularından sayılan Şirer Premyer Liqanın ən çox qol vurmuş oyunçusudur. 1994-cü ildə o, Futbol Yazıçıları Assosiasiyasına görə İlin futbolçusu adına layiq görüldü və 1995-ci ildə PFA-ya görə İlin futbolçusu seçildi. 1996-cı ildə o, həm Ballon d'Or, həm də FIFA ilin oyunçusu mükafatlarında üçüncü oldu. 2004-cü ildə o, Pelenin tərtib etdiyi "FİFA 100" adlı dünyanın ən yaxşı yaşayan futbolçuları siyahısına daxil edildi. Şirer 2021-ci ildə Premyer Liqanın Şöhrət Zalına daxil edilən ilk iki oyunçudan biri idi. Şirer karyerası boyu İngiltərə futbolunun ali liqasında çıxış etdi. Karyerasına 1988-ci ildə "Sauthempton"da başlayan Şirer 1992-ci ildə "Blekbörn Rovers" keçid etdi və burada özünü Avropanın ən məhsuldar oyunçularından biri kimi göstərmişdir. "Blekbörn Rovers"də keçirdiyi illər ərzində o, 1994-95 Premyer Liqanın çempionu olmuş və həmçinin iki ardıcıl Premyer Liqa Qızıl Butsunu qazanmışdır.
Aleks Şibutani
Aleks Şibutani (ing. Alex Shibutani; 25 aprel 1991, Boston, Massaçusets, ABŞ) — Birləşmiş Ştatları təmsil edən fiqurçu. Aleks Şibutani, Maya Şibutani ilə birgə 2008-ci ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Şibutani cütlüyü, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında 2 dəfə bürünc medalın sahib olub. Şibutani cütlüyü, həmdə 2011-ci və 2017-ci illərdə baş tutan Dünya Çempionatlarının bürünc, 2016-cı ildə baş tutan çempionatın isə gümüş medalına sahib olub, 2 dəfə (2016–2017 və 2017–2018) ISU Qran-Pri Finalında bürünc medala, 2009-cu ildə gənclər arasında Dünya Çempionatında gümüş medala, habelə 8 dəfə (2011, 2012, 2015 və 2018-ci illərdə gümüş, 2013 və 2014-cü illərdə gümüş, 2016 və 2017-ci illərdə isə qızıl) isə ABŞ Çempionatının medallarına sahib olub. Karyerası ərzində 55 yarışa qatılan Şibutani cütlüyü, onların 14-də qızıl medal, 14-də gümüş medal, 14-də isə bürünc medal qazanıb. == Həyatı == Aleks Hideo Şibutani 1991-ci il aprelin 25-də Birləşmiş Ştatların Massaçusets ştatının Boston şəhərində anadan olub. Onun atası Kris Şibutani və anası Naomi Şibutani milliyyətcə yapondurlar. O və bacısı Maya Şibutani, 1998-ci ildə Köhnə Qrinuiç rayonunda idmanla məşğul olmağa başladılar. Onlar, 2005-ci ildən Kolorado ştatının Kolorado Sprinqs şəhərində, 2008-ci ildən isə Miçiqan ştatının Ann-Arbor şəhərində yaşamağa başladılar.
Aleksandr Şibayev
Aleksandr Şibayev (9 sentyabr 1990) — Rusiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Aleksandr Şibayev Rusiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Aleksandr Şibayev Rusiyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Şi Şinin şirləri yeməsi haqda hekayə
Şi Şi şi şi şi (çin. ənən. 施氏食獅史, sadə. 施氏食狮史, pinyin: Shī Shì shí shī shǐ, hərfi mənası: "Şi Şinin şirləri yeməsi haqda hekayə") — XX əsr məşhur Çin-amerikan linqvisti Çjao Yuanjen (赵元任 Zhào Yuánrèn) tərəfindən klassik Çin dilində zarafatla yazılmış şeir. Şeir 4 müxtəlif tonda tələffüz edilən və 94 dəfə təkrarlanan "şi" hecasından ibarətdir. Klassik Çin dilində yazılmış şeirin mətni əksər savadlı çinlilərə aydın olsa da, bu, tələffüz zamanı deyil, yalnız heroqlifik yazı versiyasında mümkündür. Çin dilinin 2500 illik inkişaf tarixi ərzində klassik Çin dilində formalaşan omofoniya səbəbindən Pekin dialektində tələffüz edildikdə və ya fonetik sistemdə yazıldıqda şeirin mətni tamamilə anlaşılmaz hala düşür. == Şeirin mətni == == İstinadlar == == Xarici keçidlər == 對聯:30.
Li-Fi
Li-Fi — rəqəmli informasiyanın işıq şüalandırmasının köməyi ilə ötürülməsini mümkün edən qurğu. Bunun üçün gücü 1 volt olan adi işıq diodlu lampaya mikroçiplər quraşdırılır və işığı yandıran zaman siqnal kompüterdə quraşdırılan qurğuya ötürülür. Beləliklə, istifadəçi internet şəbəkəsində olması üçün lampanı həmişə yanılı vəziyyətdə saxlamalıdır. Bu halda parlaqlıq əhəmiyyət kəsb etmir, cihazdan isə işığı azaldılmış qənaət rejimində istifadə etmək mümkündür. Yeni texnologiya məlumatları saniyədə 150 meqabit sürəti ilə ötürməyə imkan verir. == İcad Olunması == Alman elm adamı Harald Hass və qrupu tərəfindən bu mövzuda görülən işlər nəticəsində Li-Fi, yəni işığın fiber optikdən fiber təmin edilərək məlumatların, LED lampa vasitəsi ilə çatdırılması təmin edildi. Radio dalğaları yerinə işıq siqnallarının istifadə edilməsiylə Li-Fi saniyədə 800 meqabit informasiyanın ötürüə bilir. Alman elm adamı Harald Haas çalışdığı bu layihəsində radio dalğalarını istifadə edərək, onları görülə bilir bir işıq spektra çevirir və radio dalğalarından 10000 qat daha sürətli olan bu sistem ilə məlumat transferini təmin edə bilir. 8 il boyunca Edinburg Universitetindəki iş komandası ilə çalışan Haas bu layihənin nəticəsində LED lampalar ilə artıq İşıq sürəti qədər sürətli informasiya transferi əldə etmişdir. Bu informasiya transferi üçün lampanın olduğu hər yerdən bu əməliyyatı edə bilir.
Çi-Li
Çi-Li — 2005-ci ildə Rusiyada yaranan musiqi qrupu. Elə o zaman qrupun debüt single olan «Преступление» buraxılmışdı. Bundan sonra qrup bir çox yerdə çıxış etmişdi, məsələn 2006-cı ildə Leninqrad adlı klubda. Çi-Li adını qrupun solisti İrina Zabiyaka qoymuşdu. Onun sözlərinə görə, bu adı o uşaqlıqda almışdı. O zaman onun anası Çili üsyanında itmiş atası haqda danışmışdı. == Bioqrafiya == == Diskoqrafiya == === Albomlar === === Videomateriallar === DVD «Хроники преступлений» (2007) Kliplər Новый год в постели Омут Лето Маки Мы не ангелы Сердце А может быть Любовь это яд Сказки (feat. Qoşa Kutsenko) Орэ-орэ Обещаю Можно всё Кошка Ромашковое поле Облака Я хочу побить посуду (feat. Qoşa Kutsenko) Ира, Ира (feat. Братья Грим) Океан Я буду помнить (feat.
Li Un-Bi
Li Un-Bi (d. 23 noyabr 1990) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Un-Bi Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Li Un-Bi Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Wi-Fi
Wi-Fi (ing. Wireless Fidelity — "simsiz dəqiqlik") və ya Vayfay — Wi-Fi Allianceın ticarət markası. IEEE 802.11 standartları əsasında simsiz şəbəkə yaratmaq üçündür. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. Bu zaman sonuncu abonent üçün məlumat ötürülməsi sürəti 108 Mbit/san təşkil edir. "IEEE 802.11" standartını dəstəkləyən xüsusi modulla təmin edilmiş notbuk, netbuk, cib kompüteri, smartfonlar, veb-kamera sahibləri "Wi-Fi" birləşmədən istifadə edə bilərlər. Kompyuterlərin şəbəkəyə birləşdirilməsi və yaxud İnternetə qoşulması üçün müasir simsiz texnologiyadır. Məhz bu texnologiya vasitəsilə İnternet mobil olaraq istifadəçiyə istər bir otaq hüdudlarında, istərsə də bütün dünyada sərbəst hərəkət imkanı təqdim edir. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. Bu zaman sonuncu abonent üçün məlumat ötürülməsi sürəti 108 Mbit/san təşkil edir.
Wi-Fi-li diyircəkli qələm
Wi-Fi-li diyircəkli qələm — mexaniki yazını şifrələyərək Wi-Fi şəbəkəsi vasitəsilə Evernote servizində rəqəmli formaya salan xüsusi konstruksiyalı diyircəkli qələm. == Texniki xarakteristikası == Livescribe şirkəti tərəfindən hazırlanıb və Sky WiFi Smartpen şərti adını alıb. Qələm kağız üzərində yazılan və şəkilən istəhilən şəkli qeydə alır, rəqəmli formaya çevirir və telsiz şəbəkə vasitəsilə Evernote servizində saxlanılmağa göndərilir. Qələm Wi-Fi şəbəkəsinə qoşularaq Evernote servizinə inteqrasiya olunur. Qələm istifadəçisi Evernote servizindəki səhifəsinə daxil olaraq etdiyi qeydlərə baxa və səs yazılarına qulaq asa bilər. Smartpen qələmi səsi qələmə qurqşdırılmış mikromikrofon vasitəsilə yazır. Yazıların rəqəmli formaya salınması üçün o xüsusi kağızda yazılmalıdır. Kağız üzərinə xüsusi marker nöqtələr yerləşdirilib. Onlara toxunaraq qələm infraqırmızı kamera vasitəsilə fəaliyyət göstərir. Qələmin özünün klaviaturası yoxdur.
Li Ki-Son
Li Ki-Son (d. 15 avqust 1966) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Ki-Son Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Li Mi-Yon
Li Mi-Yon (həndbolçu, 1969) — Cənubi Koreyanı təmsil edən həndbolçu; XXV Yay Olimpiya Oyunlarının qızıl medalçısı. Li Mi-Yon (həndbolçu, 1991) — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Li Mi-Yonq
Li Mi-Yon (d. 28 yanvar 1969) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Mi-Yon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Li Min-Hi
Li Min-Hi (d. 4 fevral 1980) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Min-Hi Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
.si
.si — Sloveniyanın internet kodu.
Beynəlxalq Vahidlər Sistemi (BS, beynəlxalq abreviaturada: SI; ing. International System of Units, fr. Le Système International d'Unités) — gündəlik həyatda eləcə də, elm və texnikanın bütün sahələrində istifadə olunan ən geniş yayılmış vahidlər sistemi. Beynəlxalq Vahidlər sistemi 1960-cı ildə yaranmışdır. == Əsas vahidlər == Beynəlxalq vahidlər sistemində əsas vahidlərin sayı yeddidir və bunlardır: uzunluq vahidi – metr (m) — platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir. 1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır. 1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr – işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi – saniyə (san) — sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır. kütlə vahidi – kiloqram (kq) — platin-iridium xəlitəsindən hazırlanmış silindirşəkilli etalonun kütləsidir. maddə miqdarı – mol (mol) — kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır.
Min Si
Min Si (çin. 奚梦瑶; 8 mart 1989, Şanxay) – Çin modeli. 2009-cu ildə qatıldığı bir televiziya müsabiqəsindən sonra peşəkar model karyerası başlamışdır. 2011-ci ildə Givenchy Yüksək Yaz Şousunda debüt edərək beynəlxalq model kimi fəaliyyət göstərməyə başlamışdır. 2011-ci ildə Givenchy brendinin bir kolleksiyası üçün modellik etmiş, brendin payız/qış reklam kampaniyasının siması olmuşdur. Si 2013-cü ildə Victoria's Secret Dəb Şousunda modellik etmişdir. == Karyerası == 2008-ci ildə Si Dragon Television kanalında yayımlanan "Get! Şərq mələkləri" müsabiqəsində iştirak etmişdir. Bu onun televiziyadakı ilk əsas çıxışı idi. Kollecdən məzun olduqdan 2 il sonra Elite Model Look müsabiqəsinə qatılmışdır.
Si Ronda
Si Ronda — 1930-cu ildə Li Tek Svienin rejissorluğu ilə çəkilən, Niderland Ost-Hindin istehsalı olan hərəkət şəklində səssiz bir film. Baş rolunu Bəxtiyar Əfəndinin canlandırdığı və müasir Bətəvi (İndonaziya ve Bruneydə yaşayan xalqdır) şifahi ənənəsinə əsaslanan film, silat (Malay dünyasında keçirilən bir döyüş sənəti) sahəsində istedadlı Si Ronda kimi tanınan bir quldurun macəralarından bəhs edir. Filmin mənbəyi olan lenong (Bətəvilərin ənənəvi teatr növü) hekayələrində Ronda, adətən, Robin Hud tərzində biri kimi təsvir edilir. Artıq unudulduğu düşünülən film 1929-1931-ci illər arasında çıxan döyüş sənətləri filmlərindən biridir. == İstehsalı == Si Ronda zamanında etnik çinlilər ilə yerli tamaşaçılar arasında populyar olan bir lenongdan götürüldü. Ronda hekayələri silat sahəsində istedadlı olan və varlılardan alıb kasıblara verməsi ilə tanınan eyni adlı Bətəvi quldurun sərgüzəştlərindən bəhs edir. İndoneziyalı film sənətçisi Misbaç Yusa Biran Rondanın hərəkət səhnələrini canlandıra bildiyi üçün uyğun olduğunu irəli sürdü. Yerli kinoda bu cür səhnələr, adətən, Amerikan filmlərindən təsirlənir və tamaşaçılar tərəfindən müsbət qarşılanırdı. Si Jampang ilə Si Pitung (XIX əsrdə Niderland Ost-Hindin Cakarta kəndində yaşamış quldur) daxil olmaqla Si Rondanınkinə bənzər hekayələr qeyri-qanuni şəkildə yaşamaqla bərabər, həm də ümumi xalq üçün döyüşən qeyri-adi güclərə sahib kişilər haqqında yazılmışdır. 1929-cu ildə "Batavia Motion Picture" tərəfindən Si Tjonatın ekranlara çıxmasından sonra quldur filmləri kimi ortaya çıxan bu növ yerli kinolar da məşhur oldu.
Si Sya
Qərbi Hsia Sülaləsi, Qərbi Xia sülaləsi (Çincə: 西夏; pinyin: Xī Xià) və ya Tanqut İmperiyası — 1032–1227-ci illər arasında indiki şimal-qərb Çinin Qansu, Şanşi və Ninqşa bölgərinin olduğu yerlərdə mövcud olmuş dövlət və eyniadlı sülalə. == Hökmdarları == === Li Yuanhao === Əslən Şahzadə Toba Çiçinin nəslindən gəlirdi. Sonq ordusunda general olduqdan sonra o 1038-ci ildə 500.000 nəfərlik özünə sadiq ordusu ilə dövlətə üsyan edərək öz dövlətini qurdu. 1044-cü ildə Sonq imperatoru ilə sülh bağladı. 10 il sonra oğlu tərəfindən öldürüldü. === Li Lanqçuo === Bir yaşında taxta çıxsa da əsl hakimiyyəti 1061-ci ildə əlinə aldı. 6 il sonra qəflətən öldü. === Li Binqçanq === Altı yaşında taxta çıxsa da heç vaxt anasının qəyyumluğundan qurtula bilmədi və 26 yaşında öldü. === Li Kyanşun === Üç yaşında taxta çıxdı. O babalarının siyasətinə əks çıxaraq çinliləşməyin tərəfini tuturdu.
Si Tsinpin
Si Tsinpin (çin. 习近平; 15 iyun 1953, Pekin) — Çin dövləti, siyasi və partiya lideri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibinin səlahiyyətlərini icra edən , 14 mart 2013-cü ildən Çin Xalq Respublikasının sədri, ÇXR Mərkəzi Hərbi Şurasının sədri. Si təkcə ölkə başçısı sayılmadığından, ölkə başçısı vəzifəsini tutan, eyni zamanda partiya və orduda rəhbər mövqe tutduğundan, bəzən Çinin "ali lideri" adlandırılır. 2016-cı ildə partiya ona rəsmi olaraq "əsas" lider titulunu verdi. Partiyanın baş katibi olaraq Si, Çinin idarəetmə orqanı olan CPC Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsində vəzifə tutur. Çin Kommunist Partiyasıın 9-cu Katibidir (2012-ci ildən).
Sil-Ki
Sil-Ki (ing. Seal Cay) — Baham adalarında ada. İnzibati cəhətdən Qrand-Ki rayonunun bir hissəsidir. == Coğrafiya == Ada Abako adalarının şimalında, Volkers-Kidən 3.3 kilometr (2.1 mil) şərqdə yerləşir. Qrupun ən şərqində yerləşən və ən yüksək (dəniz səviyyəsindən 3 metr (9.8 ft) hündürlükdə) adasıdır. Uzunsov formaya malikdir. Adanın uzunluğu 700 metr (2,300 ft), eni isə 85 metr (279 ft) kimidir. == Turizm == Volkers-Ki kimi, Sil-Ki adası da dayaz sahil suları ilə tanınır. Burada çoxlu balıqlar, xüsusən də əllə bəslənə bilən köpəkbalıqları var. Bundan əlavə, burada dalğıclıq da inkişaf etdirilir.
Çju Si
Çju Si (çin. sadə. 朱熹, pinyin: Zhū Xī, eləcə də Çju Yuanxuey, Çju Çjunxuey, Çju Xueyan kimi tanınır; 1130–1200) — Sun İmperiyası (960–1279) dövrünün konfutsiçi filosofu, çin neokonfutsiçiliyinin banisi, filosof-ensiklopediyaçı, ədəbiyyatçı, mətnşünas, qədim mətnlərin şərhçisi. Çin fəlsəfəsində adətən Konfutsidən sonra ikinci əhəmiyyətli filosof sayılır. Müasirləri onu Çjan Şi və Lyuy Szutsyan ilə birlikdə "Cənub-Şərqin üç müdriki" hesab edirlər. == Həyatı == Çju Si ziyalı ailədə dünyaya gəlmişdir.
Phou si
Phou Si — Phou Si dağı, həm də Phu Si dağı Laosun köhnə Luang Prabang şəhərinin mərkəzində 100 m (328 fut) hündürlüyündə bir təpədir. O, köhnə şəhər yarımadasının mərkəzində yerləşir və bir tərəfdən Mekonq çayı, digər tərəfdən Nam Xan çayı ilə həmsərhəddir. Təpə yerli dini yerdir və bir neçə Buddist ziyarətgahına ev sahibliyi edir. Təpənin yarısında Nam Khana baxan Buddist məbədi olan Wat Tham Phou Si yerləşir. Təpənin zirvəsində, şəhərə və ətraf kəndlərə baxan Wat Chom Si yerləşir, bu da Buddist məbədidir və Luang Prabangın turistik məkanıdır. Phou Si-yə giriş 2018-ci ilin iyul ayından etibarən 20.000 Kip təşkil edir.
Kuang Si şəlaləsi
Kuang Si (laos ຕາດກວາງຊ, oxu. «tat kvanpxsi») — Laosun Luang Prabang əyalətində şəlalə. Şəlalə ölkənin Tam Kuang Si Milli Parkında yerləşir. Tipinə görə kaskad və mərtəbəlidir. Ümumi hündürlüyü 60 metr, əsas kaskadın hündürlüyü 54 metrdir. Şəlalə əsas 4 kaskaddan ibarətdir. == Ümumi məlumat == Kuang Si şəlaləsi Luang Prabang şəhərindən 32 km cənubda, Mekonq çayının sol sahilindədir. Ərazidə eyni adlı milli park yaradılıb. Şəlalə əsas və üç kiçik kaskaddan ibarətdir. Əsas kaskadın hündürlüyü 54 metrdir.