ANS Şirkətlər Qrupu

ANS Şirkətlər Qrupu — Azərbaycanda xəbər və televiziya yayımı edən quruluşdur.[1][2]

ANS Şirkətlər Qrupu
Yaranma tarixi 1994
Mərkəzi Bakı, Azərbaycan
Prezident Vahid Mustafayev
Vitse-Prezidentlər Seyfulla Mustafayev,
Mir Şahin

ANS — 1990-cı ildə jurnalist Vahid Mustafayev, Seyfulla MustafayevMirşahin Ağayev tərəfindən qurulmuşdur. Şirkətin adı ingilis dilindən tərcümədə Azərbaycan Xəbərlər Xidməti mənasını verən "Azerbaijan News Service" (ANS) kəlmələrinin qısaldılmış halıdır. Ayrıca ANS, Sovetlər Birliyindəki ilk xüsusi investisiyalı mətbuat nəşr mənsubudur. Sovetlərin son dövründəki Çeçenistan, Gürcüstan, Osetiya, Qarabağ, Abxaziya, Əfqanıstan, İnquşetiya kimi döyüş və anlaşmazlıqlardakı xəbərləri ANS televiziyasına məşhurluq qazandırmışdır.[2][3] Bu müsahibə və xəbərlər BBC, CNN, NBC, ZDF, ARD, VOX, RAI, TF, RTR, CBS, TBS kimi dünya tərəfindən məşhur beynəlxalq nəşr edən kanallara satılmışdır.[4]

Müstəqil və xüsusi investisiyalı bir nəşr orqanı olaraq ANS Azərbaycanda medianın inkişafında əhəmiyyətli bir rol onamıştır. İndiki vaxtda bu şirkət ANS TV, ANS ÇM, ANS Press və ANS Kommers olmaqla 4 alt şirkətə malikdir.[5][6]

  1. "Human Right House". İstifadə tarixi: 2008-07-22.[daimi ölü keçid]
  2. 1 2 "Radio Free Europe/Radio Liberty". September 7, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-22.
  3. "Eurasia insight". 13 August 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-22.
  4. "Azerbaijan Development Bulletin". UNDP. 2011-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-07-22.
  5. "ANS GROUP OF COMPANIES STRONGLY CONDEMN BEATING OF JOURNALIST". azertag.az (ingilis). İstifadə tarixi: 2022-09-01.
  6. "Azerbaijan suspends license of ANS TV". commonspace.eu (ingilis). 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-01.
  7. ""ANS Şirkətlər Qrupu"nun vitse-prezidenti yeni şirkət yaradıb". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]