Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əli ədavətçiliyi
Əli ədavətçiliyi və ya Nasibilik — Müaviyə və Əli dönəmindəki savaşlarından başlayıb, Əlinin öldürülməsindən sonra daha da şiddətli olub. == Bəni Üməyyə dönəmi == Əli ibn Əbu Talibə söyüş iftira və səbb Bəni Üməyyəli Müaviyə çağından başlanıb Ömər bin Əbdüləziz çağınadək ardısı oldu taki, o, bu işin qadağan olmasına əmr edincə. İbni Əbilhədid Nəhcül-bəlağə şərhi kitabında şiələrin beşinci imamı Baqirdən hədis qondarma və şiələrin oldürülməsinə görə belə deyir: Biz Qureyşlilər əlindən nə zülmlər və ədavətlər çəkmişik! bizim istəyən və şiələrimiz camaatın içində nələr ki çəkməyiblər!… camaatı bizdən incitmək üçün necə şəhərlərdə bizim demədiyimiz və etmədiyimiz sözləri bizə bağladılar. onların ən şiddətlisi Həsən bin Əlidən sonraidi. bizim şiələrimizi hər şəhərdə tapdılar öldürüb şiə olmaqları üçün əl və qolların kəsdilər. hər kimsəki bizi sevmək və istəməyə məşhuridi həbsə salınıb mal mülkü talan olub evi başına uçurulurdu. İbn Əbilhədidin yazdığına görə Muaviyə quruluq və yoxsulluq zamanından sonra işçilərinin birinə bir məktub yazaraq dedi: "sənin o, kəslərə ki, Əbu Turabın fəzilət, yaxşılıq və tərifini deyələr heç çeşid məsuliyyətin yoxdur." ondan sonra natiqlər Əli və Əhli-Beytinə söyüş, yalan və iftira etməyə başladılar… O, zamanın ən yazıq camaatı kufəlilərdilər niyə ki Əlinin şiələri orada çox idilər. Müaviyə Ubeydullah ibn Ziyadı oraya hakim edib Bəsrənidə ona tapşırdı. O, şiələri güdüb axtarırdı, onları tanıyırdı niyə ki Əli xilafəti zamanında onun tərəfdaşlarından idi.
Ədalət
Ədalət — mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası. Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s… buna misal ola bilər. == Ümumi məlumat == Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və təəhhüdləri, əməl və əcri, əmək və mükafatlandırılması, cinayət və cəzası, insanın xidmətləri və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin hüquqi münasibətlərdə iştirak edənlərin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir. İctimai şüur tarixində Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qəbul olunmuş qaydalara danışıqsız riayət edilməsinin qəbulu ilə bağlı idi.
Aşıq Ədalət
Aşıq Ədalət (Ədalət Məhəmmədəli oğlu Nəsibov; 27 yanvar 1939, Qazax – 14 sentyabr 2017, Bakı) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1990). == Həyatı == Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalır. 1950-ci ildə Bakıya dəvət olunur. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdır, saza yeniliklər gətirir. Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur. UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılmışdır. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə etmişdir.
Sosial ədalət
Sosial ədalət — sərvət bölgüsü, şəxsi fəaliyyət imkanları və sosial imtiyazlarla ölçülən şəxs və cəmiyyət arasındakı ədalətli və ədalətli münasibətlər anlayışı. Qərbdə olduğu kimi köhnə Asiya mədəniyyətlərində də sosial ədalət anlayışı çox vaxt fərdlərin ictimai rollarını yerinə yetirmələrini və cəmiyyətdən lazım olanı almalarını təmin etmək prosesinə istinad etmişdir. Sosial ədalət uğrunda cari qlobal hərəkatlarda əsas diqqət sosial hərəkətlilik üçün maneələrin qırılmasına, təhlükəsizlik şəbəkələrinin yaradılmasına və iqtisadi ədalətə yönəldilmişdir. Sosial ədalət insanlara əsas üstünlükləri və əməkdaşlıq yüklərini əldə etməyə imkan verən cəmiyyət institutlarında hüquq və vəzifələri təyin edir. Müvafiq qurumlar sərvətlərin ədalətli bölüşdürülməsinə və bərabər imkanların təmin edilməsinə tez-tez vergitutma, sosial sığorta, səhiyyə, dövlət məktəbi, ictimai xidmətlər, əmək qanunvericiliyi və bazarların tənzimlənməsi daxildir. Ədaləti cəmiyyətə qarşılıqlı münasibətlə əlaqələndirən şərhlər mədəni adət-ənənələrin fərqliliyi ilə vasitə olunur, bəziləri cəmiyyət qarşısında fərdi məsuliyyəti, digərləri hakimiyyətə çatma və onun istifadəsi arasındakı tarazlığı vurğulayır. Sosial ədalət anlayışını Hippo Avqustin ilahiyyatı və Tomas Peynin fəlsəfəsi ilə izləmək olarsa da, "sosial ədalət" termini 1780-ci illərdə açıq şəkildə istifadə edilmişdir. Luigi Taparelli adlı bir Cezuit keşişi, adətən bu terminlə əlaqələndirilir və Antonio Rosmini-Serbati əsəriylə 1848-ci il inqilabları zamanı yayıldı. Ancaq son araşdırmalar sübut etdi ki, "sosial ədalət" ifadəsinin istifadəsi daha qədimdir( hətta 19cu əsrdən əvvəl). Məsələn, Anqlo-Amerikada, Federalist Sənədlərdə, № 7-də rast gəlinir: " Konnektikutda Rhode adası Qanunvericiliyi tərəfindən edilən böyüklüklər səbəbiylə həyəcanlanmış qisas alma meylini müşahidə etdik; və buna bənzər hallarda, digər hallarda müharibə, perqament yox, qılınc kimi əxlaqi öhdəliklərin və sosial ədalətin bu cür vəhşicəsinə pozulmalarını cəzalandıracağını əsaslandırırıq.
Xocalıya Ədalət
"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası (ing. Justice for Khojaly) — Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri. == Haqqında == "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir. == Kampaniyanın strateji məqsədləri == 1.
Ədalət Muradov
Ədalət Cəlal oğlu Muradov (29 yanvar 1962, Güllücə, Ağdam rayonu) — Azərbaycan alimi, iqtisad elmləri doktoru (1998).Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru (2014-cü ildən). == Həyatı == Muradov Ədalət Cəlal oğlu 29 yanvar 1962-ci ildə anadan olmuşdur. 1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirmiş, 1980–1982-ci illərdə Sibir Hərbi Dairəsində əsgəri xidmət keçmişdir. 1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildə tələbələr arasında keçirilən Ümumittifaq Olimpiadada "İqtisadiyyat və istehsalın təşkili üzrə" SSRİ-də 2-ci yerə layiq görülmüşdür. 1990-cı ildə Kiyev Dövlət Universitetinin əyani aspiranturasına daxil olmuş və 1993-cü ildə "Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri" ("Структурные преобразования экономики региона при переходе к рынку") mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1994-cü ildə "Profi – AD" LTD (Kiyev) şirkətinə rəhbərlik etmişdir. 1995-ci ildə Kiyev Dövlət Universitetində doktoranturaya daxil olmuş və 1998-ci ildə isə "Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası" ("Интеграция переходной экономики в систему мирового хозяйства") mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1995–1999-cu illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş, "Makroiqtisadiyyat", "İqtisadi Siyasət", "Beynəlxalq İqtisadiyyat", "Keçid İqtisadiyyatının Ümumi Nəzəriyyəsi" fənlərini tədris etmişdir. 1998–1999-cu illərdə "ИБ Австрия Секюритз (Украина)" İnvestisiya Bankında "Postsovet keçid iqtisadiyyatlarının tranformasiyasının təhlili" şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Ədalət Mədədoğlu
Ədalət Mədəd oğlu İsmayılov (Ədalət Mədədoğlu; 1 fevral 1968, Dmanisi) — azərbaycanlı şair, yazıçı, publisist, siyasi xadim. == Həyatı == Ədalət Mədədoğlu 1968-ci ilin fevralın 1-də Gürcüstanın Dmanisi şəhərində anadan olub. 1985-ci ildə Dmanisi rus orta məktəbini, 1996-ci ildə isə A. M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Müxtəlif illərdə “Kaspi” (rus dilində), “Xəzər” (Azərbaycan dilində), “Nyu Baku Post” (Azərbaycan dilində) qəzetlərinin redaktor, baş redaktorun müavini və məsul katib, “Kaspiy İz” (rus dilində), “İçəri şəhər” (rus dilində), “Mobil time” (Azərbaycan və ingilis dillərində) jurnallarının redaktoru olub, BBC radiosunun rus xidmətində çalışıb. Hal-hazırda, “Əqli mülkiyyət jurnalının” baş redaktorudur. == Siyasi-ictimai, elmi fəaliyyəti == Ədalət Mədədoğlu 2000 ildə təsis etdiyi Azərbaycan Sabit İnkişaf Partiyasının (ASİP) sədridir. ASİP ölkənin siyasi-ictimai həyatında sol-mərkəzçi, islahatçı partiya kimi fəaliyyət göstərir. Ədalət Mədədoğlu Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya Gürcüstan Ukrayna, Özbəkistan, Moldova, Almaniya, Səudiyyə Ərəbistanı mətbuatında dərc edilmiş 200-dən artıq siyasi və elmi məqalələri, “Azərbaycan dilində onomastik vahidlərin semantik inkişafı” adlı avtoreferatın müəllifidir. == Yaradıcılığı == Адалат Мадатоглу. «Скалы» (“Qayalar”) 1995, Украина, Городская типография Донецкого областного комитета по делам печати и информации.
Ədalət Məmmədov
Ədalət Məti oğlu Məmmədov (1949) — azərbaycanlı sənətçi. Ədalət Eyvaz oğlu Məmmədov (1959) — azərbaycanlı memar. Ədalət Həsən oğlu Məmmədov (1961-1992) — azərbaycan polis. Ədalət Aydın oğlu Məmmədov (1974-2003) — azərbaycanlı boksçu.
Ədalət Nəsibov
Aşıq Ədalət (Ədalət Məhəmmədəli oğlu Nəsibov; 27 yanvar 1939, Qazax – 14 sentyabr 2017, Bakı) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1990). == Həyatı == Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalır. 1950-ci ildə Bakıya dəvət olunur. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdır, saza yeniliklər gətirir. Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur. UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılmışdır. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə etmişdir.
Ədalət Nəzərli
Ədalət Məmmədcavad oğlu Nəzərli (d. 18 fevral 1925-ci il, Bakı, Azərbaycan SSR, SSRİ - ö. 20 may 1999-cu il, Bakı, Azərbaycan Respublikası) — iqtisad elmləri doktoru, professor (1977). == Həyatı == Ədalət Məmmədcavad oğlu Nəzərli 1925-ci il fevral ayının 18-də Bakı şəhərində anadan olub. Atası Məmmədcavad Nəzərli dövrünün qabaqcıl ziyalarından biri, mətbəə işçisi olub. 1933-1937 illərdə keçmiş Karyagin, indiki Füzuli rayonunda, sonra isə 1937-1943-cü illərdə Bakı şəhəri keçmiş Oktyabr rayonunda (indiki Yasamal rayonu) Cəfər Cabbarlı adına orta məktəbdə təhsil alıb. 1943-1945-ci illərdə II Dünya müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. 1949-1951-ci illərdə Moskva Dövlət Universitetində təhsil alıb. 1954-cü ildə təhsilini davam etdirərək, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. ADU-nu bitirəndən sonra Tiflisdə aspiranturaya daxil olub və 1962-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi olub.
Ədalət Partiyası
Ədalət Partiyası (Azərbaycan, 1916) — Cənubi Azərbaycanlı mühacirlər 1916-cı ildə (1917) tərəfindən əsası qoyulmuş sosial demokratik yönümlü partiya. Ədalət Partiyası (Azərbaycan, 1993) — Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərən siyasi partiya. Ədalət Partiyası (Türkiyə, 1961) — Süleyman Dəmirəl liderliyində qurulmuş, 1961-1980-ci illərdə Türkiyə siyasətində təmsil olunmuş siyasi partiya. Ədalət Partiyası (Türkiyə, 2015) — Türkiyədə siyasi partiya.
Ədalət Paşayev
Ədalət Məhəmməd oğlu Paşayev (1947, Dəyəqarabulaq, Gədəbəy rayonu – 2 noyabr 2020) — Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin sabiq rəisi (2009–2016), feldyeger xidməti general-leytenantı. == Həyatı == Ədalət Paşayev 1947-ci ildə Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin sabiq rəisi olan Ədalət Paşayev Azərbaycanda feldyeger xidmətinin banisi, Dövlət Feldyeger Xidmətinin ilk rəisi olmaqla yanaşı MDB dövlətlərinin Hökumətlərarası Feldyeger Rabitəsi Əlaqələndirmə Şurasının da sabiq sədr müavini olmuşdur. Prezident İlham Əliyev tərəfindən 2014-cü ildə göstərdiyi xidmətə görə general-leytenant ali xüsusi rütbəsi verilən Ədalət Paşayev 2 noyabr 2020-ci ildə vəfat etmişdir.
Ədalət Qasımov
Ədalət Qasım oğlu Qasımov — AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru. == Həyatı == Ədalət Qasım oğlu Qasımov 5 dekabr 1956-cı ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1963–1973-cü illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbində orta təhsil almışdır. 1973-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1977–1979-cu illərdə AMEA Tarix İnstitutunun əyani aspiranturasında təhsil alıb. 1986-cı ildə "Naxçıvan MSSR zəhmətkeşlərinin maddi rifahının və mədəni səviyyəsinin yüksəlməsi (1971–1980-ci illər)" mövzusu üzrə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Naxçıvan Muxtar Respublikasının, eləcə də müasir tariximizin digər məsələləri ilə bağlı 3 monoqrafiya və 100-dən çox məqalə nəşr etdirmişdir. 2011-ci ildə "Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969–2003-cü illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Hazırda AMEA Tarix İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri vəzifəsində çalışır. == Əsərləri == === Monoqrafiya === Heydər Əliyev inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası (XX əsrin 70–80-ci illəri).
Ədalət Rəhimli
Ədalət Vilayət oğlu Rəhimli — Kimya elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar ekoloqu. == Həyatı == Ədalət Vilayət oğlu Rəhimli 1937-ci ildə (3 aprel) Azərbaycan Respublikasının Naxçıvan ş. anadan olmuşdur. 1945-55-ci illərdə orta məktəbdə, 1955-1960-cı illərdə Azərbaycan dövlət Universitetinin kimya fakültəsində oxumuş, hər iki təhsil müəssisələrini əla qiymətlərlə bitirmiş və qızıl medal və fərqlənmə diplomu ilə təltif olunmuşdur. == Elmi fəaliyyəti == Universitetin 5-ci kursunda oxuyarkən o, ən görkəmli neft-kimya alimi, akademik Y.U.Məmmədəliyevin laboratoriyasına Azərbaycanın EA neft-kimya prosesləri İnstitutuna kiçik elmi əməkdaş vəzifəsinə qəbul edilmişdir. 1960-cı ildə Universitetdə təhsili başa vurmaq üzrə olarkən Rəhimli A.V. SSSR-nin EA kimyəvi fizika İnstitutunun aspiranturasına daxil olmuş və görkəmli kimyaçı-polimerçi alimin, professor A.A.Berlinin rəhbərliyi altında kimya sahəsində tədqiqata başlamışdır. Onun tərəfindən ilk dəfə p-benzoxinonun bisdiazotlaşmış diaromatik birləşmələrlə qarşılıqlı təsir reaksiyası üzrə poliarilenxinonların sintezi metodu işlənib hazırlanmış, bir sıra poliarilenxinonların struktur və xüsusiyyətləri alınıb və müəyyən edilmişdir. Onların əsasında stabil mikrosemixinon radikallar alınıb. Güclü turşulu qruplarla poliarilenxinonlar ilk dəfə son həddə çatmayan oliqoefirakrilatların sintez reaksiyasında hetereqon katalizator – ingibitor kimi tətbiq olunmuşdur. Ə.V. Rəhimli Kimyəvi fizika Elmi Şurasının və D.İ.Mendeleyev adına Kimyacı Cəmiyyətinin diplomu ilə mükafatlandırılmışdır.
Ədalət Salmanov
Ədalət Rəhim oğlu Salmanov — Azərbaycanlı şəhid. == Həyatı == Salmanov Ədalət Rəhim oglu 1969-cu ildə martın 16-da Gədəbəy rayonunun Göyəlli kəndində anadan olmusdur. 14 yanvar 1993-cü ildə şəhid olub. == Hərbi xidməti == 1988–90-cı illərdə Rusiyada hərbi xidmətdə olmusdur. 1991–92-ci illərdə könüllu olaraq Vətənin mudafiəsinə qoşulmuşdur. == Vəfatı == 1993-cü il yanvarın 14-də Gədəbəy rayonunun Şümüklü postunda şəhid olmuşdur. == Ailə vəziyyəti == Subay idi. == Mənbə == "Gədəbəy Şəhidləri".
Ədalət Tahirzadə
Ədalət Şərif oğlu Tahirzadə (23 may 1951, Xırxatala, Qutqaşen rayonu) — pedaqoq, dilçi, filoloq-mətnşünas, tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Respublikasının sabiq təhsil naziri müavini. == Həyatı == Ədalət Şərif oğlu Tahirzadə 23 may 1951-ci ildə Qutqaşen rayonunun Xırxatala kəndində anadan olub. 1958-ci ildə Xırxatala kənd səkkizillik məktəbinin 1-ci sinfinə gedib, 1966-cı ildə həmin məktəbi bitirib. Orta təhsilini 1968-ci ildə Qəbələ rayonunun Zarağan kənd orta məktəbində başa vurub. Orta məktəbi bitirdikdən sonra 1968–1969-cu dərs ilində Xırxatala kənd orta məktəbində pioner baş dəstə rəhbəri işləyib. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1974-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 1974–1977-ci illərdə təyinatla İsmayıllı rayonunun Topçu kənd orta məktəbində türk dili (Azərb. dili) və ədəbiyyat müəllimi işləyib. Təyinat müddəti bitdikdən sonra Qəbələ rayonunun Kiçik Pirəlli kənd orta məktəbində 1977-ci ilin sentyabr ayından 1978-ci ilin dekabr ayınadək Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. 1977-ci ildə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun qiyabi aspiranturasına daxil olub, 1978-ci ilin dekabrından əyani şöbəyə keçirilib.
Ədalət Vahabov
== Siyahı ==
Ədalət Verdiyev
Ədalət Rafiq oğlu Verdiyev (7 noyabr 1969, Kürdəmir rayonu) — ehtiyatda olan zabit, hərbi ekspert. == Həyatı == Ədalət Verdiyev 7 noyabr 1969-cu ildə Kürdəmir rayonunda anadan olub. 1975–1986-cı illərdə Kürdəmir rayonu 3 saylı tam orta məktəbdə təhsil almışdır. 1986–1990-cı illərdə Almatı Ali Ümumqoşun Komandirlər məktəbində ali-hərbi təhsil almışdır. Bundan sonra Rusiya ordusunda 2 il xidmət etmişdir. Bundan sonra 1992-ci ildə Azərbaycan və Ermənistan arasındakı münaqişələr əsnasında Rusiya Federasiyasından Azərbaycana qayıtmışdır. Azərbaycan Respublikasının ordusunun hərbi mütəxəssisi olaraq texniki , mühəndislik və kəşfiyyat kimi əsas hərbi sahələrdə peşakar təcrübəyə sahibdir. Azərbaycan, Türkiyə, ABŞ, Rusiya (SSR), İsrail, Gürcüstan, Fransa, İtaliya, İngiltərə və s. ölkələrin silahlanmasında mövcud olan bir çox silah sistemlərinə aid araşdırma yazıları vardır. Qarabağ ərazisində aparılan döyüş əməliyyatlarının araşdırılması və yeni döyüş metodlarına dair tədqiqatları mövcuddur.
Ədalət Vəliyev
Ədalət Məqsəd oğlu Vəliyev (4 mart 1959, Bakı) — ictimai xadim, sənətşünaslıq doktoru, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013), Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri (2019-cu ildən), Azərbaycan Respublikası mədəniyyət nazirinin (1993–2006) və mədəniyyət və turizm nazirinin müavini (2006–2018). == Həyatı == Vəliyev Ədalət Məqsəd oğlu 4 mart 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1966–1976-cı illərdə Bakı şəhər 102 nömrəli orta ümümtəhsil məktəbində, eyni zamanda 1968–1973-cü illərdə 21 nömrəli musiqi məktəbində təhsil almışdır. Ədalət Vəliyev əmək fəaliyyətinə 1976-cı ildə başlamışdır. 1978–1980-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş və buranı filologiya ixtisası üzrə bitirmişdir. 1980-ci ildən başlayaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında müxtəlif vəzifələrdə işləmişdir. O, 1986–1987-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında, 1987–1989-cu illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini vəzifəsində çalışmış, 1989–1991-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sərəncamçı direktor, 1991–1993-cü illərdə isə Azərbaycan Dövlət Rus Dram Teatrında direktor vəzifəsində fəaliyyət göstərmişdir. Ədalət Vəliyev 1993–2006-cı illərdə Azərbaycan Respublikası mədəniyyət nazirinin, 2006–2018-ci isə illərdə mədəniyyət və turizm nazirinin müavini vəzifələrində çalışmışdır. O, 29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edilib.
Ədalət Vəzirov
Ədalət Səfərəli oğlu Vəzirov (27 aprel 1951, Divəzər, Xızı rayonu – 5 oktyabr 2002, İstanbul) — Azərbaycan musiqiçisi, kamança ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (1998). == Həyatı == Ədalət Vəzirov 27 aprel 1951-ci ildə Xızı rayonunun Dizəvər kəndində anadan olmuşdur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. O, 1974-cü ildə Moskvada keçirilən V Beynəlxalq Musiqi müsabiqəsinin qalibi olub. 1980-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında və Sumqayıt Musiqi Texnikumunda (2000–2002-ci illərdə direktor) müəllim işləyib, bir çox tanınmış musiqiçilərlər yetişdirib. O, uzun müddət əməkdar artist Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında, SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışmışdır. Bir çox xarici ölkələrdə — ABŞ, Kanada, İraq, Misir, Türkiyədə ifaçılıq sənətimizi yüksək səviyyədə nümayiş etdirib. Ədalət Vəzirov kamança ifaçılığından əlavə peşəkar fortepiano və qarmon ifaçısı idi. Ədalət Vəzirov xalq mahnısı, rəqs, rəng və təsniflərini, muğamları mükəmməl ifa etmək, üçlükdə xanəndəni, tarzəni düzgün müşayiət etməklə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək səviyyədə ifa etmək bacarığına malik bir ifaçı olmuşdur. Məşhur yəhudi kamança ifaçısı Mark Eliyahunun müəllimi olub.
Ədalət Yusub
Ədalət Həsənağa oğlu Yusubov və ya Ədalət Həsənağa oğlu Yusub (5 oktyabr 1960) — Klassik Xalq Cəbhəsi Partiyasının sabiq sədr müavini, Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Ədalət Yusub 5 oktyabr 1960-cı ildə anadan olmuşdur. == Siyasi fəaliyyəti == Ədalət Yusub 10 may 1992-ci il Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 806 nömrəli fərmanı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 11 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 713 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir. === Partiya fəaliyyəti === Ədalət Yusub Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. O, Klassik Xalq Cəbhəsi Partiyasının Salyan Rayon Təşkilatının sədri və sədrin seçki məsələləri üzrə müavini olmuşdur. Partiya daxilində yaranmış narazılıqlara görə yaranmış Demokratik Birlik Fraksiyasının həmtəsisçisi olmuşdur. O, Klassik Xalq Cəbhəsi Partiyası üzvü olduğu müddətdə sədr müavinliyindən istefa verərək Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatına üzv olmuş və hərəkatın təşkilati məsələlər üzrə sədr müavini olmuşdur. 17 oktyabr 2021-ci ildə partiyaya çevrilən hərəkatın 26 dekabr 2021-ci il tarixində Ali Məclisinin ilk sessiyası keçirilmiş və sessiyada Ədalət Yusub Azərbaycan Demokratiya və Rifah Partiyasının təşkilati məsələlər üzrə sədr müavini vəzifəsinə təyin olunmuşdur. === Seçkilərdə === Ədalət Yusub 2010-cu il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyasının deputatlığa namizədi olmuş, 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 2849 səs (19.19 %) səs toplayaraq seçkiləri Ana Vətən Partiyası namizədi Fəzail Ağamalı və bitərəf namizəd İlham İsmayılovun ardınca üçüncü sırada bitirmişdir.
Ədalət Yusubov
Ədalət Həsənağa oğlu Yusubov və ya Ədalət Həsənağa oğlu Yusub (5 oktyabr 1960) — Klassik Xalq Cəbhəsi Partiyasının sabiq sədr müavini, Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Ədalət Yusub 5 oktyabr 1960-cı ildə anadan olmuşdur. == Siyasi fəaliyyəti == Ədalət Yusub 10 may 1992-ci il Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 806 nömrəli fərmanı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 11 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 713 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir. === Partiya fəaliyyəti === Ədalət Yusub Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. O, Klassik Xalq Cəbhəsi Partiyasının Salyan Rayon Təşkilatının sədri və sədrin seçki məsələləri üzrə müavini olmuşdur. Partiya daxilində yaranmış narazılıqlara görə yaranmış Demokratik Birlik Fraksiyasının həmtəsisçisi olmuşdur. O, Klassik Xalq Cəbhəsi Partiyası üzvü olduğu müddətdə sədr müavinliyindən istefa verərək Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatına üzv olmuş və hərəkatın təşkilati məsələlər üzrə sədr müavini olmuşdur. 17 oktyabr 2021-ci ildə partiyaya çevrilən hərəkatın 26 dekabr 2021-ci il tarixində Ali Məclisinin ilk sessiyası keçirilmiş və sessiyada Ədalət Yusub Azərbaycan Demokratiya və Rifah Partiyasının təşkilati məsələlər üzrə sədr müavini vəzifəsinə təyin olunmuşdur. === Seçkilərdə === Ədalət Yusub 2010-cu il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyasının deputatlığa namizədi olmuş, 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 2849 səs (19.19 %) səs toplayaraq seçkiləri Ana Vətən Partiyası namizədi Fəzail Ağamalı və bitərəf namizəd İlham İsmayılovun ardınca üçüncü sırada bitirmişdir.
Ədalət Ziyadxanov
Ədalət Ziyadxanov (23 fevral 1946 – 12 sentyabr 2018) — rejissor, aktyor. == Həyatı == Ədalət Ziyadxanov 1946-cı ildə Bakıda — "Kubinka"da anadan olub. Uşaqlıqdan sənətə meyil edib. Bakı Bələdiyyə Teatrının rejissorudur. Əvvəllər Şəki teatrında rejissor, Ağdam teatrında baş rejissor işləyib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Sənətşünaslıq fakültəsində "ədəbi yaradıcılıq" ixtisası üzrə dərs deyir. Ə.Ziyadxanovun səhnələşdirdiyi Aqşin Babayevin "Oğul" əsəri "Dərviş" mükafatına layiq görülüb. Tamaşalarının çox hissəsi Azərbaycan televiziyasının qızıl fondundadır.
Ədalət fəvvarəsi
Ədalət fəvvarəsi (alm. Gerechtigkeitsbrunnen‎) — İsveçrənin Bern şəhərinin Gerehtiqkaytsqasse döngəsində yerləşir. Bu, XVI əsrə aid öz orijinal görünüşünü saxlamış yeganə məşhur Bern fəvvarəsidir və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Fəvvarənin mərkəzi fiquru Roma ədalət ilahəsi Yustisiyanı simvolizə edir (Qədim Yunan mifologiyasındakı Femidanın analoqu). == Fəvvarə == Bu fəvvarə səkkizbucaqlı əsas və iki kiçik əlavə hovuzdan ibarətdir. Əsas hovuz əhəngdaşından hazırlanıb və dəmir halqa ilə bəzədilib. Hövzənin mərkəzində postamentdən çıxan bürünc borular var, onun üzərində isə haşiyəli frizlə bəzədilmiş dar daş sütun dayanır. == Heykəl == Fəvvarənin heykəli gözəl qadını təsvir edir. O əlində ədalət mühakiməsinin ənənəvi simvollarını — qılınc və tərəzi saxlayır. Qadının gözləri sarğılanıb — bu onun qərarlarının bütövlüyünü simvolizə edir.
Ədalət Şükürov
Ədalət Şükürov (Ədalət Zakir oğlu Şükürov; d. 22 aprel 1966, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı müğənni. Azərbaycan Respublikasının əməkdar artistii, Dağıstan Respublikasının Xalq Artisti. Azərbaycan Kikboksinq Federasiyasının Sumqayıt şəhər Klubunun sədri, iqtisad elmləri namizədi. == Həyatı == Ədalət Şükürov 22 aprel 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. Əslən Qazax rayonunun Kəmərli kəndindəndir. Orta məktəbi bitirdikdən sonra, hərbi xidmətə yollanıb. 3 il "Novaya Zemlya" adasında, sualtı qayıqda hərbi xidmətini çəkib. Hərbi xidməti bitirib, geri döndükdən sonra 1987-ci ildə Sankt-Peterburq Mədəniyyət Universitetinin "kütləvi tədbirlər rejissoru" fakültəsinə daxil olur. Ali təhsil aldıqdan sonra Ədalət Şükürov Sankt-Peterburqun 5-ci kanalında efirə gedən "Adamovo yabloko" verilişində rejissor işləyir.
Ədalət Əbdülsəmədov
Ədalət Əbdülsəmədov (tam adı: Ədalət Həsən oğlu Əbdülsəmədov; 17 yanvar 1966) — azərbaycanlı aktyor. == Həyatı == Ədalət Əbdülsəmədov 17 yanvar 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr və kino sənəti" fakültəsini bitirib. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 1993-cü ildən Teatr Xadimləri İttifaqının üzvüdür. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. == Əsas rolları == Kral — ("Əriməyən ürək", O. Uald) Mirzə Cavad — ("Aydın", C. Cabbarlı) İbn Səlam — ("Leyli və Məcnun", M. Füzuli) Məcid — ("Dələduz", N. B. Vəzirov) İlya — ("Halallıq", V. Rasputin) Murtuz — ("Dağ tikirik", V. Səmədoğlu) Nəvə — ("Generalın son əmri", V. Səmədoğlu) Kişi — ("Qara qutu", F. Mustafa) Balay — ("Sultanqulu körpüsü", İ. Məlikzadə) Baba — ("Xoşbəxt gün", Ə. Əmirli) Bulat — ("Arvadımın əri", S. Xuqayev) Ulaq — ("Dünyanın axırı", R. Əlizadə) Ağamehdi — ("Qumm üzərində ev", R. İbrahimbəyov) Pinay — ("Bir az gəlirmisiz", Ə. Nesin) Saz yoxlayan — ("Öldür məni can-ciyər", Ə. Nesin) MİS rəisi — ("Su pərisi", F. Mustafa) Novruz bəy — ("Aydın", C. Cabbarlı) Kazak — ("Hekayəti-xırs-quldurbasan", M. F. Axundov) Həkim — ("Şelkunçik", E. T. A. Hofman) Polis — ("Oliver Tvistin macəraları", Ç. Dikkens) Valideyn — ("Mənim ağ göyərçinim", T. Vəliyeva) Əbdülqasım, Coqaş — ("Əcəl atı", V. Əlixanlı) Nəcəf — ("Mən səni sevirəm – M. S. S", Ə. Əmirli) Səftər müəllim — ("Buzovna kəndinin əhvalatları", Elçin) Hacı Qara — ("Müsyö Jordan və dərviş Məstəli şah", M. F. Axundzadə) Hacı Qara — ("Hacı Qara", M. F. Axundzadə) Çinar — ("Pələng ili", F. Mustafa) Polis — ("Buratinonun macəraları", A. Tolstoy) Ağabəşir — ("Sarıköynəklə Valehin nağılı", İ. Əfəndiyev) == Filmoqrafiya == Girov (film, 2005) İnterpapa (film, 2006) Qızlar (film, 2007) Qüdsi (film, 2007) Qaydasız döyüş (film, 2009) Komediya səhnəsi (veriliş, 2009) Səhərə inan...