Ədalət Məmmədcavad oğlu Nəzərli (d. 18 fevral 1925-ci il, Bakı, Azərbaycan SSR, SSRİ - ö. 20 may 1999-cu il, Bakı, Azərbaycan Respublikası) — iqtisad elmləri doktoru, professor (1977).
Ədalət Nəzərli | |
---|---|
Ədalət Məmmədcavad oğlu Nəzərli | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan Respublikası |
Dəfn yeri | Yasamal məzarlığı |
Vətəndaşlığı |
Azərbaycan SSR Azərbaycan Respublikası |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | İqtisadiyyat |
Elmi adı | İqtisadiyyat elmlər doktoru |
Təhsili |
Moskva Dövlət Universiteti Bakı Dövlət Universiteti |
Ədalət Məmmədcavad oğlu Nəzərli 1925-ci il fevral ayının 18-də Bakı şəhərində anadan olub. Atası Məmmədcavad Nəzərli dövrünün qabaqcıl ziyalarından biri, mətbəə işçisi olub. 1933-1937 illərdə keçmiş Karyagin, indiki Füzuli rayonunda, sonra isə 1937-1943-cü illərdə Bakı şəhəri keçmiş Oktyabr rayonunda (indiki Yasamal rayonu) Cəfər Cabbarlı adına orta məktəbdə təhsil alıb. 1943-1945-ci illərdə II Dünya müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. 1949-1951-ci illərdə Moskva Dövlət Universitetində təhsil alıb. 1954-cü ildə təhsilini davam etdirərək, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. ADU-nu bitirəndən sonra Tiflisdə aspiranturaya daxil olub və 1962-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi olub. Bir müddət Azərbaycan EA Tarix İnstitutunda elmi işçi kimi işləyib. Bir müddət Bakı Yeyinti Sənayesi Texnikumunda direktor olub. Azərbaycan Poltexnik İnstitutunda, sonra isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda dərs deyib. 1979-cu ildə, “XlX əsrin 80-90-cı illərində Azərbaycanda kustarçılıq sənəti” mövzusunda doktorluq dissertarasiyası müdafiə edərək, iqtisad elmləri doktoru elmi adını alıb. Nəzərli Yeni Azərbaycan Partyasının yaradıcılarından olub. O, ömrünün sonuna kimi YAP Nəsimi rayon təşkilatının idarə heyətinin üzvü olub. Nəzərli 1999-cu il mayın 20-də Bakı şəhərində vəfat etmişdir. Məzarı Yasamal rayonu qəbiristanlığındadır.[1]