Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ərdaq
Ərdaq - İranın Qəzvin ostanının Buyinzəhra şəhristanının Dəştabi bəxşində şəhər və bu bəxşin mərkəzidir. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,832 nəfər və 1,262 ailədən ibarət idi. Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar. == Mədəniyyət == Kilim Ərdaq şəhərinin ən önəmli əl işlərindən biri olaraq, bu şəhər öz naxışlı və davamlı kilimləri ilə də seçilir.
Ərdaq kilimləri
Ərdaq kilimləri – Qəzvin tipinin xovsuz xalçalar qrupuna aid xalçalar. == Ümumi məlumat == Ərdaq kilimləri o qədər naxışlıdır ki, izləyici bunun xalça kimi göründüyünü düşünür. Bu kilimlər sadə və iki üzlü olaraq, toxunmada əyri naxışların istifadəsi bu bölgədəki kilimlərin özəlliklərindən biridir. Ərdaqda kilim toxunması çox populyardır və bu bölgənin çoxlu sakinlərinin evlərində tapıla bilər. Bu bölgədəki kilim uzun bir keçmişə malik olan və başqa ənənəvi sənətlər kimi bu sənətin nəsildən-nəslə ötürülməsini təmsil edir. Bu kilimlərdə xammal yun və pambıqdır. == Ərdaq kilimlərində istifadə edilən ipliklərin rəngi == Ağ, sarı, narıncı, qırmızı, sürməyi, qonur, tünd qırmızı, tünd yaşıl və qara rənglər bu sənətkarlığın ümumi rəngləridir. == Texniki xüsusiyyətlər == Bu tip kilimlərin çox qalın toxuma ipliyindən istifadə edərək toxunuşu Fars toxuması şəklindədir. Çözgü ipi komandir və tabeliyində olan birinin ətrafına çəkilir. Nəticədə, təpələri aşağıda və yuxarıda ayıran silsilələr arasında bir çarpaz meydana gəlir.
Dodaq
Dodaqlar — çənəağızlı onurğalıların əksəriyyətində ağız dəliyini əhatə edən hərəkətsiz dəri büküşləri. Üst və alt dodaq olur. Tısbağalarda, quşlarda və kloakalı yetkin məməlilərdə çənədə qərni dimdiyin olması ilə əlaqədar dodaq yoxdur. Balıqlarda dodaqların üzərində adətən dad və hiss orqanları çox olur və ovu tutmağa kömək edir. Suda-quruda yaşayanların əksəriyyətində dodaqlar tənəffüs zamanı ağız boşluğunu qapamaq üçündür. Sürünənlərdə (ilanlarda və kərtənkələlərdə) dodaqlar aydın görünür və üst tərəfdən qərni dodaq qalxançıqları ilə örtülmüşdür. Məməlilərdə dodaqlar hərəkətlidir, balaların əmməyə, yetkin fərdlərin isə yemi fəal surətdə tutmağa uyğunlaşması ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb edir. Dodaqlar eninə zolaqlı əzələlərdən təşkil olunmuşdur. Filin, donuzun, tapirin üst dodağı çox dartılmış və xortumun, ya da burunun alt tərəfini əmələ gətirir. Dəyirmiağızlılarda üst dodaq sormac funksiyasını yerinə yetirir.
Şəhdad
Şəhdad — İranın Kirman ostanının Kirman şəhristanının Şəhdad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,097 nəfər və 1,010 ailədən ibarət idi.
Əddas
Əddas (ərəb. عَدَّاس‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Addas əslən assuriyalı olmuşdur. == Həyatı == Onun haqqında çox məlumat yoxdur. Onun nə vaxt vəfat etdiyi və məzarının harada olduğu məlum deyil. O, Ninevadan olan xristian qul olmuşdur. O, Məkkə müşriklərindən Ütbə ibn Rəbiə və ya Şeybə ibn Rəbiənin qulu olduğu bilinir. == Müsəlman olması == Məhəmməd və Zeyd ibn Harisə ilə Taifdə olarkən, daşqalaq edildikdən sonra Taifdən bir qədər aralıda olan bir üzüm bağında dincəlirlər. Bu zaman Əddas ağalarının əmri ilə Məhəmməd və Zeyd bin Harisə bir boşqab üzüm gətirir. Məhəmməd Bismillahla üzüm yeməyə başlayanda Əddas bunun nə olduğunu soruşur.
Əhlat
Əxlat (türk. Ahlat) — Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir ilçə. Şimalında Muş ilinə bağlı Bulanıq və Malazgirt ilçələri, qərbində Muş ili, cənubunda Van gölü, şimal-qərbində Tatvan və Bitlis, şərqində isə yenə Van gölü və Adilcəvaz ilçəsiylə həmsərhəddir. Şəhərin ən qədim sakinləri urartlar buranı Halads adlandırarkən, türklər və iranlılar "Əxlat", kürdlər "Xelat", ermənilər "Xlat", süryanilər "Kelat", ərəblər isə "Xilat" adlandırmışlar. İslam aləmində "Qübbət-ül islam" kimi də tanınır.
Əhqaf
46-cı surə
Əhrar
Əhrar Partiyası (Osmanlı) — 1908-1910-cu illərdə mövcud olmuş Osmanlı partiyası
Əhvaz
Əhvaz (fars. اهواز‎) — İranda şəhər, Xuzistan ostanının inzibati mərkəzi. İranın cənub bölgələrinə Əl-Əhvaz deyirlər ki, ərəblərin yaşadığı yerdir. İranın neft və qaz istehsalatı bu bölgədən asılıdır və ölkənin gəlirinin çox faizi buradan əldə olunur.
Ərzaq
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tоnla ölçülür.
Əxlaq
Əxlaq (ər. — xasiyyət, təbiət sözünün cəmi) — İnsanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən etik normalar; mənəviyyat. İctimai şura formalarından biri; ictimai həyatın bütün sahələrində (məişət, ailə, əmək prosesi, elm və siyasət) insanların davranışını tənzim edən sosial institut. Əxlaq insanların öz davranışlarında rəhbər tutduqları prinsip, norma və qaydaların məcmusu, onların həyatda bir-birinə, ailəyə, işlədiyi kollektivə, millətə, bütövlükdə cəmiyyətə olan münasibətinin ifadəsidir. == Ümumi məlumat == Əxlaqın strukturu insanın şüur fəaliyyətinin bir-birinə əks qütblərini ifadə edən xeyir və şərin ziddiyyətinə əsaslanır: onun bilərəkdən can atdığı xeyir, bilərəkdən uzaq durduğu isə şərdir. İnsan hərəkətlərini idarə edən müxtəlif məqsədlər arasında bütün digər məqsədləri müəyyənləşdirən və ali xeyir kimi çıxış edən ən ümumi və mühüm bir məqsəd fərqləndirilir. Davranışın şüurlu olaraq ali xeyirə tərəf istiqamətlənməsi ona xeyir qütbünü aşılayır və insanın mənəvi enerjisini müəyyənləşdirir. Bütün insanlar xeyirə can atırlar, lakin onu müxtəlif cür başa düşürlər. Bu zaman eyni predmetə müxtəlif baxışların qarşılaşdırılması, mənəvi prioritetlərin həqiqilikləri baxımından nəzərdən keçirilməsi problemi yaranır. Hələ qədim filosoflar ali xeyir haqqında konkret təsəvvürlərin müxtəlifliyini üç əsas variantla ifadə etmişlər: həzzə canatma, vətəndaş fəallığı vasitəsilə özünütəsdiq və əbədiliyə qovuşma (bunları sonrakı dövrlərin ifadələri ilə insanın özü üçün, cəmiyyət üçün və Allah üçün yaşaması kimi mənalandırmaq mümkündür).
Zəhhaq
Zəhhak və ya Zəhhaq (fars. ضحاک‎, pronounced [zæhɒːk]; Avestada Azi Dəhakə (fars. اژی دهاک‎) — İran mifologiyasında üçbaşlı ilan, ilanların şahı. O, Babildə yaşamış və Əhrimənin tayfasından olan dəhşətli əjdaha idi. Son ənənədə əslən Ərəbistandan olan padşah Cəmşidin düşmənidir. O, Cəmşidi devirərək İran taxtını ələ keçirmiş, lakin Cəmşidin oğlu Firidun Dəmirçi Kavenin köməyi ilə Zəhhakın min illik zalım hökmranlığına son qoymuş, onu Dəməvənd dağının mağarasına həbs etdirmişdir. Özbəkistanda, müasir Qarşi ərazisində, Qalayi-Zəhhaki-Moron adlı böyük qədim şəhərin xarabalıqları var və bu adın mənası "ilanların padşahı Zəhhak qalası"dır. Bamyandan 15 km qərbdə yerləşən Kabilistanda bişmiş kərpicdən tikilmiş, 25 m hündürlüyündə qala ilə əhatə olunmuş və mühüm dağ keçidini müşahidə etmək üçün ucaldılmış "Zəhhak qalası" adlanan xarabalıqlar mövcuddur . == İstinadlar == == Əlavə ədəbiyyat == Boyce, Mary. History of Zoroastrianism, Vol.
Əhkam
Əhkam — Məsuliyyət yaşı olaraq təyin olunan həddi-büluğa çatmış hər bir ağıllı müsəlmanın edə biləcəyi hərəkətlərlə bağlı dini etiket və ya təsnifatı ifadə edən termindir. Etiketlər 8-ə bölünür. Bu 8 sinifdən ilk 5-in edilməsi; son 3 hərəkət edilməməsi lazım olan hərəkətlərdir. Bu mövzuda işlədilən digər ifadələr arasında “əmr” ciddi şəkildə icra edilməsi əmr edilənlər üçün, “qadağan” isə qəti şəkildə edilməməsi tələb olunan hərəkətlər üçün işlədilir. Fiqhdə insan davranışı müxtəlif kateqoriyalara bölünür. Fərz (mütləq zərurəti ifadə edən əməl və ibadət), Vacib (zəruri, daha aşağı dərəcədə mükəlləfiyyət), sünnə, müstəhəb (bəyənilən əməllər), halal, məkruh (çirkin hesab edilən; çox çirkin, təhrimi məkruh, az çirkin, tənzihi məkruh) haram (qəti qadağandır). Bu hərəkətlərin klassik şəriət anlayışında maddi və ya mənəvi ekvivalentləri var. Fərz, vacib və sünnə sayılan əməlləri tərk etmək, məkruh və haram sayılan işləri yerinə yetirməyə görə cəzalar verilir (had və ya tazir cəzaları). Bu gün insanların bu təsnifat əsasında etiketlənməsi və cəzalandırılması fundamental insan hüquqlarının ciddi şəkildə pozulmasını kimi nəzərdə tutur. Fərz - Allahın Quranda açıq və aydın şəkildə ifadə etdiyi sözlərdir.
Əhval
Əhval — hər hansı bir anda fərdin fiziki və mənəvi vəziyyətinin ümumi psixi göstəricisi; xüsusi hisslərdən və ümumi hisslərdən ibarətdir. Beləliklə, əhval hallarından biri — aclıq hissi — mədədə yerli hisslərdən və bütün bədəndə ümumi qeyri-müəyyən bir hissdən ibarətdir. Əhval fərdin özünü qorumaq instinkti ilə sıx bağlıdır: o, orqanizmə ehtiyaclarını xatırladır və onu təhdid edən təhlükələrə yönəldir. == Əhvalın formalaşması == Xüsusən də əhval rifahdan asılıdır. Əhval yaratmaq üçün hərəkətlərin və şərtlərin dəqiq tərifi yoxdur. Əhval ətraf mühitin və onun doğurduğu emosiyaların qiymətləndirilməsi yolu ilə inkişaf edir, sonra isə əhvalı formalaşdıran öz şəxsi müqəddəratını təyinetmənin təfsiri inkişaf edir. Əhvalın iki fərqli növü var: koqnitiv və affektiv. == Əhvalın subyektiv əsasları == Subyektiv nöqteyi-nəzərdən əhval "hər bir insanın həyatı haqqında düşündüyü və hiss etdiyi hər şeyin əhəmiyyətli olması fikrinə əsaslanır". . Əhval subyektivdir, çünki insan başqa insanlara və cəmiyyətə baxaraq özünü hiss edir. Əhval insanın ehtiyaclarının ödənilmə dərəcəsi ilə də müəyyən edilə bilər, baxmayaraq ki, sırf nəzəri cəhətdən fərdin ehtiyacları və istəkləri heç vaxt tam təmin edilə bilməz.
AHDQ
Azərbaycan Hərbi Dəniz Qüvvələri — 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamış Azərbaycan Silahlı Qüvvələrinin xüsusi qoşun növü. 1919-cu ilin sonlarında Baş Qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı. Ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi – "Ərdahan" və "Kars", "Astrabad", "Göytəpə", "Araz", "Nargen" xidməti və köməkçi gəmiləri, "Oryol" nəqliyyat gəmisi, silahlı "Puşkin" paraxodu, həmçinin lazımi qədər kater var idi. == HDQ Arsenalı == == Azərbaycan Xalq Cümhuriyyəti dövrü == Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamışdır. Bu vaxta qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi. Xəzər hərbi donanmasının gəmiləri isə Bakı azad olunarkən Port-Petrovsk limanına qaçırılmış və yalnız 1918-ci il noyabr ayında ingilislər Bakıya gəldikdən sonra geri qaytarılmışdır. Yeni yaranmış Azərbaycan hərbi donanmasında yüksək rütbəli zabitlərdən yalnız "Ərdahan" və "Astrabad" gəmilərində xidmət edən dəniz xidməti kapitanı Həsən Çilingərzadə və 1-ci dərəcəli kapitan Gitançızadə azərbaycanlı idi. Hərbi Nazirlikdə donanma ilə məğul olan bölmə olmadığından Xəzər hərbi donanması ilə bağlı məsələlərə Nəqliyyat Nazirliyində baxılırdı. 1919-cu ilin sonlarında Baş qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı. Ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi – "Ərdahan" və "Kars", "Astrabad", "Göytəpə", "Araz", "Nargen" xidməti və köməkçi gəmiləri, "Oryol" nəqliyyat gəmisi, silahlı "Puşkin" paraxodu, həmçinin lazımi qədər kater var idi.
Adaq
Ədat
Ədat — sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsi. Ədatlar cümləyə müxtəlif cəhətdən məna incəlikləri verir, ifadənin səlistləşməsinə və fikrin məntiqi qurulmasına xidmət edir. == Ədatların mənaca növləri == === Qüvvətləndirici ədatlar === 'Ən, lap, daha, axı, hətta, artıq, -ca², da, də, ha, düz, bir, ki, necə, nə, belə, olduqca, heç ' ədatları qüvvətləndirici ədatlardır. Məsələn: Lap başımı itirmişəm. Artıq mən belə fikirlə razı deyiləm. Axı o bununla maraqlanırdı? Sən bunu desən belə, heç kəs razı olmayacaq. Bunu mütləq deməlisən ha! Hətta mən də bunu bilmirdim. Düz yanında dayandı.
Əqda
Əqda - İranın Yəzd ostanının Ərdəkan şəhristanının Əqda bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,583 nəfər və 432 ailədən ibarət idi.
Beytül-əhzan
Beytül-əhzan — Şeyx Abbas Quminin Xanım Fatimənin həyatından bəhs edən kitabı. == Tərcüməsi == Kitab ilk dəfə azərbaycan dilinə Ceyhun Cəfərov tərəfindən tərcümə edilmiş və kiril əlifbası ilə nəşr edilmişdir. == İstinadlar == == Həmçinin bax == Şeyx Abbas Qumi Fatimə Şiə kitablarının siyahısı == Xarici keçidlər == Kitabı yüklə (az.) Online oxu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.) "Beytül-əhzan (Şeyx Abbas Qummi)" ( (az.)). islam.az. 2012-10-06. 2015-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-06.
Budaq Budaqov
Budaq Əbdüləli oğlu Budaqov (23 fevral 1928, Çobankərə, Eçmiədzin qəzası, Ermənistan SSR, SSRİ – 1 noyabr 2012, Bakı) — Azərbaycanlı alim, ictimai-siyasi xadim, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2008), Respublika Ağsaqqallar Şurasının sədri, Azərbaycan Milli Məclisin "Toponimika" Komissiyasının sədri, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, SSRİ Coğrafiya Cəmiyyətinin N. A. Pryevalski adına Qızıl medalı (1978), Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000) və Yusif Məmmədəliyev (1995), akademik Həsən Əliyev, şair Məmməd Araz, mesant Hacı Zeynalabdin Tağıyev adına mükafatları laureatı, coğrafiya elmləri doktoru (1968), professor (1969), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), AMEA-mım müxbir üzvü (1976), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru. == Həyatı == Budaq Budaqov 23 fevral 1928-ci ildə Qərbi Azərbaycanda Zəngibasar mahalının Çobankərə kəndində (indiki Masis rayonu, Ermənistan SSR) anadan olmuşdur. 1933–1940-cı illərdə Ermənistan SSR Zəngibasar rayonunun Mehmandar kənd natamam orta məktəbində oxumuşdur. 1940–1941-ci illərdə İrəvan şəhərində yerləşən Azərbaycan Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. Budaq Budaqov ilk əmək fəaliyyətinə doğulduğu kənddə kolxoz briqadirinin köməkçisi kimi başlamışdır. 1945-ci ilə kimi bu vəzifədə çalışmışdır. 1945–1947-ci illərdə isə təhsilini yenidən davam etdirmişdir. İrəvanda təhsilini başa vurduqdan sonra 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdur. Buradakı təhsilini 1951-ci ildə bitirdikdən sonra təhsilini davam etdirərək SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasını oxumuşdur. 1955-ci ildə Moskvada coğrafiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Cənub-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası" mövzusunda dissertasiya işini müdafiə etmişdir.
Budaq Hacısamlı
Budaq Köçəri oğlu Hacısamlı (1786-?) — Obabaşı. == Həyatı == Budaq Köçəri oğlu 1786-cı ildə Qaraçorlu mahalının Hacısamlı nahiyəsində doğulmuşdu. Qohum-əqrabasını ətrafına toplayıb bir oba təşkil etmişdi. Bu oba sonra Budaqdərə adlandı. Budaq əsasən heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi. Yatağı, yaylağı, əkinəcəyi, məzrəsi vardı. Bir müddət Mehdiqulu xan Cavanşirlə İranda yaşamışdı. 1827-ci ildə doğma yurduna qayıtmışdı. == Ailəsi == Budaq Salatınla ailə qurmuşdu. Oruc, Niftalı, Baxşalı adlı oğlanları, Şirin və Sona adlı qızları vardı.
Budaq Nəsirov
Budaq Nəsirov (15 iyul 1996, Gəncə) – Portuqaliya aşağı dəstəsində mübarizə aparan Sportinq Lissabonun əvəzedici komandasında yarımmüdafiəçi kimi çıxış edən Azərbaycan futbolçusudur. == Karyerası == === Klub === Budaq Nəsirov 25 iyul 2016-cı ildə Sportinq Lissabon klubu ilə 5 illik müqavilə imzalamışdır. === Milli komanda === Budaq Nəsirov milli komandada debütünü 26 may 2016-cı ildə Azərbaycanın yoldaşlıq oyununda Andorraya qarşı oyunda etmişdir. == Karyera statistikası == === Milli komanda === 26 may 2016-cı il məlumatlarına əsasən.
Budaq Qəzvini
Budaq Qəzvini (1510–1577) — tarixçi, dəftərxanada işçi, qoşun kargüzarı (nəvisəndəgi-ye ləşkər), münşi, kələntər, katib, vəzir. == Həyatı == Budaq bəy 1510-cu ildə Qəzvin şəhərində anadan olmuşdu. Budaq Qəzvini öz həyatını, Səfəvilər idarəsində tutduğu xırda məmur vəzifəsindəki fəaliyyətini qısaca və aydın təsvir etmişdir. O, Şah I Təhmasibin hakimiyyətinin əvvəlində, on dörd yaşında olarkən şah dəftərxanasında işə qəbul olunmuşdur. Sonrakı ildə Budaq Qəzvini pulların saxlandığı dəftərxanada (dəftər-i ərbab-i təhavil) üç tümən maaşla işə götürüldü. Dörd il keçdikdən sonra Budaqın xəttindən xoşu gələn xəzinə başçısı (müstövfi əl-məmalik) Hacı Hüseyn Kaşi onu öz yanına işə götürdü və ona on beş tümən maaş təyin etdi. Onun qulluqdakı fəaliyyətinin altıncı ilində ölkə üzrə mədaxil və məxarici qeydə almaqdan ötrü məlumat dəftərxanası yaradıldı və Budaq səkkiz tümənlik əmək haqqı ilə ora işə keçirildi. Onun qardaşı Hacı İzzəddin dəftərxananın rəisi idi. Budaqın dayısı Əmir bəy Şələkani, Məhəmməd xan Şərəfəddin oğlu Təkəlinin vəziri və vəkili olduğundan, sonuncu Bağdad hakimi təyin edildikdən sonra öz bacısı oğlunu Ərəb İraqının divan katibi (münşiy-i divan) vəzifəsinə işə götürdü. Üç ildən sonra Məhəmməd xan qoşun kargüzarı (nəvisəndəgiy-iləşkər) vəzifəsini də Budaqa tapşırdı və onun əmək haqqı 20 tüməndən 30 tümənədək artdı.
Budaq Təhməz
Budaq Təhməz (tam adı: Budaq Təhməz oğlu Təhməzov; d. 1938, Naxçıvan, Şərur rayonu, Siyaqut) — Şair-publisist, Məmməd Araz mükafatı laureatı. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Budaq Təhməz 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. 1970-ci ildə yaradıcılığa başlayıb. Şərurda "İşıqlı yol" qəzetinin nəzdində "Şərur qönçələri" ədəbi dərnəyinin yaradıcılarından və təşkilatçılarından biri olmaqla yanaşı həm də uzun illər dərnəkdə fəaliyyət göstərib == Yaradıcılığı == "Aşıq Nabat" kitabının tərtibçısı olmuş Budaq Təhməzin şeirləri Türkiyə və İran mətbuatında dəfələrlə çap olunub. “Mən vətənin oğluyam”, “Şair ürəyi” və “Kəndimizə bir qız gəlib şəhərdən” şeirləri Türkiyə türkcəsinə uyğunladırılaraq Türkiyə “Ədəbiyyatçılar və kültür adamları” ensiklopediyasında dərc edilib. Silsilə şeirləri filologiya elmləri namizədi Şamil Zaman tərəfindən fransız dilinə tərcümə olunub. Bir çox şeirinə musiqi bəstələnən şair aşıq və folklor yaradıcılığı barədə bir çox elmi məqalələrin müəllifidir.
Budaq cümlə
Budaq cümlə - tabeli mürəkkəb cümlənin baş cümləyə semantik və qrammatik cəhətdən tabe olan tərkib hissəsi. Budaq cümlə baş cümləyə müxtəlif cəhətdən xidmət edir; baş cümlədə ifadə olunan hal-hərəkətin zamanını, yerini, səbəbini və digər əlamətlərini bildirir. Azərbaycan dilində budaq cümlənin aşağıdakı növləri vardır: mübtəda budaq cümləsi xəbər budaq cümləsi tamamlıq budaq cümləsi təyin budaq cümləsi zərflik budaq cümlələri şərt budaq cümləsi qarşılıq-güzəşt budaq cümləsi. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014, səh.17. Abdullayev Ə. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, 1974, Abdullayev Ə., Cəfərov N., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə, Sintaksis. Bakı, 2009.
Ağdağ
Ağdağ (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Ağdağ (Zəncan ostanı) — İranda dağ. Ağdağ (Marağa) — İranda kənd. Ağdağ (Göyçə) — İrəvan xanlığının Göyçə mahalında, indi Kəvər (Kamo) rayonunda dağ. Ağdağ — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda dağ. Ağdağ — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda dağ. Ağdağ (Ordubad rayonu) — Ordubad rayonu ərazisində dağ. Ağdağ (Culfa rayonu) — Culfa rayonu ərazisində dağ. Aqtau — Qazaxıstanın Manqıstau (Manqışlaq) vilayətində liman şəhəri.
Bəydağ
Bəydağ, Bəydaş və ya Xordzor (erm. Խորձոր) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 5 km şərqdə, Oxçu çayının sol sahilində yerləşirdi. Toponim Azərbaycan dilində «hündür, böyük» mənasında işlənən bəy (<bək) sözü ilə dağ sözünün birləşməsindən əmələ gəlib, «hündür, böyük dağ yaxınlığında kənd» mənasını ifadə edir. Onu da əlavə edək ki, bəy sözü qədim türk dilində bək formasında «təpə» mənasında işlənmişdir. Bəy sözü toponimlərin əvvəlində işlənərkən «hündür, böyük», «təpə», sonunda işlənərkən «ağa», «varlı adam» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 13 nəfər, 1873 - cü ildə 51 nəfər, 1886-cı ildə 68 nəfər, 1897-ci ildə 118 nəfər, 1904-cü ildə 193 nəfər, 1914 - cü ildə 58 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur.
Ehram
Piramida (yunanca πυραμίς pyramis) və ya ehram — təqribən həndəsi piramida ilə oxşar quruluşa malik, yerüstü səthi üçtərəfli olub və tərəfləri təpədə bir nöqtədə birləşən üçbucaq formalı tikilidir. Ehramın bünövrəsi üçbucaq, dördbucaq və ya istənilən digər çoxbucaqlı formasında ola bilər. Belə ki, ehramın ən azı 3 yerüstü üçbucaq səthi (bünövrə ilə birlikdə isə ən azı 4 üzü) var. Dördbucaq bünövrəyə və 4 üçbucaq yerüstü səthə malik ehram forması piramidanın bizə məlum olan ən məşhur variantıdır. Ehramların inşasında zəminə daha yaxın olan hissədə əsas kütlənin cəmlənməsi və üst hissədə piramidaının yerləşməsi onu göstərir ki, ehram üzərində nə qədər az material olarsa yuxarıdan olan təzyiq də o qədər çox olacaqdır. Materialın kütləsinin bu formada bölüşdürülməsi erkən sivilizasiyalara davamlı sanballı tikililər inşa etmək üçün əlverişli şərait yaratmışdır. Dünyanın bir çox hissələrindən olan sivilizasiyalar ehramların inşası ilə məşğul olmuşlar. Min illər boyu yer üzərində ən böyük tikililər ehramlar olmuşdur. Bunlara Misirdə Dəşur nekropolundakı Qırmızı Ehram və Dünyanın 7 qədim möcüzəsindən biri olan Böyük Küfü ehramını nümunə göstərmək olar. Küfü ehramının inşasında əsasən sal qayadan (bəzi daxili hissələrində geniş qırmızı qranit daşlardan) istifadə olunub və bu tikili gözəl memarlıq nümunəsi hesab olunur.
Eldar
Eldar — kişi adı. Eldar Qasımov — azərbaycanlı müğənni, Eldar Hacıyev — Azərbaycan Rəssamlar İttifaqının (1997-ci il) üzvü. Eldar Mamayev — rusiya futbolçusu, müdafiəçi. Eldar Məmmədbəyli — Eldar Qasımov (alim) — Tibb elmləri doktoru, professor Eldar Zülfüqarov — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (2000–2011-ci illər). Eldar Şəfiyev — Rəssamlar İttifaqının üzvü Eldar Əliyev Eldar Əliyev — . Eldar Əliyev — balet ustası. Eldar İsmayıl — şair. Eldar Həsənli — şair.
Şahdağ
Şahdağ — Böyük Qafqaz dağlarında Yan silsilədə zirvə, hündürlüyü 4243 metrdir, Qusar rayonu ərazisindədir. == Adının yaranması == Qusarın yerli rəvayətlərinin birində deyilir ki, çoxsaylı düşmən orduları gəldiyi zaman, yerli əhali sığınacaq olaraq düşmən üçün əlçatmaz olan bu dağa qalxarmış və gecə qəfildən enib düşmənləri məhv edərmiş. Bunun üçün bura şah dağ, yəni şahın yeganə əlçatmaz yeri deyilirdi. Başqa rəvayətlərinin birində deyilir ki, keçmişdə Şah dağının başında bir şah öz ailəsi və adamları ilə yaşayırmış. Şahın ailəsi üç nəfərdən ibarət imiş: şah, yoldaşı və oğlu. Şahın oğlu yatır, yuxuda gözəl bir qız görür və ona bir könüldən min könülə vurulur. Səhər oğlan yuxusunu atasına danışır və həmin qızı tapıb onunla evlənəcəyini ona bildirir. Şah, yoldaşı, vəzirlər, vəkillər oğlana xahiş edirlər ki, o, bu fikrindən daşınsın, lakin oğlan sözündən dönmür. Oğlan qırx gün, qırx gecə yol gedir, vilayətlərin birində qızı tapır və ürəyini ona açır. Qız da oğlana ilk baxışdan vurulur.
Əhəng
Əhəng — əhəng daşı və təbaşir kimi karbonat dağ süxurlarının, müəyyən dərəcədə yandırılması nəticəsində əmələ gəlir. Kimyəvi tərkibinə görə, o demək olar ki tamamilə, əsasən СаО(Bax Kimya-7-ci sinif 2015)tərkibli sərbəst kalsium və maqnezium oksidlərindən ibarətdir. Tikintidə, eləcə də müxtəlif kimyəvi maddələrin alınması üçün istifadə olunur. Əvvəllər bir çox yerdə kustar üsullarla istehsal edilirdi, evlərin interyerinin və eksteryerinin rənglənməsi, ağacların dezinfeksiyası və bəzi dərman məhlulları üçün istifadə olunurdu. Azərbaycanda Bakı yaxınlığındakı Suraxanı kəndində tarixən əhəng istehsalı ilə məşğul olublar. Bunun üçün yerin təkindən çıxan odun bişirdiyi əhəng daşı və təbaşirdən istifadə edirdilər.
Edam
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.