Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əlibaba Abdullayev
Əlibaba Abdulla oğlu Abdullayev (23 mart 1915, Bakı – 9 avqust 1980, Bakı), bəzi mənbələrdə Əli Bala Abdullayev — Azərbaycan-sovet xalq rəqqası və xoreoqrafı. O, Azərbaycan Filarmoniyasının mahnı və rəqs ansamblının kollektivinin bədii rəhbəri olmuş, Azərbaycan SSR əməkdar artisti (1943) və Azərbaycan SSR xalq artisti (1959) fəxri adlarına layiq görülmüşdür. Əlibaba Abdullayev peşəkar fəaliyyətə 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında başlamış, iki ildən sonra Moskvada keçirilən I Azərbaycan İncəsənət Dekadasında iştirak etmişdir. İkinci Dünya müharibəsi illərində o, rəqs qrupunun rəhbəri olmuş, İranda sovet qoşunları ilə əlaqədə olmuş, bəzi əsərlər hazırlamış, Mozdok rayonunda 416-cı atıcı diviziyanın hərbi qulluqçuları ilə görüşmüşdür. Müharibədən sonra Əlibaba Abdullayev Bakıda Musiqili Komediya Teatrında Azərbaycan musiqi klassiklərinin əsərlərini tamaşaya qoymuşdur. O, 1960-cı illərdə Dövlət Filarmoniyasının xoreoqrafı olmaqla Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri əsasında bir sıra rəqs kompozisiyaları yaratmışdır. Bundan əlavə, Əlibaba Abdullayev Mirzə Ağaəli Əliyev adına Azərbaycan İncəsənət İnstitutunda və Bakı Xoreoqrafiya Məktəbində dərs demişdir. Əlibaba Abdullayev təkcə teatr səhnəsində deyil, həm də bir sıra Azərbaycan-sovet bədii filmlərində fərdi və kollektiv rəqslərə quruluş vermişdir. Əlibaba Abdullayev həm də mahnılar yazmışdır. Doğulduğu Bakı şəhərinin küçələrindən biri Əlibaba Abdullayevin adını daşıyır, yaşadığı evin divarına xatirə lövhəsi vurulmuşdur.
Əlibaba Məmmədov
Əlibaba Balaəhməd oğlu Məmmədov (5 fevral 1930, Maştağa – 25 fevral 2022, Bakı) — Azərbaycan xanəndəsi, bəstəkar və pedaqoq, Azərbaycan SSR xalq artisti (1989). Musiqişunas alim, professor, görkəmli mədəniyyət xadimi, ictimai xadim, şöhrət və şərəf, istiqlal ordenli. == Bioqrafiyası == Əlibaba Baləhməd oğlu Məmmədov 1930-cu il 5 fevral tarixində Bakı şəhərinin Maştağa kəndində anada nolub. 128 və 187 nömrəli məktəblərdə, 1944-cü ildən Bakıxanov qəsəbəsindəki 1 nömrəli fabrik-zavod məktəbində oxuyub. İki il sonra Neft Texnikumuna keçirilib və 1947-ci ildə təhsilini başa vurduqdan sonra təyinata əsasən Türkmənistan Respublikasının Nəbitdağ mədənlərində işləməyə göndərilib. Aşqabad şəhərində baş vermiş zəlzələdən sonra Əlibaba Məmmədov Azərbaycana qayıdıb və el şənliklərində iştirak edib. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb. Musiqi təhsilini 1953–1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində almışdır. 1949-cu ilin oktyabrından isə müsabiqə yolu ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Estrada Orkestrində çalışıb. 1953–1978-ci illərdə Filarmoniyanın, 1978–1988-ci illərdə "Azkonsert birliyi"nin solisti olub.
Əlibaba İbrahimov
İbrahimov Əlibaba Eynulla oğlu (1972, Zərkənd, Vardenis rayonu – Aterk, DQMV) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlibaba İbrahimov 1972-ci ildə Göyçənin Zərkənd kəndində dünyaya gəlib. 1988-ci il hadisələri zamanı ailəsi ilə birlikdə Kəlbəcər rayonunda məskunlaşıb. 1989-cu ildə Kəlbəcər rayonundakı 1№-li orta məktəbi bitirib. Moskva yaxınlığında hərbi xidmət keçib, hərbi xidmətini yarımçıq qoyaraq Azərbaycana qayıdıb və Qarabağ müharibəsində iştirak edib. 1992-ci ilin yanvarında Gəncə Milis batlyonunda 3 ay təlim keçəndən sonra bölmə komandiri təyin olunub. Onun bölməsinə Ağdərə rayonunun Aterk kəndinə kömək etmək tapşırılıb. Hərbi əmrə tabe olan Əlibaba İbrahimov Aterkə gedən bütün heyətlə mühasirəyə düşüb, vuruşaraq özü də, döyüşçü dostları da həlak olublar. Əlibaba İbrahimov Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn ediliblər. Sıravi Əlibaba İbrahimov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir.
Əlibaba Şirinov
Əlibala Əbdül oğlu Şirinov (1903, Dünyamalılar, Cavad qəzası – 3 noyabr 1973, Bakı) — Sosialist Əməyi Qəhrəmanı (1951), Azərbaycan pambıq ustası (1957). Azərbaycan Ali Sovetinin (2–5, 7-ci və 8-ci çağırış) deputatı. == Həyatı == Əlibala Əbdül oğlu Şirinov 1903-cü ildə anadan olmuşdur. 1925–1927-illərdə ordu sırasında olmuş, ordudan tərxis edildikdən sonar iki il Xalac (Dünyamalılar) kənd sovetinin sədri işləmişdir. 1929-cu ildə Dünyamalılar kəndinin kənd təsərrüfatı arteli təşkil edildikdə Ə.Şirinov kolxoza birinci daxil olmuş, onun təşkilat-təsərrüfat cəhətdən möhkəmləndirilməsində fəal iştirak etmişdir. Əlibala Şirinov əvvəlcə katib vəzifəsində işləmişdir. Beyləqan rayonunun Dünyamallar kəndində 1927–1928-ci illərdə kənd sovetinin mühasibi, 1928–1935-ci illərdə kənd sovetinin sədri, 1935–1936-cı illərdə Gödəklər kəndində qurulan kolxozun sədri, 1936-cı ildən 1971-ci ilədək öz doğma kəndi Dünyamalılarda sonralar Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun adı ilə adlanan kolxozun sədri olmuşdur. 1936-cı ilin may ayında kolxozçular Ə.Şirinovu özlərinə sədr seçmişlər. Əlibala Şirinov o vaxtdan düz 35 il kolxozun idarə heyətinin sədri olmuşdur. Ona hamı hörmət və ehtiram bəsləyirdi.
Əlibala Hacızadə
Hacızadə Əlibala Qüdrət oğlu (28 avqust 1935, Ağalıkənd, Biləsuvar rayonu – 8 oktyabr 2009, Bakı) — yazıçı, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır (1953–1958). Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır (1958). Əfqanıstanda mütərcimlik etmişdir (1966–1970). Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləmiş (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışmışdır. 1994–96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olmuşdur. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edirdi. 2009-cu ilin oktyabr ayında vəfat edib.
Əlibala Məhərrəmzadə
Əlibala Məhərrəmzadə (tam adı: Əlibala Səttar oğlu Məhərrəmzadə; d. 9 avqust 1976, Quba, Azərbaycan SSR, SSRİ) — iqtisad elmləri doktoru, professor, auditor, motivasiya spikeri və yazıçı. == Həyatı == Əlibala Səttar oğlu Məhərrəmzadə 9 avqust 1976-cı ildə Quba şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirmişdir. 1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisadi elmlər namizədi elmi dərəcəsini almışdır. İqtisad elmləri namizədi, professordur. 2010-cu ildə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Bir neçə iqtisadi mövzulu kitabların müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür.
Əlibala Nurəliyev
Əli Qayıb oğlu Nurzadə (10 yanvar 1948, Bico, Ağsu rayonu) — Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == Nurzadə Əli Qayıb oğlu 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub. Aktyor Sumqayıt Dövlət Dram Teatrında aşağıdakı rolları oynayıb: Bəhram ("Solğun çiçəklər", C. Cabbarlı), Tərgəldi ("Adamın adamı", Anar), İbad ("Almaz", C. Cabbarlı), Rüstəm ("Vəfalı Səriyyə", C. Cabbarlı), Şıxlinski ("Bütün Şərq bilsin", N. Həsənzadə), Qaratay ("Afət", H. Cavid), Oqtay Eloğlu ("Oqtay Eloğlu", C. Cabbarlı) və s.
Əlibala Xudaverdiyev
Xudaverdiyev Əlibala Mürtəzaqulu oğlu (1901, Navahı k. - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1919-cu ildə 1-ci Bakı kişi gimnaziyasını bitirmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Bonn (Almaniya) İnstitutuna göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi haqqında məlumat aşkar olunmamışdır.
Əlibala Şahsabahlı
Əli Fətulla oğlu Şahsabahlı (28 mart 1896, Tiflis – 13 yanvar 1973, İrəvan) — Azərbaycan aktyoru, rejissor, Ermənistan SSR əməkdar artisti (1945). == Həyatı == Səhnə fəaliyyətinə 1911-ci ildə Tiflisdə Azərbaycan teatr truppasında başlamışdır. 1922–1937-ci illərdə Tiflis Azərbərbaycan Teatrında, 1937–1949-cu illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. 1938-ci ildə tamaşaya qoyduğu "Arşın mal alan" musiqili komediyası onun ən yaxşı rejissorluq işlərindəndir.
Əlibala Şirinov
Əlibala Əbdül oğlu Şirinov (1903, Dünyamalılar, Cavad qəzası – 3 noyabr 1973, Bakı) — Sosialist Əməyi Qəhrəmanı (1951), Azərbaycan pambıq ustası (1957). Azərbaycan Ali Sovetinin (2–5, 7-ci və 8-ci çağırış) deputatı. == Həyatı == Əlibala Əbdül oğlu Şirinov 1903-cü ildə anadan olmuşdur. 1925–1927-illərdə ordu sırasında olmuş, ordudan tərxis edildikdən sonar iki il Xalac (Dünyamalılar) kənd sovetinin sədri işləmişdir. 1929-cu ildə Dünyamalılar kəndinin kənd təsərrüfatı arteli təşkil edildikdə Ə.Şirinov kolxoza birinci daxil olmuş, onun təşkilat-təsərrüfat cəhətdən möhkəmləndirilməsində fəal iştirak etmişdir. Əlibala Şirinov əvvəlcə katib vəzifəsində işləmişdir. Beyləqan rayonunun Dünyamallar kəndində 1927–1928-ci illərdə kənd sovetinin mühasibi, 1928–1935-ci illərdə kənd sovetinin sədri, 1935–1936-cı illərdə Gödəklər kəndində qurulan kolxozun sədri, 1936-cı ildən 1971-ci ilədək öz doğma kəndi Dünyamalılarda sonralar Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun adı ilə adlanan kolxozun sədri olmuşdur. 1936-cı ilin may ayında kolxozçular Ə.Şirinovu özlərinə sədr seçmişlər. Əlibala Şirinov o vaxtdan düz 35 il kolxozun idarə heyətinin sədri olmuşdur. Ona hamı hörmət və ehtiram bəsləyirdi.
Əlibala Ələkbərov
Əlibala Musa oğlu Ələkbərov (6 dekabr 1913 – 24 sentyabr 1982) — Azərbaycan kinooperatoru. == Həyatı == 6 dekabr 1913-cü ildə Bakıda anadan olub. 1932-ci ildən kinoda rejissor, ssenari müəllifi, operator kimi çalışmışdır. 1941–1945-ci illərdə II Dünya Müharibəsində iştirak edib. 24 sentyabr 1982-ci ildə L. İ. Brejnevin Bakıya gəlişi iə bağlı çəkiliş apararkən vəfat edib. == Filmoqrafiya == "Ağ qızıl" ustaları (film, 1958) Alagöz yaylağında (film, 1955) Araz üzərində işıq (film, 1971) Arazın sahillərində (film, 1953) Artyom adası (film, 1939) Atom insana xidmət edir (film, 1960) Azərbaycan atları (film, 1937) Azərbaycan kino sənəti (film, 1960) Azərbaycan qadını (film, 1974) Azərbaycanın təsviri sənəti (film, 1961) Azərbaycan-Özbəkistan (film, 1947) Bakı bolşevikləri (film, 1940) Bakıda Beynəlxalq Gənclər Gününün 25 illiyi (film, 1939) Bakının qonağı-VII Ümumittifaq Kinofestivalı (film, 1974) Bədən tərbiyəsi və idman (film, 1937) Bir May Bakısı (film, 1941) Bizim aşıqlar (film, 1962) Bizim Azərbaycan (film, 1959) Bizim mayaklar (film, 1961) Bol məhsulun təminatı (film, 1961) Böyük yazıçı-maarifçi (film, 1938) Böyük Oktyabr Sosialist İnqilabının XXIII ildönümü (film, 1940) Bülbül (film, 1968) Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973) Cəfər Cabbarlının dəfni (film, 1935) Cənub sərhədlərinin keşiyində (film, 1941) Doğma torpaq, Azərbaycan (film, 1960) Dostların görüşü (film, 1977) Dostların gözü ilə (film, 1979) Dostların ölkəsində (film, 1966) Dostluq məşəli (film, 1965) Dostluq yolu ilə (film, 1964) Estafet (film, 1982) Əbədi qardaşıq (film, 1965) Əfsanəvi qüvvə (film, 1978) Əzim Əzimzadə (film, 1967) Fəxri keşikdə (film, 1938) General Həzi Aslanov (film, 1945) Hanı mənim övladlarım? (film, 1967) Hava hücumundan müdafiə (film, 1960) Xarici tələbələr (film, 1968) İçəri Şəhər (film, 1964) İgidliyin əbədidir sənin (film, 1971) İlk müjdələr (film, 1960) "Kitab-poçtla"nın xidmətlərindən istifadə edin (film, 1956) Kür (film, 1963) Qabaqcıl sovxozda (film, 1955) Qarabağa səyahət (film, 1968) Qardaşlaşmış şəhərlər (film, 1970) Qırmızı Ordu hissələrinin İrandan yola salınması (film, 1946) Qocaman Həmkarlar İttifaqı (film, 1947) Quraqlıq (film, 1971) Lenin bizimlədir (film, 1970) Leytenant Şmidt adına zavodda əməyin təhlükəsizliyi (film, 1961) Mahnı axşamı (film, 1962) Mənim Azərbaycanım (film, 1960) N. S. Xruşşov Bakıda (film, 1960) Naxçıvan MSSR (film, 1959) Neft keşikçiləri (film, 1937) Nəriman Nərimanov (film, 1966) Nəriman Nərimanov (film, 1972) Nizami (film, 1941) Odla təkbətək döyüş (film, 1960) Pambıq tarlalarının mexanizatorları (film, 1960) Pioner və Məktəblilərin II Respublika Mahnı və Rəqs Bayramı (film, 1976) Polşada Azərbaycan günləri (film, 1970) S. M. Kirova abidə özülünün qoyulması (film, 1937) Sevinc sarayı (film, 1970) Salam, Əlcəzair (film, 1968) Səhnə veteranı (film, 1974) Sizin poçt indeksiniz (film, 1974) Sonuncu müsahibə (film, 1960) Sovet Azərbaycanı (film, 1948) Sovet Azərbaycanının nailiyyətləri (film, 1964) SSRİ Ali Sovetinə seçkilər qarşısında (film, 1937) Sumqayıt gənclik şəhəridir (film, 1964) Şəki heyvandarlıq kompleksi (film, 1975) Todor Jivkov Bakıda (film, 1973) Umnisə xanım (film, 1969) Ümumxalq təntənəsi (film, 1938) Yeddiilliyin adamları və işləri (film, 1960) Zaman haqqında, özüm haqqında (film, 1972) == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino.
Əlibala Əsgərov
Əlibala Əsgərov – Aktyor == Həyatı == N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1975-ci ildən işləyir. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olub. Oynadığı tamaşalardan rollar: S.Vurğun “Fərhad və Şirin” – Şiruyyə C.Məmmədquluzadə “Ölülər” – Məşədi Oruc H.Mirələmov “Ləyaqət” – Nihad Y.Əzimzadə “Nəsrəddin” – Fərzəli Hidayət “Məni qınamayın” – Vəli Qulamoviç Elçin “Dəlixanadan dəli qaçıb” – Polikarpoviç N.B.Vəzirov “Ağa Kərim Xan Ərdəbili” – Ağa Kərim Xan Ə.Haqverdiyev “Bəxtsiz cavan” – Mirzə Qoşunəli V.Səmədoğlu “Mamoy kişinin yuxuları” – Dəli Firiq A.Mədətov “Sezarın qətli” – Sezar B.Yıldız “Kərbəla” – Yezid S.Rüstəm “Durna “ – Dursun Ç.Aytmatov “Manqurt” - Müstəntiq Tansıkbayev M.Xubai “Şeytanın oyunları” – Kahin S.H.Latıpovlar “Şah və əks-səda” – Sultan Kərim Q.Qorin “Herastratı unudun” – Aparıcı K.Nəzirli “Şeytan işığı” – Murtuza M.F.Axundzadə “Lənkəran xanının vəziri” – Mirzə Həbib M.Məmmədov “Sovqat” – Ədalət, Nəcib, Mərdan, I Kişi və sair rollarda oynamışdır. Bununla yanaşı o, “Durnalar qayıdanda” filmində Sovet zabiti, “Qəzan mübarək Paşam” filmində General Əliağa Şıxlinski obrazlarını yaratmışdır.
Əlibala Əsədullayev
Əlibala Bəhram oğlu Əsədullayev (yanvar 1928, Bakı – 5 mart 1981) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1975–1979), Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı. == Həyatı == Əlibala Bəhram oğlu Əsədullayev 1928-ci ildə Bakıda anadan olmuşdur. Əmək fəaliyyətinə 1949-cu ildə "Bakı fəhləsi" zavodunda mühəndis-konstruktor kimi başlamışdır. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Azərbaycan LKGİ Lenin Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1951–1956-cı illərdə S. M. Kirov adına zavodda texniki nəzarət şöbəsinin rəisi, sex rəisi işləmiş, baş mühəndis vəzifəsini icra etmişdir. 1957–1958-ci illərdə Petrov adına zavodun direktoru, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası (XTŞ) Maşınqayırma İdarəsinin baş mühəndisinin müavini olmuşdur. Əlibala Əsədullayev 1959-cu ildən 1965-ci ilədək Keşlə maşınqayırma zavodunun direktoru, Azərbaycan SSR XTŞ Maşınqayırma İdarəsinin rəisi, 1965-ci ilin noyabr ayından isə Azərbaycan Neft Sənayesi Maşınqayırma Birliyinin rəisi olmuşdur. 1973–1975-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində maşınqayırma şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1975-ci ilin iyul ayında Azərbaycan SSR yerli sənaye naziri təyin edilmişdir. O, bu vəzifədə 1979-cu ilədək çalışmışdır.
Əlibala Əsədov
Əlibala Əli oğlu Əsədov (02 aprel 2004, Bakı — 20 sentyabr 2023, Xankəndi) — Xüsusi Təyinatlı Qüvvələr əsgəri, Antiterror əməlyatının şəhidi. == Həyatı == Əlibala Əsədov 02 aprel 2004-cü ildə Bakı Şəhəri, Xəzər rayonunun Qala kəndində anadan olmuşdur. O ilk Təhsil ilini 2010-cu ildə 185 Nömrəli Məktəbdə oxumağa başlamış və 2019-cu ildə həmin məktəbin məzunu olmuşdur. Ailəsinə, dininə və vətənə həmişə xüsusi sevgi göstərib. Ailə vəziyyəti subay idi.. == Hərbi xidməti == Əlibala Əsədov 02 aprel 2022-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən Əlibala Əsədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Əlibala Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Əlibaba və 40 quldur (balet)
"Əlibaba və 40 quldur" — Oqtay Zülfüqarovun 1990-cı ildə yazdığı balet. Libretto müəllifindir.
Əlibaba və qırx quldur (balet)
"Əlibaba və 40 quldur" — Oqtay Zülfüqarovun 1990-cı ildə yazdığı balet. Libretto müəllifindir.
Əlibaba və qırx quldur (dəqiqləşdirmə)
Əlibaba və qırx quldur - "Min bir gecə" nağıl toplusu içində ən tanınmış nağıllardan biri. Əlibaba və qırx quldur - 1905-ci ildə çəkilmiş səssiz Fransa filmi. Əlibaba və qırx quldur - 1944-cü ildə çəkilmiş ABŞ filmi. Əlibaba və qırx quldur - 1944-cü ildə çəkilmiş Türkiyə filmi. Əlibaba və qırx quldurun sərgüzəştləri - 1979-cu ildə çəkilmiş sovet-hind filmi. Əlibaba və qırx quldur - 1990-cı ildə sovet, çexoslovak və qərbi-alman kinematoqrafçılarının birgə çəkdiyi film-balet. Bəstəkarı Roland Baumqartnerdir. Əlibaba və qırx quldur - Arif Məlikovun 1973-cü ildə yazdığı eyniadlı baleti. Əlibaba və qırx quldur - Oqtay Zülfüqarovun 1990-cı ildə yazdığı eyniadlı baleti.
Əlibaba və qırx quldur (balet, O. Zülfüqarov)
"Əlibaba və 40 quldur" — Oqtay Zülfüqarovun 1990-cı ildə yazdığı balet. Libretto müəllifindir.
Alibaba
"Alibaba Group" (çin. 阿里巴巴集团, ing. Alibaba Group Holding Limited) — Çinin dünyaca məşhur e-ticarət şirkəti. Yaradıcısı Cek Madır. Mərkəzi ofisi Çin Xalq Respublikasının Xançjou şəhərində yerləşir. == Yaranması == Cek Ma layihəsinə ərəb nağılının qəhrəmanının adını verməyi San-Fransiskoda bir kafedə düşünüb tapıb. Ətrafdakılara "Alibaba kimdir?" deyə soruşub. Hər kəsdən bəlli "Alibaba və Qırx quldur" cavabını aldıqdan sonra bu adın dünyaca məşhur olduğunu anlayıb və öz internet saytına "Alibaba" adını verməyi qətiləşdirib. İnternet-ticarət sahəsindəki layihəsini maliyyələşdirmək üçün investor axtarışında olan Cek Ma axtarışları nəticəsiz qaldıqda 18 yaxın dostunu evinə çağırır və onlara düz iki saat öz layihəsindən bəhs edir. Hər biri ona maliyyə yardımı etməyə razılaşır.
Alibanfa
Alibanfa (xorv. Alibánfa) — Macarıstanın Zala medyesində yerləşən kənd. == Coğrafiyası == Zalaeqerseqin şimal-şərqinin 11 kilometrliyində, Zala çayı boyunca yerləşir. Yaşayış məntəqəsinin şərqində və qərbində şərabçılıq istehsalı geniş yayılmışdır. Zalasentivan Dəmiryol stantiyası kənddən o qədər də uzaqda yerləşmir. == Tarixi == Yaşayış məntəqəsi haqqında ilkin məlumatlar 1414-cü ilə aiddir.
Əliağa
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
Alibaba Group
"Alibaba Group" (çin. 阿里巴巴集团, ing. Alibaba Group Holding Limited) — Çinin dünyaca məşhur e-ticarət şirkəti. Yaradıcısı Cek Madır. Mərkəzi ofisi Çin Xalq Respublikasının Xançjou şəhərində yerləşir. == Yaranması == Cek Ma layihəsinə ərəb nağılının qəhrəmanının adını verməyi San-Fransiskoda bir kafedə düşünüb tapıb. Ətrafdakılara "Alibaba kimdir?" deyə soruşub. Hər kəsdən bəlli "Alibaba və Qırx quldur" cavabını aldıqdan sonra bu adın dünyaca məşhur olduğunu anlayıb və öz internet saytına "Alibaba" adını verməyi qətiləşdirib. İnternet-ticarət sahəsindəki layihəsini maliyyələşdirmək üçün investor axtarışında olan Cek Ma axtarışları nəticəsiz qaldıqda 18 yaxın dostunu evinə çağırır və onlara düz iki saat öz layihəsindən bəhs edir. Hər biri ona maliyyə yardımı etməyə razılaşır.
Vəlibaba mağarası
Vəlibaba mağarası — Babək rayonunun Payız kəndinin şimalında, Çalxandağının altında təbii mağara. Toplanmış materiallardan və ədəbiyyat məlumatlarından aydın olur ki, Çalxanqaladan mağaraya, oradan isə Cəhriçaya yol enmişdir. Qala sakinləri mağaraya yol açmaqla ondan sığınacaq, eyni zamanda su mənbəyi kimi istifadə etmişlər. Bunu mağarada su daman yerlərə qoyulmuş saxsı qablar da sübut edir. Damcı suları ilə bərabər Cəhriçayından su götürülmüşdür. Əldə edilmiş keramika məmulatlarına əsasən buradan orta əsrlər dövründə də istifadə edildiyini söyləmək olar. Çalxanqala ilə bağlı materiallara, əldə edilmiş keramika məmulatlarına əsasən Vəlibaba mağarasından e.ə. III-II minilliklərdən orta əsrlərə qədər istifadə edildiyini söyləmək olar. Burada geniş tədqiqat işlərinin aparılmasına böyük ehtiyac var.
Əlibalta (Sayınqala)
Əlibalta (fars. الي بالتا‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 244 nəfər yaşayır (48 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Əlipaşa bəy
Əliqara Hüseynov
Əliqara Alıhüseynov Əliaslan oğlu — 20 yanvar şəhidi. == Həyatı == 1949-cu ildə Todan kəndində anadan olmuşdur. Todan kənd məktəbində müəllim, son zamanlar isə Todan kəndinin daxil olduğu Xanlar adına kolxozun sədri işləmişdir. 4 övladı vardı. Böyük övladının 16, kiçik övladının isə 10 yaşı var idi. Yanvarın 12-də erməni ekstremistləri birinci dəfə kəndə basqın etmiş, bu ərazidə heç vaxt görünməmiş döyüşlər olmuşdur. Həmin gün həlak olan dörd nəfərin sırasında kolxoz sədri Əliqara Alıhüseynov da olub. Todan kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin kənddə yaşamışdır. == Həmçinin bax == "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar == İstinadlar == Qulu Kəngərli.
Əlisəfa Azayev
Azayev Əlisəfa Soltan oğlu — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1993). == Həyatı == Əlisəfa Azayev 1 iyul 1951-ci ildə Kürdəmir rayonunun Qaramahmudlu kəndində anadan olub. O, Qaramahmudlu kəndində ibtidai, Mollakənd kəndində isə orta məktəbi bitirib. Bir il kolxozda işlədikdən sonra 1968–1970-ci illərdə M. Ə. Sabir adına Şamaxı Pedaqoji Məktəbində təhsil alıb. 1971–1973-cü illərdə Kürdəmir rayon Şüşün kənd səkkizillik məktəbində müəllim kimi fəaliyyət göstərib. Daha sonra hərbi ximəti yollanıb. Əlisəfa Azayev 1973–1979-cu illərdə ordudan tərxis olunub Ərəbxana kənd orta məktəbində müəllim kimi çalışıb. O, qiyabi yolla Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1979–1982-ci illərdə Bilik Cəmiyyətinin Kürdəmir Rayon Təşkilatının məsul katibi vəzifəsini icra edib. 1982–1995-ci illərdə orada Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Təşkilat şöbəsinin müdiri işləyib.
Əlsafa Zeynalov
Əlsafa Elşad oğlu Zeynalov (6 aprel 1994; Qara Nuru, Saatlı, Azərbaycan — 5 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlisafa Zeynalov 1994-cü il aprelin 6-da Saatlı rayonu Qaranuru kəndində anadan olub. Saatlı rayonu, Qaranuru kəndi, Cavanşir Sadıqov adına orta məktəbdə təhsil alıb. 2012-2013-cü illərdə hərbi xidmətdə olmuşdur. Daha sonra yenidən Orduda xidmətə başlamışdır. Evli və bir övladı var idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əlisəfa Zeynalov Suqovuşan, Ağdərə, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Suqovuşan istiqamətində gedən döyüşlər zamanı başından ağır qəlpə yarası alıb və 05 oktyabr 2020-ci il tarixdə şəhid olub. Saatlıda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlsafa Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əliağa (Türkiyə)
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
Liya Eliava
Liya Eliava (28 may 1934, Tiflis, Gürcüstan SSR, SSRİ – 8 oktyabr 1998, Tbilisi) - aktrisa. == Həyatı == Liya Eliava 28 may 1934-cü ildə Tbilisidə anadan olub. 1955-ci ildə Rusiya Teatr İncəsənət Akademiyasını bitirib. Daha sonra Kote Marcanişvili adına Tbilisi Akademik Teatrında işləməyə başlayıb. Oradan da Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrına keçmişdir. == Filmoqrafiya == Dəli Kür (film, 1969) 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) Tütək səsi (film, 1975) == Aldığı adlar və mükafatlar == Gürcüstan SSR-in Xalq Artisti == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Şalva Eliava
Şalva Eliava (gürc. შალვა ელიავა; rus. Шалва Зурабович Элиава; 30 sentyabr 1883 – 3 dekabr 1937, Tbilisi) — Sovet partiya və dövlət xadimi. == Siyasi karyerası == Şalva Eliava, 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına üzv oldu. Çar rejiminə qarşı aktiv fəaliyyətinə görə bir neçə dəfə sürgün edilmiş və həbsə məruz qalmışdır. 1917-ci ilin mart-dekabr aylarında Voloqda quberniyası İşçi və Əsgər deputatları Sovetliyinin birinci sədri, 1918-ci ilin yanvar-aprel aylarında isə Voloqda quberniyası İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edildi. 1920-ci ildən etibarən 1 il müddətinə Rusiya Sovet Federativ Sosialist Respublikasının Türkiyə və İran üzrə səlahiyyətli nümayəndəsi təyin edilir. Daha sonra Gürcüstan Sovet Sosialist Respublikasının Hərbi Dəniz məsələləri üzrə Xalq Komissarı təyin edilir. 1923-cü ildən etibarən Gürcüstan SSR Xalq Komissarları Sovetinin, 1927-ci ildən isə Zaqafqaziya SFSR Xalq Komissarları Sovetinin sədri təyin edilir. Daha sonralar 1931–1937-ci illər arasında SSRİ-nin Xarici Ticarət məsələləri üzrə xalq komissarının müavini və Yüngül Sənaye məsələləri üzrə xalq komissarının müavini vəzifələrini üstələyir.