Əlsafa Zeynalov

Əlsafa Elşad oğlu Zeynalov (6 aprel 1994; Qara Nuru, Saatlı, Azərbaycan — 5 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Əlsafa Zeynalov
Əlsafa Elşad oğlu Zeynalov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qara Nuru, Saatlı, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Suqovuşan, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Saatlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020, "Suqovuşanın azad olunmasına görə" medalı — 2021, "Cəsur döyüşçü" medalı — 2021

Əlisafa Zeynalov 1994-cü il aprelin 6-da Saatlı rayonu Qaranuru kəndində anadan olub. Saatlı rayonu, Qaranuru kəndi, Cavanşir Sadıqov adına orta məktəbdə təhsil alıb.[2][3] 2012-2013-cü illərdə hərbi xidmətdə olmuşdur. Daha sonra yenidən Orduda xidmətə başlamışdır. Evli və bir övladı var idi.

Hərbi xidmətləri

[redaktə | mənbəni redaktə et]

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əlisəfa Zeynalov Suqovuşan, Ağdərə, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Suqovuşan istiqamətində gedən döyüşlər zamanı başından ağır qəlpə yarası alıb və 05 oktyabr 2020-ci il tarixdə şəhid olub. Saatlıda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlsafa Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlsafa Zeynalov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlsafa Zeynalov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[6]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "Şəhid Əlisafa Zeynalov". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  3. Unudulmazlar — Əlisafa Zeynalov
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  6. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.