Şalva Eliava (gürc. შალვა ელიავა; rus. Шалва Зурабович Элиава; 30 sentyabr 1883 – 3 dekabr 1937[1], Tbilisi) — Sovet partiya və dövlət xadimi.
Şalva Eliava | |
---|---|
gürc. შალვა ზურაბის ძე ელიავა | |
SSRİ Yüngül Sənaye məsələləri üzrə Xalq Komissarının müavini | |
1936 – 1937 | |
SSRİ Xarici Ticarət məsələləri üzrə Xalq Komissarının müavini | |
1931 – 1936 | |
1927-ci il 9 iyun – 1931-ci il 29 yanvar | |
Əvvəlki | İvan Oraxelaşvili |
Sonrakı | İvan Oraxelaşvili |
1923-cü il yanvar – 1927-ci il iyun | |
Əvvəlki | Sergey Kavtaradze |
Sonrakı | Lavrenti Kartvelişvili |
ZSFSR-ın Hərbi Dəniz məsələləri üzrə xalq komissarı | |
1922-ci il dekabr – 1923-cü il yanvar | |
RSFSR-ın Türkiyə və İran üzrə səlahiyyətli nümayəndəsi | |
1920 – 1921 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 sentyabr 1883 |
Vəfat tarixi | 3 dekabr 1937[1] (54 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | diplomat, siyasətçi |
Dini | ateizm |
Vikianbarda əlaqəli mediafayllar |
Şalva Eliava, 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına üzv oldu. Çar rejiminə qarşı aktiv fəaliyyətinə görə bir neçə dəfə sürgün edilmiş və həbsə məruz qalmışdır.[2]
1917-ci ilin mart-dekabr aylarında Voloqda quberniyası İşçi və Əsgər deputatları Sovetliyinin birinci sədri, 1918-ci ilin yanvar-aprel aylarında isə Voloqda quberniyası İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edildi.
1920-ci ildən etibarən 1 il müddətinə Rusiya Sovet Federativ Sosialist Respublikasının Türkiyə və İran üzrə səlahiyyətli nümayəndəsi təyin edilir. Daha sonra Gürcüstan Sovet Sosialist Respublikasının Hərbi Dəniz məsələləri üzrə Xalq Komissarı təyin edilir. 1923-cü ildən etibarən Gürcüstan SSR Xalq Komissarları Sovetinin, 1927-ci ildən isə Zaqafqaziya SFSR Xalq Komissarları Sovetinin sədri təyin edilir. Daha sonralar 1931–1937-ci illər arasında SSRİ-nin Xarici Ticarət məsələləri üzrə xalq komissarının müavini və Yüngül Sənaye məsələləri üzrə xalq komissarının müavini vəzifələrini üstələyir. 1937-ci ildə vəfat edir.