Əlibala Əbdül oğlu Şirinov (1903, Dünyamalılar, Cavad qəzası – 3 noyabr 1973, Bakı) — Sosialist Əməyi Qəhrəmanı (1951), Azərbaycan pambıq ustası (1957). Azərbaycan Ali Sovetinin (2–5, 7-ci və 8-ci çağırış) deputatı.
Əlibala Şirinov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1903 |
Doğum yeri | |
Vəfat tarixi | 3 noyabr 1973 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | pambıqçı |
Uşağı | |
|
|
Təltifləri |
|
Əlibala Əbdül oğlu Şirinov 1903-cü ildə anadan olmuşdur. 1925–1927-illərdə ordu sırasında olmuş, ordudan tərxis edildikdən sonar iki il Xalac (Dünyamalılar) kənd sovetinin sədri işləmişdir.
1929-cu ildə Dünyamalılar kəndinin kənd təsərrüfatı arteli təşkil edildikdə Ə.Şirinov kolxoza birinci daxil olmuş, onun təşkilat-təsərrüfat cəhətdən möhkəmləndirilməsində fəal iştirak etmişdir. Əlibala Şirinov əvvəlcə katib vəzifəsində işləmişdir.
Beyləqan rayonunun Dünyamallar kəndində 1927–1928-ci illərdə kənd sovetinin mühasibi, 1928–1935-ci illərdə kənd sovetinin sədri, 1935–1936-cı illərdə Gödəklər kəndində qurulan kolxozun sədri, 1936-cı ildən 1971-ci ilədək öz doğma kəndi Dünyamalılarda sonralar Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun adı ilə adlanan kolxozun sədri olmuşdur.
1936-cı ilin may ayında kolxozçular Ə.Şirinovu özlərinə sədr seçmişlər. Əlibala Şirinov o vaxtdan düz 35 il kolxozun idarə heyətinin sədri olmuşdur.
Ona hamı hörmət və ehtiram bəsləyirdi. Dövlət kolxoz istehsalını inkişaf etdirməkdə onun fəaliyyətini qiymətləndirib. 1950-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Azərbaycan Ali Sovetinin (2–5, 7-ci çağırış) deputatı seçilmişdir. 2 dəfə Lenin ordeni, "Şərəf nişanı", Qırmızı Bayraq ordeni və medallarla təltif olunmuşdur. 1971-ci ildən ittifaq əhəmiyyətli fərdi pensiyaçı idi.
1952-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, iki Lenin ordeni, "Şərəf nişanı" ordeni, Qızıl Əmək Bayrağı ordeni, SSRİ-nin bir çox medalları ilə təltif edilmişdir.
Kolxoz onun rəhbərliyi altında inkişaf edib və yeni-yeni təsərrüfat müvəffəqiyyəti qazandı.
El ağsaqqalını kəndin abadlaşdırılması məsələsi çox narahat edirdi.Layihə əsasında kolxozun tapşırığı ilə 1957-ci ildə yeni tipli qəsəbə salınmışdı.
1963-cü ildə 10 illik məktəb binası tikdirdiyi üçün ona "Azərbaycan maarif xadimi" adı verilmişdir. Azərbaycanın Pambıq ustası fəxri adını almışdı.
Əlibala Şirinov 3 noyabr 1973-cü ildə vəfat etdi. O, dövlətin qərarı ilə Bakı şəhərində İkinci Fəxri xiyabanda dəfn edildi.