Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əncirli
Əncirli (Biləsuvar) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Əncirli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Əncirli döş — Azərbaycan Respublikası Cəbrayıl rayonunda dağ adı.
Ənvəri
Ənvəri, Əvhədəddin Əli ibn Məhəmməd Haravani (Farsca: انوری اوحد الدین علی ابن محمد) (1126 və ya təq. 1116, Əbivərd – 1190 və ya təq. 1189, Bəlx, Bəlx vilayəti) — İran şairi. == Həyatı == Ənvəri 1126-cı ildə Əbivərddə anadan olmuşdu. Tusda mükəmməl mədrəsə təhsili almışdı. == Yaradıcılığı == Mühəmməd Vakidi (740-823) xəlifə Ömərin zamanında, təqribən 638-639 – cu illərdə ərəb ordusunun Ərməniyyəni (Van gölü və ətrafı) fəthi zamanı Ərciş (Van) gölü yaxınlığında yaşayan xristian oğuzlardan və onların məleykəsi Turunc xatundan və onun islamı qəbul etməsindən söhbət açır. Eyni hadisə Ənvərinin yeganə nüsxəsi Paris Milli Kitabxanasında qorunan “Düsturnamə” əsərində də yer almaqdadır . Ənvəri eyni zamanda həmin bölgədə yaşayan oğuzların Oğuz Tümən adlı başçısını da yad edir. == Hekayət == Məşhur şair Ənvəri Bəlx şəhərində gəzişərkən görür ki, camaat bir nəfərin başına toplaşıb dinləyir. Bir az qulaq asandan sonra Ənvəriyə aydın olur ki, həmin adam onun şerlərini öz adına çıxıb oxuyur.
Əcəri
Əcəri (yaxud Həcəri) — Qəbələ vilayətinin cənubunda, Qarasu və Girdimançayın arasında yerləşmiş tarixi vilayət. Cənubda Kür çayına qədər uzanırdı. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır.
Əncər
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Aqşin Ənvərli
Aqşin Ənvərli (10 oktyabr 1994, Qəbələ – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Faiq oğlu Ənvərli 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub. 2001-2012-ci illərdə Qəbələ şəhərinin N. Apayev adına 4 nömrəli tam orta məktəbində təhsil alıb. Ali təhsilini isə 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) alıb. Subay idi. == Hərbi xidməti == Aqşin Ənvərli 2018-ci ildə tibbi xidməti leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmətə başladı. Bir müddət sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edildi. Azərbaycan Ordusunun leytenantı olan Aqşin Ənvərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Aqşin Ənvərli noyabrın 6-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş leytenant" rütbəsi alıb.
Mirzə Ənsərli
Mirzə Məsim oğlu Ənsərli (31 dekabr 1959, Ləmbəli, Noyemberyan rayonu) — Azərbaycanlı alim, türkoloq, tarixçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). == Həyatı == 1959-cu il dekabrın 31-də Qərbi Azərbaycanın Borçalı mahalının Borçalı nahiyəsinin Ləmbəli kəndində [indiki Ermənistan Respublikasının Noyemberyan (keçmiş Barana) rayonunun Baqrateşen qəsəbəsi) anadan olmuşdur. Doğma kəndində 2 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində ali təhsil almışdır (1981–1987). 1980–1981-ci illərdə hazırlıq şöbəsində oxumuşdur. == Fəaliyyəti == Əmək fəaliyyətinə Baqrataşen qəsəbəsində ağac emalı çexində və "Zeytun" sovxozunda fəhlə kimi başlamışdır (1977–1980). Sonra isə Gəncə şəhərində Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 25 saylı filialında böyük kitabxanaçı (1988–1989), Bakı şəhərində Azərbaycan Dövlət Kitab Palatasında biblioqraf, bölmə müdiri (1989–1992), Azərbaycan MEA Milli Münasibətlər İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi (1992–2002) işləmişdir. Eyni vaxtda Mədəniyyət Nazirliyinin Mədəniyyət İşçilərinin Hazırlıq və İxtisasartırma Kursunda baş metodist (1996–1997), Azərbaycan MEA Mərkəzi Elmi Kitabxanasında bölmə müdiri (1997–1999) olmuşdur. Azərbaycan Dövlət Kitab Palatasında işləyən zaman Moskvada Mətbuat İşçilərinin İxtisasartırma kursunu da bitirmiş (1990) və 1993–1996-cı illərdə Azərbaycan MEA Şərqşünaslıq İnstitutunun aspiranturasında (qiyabi) oxumuşdur. Hazırda AMEA-nın akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Türkiyə tarixi və iqtisadiyyatı" şöbəsinin böyük elmi işçisidir. Türkologiya sahəsində tədqiqatlar aparır.
Əncirli (Biləsuvar)
Əncirli (fars. انجيرلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 929 nəfər yaşayır (180 ailə).
Əncirli (Germi)
Əncirli (fars. انجيرلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (4 ailə).
Əncirli döş
Əncirli döş- Azərbaycan Respublikası Cəbrayıl rayonunda dağ adı. == Toponimikası == Əncirli döş Cəbrayıl rayonunda dağ adı. Oronim bitki adına döş("dağın, təpənin yuxarı bissəsi ilə ətəyi arasındakı sahə", "dağ yamacının yuxarı və orta hissələri arasında qalan hissə", "yamacın yuxarı hissəsi") sözünü əlavə etməklə yaranmışdır.
Əncirli dərə
Əncirli dərə — Qaradağ rayonunda dərə; Əncirli dərə — Qubadlı rayonunda dərə; Əncirli dərə — Zəngilan rayonunda dərə; Əncirli dərə — Cəbrayıl rayonunda dərə.
Benqal ənciri
Benqal ənciri (lat. Ficus benghalensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Hirkan ənciri
Adi əncir (lat. Ficus carica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü. == Sinonimləri == Caprificus insectifera Gasp. Caprificus leucocarpa Gasp. Caprificus oblongata Gasp. Caprificus pedunculata (Miq.) Gasp. Caprificus rugosa (Miq.) Gasp. Caprificus sphaerocarpa Gasp. Ficus albescens Miq. Ficus burdigalensis Poit.
Yapon əntəri
Yapon əntəri (lat. Macaca fuscata) — Əntərlər cinsinə aid olan meymun növü. Yakuşima adasında yaşayan əntərlər qısa xəzə malik olmaları ilə yanaşı özünü aparma mədəni xüsusiyyətlərinin formalaşması ilə seçilirlər. Bu səbəbdən onlar ayrı yarımnöv (Macaca fuscata yakui) hesab edilir == Xariçi görünüşü == Erkəklərin hündürlüyü 80–95 sm, kutleləri 12–14 kq, dişilər istər ölçü istərsə çəki baxımından erkəklərdən geri qalır. Meymunlar qırmızı dəriyə və tünd boz xəzə malik olurlar. Bədəni burun və əllər istisna olmaqla qəhvəyi ləkələrlə örtülüdür. Quyruqları qısa olur və 10 santımetri keçmir. Boğazlıq dövrü 170–180 gün davam edir. Yeni doğulan körpə 500 q çəkiyə malik olur. İki və daha artıq balanın doğulması nadir hallarda baş verir.
Benferri
Benferri (isp. Benferri) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 12,40 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1892 nəfərə çatmışdır.
Enerji
Enerji (ἐν = daxili,və ἔργον = təsir etmək) — fiziki kəmiyyət. Onun işarəsi E-dir. Ancaq çox vaxt müxtəlif enerji növləri üçün başqa işarələmələrdən də istifadə olunur. Beynəlxalq ölçü sistemində enerji Coul ilə ölçülür. Enerji fizikada verilmiş sistemin iş görmə qabiliyyəti kimi başa düşülür. Enerji müxtəlif formalarda yarana bilir. Enerji anlayışı 1852-ci ildə ilk dəfə şotlandiyalı fizik Con Rankine tərəfindən ortaya atılır. Burada məqsəd qüvvəni daxili təsirdən fərqləndirmək idi. Qabaqlar enerjini qüvvə növü kimi səciyyələndirirdilər, məsələn, "saxlanmış qüvvə" kimi. Bu bir tərəfdən fiziki olaraq səhv olmuş, digər tərəfdən yalnız mexaniki enerjiyə aid edilə bilərdi.
Abşeron sarı ənciri
Abşeron sarı ənciri - Abşeron yarımadasında yetişdirilən yerli əncir sortu. İki dəfə məhsul verir. Qabığının rəngi açıq-sarı, ləti çəhrayı, toxumu isə azdır. Meyvəsi orta ölçüyə malik olub 30-40 q çəkiyə malikdir. Sentyabrın əvvəlləri meyvəsi yetişir. İyulda verdiyi ilk məhsul varəncir adlanır. Bir ağacdan 60-70 kq məhsul yığmaq olur. Tərkibi C vitamini ilə zəngindir. Bu sort əncirdən yaxşı mürəbbə, doşab hazırlanır. Üstəlik meyvə qurusu kimi istifadə edilir.
Əli Ənvəri-Əbivərdi
Ənvəri, Əvhədəddin Əli ibn Məhəmməd Haravani (Farsca: انوری اوحد الدین علی ابن محمد) (1126 və ya təq. 1116, Əbivərd – 1190 və ya təq. 1189, Bəlx, Bəlx vilayəti) — İran şairi. == Həyatı == Ənvəri 1126-cı ildə Əbivərddə anadan olmuşdu. Tusda mükəmməl mədrəsə təhsili almışdı. == Yaradıcılığı == Mühəmməd Vakidi (740-823) xəlifə Ömərin zamanında, təqribən 638-639 – cu illərdə ərəb ordusunun Ərməniyyəni (Van gölü və ətrafı) fəthi zamanı Ərciş (Van) gölü yaxınlığında yaşayan xristian oğuzlardan və onların məleykəsi Turunc xatundan və onun islamı qəbul etməsindən söhbət açır. Eyni hadisə Ənvərinin yeganə nüsxəsi Paris Milli Kitabxanasında qorunan “Düsturnamə” əsərində də yer almaqdadır . Ənvəri eyni zamanda həmin bölgədə yaşayan oğuzların Oğuz Tümən adlı başçısını da yad edir. == Hekayət == Məşhur şair Ənvəri Bəlx şəhərində gəzişərkən görür ki, camaat bir nəfərin başına toplaşıb dinləyir. Bir az qulaq asandan sonra Ənvəriyə aydın olur ki, həmin adam onun şerlərini öz adına çıxıb oxuyur.
Enderbi Torpağı
Enderbi Torpağı (ing. Enderby Land) — Şərqi Antarktida ərazisinin bir hissəsi olaraq, 44°38' və 59°34' şərq uzunluğunda qərararlaşır. == Coğrafiya == Qərbdən Kraliça Mod Torpağı, şərqdən isə Kemp Torpağı ilə əhatələnir. Kosmonavtlar dənizi sahillərini yuyur. Enderbi Topağının bir hissəsini təşkil edən Bernad yarımadasında 2300 metr hündürlüyə malik olan Neypier dağı yerləşir. Yarımada Kosmonavtlar dənizini Birlik dənizindən ayırır. Yarımada 100 km dəniz daxilinə uzanır. Buz qatının qalınlığı mərkəzi hissədə 2000—2500 metr təşkil edir. Bəzi sahələr buzdan tam azad ola bilir. Enderbi Torpağının şərq hissəsində dağ massivi yerləşir.
Alternativ enerji
Alternativ enerji — təbiətin çirklənməsinin qarşısını almaq məqsədilə işlənən enerji çeşidlərinin ümumiləşmiş adı. Alternativ energetika daha çox gələcəyə yönələn perspektiv sahədir. Ətraf mühiti çirklənməkdən(torpaq, su, hava) qorumaq üçün Alternativ enerji mənbələrindən istifadə olunması məqsədəuyğundur. İnkişaf etmiş ölkələr (ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Rusiya və s.) alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə ətraf mühiti çirklənmədən qorumağa cəhd göstərirlər. Son illər Azərbaycan müstəqil dövlət kimi xarici ölkələrin təcrübəsindən istifadə edərək alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə, həm qiymətli yanacağa (neft, qaz) qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çağırır. Elektrik enerji istehsalında İES və SES-dan istifadənin ətraf mühit üçün həm müsbət, həm də mənfi tərəfləri vardır. Bu stansiyalardan xüsusilə İES-ı yerləşdikləri ərazilərin torpaqlarını, sularını, atmosferini daha çox çirkləndirdiyi üçün , alternativ energiyadan istifadəni çoxaltmalıyıq == Bərpaolunan enerji növləri == Bərpaolunan ya da yaşıl enerji – insan varlığı miqyasında tükənməz enerjidir. O təbiətdə hər an təbii olaraq mövcud olan proseslərin insanların ehtiyacları üçün istifadə olunması ilə əldə olunur. Bir neçə bərpaedilən enerji çeşidləri vardır: === Külək enerjisi === Bu enerjidən insanlar qədim zamanlardan yel dəyirmanlarında dən üyütmək üçün istifadə edirdilər. İlk dəfə dəyirmanlar Çində və Misirdə quraşdırılmışdır.
Azərbaycanda enerji
Azərbaycanda enerji – enerji və elektrik istehsalı, istehlakı və ixracını təsvir edir. == Tarixi == XIX əsrin sonunda dünyada ilk dəfə elektrik eneıjisinin istehsal başlanmışdır. Bu dövrə qədər Azərbaycanda artıq neft çıxarılmasıq başlandığı vaxtdan elektrik eneıjisindən istifadə olunmuşdur. I dövrdə (1898-ci il) Bakının neft sənayesi dünyada istehsal olunan neftin yarısından çoxunu təşkil etmişdir. Neft mədənlərini elektriklə təmin etmək üçün ilk dəfə olaraq 5-50 kvt-lıq elektrik stansiyalan quraşdırılmışdır. Neft sənayesinin intensiv inkişafi elektrik eneıjisini yüksəltməyi tələb edirdi. Bu problemin perspektivliyini və mənfəətliyini bilən bir sıra xarici elektrotexniki firmalar - «Simens ± Qalske», «AEQ» və başqaları Bakıda daha güclü elektrik stansiyalan tikmək barədə müraciət etdilər. Bu məqsədlə 1898-ci ildə «Elektrik gücü» aksioner (səhmdar) cəmiyyəti yaradılır. 1900-cu ilin martında «Elektrik gücü» AC Bakıda iki elektrik stansiyası layihələşdirir və onların tikilməsinə başlanır: «Belqorod» - 6000 L.s., və Bibi-Heybət - 1000 l.s. (sonralar o «Krasnaya zvezda» İES və Krasin adına İES adlandınldı).1902-ci ilin martında istismara buraxılan Belqorod elektrik stansiyasında «Zulcer» firmasının hər birinin 1000 l.s gücü olan dörd buxar maşım, «Lezner» firmasının 2000 l.s.
Başqırdıstanda enerji
Başqırdıstanda enerji — Başqırdıstan Respubilkasının iqtisadiyyatının əsas sahələrindən biri. Respublika üzrə fəaliyyətdə olan bütün enerji stansiyaların gücü 4 295 MVt təşkil edir. Başqırdıstanın enerji sahəsi daha çox hərtərəfliyi ilə diqqəti cəlb edir. Demək olar ki, bütün enerji istehsal növləri mövcuddur: İES, SES, KES,GES və DRES == Tarixi == Başqırdıstanda ilk elektrik stansiyası XIX əsrdə qurulub. 1 fevral 1898 -ci ildə 560 kilovatt gücündə olan Başqırd elektrik stansiyası işə düşümüş. 29 avqust 1931-ci ildə Ufada mərkəzi elektrik stansiyası istifadəyə verilmiş (MES). SSRİ-də, eləcə də Başqırdıstanda QOELRO (ölkənin elektrikləşdirmə planı) həyata keçirilmiş. 1958-ci ildən Başqırdıstan SSRİ-nin vahid elektroenergetika sisteminə qoşulmuş. Respublikada Ufim İEM-3, Kumertaus İEM tikilmiş. 90-cı illərdən ölkədə külək elektrik stansiyaları tikilməyə başlanıldı — «Vetroen» (Ufa), kiçik SES. XXI əsrin əvvələrində Başqırdıstan Respublikasında səkkiz kiçik və mikro SES-lər (50-700 KVt) tikilib istifadəyə verildi.
Dayanıqlı enerji
Dayanıqlı enerji — "gələcək nəsillərin öz ehtiyaclarını ödəmək qabiliyyətindən ödün vermədən bu günün ehtiyaclarını qarşılayacaq" şəkildə istehsal olunan və istifadə olunan enerji. Bu, onun ətraf mühitə olan təsirləri nəzərə alındıqda (baxmayaraq ki, dayanıqlı enerji konsepsiyası iqtisadi və sosial təsirləri də əhatə edir) yaşıl enerji və təmiz enerji konsepsiyaları yaxın olduğunu göstərir. Dünyanın elektrik, istilik, soyutma və transport gücünü dayanıqlı enerji vasitəsi ilə əldə etmək 21-ci əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük çətinliklərdən biri olaraq qəbul edilir. Enerji istehsalı və istehlakı insanın səbəb olduğu və qlobal istiləşməyə gətirib istixana qaz emissiyasının 70%-ni təşkil edir. Dünya üzərində 1 milyarda yaxın insanın elektrik çatışmazlığı ilə üz-üzədir və təxminən 3 milyad insan yemək bişirmək üçün odun, kömür və heyvan peyini kimi tüstülü yanacaqlardan istifadə edir. Bu və digər təbii yanacaqlar hər il təxmini 7 milyon insanın ölümünə səbəb olan hava çirkliliyini yaradan əsas faktorlardır. Ümumilikdə, günəş, külək və hidroelektrik enerji kimi bərpa edilən enerji mənbələrinin dayanıqlı olduğu düşünülür. Ancaq bioyanacaq istehsalı üçün meşələrin təmizlənməsi kimi bəzi yenilənə bilən enerji layihə aspektləri təbii yanacaq istifadəsindən daha zərərli problemlərin yarana biləcəyini göstərir. Nüvə energetikasıAtom enerjisi daha az karbon tələb edən mənbədir və külək və günəşlə müqayisədə daha təhlükəsiz görünür, ancaq radioaktiv tullantılar və böyük əzariskləri bu texnologiyanın dezavantajlarıdır. Dəyişən enerji mənbəyi olan orta miqdarda külək və günəş enerjisi şəbəkə enerjisi anbarı və tələbə cavab tədbirləri kimi əlavə infrastruktur olmadan elektrik şəbəkəsinə inteqrasiya edilə bilər.
Enerji böhranı
Enerji böhranı enerji qaynaqlarının tərkibində yaranan darboğaz və ya qiymət artımı sonra ortaya çıxan vəziyyətə verilən addır. Məşhur ədəbiyyatda xüsusilə elektrik şəbəkələrində və avtomobillər üçün yanacaq tədarükü çətinliyi üçün istifadə olunur. Son illərdə sənaye inkişaf və əhali artımıyla birlikdə enerji üçün qlobal tələb böyük bir artım göstərmişdir. Dünyanın ehtiyaclarını qarşılayacaq miqdarda kifayət qədər enerji olacaq mı?McKinsey Qlobal İnstitutu, günümüzdən 2020-ci ilə qədər inkişaf etmiş ölkələrin tələbinin dünya enerji tələbinin haradasa 80-%ini meydana gətirəcəyini, bu tələbin 32-%nin Çindən, 10-%sə Orta Şərqdən qaynaqlanacağını nəzərdə tutur. MİT-in (Massachusetts Institute of Technology) etdiyi bir araşdırma, dünya səviyyəsində enerji tələbinin 2050-ci ilə qədər günümüzdəkilərin üç qatına çıxa biləcəyini təxmin etməkdədir. İlk neft böhranı, 1973–74də meydana gəldi. 1973 Ərəb-İsrail müharibəsi, neft çıxaran bir neçə ərəb ölkəsinin ABŞ və İsrail ilə ittifaqlıq edən ölkələrə neft nəqlini durdurmasına səbəb oldu. Sənayeləşmiş ölkələr: Daha yüksək neft qiymətləri aşağı nisbətli iqtisadi böyüməyə, daha yüksək bir inflyasiya nisbətinə, böyük ticarət açıqlarına və işsizliyin artmasına səbəb oldu. Bunlar, milli barışığı poza bilər və siyasi sistemin sabitlik və hökumətini baltalayabilər. İnkişaf etməkdə olan dünya: İnkişaf etməkdə olan ölkələrdə idxal edilən neftin qiyməti də artdı və bu vəziyyət bəzilərinin ehtiyac duyduqları neftin ödənişini ödəyə bilmək üçün nəhəng borclar altına girməsinə səbəb oldu.
Enerji içkisi
Energetik içki ("energetik") — tərkibində stimullaşdırıcı preparatlar (adətən kofein) olan, zehni və fiziki stimullaşdırma təmin edən spirtsiz (tərkibində cüzi miqdarda spirt də ola bilər) içki növüdür. Energetik içki "enerji" kimi satılsa da, qida enerjisindən fərqli olan məhsuldur. Energetik içkilər qazlı və ya qazsız olur, tərkibində şəkər və ya digər dadlandırıcılar, bitki ekstraktları, taurin və amin turşuları ola bilər. Onlar energetik məhsulların böyük bir qrupunun althissəsidir və idman üzrə göstəriciləri yüksəltmək üçün reklam edilən içkilərdən fərqlənir. Energetik içkilərin bir çox markası (brend) və çeşidi var. Qəhvə, çay və tərkibində kofein olan digər təbii içkilər energetik içkilər hesab edilmir. Kola kimi digər yumşaq içkilərin də tərkibində kofein ola bilər, ancaq həmin içkilər də energetik içkilər deyil. Buckfast Tonic Wine kimi bəzi spirtli içkilərin tərkibində kofein və digər stimullaşdırıcılar olur. Mayo Clinic tibbi praktika və tədqiqat qrupunun (Minnesota, ABŞ) apardığı araşdırmaların nəticəsinə görə, yetkinlik yaşına çatmış tipik sağlam adam üçün gündə 400 mq kofein içmək təhlükəsizdir (Mayo Clinic – 4500-dən artıq həkim və alimlərin çalışdığı, ümumilikdə 60 min nəfərə yaxın tibbi işçisi olan təşkilatdır). Avropa Qida Təhlükəsizliyi Təşkilatı (European Food Safety Authority) tərəfindən də təsdiq edilmişdir ki, gündə 400 mq-a kimi kofein qəbulu yetkinlik yaşına çatmış adamların (böyüklərin) təhlükəsizliyi üçün problem yaratmır, belə ki, bu, 4 fincan qəhvəyə (hər biri 90 mq) və ya 5 standart (250 ml) energetik içki bankasına (hər biri 80 mq) ekvivalentdir == Variantları == ==== "Enerji atəşi" ==== "Enerji atəşi" və ya "Enerji partlayışı" Energy shot xüsusi bir energetik içki növüdür.
Enerji supergücü
Enerji super gücü (ing. Energy superpower) — digər ölkələrə xam neft, təbii qaz, kömür və s. kimi böyük miqdarda enerji ehtiyatları verən və nəticədə, dünya bazarlarına siyasi və ya iqtisadi üstünlük əldə etmək üçün təsir etmə potensialına malik olan ölkə. Enerji super güc ölkələrinə Rusiya, Səudiyyə Ərəbistanı, Kanada, İran və Venesuela daxildir. ABŞ böyük şist qaz ehtiyatlarına görə potensial enerji gücü kimi qeyd olunur.
Ermənistanda enerji
Ermənistada enerji — Ermənistan iqtisadiyyatının bir qolu. 2014-cü ilin sonunda ölkədə 7,75 milyard kVt/saat elektrik enerjisi istehsal edilmişdir. Adambaşına istehlak təxminən 2037 kVt/saat təşkil edir. 2012-ci ilin məlumatlarına görə ölkədə elektrik enerjisinin ən böyük payı istilik elektrik stansiyalarının (İrəvan və Razdan) — 42 %, ardınca su və külək elektrik stansiylarının — 29% -dən çox — və Metsamor Atom Elektrik Stansiyasının — 29% -dən az — payına düşür. == Tarixi == SSRİ dağılmazdan əvvəl Ermənistan enerji sistemi Zaqafqaziyanın vahid enerji sisteminin tərkib hissəsi idi. Bu da öz növbəsində SSRİ-nin vahid enerji sisteminin bir hissəsi idi. Ermənistanın enerji sektoru elektrik enerjisi ixracatçısı olarkən digər Sovet respublikalarından gətirilən yanacaqdan (qaz, yanacaq yağı, nüvə yanacağı) istifadə edirdi. 1960–1970-ci illərdə tikilən istilik elektrik stansiyaları (İES) və 1977-ci ildə işə salınan Metsamor Atom Elektrik Stansiyası (AES) regional əhəmiyyət daşıyırdı (bu xüsusilə AES-lərə aiddir). 1989-cu ildən bu yana Zaqafqaziyanın enerji sistemləri bölündü, lakin 1996-cı ildə ikinci nüvə enerji qurğusunun yenidən işə salınması, enerji sektorundakı struktur islahatları və İran-Ermənistan yüksək gərginlikli elektrik verilişi xəttinin çəkilməsi qonşu ölkələrə, xüsusən də Gürcüstan və İrana elektrik enerjisi ixracına imkan verdi. Bu Gürcüstana elektrik enerjisi çatışmazlığını qismən ödəməyə, Ermənistan isə mövcud elektrik enerjisi istehsal gücündən istifadə etməyə imkan verir.
Geotermal enerji
Geotermal enerji — bilavasitə və dolayı yolla günəş işığından asılı olan külək, günəş və sudan fərqli olaraq radioaktiv parçalanma və qravitasiya gücünün təsiri nəticəsində yerin təkindən daxil olur. Geotermal enerji yer qabığının müxtəlif dərinliklərində yığılmış isti su, buxar və qazlardan ibarətdir.
Hidroelektrik enerji
Hidroelektrik enerji — sürətlə axan suyun enerjisiylə çevirilən elektrik generatorlarından əldə edilən elektrikdir. Hidroelektrik enerji stansiyaları içmə, istifadə etmə ya da sənaye suyu təmin etmək məqsədiylə çayların önü kəsilərək yaradılan su anbarında qurulmaqdadır. Hidroelektrik stansiyanın ana hissələri cəbri borular, hidrolik turbinlər, generatorlar, transformatörler ilə su axışını və elektrik enerjisi paylamasını nəzarət edən köməkçi təchizatlardır. Cəbri borular suyu aşağıya doğru turbinlərə çatdıran böyük borular ya da tunellərdir. Turbinlər, axan suyun hidrolik enerjisini mexaniki enerjiyə çevirən maşınlardır. Transformatörler üreteçlerden əldə edilən alternativ gərginliyi uzaq məsafələrə çatdırmaq üzrə çox yüksək gərginlik dəyərlərinə yüksəltməkdə istifadə edilər.