Azərbaycanda enerji

Azərbaycanda enerji – enerji və elektrik istehsalı, istehlakı və ixracını təsvir edir.

XIX əsrin sonunda dünyada ilk dəfə elektrik eneıjisinin istehsal başlanmışdır[1]. Bu dövrə qədər Azərbaycanda artıq neft çıxarılmasıq başlandığı vaxtdan elektrik eneıjisindən istifadə olunmuşdur. I dövrdə (1898-ci il) Bakının neft sənayesi dünyada istehsal olunan neftin yarısından çoxunu təşkil etmişdir. Neft mədənlərini elektriklə təmin etmək üçün ilk dəfə olaraq 5–50 kvt-lıq elektrik stansiyalan quraşdırılmışdır. Neft sənayesinin intensiv inkişafi elektrik eneıjisini yüksəltməyi tələb edirdi. Bu problemin perspektivliyini və mənfəətliyini bilən bir sıra xarici elektrotexniki firmalar — "Simens ± Qalske", "AEQ" və başqaları Bakıda daha güclü elektrik stansiyalan tikmək barədə müraciət etdilər. Bu məqsədlə 1898-ci ildə "Elektrik gücü" aksioner (səhmdar) cəmiyyəti yaradılır.

1900-cü ilin martında "Elektrik gücü" AC Bakıda iki elektrik stansiyası layihələşdirir və onların tikilməsinə başlanır: "Belqorod" — 6000 L.s., və Bibi-Heybət — 1000 l.s. (sonralar o "Krasnaya zvezda" İES və Krasin adına İES adlandınldı).1902-ci ilin martında istismara buraxılan Belqorod elektrik stansiyasında "Zulcer" firmasının hər birinin 1000 l.s gücü olan dörd buxar maşım, "Lezner" firmasının 2000 l.s. gücü olan buxar maşını, AEQ firmasının 6000 v gərginlikli generatoru quraşdırıldı. Bibi-Heybət elektrik stansiyasında "Simens — Qalske" firmasının 500 l.s. gücündə olan iki buxar maşını qoyuldu. Belqorod və Bibi — Heybət elektrik stansiyaları o dövr üçün Rusiyada ən böyük stansiyalar idi.

1912-ci ildə Bibi — Heybət və Belqorod elektrik stansiyalarının lövbəti genişləndirilməsinə başlandı. İşə AEQ firmasının 8000 kvt gücündə olan turbogenerator daxil edildi. Belə turbogeneratorun daxil edilməsi Bibi — Heybət elektrik stansiyasının gücünü 10800 kvt-a çatdırdı.

1914-cü ildə Bibi — Heybət və Belqorod stansiyalan arasında əlaqə ıradıldı. Bu tarixi Azərbaycanda elektrik sisteminin yaranması tarixi hesab etmək olar. 1915–1917-ci illərdə Bibi — Heybət stansiyası Rusiyada ən böyük və Avropada ən faydalı stansiyaya çevrildi. 1915-ci ildə bu iki elektrik stansiyasının ümumi gücü 47000 kvt-a çatdırıldı.

1913-cü ildə Respublikanın Gəncə, Şəki, QubaLənkəran şəhərində ümumi gücü 635 kvt olan bir sıra kiçik elektrik stansiyaları tikildi.

1920-ci ildə "Elektrotok" energetika kompaniyası qabaqlar xüsusi firmalara məxsus olan daha beş mədən elektrostansiyasım (Romanı — 4000 kvt, Zabrat- 720 kvt, Sabunçu — 700 kvt, Suraxanı — 900 kvt və Artyom adası — 1420 kvt -) birləşdirdi. "Elektrotok" elektrik stansiyasının ümumi gücü 56000 kvt-a çatdırıldı. Bakının mədənlərində neft istehsah dünyanınkinin 17,8%-ni və SSRİ-nin neft hasilatının 80%- qədərim təşkil etməsini nəzərə alaraq 1 QOELRO-nun plamnda Bakı sənaye rayonunun elektrikləşdirilməsinə xüsusi diqqət ayrıldı. Elektrik stansiyalarının, genişləndirilməsi ilə yanaşı elektrik şəbəkələri də inkişaf etdirildi. 1935-ci ildə elektrik sisteminin gücü 176 min kvt-a qədər artırıldı.

Layihəyə uyğun olaraq "Krasnaya Zvezda" İES-də hər birinin gücü 25000 kvt olan iki terlofikasiya turbini, Krasin adma İES-ə isə 25000kvt gücü olan bir kondensasiya turbini qoyuldu. 1939-cu ildə bütün aqreqatlar işə salındı. Sistemin gücü 251.6 min kvt-a çatdırıldı. 1941-ci ildə Sumqayıtda İstilik Elektrik Mərkəzi yaradılaraq gücü 24000 kvt olan kondensasiya turbini və gücü 25000 kvt olan AP-25–1 tipli teplofıkasiya turbini işə salındı.

1940-cı ildə Azərbaycan energetika sisteminin gücü 251000 kvt-ə çatdırılaraq 1920-ci il sistemindən 5 dəfə çox təşkil etdi. 1940-cı ildəyarımstansiyaların sayı — 139, 20–110 kvt-lıq hava xəttlərinin uzunluğu 651 km, güc transformatorlarının ümumi gücü 589600 kvt təşkil edirdi. Bu illərdə "Sevemaya" İES-i və Mingəçevir SES-i işə salındı, fəaliyyətdə olan elektrik stansiyalarında rekonstruksiya işləri apanldı. "Sevemaya" İES-də yeni eneıji bloku montaj edildi, Əli-Bayramlı İES-i tikildi.

22 MVt gücündə olan Araz su-elektrik stansiyası 1970-ci ildə, ümumi gücü 50 MVt olan Tərtər su-elektrik stansiyası 1976-cı ildə və ümumi gücü 380 MVt olan Şəmkir su-elektrik stansiyası 1982-ci ildə qurulmuşdur.

Həmin vaxt elektrik stansiyalarının tikintisi ilə yanaşı, elektrik şəbəkələri də sistematik şəkildə inkişaf etmiş və ölkənin davamlı enerji sistemi yaradılmışdı. Bu illərdə 330 kV-lıq "Əli Bayramlı" İstilik Elektrik Stansiyası – "Ağdam – Gəncə — Ağstafa", "Əli Bayramlı – Yaşma – Dərbənd", 5-ci Mingəçevir, 500 kV-lıq 1-ci və 2-ci Abşeron, "Muxranis – Vəli" , "Yaşma", "Gəncə", 330/110/10 kV-lıq "Ağstafa", 330/110/10 kV-lıq İmişli, 500/330/220 kV Abşeron, "Hövsan", "Nizami", "Müşfiq" "Səngəçal", "Masallı", "Ağsu" və "Babək" 220/110/10 elektrik yarımstansiyaları istifadəyə verilmişdir.

1983-cü ildə Azərbaycan İES- də iki aqreqatın montaj işləri qurtardı. Hazırda Azərbaycan İES-in (Mingəçevirdə) 2400 mvt- gücünə malik olub Cənubi Qafqazda ən güclü elektrik stansiyası sayılır. O, respublikamızın yarısının tələbatını ödəyir. 1990-cı ilin əvvəlində Azərbaycan İES-nin axırıncı 7 və 8-ci enerji bloklan istismara verildi.

Ermənistanla olan münaqişə Azərbaycanın energetikasına mənfi təsir göstərdi, "Azərbaycan İES — Ağdam- İmişli" elektrik enerjisinin məsafəyə verilməsi sıradan çıxarıldı.

Hazırda "Azərenerji" AC- tinin kollektivi tərəfindən konkret işlər yerinə yetirilir. Bir çox xarici banklar Azərbaycan iqtisadiyyatının gələcək inkişafina etibar edərək ona xeyli kreditlər ayınr. Belə ki, 1995-ci ildə Yenikənd SES-nın tikilməsi üçün Azərbaycana 53,4 milyon ABŞ dolları miqdarında kredit verildi. "Sevemaya" İES-nin rekonstruksiyası üçün Yaponiya 160 milyon dollar miqdarında kredit ayırdı. Planlaşdırılmış işlər başa çatdıqdan sonra müəyyən edilmiş güc daha 400 mvt artacaqdır. Hazırda 500 və 300 kv gərginlikli elektrikin məsafəyə ötürülməsi müvafiq olaraq 594 və 1025 km təşkil edir. Bütün kompleks işlər yerinə yetirildikdən sonra Respublikanın eneıji sisteminin gücü xeyli artacaq və sonralar Azərbaycan elektrik eneıjisini Avropaya ixrac edə biləcəkdir.

Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 1995-ci ilin dekabrında Yenikənd su-elektrik stansiyasının tikintisi üçün Azərbaycana 53 milyon dollar həcmində kredit verilib və ümumi gücü 150 MVt olan Yenikənd SES-i tikilib.

Mingəçevir su-elektrik stansiyasının yenidən qurulması, 330 kV-lıq Ağcabədi, 110 kV-lıq Bərdə hissəsi və 330 kV-lıq "Ağcabədi-İmişli" elektrik ötürücü xəttləri Avropa Yenidənqurma və İnkişaf Bankı və İslam İnkişaf Bankı tərəfindən qurulmuşdur.

Kredit ilə Almaniyanın bankı – Bayerische Landesbank Girozentrale hesabına Bakı istilik Elektrik Stansiyasında hər biri 53,5 MVt olan 2 ədəd qaz turbinli qurğu və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının hesabına "Şimal" elektrik stansiyasında 400 MVt buxar qaz zavodu 2002-ci ildə istifadəyə verildi. 14 fevral 2005-ci ildə dövlət başçısı "Azərbaycan Respublikasında Yekun Enerji Kompleksinin (2005–2015) İnkişafı" Dövlət Proqramını təsdiqləyib. Ölkə iqtisadiyyatının elektrik tələbatını tamamilə Azərbaycan İES, Şirvan İES, Şimal İES, Bakı İES, Naxçıvan İES, Astara, Xaçmaz, Şəki, Naxçıvan, Bakı, Quba, Səngəçal elektrik stansiyaları kimi 12 İstilik Elektrik Stansiyası və Mingəçevir, Şəmkir, Yenikənd, Varvara, Araz, Vayxır SES-ləri kimi 6 Su-elektrik stansiyası ödəmişdir. Onların ümumi gücü təxminən 5900 meqavat idi. Azərbaycanda elektrik enerjisinin 90 faizi İES-lərin, 10 faizi isə su-elektrik stansiyalarının payına düşür.

Enerji Nazirliyinə daxil olan Enerji Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Enerji Nazirliyinin Dövlət Enerji və Qaz Nəzarəti Departamenti əsasında yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Dünya İqtisadi Forumu tərəfindən tərtib olunmuş Global Enerji Memarlığı Performans İndeksi 2017 hesabatına əsasən, Azərbaycan 127 ölkə arasında 0,67 bal ilə 36-cı yerdədir.

Təşkilatın 2016-cı il tarixli hesabatına əsasən, 126 ölkə arasında 0.68 bal ilə Azərbaycan 32-ci yerdədir. İqtisadi böyümə və inkişaf 0,68 bal, ətraf mühitin davamlılığı 0,57 bal, enerjiyə qənaət və təhlükəsizlik 0,79 bal olmuşdur.

  • İstehsal: — 931,990 barrels per day (148,175 m3/d) (2008)
  • Sərfiyyat: — 160,000 barrels per day (25,000 m3/d) (2007)

20-ci əsrin sonlarında Azərbaycan nefti dünya neft istehsalının yarısını təşkil edirdi. 1840-cı illərdən etibarən Bakıda neft quyuları fəaliyyət göstərir. 21-ci əsrin başlanğıcından etibarən demək olar ki, bütün istehsallar Xəzər dənizinin sahilindən çıxmışdır. Azərbaycan öz nefti ilə kifayətlənən keçmiş Sovet respublikalarından (Rusiya, Qazaxıstan, Türkmənistan) biri idi. Ancaq 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra xarici investisiyalar kapitalın yeni inkişafı üçün təmin olunduqdan sonra azaldı. 1998-ci ildə gündə 194.000 barel (30.800 m³/d) təşkil edən istehsal 2004-cü ildə orta hesabla 318.000 barrel (50.600 m³/d) səviyyəsinə yüksəldi.

Sahə jurnallarına və hökumət mənbələrinə görə, 2004-cü ildən etibarən sübut edilmiş neft ehtiyatları 7 milyarddan 13 milyard barelə (2,1 × 109 m³) qədərdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dənizkənarı sahələrinin (əsasən istifadə edilməmiş) birgə işlənməsi və neft boru kəmərləri tikilməsi üçün nəzərdə tutulmuş bir neçə müqavilə bağlamışdır. Məsələn, Xəzər Boru Kəməri Konsorsiumu layihəsi nefti Xəzər dənizindən Rusiyanın Qara dəniz Novorossiysk limanına nəql edəcək. Türkiyə ilə digər bir müqaviləyə görə 2002-ci ilin sentyabrında Bakıdan Ceyhana qədər xam neft nəql etmək üçün ilk uzunluğu qurulmuş 1,760 km uzunluğunda səmərəli bir boru kəmərinin tikintisi nəzərdə tutulur. 1995-ci ildə Azərbaycanda 17 dəniz neft yatağı istehsal edilmişdir. Günəşli yatağı, Azərbaycan sahillərinin təxminən 96 km, illik istehsalının yarıdan çox hissəsini təşkil edir. 2002-ci ilin sonunda 15 xarici ölkədə 33 şirkət Azərbaycanla 21 əsas neft yataqlarının işlənməsi üzrə müqavilələr imzalamışdır. 2003-cü ildən etibarən Xəzər dənizində dənizkənarında neft hüququ üzrə mübahisələr bu ehtiyatların inkişafına mane olurdu. 1987-ci ildən 1993-cü ilə qədər 13,8 milyon ton neft və 12,5 milyard kubmetr qazdan 10,3 milyon ton neft və 6,8 milyard kubmetr qaz hasil edilmişdir. İstehsalın azalması illik neftin 7,1%-ni və qazın 13,5%-ni təşkil edir.

"Şahdəniz-2" enerji strateji layihələri enerji təhlükəsizliyi və enerji diversifikasiyası layihəsidir. Şahdəniz qaz yatağının müqaviləsi 1996-cı ildə imzalanıb və Xəzər dənizini Qara dəniz sahilindəki Gürcüstan tərəfi ilə birləşdirən ilk boru kəməri 1999-cu ildə inşa edilmişdir. Xəzər dənizini Aralıq dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri 2006-cı ildə, Cənubi Qaz Boru Kəməri isə 2007-ci ildə inşa edilib.

Böyük Britaniyada fəaliyyət göstərən Qlobal Şahidlərin QHT-lərinin 2013-cü ildəki hesabatında Azərbaycanın neft sənayesində fəaliyyət göstərən şirkətlərin şəffaflıq və hesabatlılığı olmadığı aşkarlanıb. Milyonlarla dollarlıq gəlirin ARDNŞ ilə əməkdaşlıq edib qaranlıqda olan xüsusi şirkətlərin əlinə düşdüyü sənədləşdirilmişdir. Hesabatda bildirilir ki, SOCARın vurduğu müqavilələrin qeyri-şəffaflığı "sistemlidir" və əlavə edilir ki, "bu nəticələr bütövlükdə beynəlxalq ictimaiyyət üçün böyük narahatlıq doğurmalıdır. Neft və onun törəmə məhsulları Azərbaycan iqtisadiyyatının mərkəzindədir və 2011-ci ildə ixracın 95% -ni təşkil edir. Avropa üçün Azərbaycanın neft və qaz axınını şəffaf və yaxşı saxlaması vacibdir. Lakin bu brifinq göstərir ki, Azərbaycanda neft sənayesinin çox hissəsi qeyri-şəffafdır və korrupsiya epidemiya səviyyəsindədir…"

Son illərdə, xüsusilə Bakıda bəzi neft quyularında tükənmiş olan təbii qaz hasilatı daha da əhəmiyyətli hala gəlib. Müvafiq ehtiyatlar 2004-cü ilin sonu etibarilə 1,37 trilyon kubmetr təşkil etmişdir. 2011-ci ildə təbii qaz istehsalı 17,66 milyard kubmetr təşkil edib. Ukraynaİran Azərbaycan vasitəsilə Şərqi Avropaya təbii qaz boru kəməri çəkmək ilə maraqlanır. 10 mart 2016-cı il tarixində Azərbaycan energetika naziri Natiq Əliyev açıq şəkildə deyib ki, Azərbaycan Cənub Qaz Dəhlizini (CQD) doldurmaq üçün kifayət qədər qaz ehtiyatlarına malikdir. CQD-nin məqsədi Azərbaycan vasitəsilə Gürcüstan və Türkiyəyə, Avropaya 10 milyard kubmetr qaz nəql etməkdir.

  • İstehsal: 19.44 milyard kvt-saat (2011)
  • Sərfiyyat: 13.57 milyard kvt-saat (2011)

2011-ci ildə elektrik enerjisi istehsalı 19,44 milyard kilovatsaata, elektrik istehlakı isə 13,57 milyard kilovatsaata yaxın qiymətləndirilir. 2011-ci ilin əvvəlində quraşdırılmış ümumi qurğular 6,392 milyon kilovatdır. Tutumun 80% -dən çoxunu səkkiz istilik zavodu təmin edir, qalanı isə 5 hidroelektrik zavodundan gəlir. Əsas elektrik stansiyaları (hər ikisi istilikdir) Əlibayramlı (1,100 MW) və Mingəçevir (2,100 MW) yaxınlığında idi.

2017-ci il hesabatı

[redaktə | mənbəni redaktə et]

Ölkənin elektrik enerjisi sisteminin gücü 7,172.6 MVt-a çatır. Hazırda sistemin səmərəliliyi 5200 MVt-dır və tələb olunan maksimal güc 3750–3900 MVt-dır. 2017-ci ildə elektrik enerjisi istehsalı 22 209,8 milyon kilovatsaata, istilik elektrik stansiyalarında 20 445,4 milyon kilovatsaata, su-elektrik stansiyalarında isə 1 732,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib və 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz azalıb (22 665,7 milyon kWh). İl ərzində elektrik enerjisi istehsalı üçün ümumilikdə 4778,8 milyon kubmetr təbii qaz və 311,5 min ton mazut istifadə edilmişdir. Binəqədi rayonunun Hoca Hasan yarımstansiyasında 110/35 kV-lıq 50 MVA transformator, 110 kV-lıq iki kəsici və 35 kV-lıq elektrik avadanlıqları quraşdırılmışdır. 110 kV-lıq "Liman" və "Ağ şəhər" yarımstansiyaları arasında 110 kV-lıq ikitərəfli ötürmə xətti, 35/0,4 kV-lıq üç transformator yarımstansiyası tikilmişdir. 2017-ci ildə ölkədə neft hasilatı təxminən 38,7 milyon ton təşkil edib. "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılmış 28,9 milyon ton neftin, 2,4 milyon tonu "Şahdəniz" yatağına, 7,4 milyon tonu isə Azərbaycan Dövlət Neft Şirkətinə hasil edilib. 2017-ci ildə Prezident İlham Əliyev aşağıdakı substansiyaların açılmasında iştirak etmişdir:

  • "Azərişiq" ASC-nin Füzuli "Şükürbəyli" yarımstansiyası 110/35/10 kV-lik

Hidroelektrik stansiyalar

[redaktə | mənbəni redaktə et]
  • Mingəçevir su-elektrik stansiyası – 402 MVt
  • Sərsəng su-elektrik stansiyası – 50 MW
  • Şəmkir su-elektrik stansiyası – 380 MW
  • Yenikənd su-elektrik stansiyası – 150 MW

Azərbaycanda fəaliyyət göstərən İES-lər

[redaktə | mənbəni redaktə et]

Dünyada hasil edilən elektrik enerjisinin 75%-i , Azərbaycanda isə 90%-i istilik elektrik stansiyalarında istehsal olunur. Elektrik enerjisi istehsalında İES-lərin belə böyük yer tutması dünyanın ayrı-ayrı yerlərində yanacağın çox olması, yanacağın asanlıqla İES-lərə nəql edilməsi, İES-lərin təlabatçılara yaxın yerdə tikilməsi, İES-lərin tələbatçıları həm istilik, həm də ki, elektrik enerjisi ilə təmin etməsi, İES-lərdə böyük güclü turbinlərin qoyulması ilə əlaqədardır.[2]

Hal-hazırda Azərbaycanın elektrik enerjisi sisteminin tərkibində 13 istilik elektrik stansiyası fəaliyyət göstərir.[3]

İES-in adı Stansiyanın gücü (MVt) Yerləşdiyi ərazi İstismara verildiyi tarix
Azərbaycan İES 2400 MVt Mingəçevir ş. 20.10.1981
Cənub ES 780 MVt Şirvan ş. 01.07.2013
Sumqayıt ES 525 MVt Sumqayıt ş. 19.11.2009
Şimal ES 400 MVt Bakı ş. Şüvəlan q. 29.11.2002
Səngəçal ES 300 MVt Səngəçal q. 24.12.2008
Bakı İEM 107 MVt Bakı ş. Xətai r. 19.10.2001
Bakı ES 105 MVt Bakı ş. Əhmədli q. 22.02.2007
Şahdağ ES 105 MVt Qusar ş. 18.09.2009
Astara ES 87 MVt Astara ş. 03.02.2006
Şəki ES 87 MVt Şəki ş. 14.10.2006
Xaçmaz ES 87 MVt Xaçmaz ş. 07.12.2006
Naxçıvan ES 87 MVt Naxçıvan MR 20.12.2006
Naxçıvan Qaz-turbin ES 87 MVt Naxçıvan MR 20.12.2006

Neft və təbii qaz ehtiyatları benzin, herbisidlər, gübrələr, kerosin, sintetik kauçuk və plastik istehsal edən iri emal zavodlarının əsasını təşkil edir.

Tullantıları böyük həcmdə zərərsizləşdirən Təmiz şəhər ASC-nin Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 2012-ci ildən fəaliyyət göstərir. İllik yandırma gücü 500 min ton olan zavodda tullantıların yandırılması nəticəsində ildə 231,5 mln KVt/saat elektrik enerjisi istehsal olunur. Əldə edilən elektrik enerjisi yüksək gərginlikli xətlər vasitəsilə Bakı şəhərinin ümumi şəbəkəsinə ötürülür. Zavod istehsal gücünə görə Şərqi AvropaMDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Dördüncü nəsil (4G) texnologiyaların tətbiq edildiyi bu zavod ətraf mühitin mühafizəsi sahəsində Avropa Birliyinin ən sərt normativlərinə tam cavab verəcək şəkildə qurulub. Zavod fəaliyyətə başlayandan 2021-ci ilin sonuna kimi 4 milyon tondan çox tullantı zərərsizləşdirilib və nəticədə 1,586,394 MVt/saat elektrik enerjisi istehsal edilib.[4]

  1. Məmmədov Q. Ş., Xəlilov M. Y. Ekologiya və ətraf mühit Bakı 2003
  2. "İstilik elekrtik stansiyaları" — F. İ. Kəlbəliyev, C. P. Məmmədova, Ş. N. Nəsirov. Bakı – 2011.
  3. "Arxivlənmiş surət". 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-19.
  4. "Azərbaycanda zibildən istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]