Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əzizli
Əzizli (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Əzizli (Ərdəbil) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ojarud-e Qərbi kəndistanı ərazisinə daxil olan kənd. Əzizli (Göyçə) — Göyçə mahalında kənd. Əzizli (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Bəxtiyar Əzizli
Eldəniz Əzizli
Eldəniz Yəmən oğlu Əzizli (20 aprel 1992, Beyləqan rayonu) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. 3 dəfə Dünya, 2 dəfə isə Avropa Çempionatlarının qalibi olan titullu güləşçidir. Karyerasının birinci illərində Eldəniz Əzizli 3 dəfə (2007, 2008, 2009) gənclər arasında Avropa Çempionatının, 2 dəfə (2010, 2011) yeniyetmələr arasında Avropa Çempionatının qızıl medallarına sahib oldu. 2010 və 2012-ci illərdə isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi olan Eldəniz Əzizli 2018-ci ildən etibarən ardıcıl olaraq altı dəfə Avropa Çempionatında, beş dəfə isə Dünya Çempionatında medallara sahib olub. Eldəniz Əzizli əvvəl 2018-ci ildə Rusiyada Avropa Çempionatının, Macarıstanda isə Dünya Çempionatının qalibi olmaqla mövsüm ərzində "qızıl dubl" elədi. Daha sonra 2019 və 2021-ci illərdə Dünya Çempionatını və 2019—2021-ci illərdə Avropa Çempionatını bürünc medallarla başa vuran Eldəniz Əzizli 2022-ci ildə növbəti dəfə mövsüm ərzində həm Dünya, həm də Avropa Çempionatlarının qalibi oldu. 2023-cü ildə isə Avropa Çempionatının final görüşündə məğlub olaraq gümüş medala sahib olan Eldəniz Əzizli həmin il Belqrad şəhərində üçündü dəfə Dünya Çempionatının qalibi oldu. Eldəniz Əzizli 1985-1987-ci illərdə SSRİ adına Dünya çempionu olan yunan-roma güləşçisi Məhəddin Allahverdiyev və 2014-2017-ci illərdə Azərbaycan adına Dünya çempionu olan sərbəst güləşçi Hacı Əliyevdən sonra üç dəfə Dünya Çempionatının qalibi olmağı bacaran üçün azərbaycanlı güləşçi oldu. == Həyatı == Eldəniz Əzizli 1992-ci il aprelin 20-də Beyləqan şəhərində anadan olub. Beyləqan şəhərində Mehdi Mehdizadə adına 3 nömrəli tam orta məjtəbin VII sinifə qədər təhsil alıb.
Elnur Əzizli
Elnur Şahin oğlu Əzizli (d. 25 sentyabr 2000; Biləsuvar rayonu — ö. 9 noyabr 2020; Şuşa şəhəri) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elnur Əzizli 25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Elnur Əzizli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Elnur Əzizli 12 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sabir Əzizli
Sabir Hikmət oğlu Əzizli (14 noyabr 1998; İmişli, Azərbaycan — 29 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Sabir Əzizli 14 noyabr 1998-ci ildə İmişli şəhərində anadan olmuşdur. 2016-cı ildə İmişli şəhər 1 saylı tam orta məktəbi bitirmişdir. 2017-ci ildə Naxçıvanda hərbi xidmət müddətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Sabir Əzizli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ailəsi ilə sonuncu dəfə 29 oktyabr tarixində əlaqə saxlamışdır. Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralansa da, döyüşlərə yenidən davam etmişdir və döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Sabir Əzizlinin nəşi 10 yanvar 2021-ci ildə İmişli Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əzizli "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Tacəddin Əzizli
Tacəddin Sahəddin oğlu Əzizli (7 avqust 1994, Sarvan, Salyan rayonu – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacəddin Əzizli 1994-cü il avqustun 7-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 2000-2004-cü illərdə İ. Həsənov adına Sarvan kənd tam orta məktəbində, 2004-2011-ci illərdə isə Səbail rayonunun R. Hüseynov adına 49 nömrəli məktəb-liseyində təhsil alıb. 2012-2017-ci illərdə Xarkov Dövlət Ticarət və Qida Sənayesi Universitetində ali təhsil alıb. == Hərbi xidməti == Tacəddin Əzizli 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Tacəddin Əzizli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacəddin Əzizli noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əziz Əzizli
Əziz Əkbər (Ələkbər) oğlu Əzizli (30 sentyabr 1933, Bakı – 22 oktyabr 2005, Bakı) — Azərbaycan bəstəkarı, truba ifaçısı, dirijor, pedaqoq. == Həyatı == Əziz Əzizli 1933-cü il sentyabrın 30-da Bakıda anadan olub. 1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini (tromba - E.Əfəndiyevin sinfi), 1966-cı ildə isə bəstəkarlıq kafedrasını (professor Q.Qarayevin sinfi) bitirmişdir. Uzun illər A.Zeynallı adına Bakı Musiqi Texnikumunda çalışmış, Azərbaycan Televiziyasının estrada-simfonik orkestrinin bədii rəhbəri olmuşdur. Ə.Əzizli 3 simfoniya (1986, 1988, 1989), Skripka və orkestr üçün Konsert (1985), Truba və simfonik orkestr üçün Konsert (1987), “Əfsanəvi şəhər” kantatası, “Bizim üfüqlər”, “Qadın ürəyi” simfonik poemaları, “Mart ayında musiqi”, “Görüşənədək”, “Belə də olar” və s. estrada orkestri üçün əsərlər, a capella xoru üçün 12 pyes (1991), 4 saylı simli Kvartet (1992), “Nəbi” operası (libretto - S.Rüstəm, F.Mehdiyev, 1993) və s. əsərlərin, B.Vahabzadə, N.Xəzri, F.Qoca, Y.Həsənbəy, R.Zəka, H.Ziya, C.Novruz və b. şairlərin sözlərinə yazılmış mahnıların müəllifidir.
Əzizli (Germi)
Əzizli (fars. عزيزلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (4 ailə).
Əzizli (Göyçə)
Böyük Qaraqoyunlu (1935-ci ildən Əzizli, 1991-ci ildən Norabak) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Böyük Qaraqoyunlu kəndi İrəvаn quberniyаsının Nоvоbаyаzid qəzаsındа kənd idi. Kənd rаyоn mərkəzi Bаsаrkeçərdən 14 km məsаfədə yerləşir. XIX əsrin оrtаlаrındа kəndin mаldаrlаrının Çаlmаlı dаğındа "Qаtаr" аdlı yerdə yаylаq yurdu оlub. Böyük Qaraqoyunlu kəndinin adı dəyişdirilərək 3 yаnvаr 1935-ci ildə Əzizli, 19 аprel 1991-ci ildə isə ermənilər tərəfindən yenidən dəyişdirilərək Norabak adlandırılmışdır. Əzizli sözünün mənası kənd əhalisinin bir-birilərinə qarşı istiqanlı, qonaqpərvər olduqlarını bildirir. Qaraqoyunlu kəndinin yaranması XVIII əsrin əvvəlində (1730) olmuşdur. Kənd rayon mərkəzindən şərq tərəfdə 12 km məsafədə,mövqeyinə görə Göyçə mahalının ən uca dağı sayılan Çalmalı dağının 3 km cənub hissəsində yerləşmişdir. Kəndin iki tərəfi xırda dağlıq silsiləsi, iki tərəfi isə düzənlikdir. Kəndin mərkəzindən çay axır və Göyçə mahalının 70%-i sərbəst görünür.
Əzizli (Hurand)
Əzizli (fars. عزيزلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 185 nəfər yaşayır (29 ailə).
Əzizli (Xaçmaz)
Əzizli (əvvəlki adı: Aronovka) — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Aronovka kəndi Əzizli kəndi adlandırılmışdır.
Sadiq Əzizli
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Əlirzalı
Əlirzalı — Azərbaycan Respublikasının Goranboy rayonunun Əlirzalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Xan Qərvənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Əlirzalı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi XVIII əsrdə Qarabağ xanı İbrahimxəlil xanın darğası, Ağdam rayonunun Sarıcalı kənd sakini Alırzanın Güllücə kəndindən gətirdiyi ailələrin məskunlaşması nəticəsində yarandığı üçün həmin darğanın adı ilə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1078 nəfər əhali yaşayır.
Əzizağa
Əzizağa — kişi adı. Əzizağa Dadaşov — əsgər Əzizağa Hüseynov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Əzizağa Məmmədov — musiqiçi, müğənni, Azərbaycan Respublikasının xalq artisti. Əzizağa Əsədov — Qarabağ müharibəsinin iştirakçısı Əzizağa Qasımov — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (1982) Əzizağa Əzizbəyov — Azərbaycan Xalq Komissarları Sovetinin sədr. Əzizağa Süleymanov — Milli Qvardiyanın keçmiş komandiri, istefada olan polkovnik. Əzizağa Əzizov — Azərbaycanlı aktyor, Azərbaycanın əməkdar artisti (2015).
Zazalı
Zazalı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Tarixi sənədlərdə kəndin 1828-ci ildən sonra salındığı göstərilir. Yaşayış məntəqəsi Zaqafqaziya d.y. xəttinin çəkilişindən (1883) sonra inkişaf etməyə başlamışdır. Kənddə xəlfəli tayfasına mənsub ailələr məskun­laşmışlar. Bəzi tədqiqatçılar oykonimi zaza tayfasmın adı ilə əlaqələndi­rirlər. Zazaların orta əsrlərdə İranda və Tür­kiyənin Siverek mahalında yaşamaları qeydə alınmışdır. Amma kəndin etnik mənzərəsi göstərir ki, kənd əhalisi qarapapaq (tərəkəmə) türklərindən ibarətdir. Qarapapaq türkləri isə Oğuz-Səlcuq axınları zamanı XI əsrdə Azərbaycana Mərkəzi Asiyadan gələn türk xalqıdır. Demək kənd adı İrandilli yox, türkdilli toponimdir.
Ziyalı
Ziyalı və yaxud intelligensiya (lat. intelligentia - dərketmə, anlama, bilik) — cəmiyyətin əqli əməklə məşğul olan sosial təbəqəsinə deyilir. Ziyalı ilk dəfə olaraq 1844-cü ildə polşalı K.Libert tərəfindən, 1846-cı ildə V.Bielinski, Almaniyada Karl Kautski, Karl Marks, Huqo Ball və Adolf Hitler tərəfindən bütün savadlı təbəqənin vəhdəti kimi işlədilmişdir. Bu anlayış XIX əsrin ortalarından Rusiyada geniş işlədilmiş və sonralar SSRİ-də ciddi diqqətdə saxlanılmışdır. O Qərbdə işlədilən intellektual anlayışı ilə çox yaxındır. Rus publisisti Pyotr Boborıkin XIX əsrin 60-cı illərində bu anlayışdan mətbuatda tez-tez istifadə edir. Ziyalılar onun zənnicə cəmiyyətin "ağıllı, düşüncəli, bilikli və profosional səviyyədə kreativ çalışan və mədəniyyətin inkişafı və yayılması üçün səy göstərən" şəxslərin daxili olduğu sosial təbəqəyə deyilirdi. Nikolay Berdyayev sonralar bu anlayışı genişləndirərərk, ictimai həyatda aktiv iştirak edən, cəmiyyətin təhsili olmayan təbəqəsini də buraya daxil edir. Ziyalı - ziyalılar təbəqəsinin nümayəndəsidir. Ziyalı məfhumu bütün dövrlərdə həm əqli əməklə çalışanlara, həm də ali təhsilli şəxslərə aid edilir.
Qardaşxan Əzizxanlı
Qardaşxan Əzizxanlı (1 iyul 1958, Astraxanbazar rayonu) — şair, hərbi jurnalist, tərcüməçi, maarifçi, tədqiqatçı.(filologiya üzrə fəlsəfə doktoru) == Həyatı == Əzizxanlı Qardaşxan Nəhmət oğlu 1958-ci il iyul ayının 1-də Azərbaycan Respublikası Cəlilabad (əvvəlki Astarxanbazar) rayonunun Günəşli (keçmiş Pokrovka) kəndində doğulub. Sonra ailəsi Lənkəran şəhərinə köçüb, 1976-cı ildən Bakı şəhərində yaşayır. == Təhsili == 1965-1975-ci illərdə Lənkəran şəhər 5 saylı orta məktəbində oxuyub. Bakı Dövlət Universitetinin (keçmiş ADU) jurnalistika (1975-1980), Azərbaycan Universitetinin hüquqşünaslıq (1997–2000) fakültələrini (fərqlənmə diplomu ilə), Xəzər Universitetinin filologiya üzrə doktoranturasını (2014–2017) bitirib. == İctimai-siyasi fəaliyyəti == S.Vurğunun ev-muzeyində, Azərbaycan xalça və xalq-tətbiqi sənəti Dövlət muzeyində, “Azərbaycan təbiəti” jurnalında, “Savalan”, “Tanıdım”, “20 yanvar” qəzetlərində çalışıb. “Varlığımız”, “Varlıq” qəzetlərinin baş redaktoru olub. DSX və DTX sistemində işləyib. Xəzər Universitetində “Dünya ədəbiyyatı” (Qədim Şərq, Antik yunan və Roma, Orta əsrlər–Renessans dövrü və müasir dövr Avropa, Amerika və rus ədəbiyyatı), Azərbaycan ədəbiyyatı və Yaradıcı yazı fənlərini tədris edir. Sumqayıt hadisəsinə (“Vışka”, “Provokator i soobşniki”, 14.01.1990), Qarabağ hadisələrinə (“Elm”, “Q.İ.Petoyan: “Ne moqu perenesti takoqo pozora” 30.09.1989) həsr edilmiş məqalələrin və digər onlarla yaddaqalan publisistik yazıların müəllifidir. Məmməd Arazın “Sənətdə son mənzil olmur” (2001),“Şikayət dəftəri” (2002), həmçinin M.Araz haqqında “Məmməd Arazlı günlərim” (2008), “Qarabağ simfoniyası” (2016), M.Qasımlının “Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər).
Əlirzalı bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əzizağa Dadaşov
Əzizağa Ramiz oğlu Dadaşov (1 iyul 1994, Sumqayıt – 19 oktyabr 2020, Yarəhmədli, Cəbrayıl rayonu) - əsgər, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Əzizağa Ramiz oğlu Dadaşov 1994-cü il iyulun 7-də Sumqayıt şəhəri Corat qəsəbəsində anadan olub. 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olanlardan biri də Sumqayıt şəhərinin Corat qəsəbə sakini 26 yaşlı Əzizağa Dadaşovdur. Uşaq yaşlarından atasız böyüyən Əzizağa zəhmətkeş və vətənə bağlı olub. 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Əzizağa Dadaşov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Əzizağa Dadaşov İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 19 oktyabrda Füzulinin Yarəhmədli kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. 26 yaşlı şəhidimiz Əzizağa Dadaşov Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub. == Hərbi xidməti == Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əzizağa Dadaşov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Əzizağa Elsevər
Əzizağa Elsevər (Ələkbərov) (tam adı: Əzizağa Bəhrəm oğlu Ələkbərov; d.10 sentyabr 1952, Azərbaycan SSR, Cəlilabad rayonu, Sabirabad kəndi) – Azərbaycan Jurnalistlər Birliyinin (AJB) və 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Əzizağa Bəhrəm oğlu Ələkbərov 1952-ci il sentyabrın 10-da Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuşdur. 1968-ci ildə Sabirabad kənd 8 illik məktəbini, 1971-ci ildə Cəlilabad şəhər 7 saylı orta məktəbini fərqlənmə ilə bitirmiş və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olunmuşdur. 1975-ci ildə həmin universitetin tarix fakültəsini bitirmişdir. 1975-1984-cü illərdə Sabirabad kənd orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışmışdır. 1984-cü il sentyabrın 18-dən -1997-ci il aprelin 28-dək Azərbaycan EA “ Elm” nəşriyyatında redaktor, böyük redaktor və 1-ci dərəcəli redaktor vəzifələrində işləmişdir. 1997-ci il aprelin 28-də Azərbaycan EA A.A.Bakıxanov adına Tarix İnstitutunun “ Azərbaycanın Böyük Vətən müharibəsi və müharibədən sonrakı dövr tarixi” şöbəsinə elmi işçi vəzifəsinə köçürülmə yolu ilə qəbul edilmişdir. 2001-ci il oktyabrın 31-də “ Azərbaycan avtomobil nəqliyyatının bərpa və inkişaf etdirilməsi tarixi (1946-1960-cı illər)” mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Əzizağa Ələkbərov akademik nəşr olan çoxcildlik “Azərbaycan tarixi”nin VII cildinin müəlliflərindən biridir. Hazırda o, “Azərbaycan SSR-nin Qazaxıstan və Mərkəzi Asiya respublikaları ilə əlaqələri tarixi (1946-1991-ci illər)” adlı doktorluq dissertasiyasını tamamlamaq üzrədir.
Əzizağa Hüseynov
Əzizağa Nizami oğlu Hüseynov (1 fevral 1999, Bozavand, Ağsu rayonu – 16 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əzizağa Hüseynov 1 fevral 1999-cu ildə Ağsu rayonunun Bozavand kəndində dünyaya göz açmışdır. İlk təhsilini 2005-ci ildən Ağsu rayon Natiq Mirzəliyev adına Ağarx kənd tam orta məktəbində alan Əzizağa 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. == Hərbi xidməti == Əzizağa Hüseynov 2017-ci ildə hərbi xidmətə yollanmış, Şəmkirdəki hərbi xidmət müddətini 2018-ci ildə başa vurmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Əzizağa Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əzizağa Hüseynov 16 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzizağa Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əzizağa Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əzizağa Hüseynov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əzizağa Məmmədov
Məmmədov Əzizağa Seyfəddin oğlu (26 avqust 1957, Tivi, Ordubad rayonu) — musiqiçi, müğənni, Azərbaycan Respublikasının xalq artisti. == Həyatı == Əzizağa Məmmədov 1957-cı ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur. Əzizağa Məmmədovun musiqi mədəniyyəti sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib [1]. O, 2003-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti [2], 2008-ci ildə isə Xalq artisti [3] fəxri adlarına layiq görülüb və Prezident mükafatçısı olub [4]. == Yaradıcılığı == Əzizağa Məmmədovu fərqləndirən bir cəhət də onun repertuarında həmişə Azərbaycan və qədim Naxçıvan, Vətənimiz haqqında mahnıların əsas yer tutmasıdır. “Naxçıvan”, “Batabat”, “Nə gözəldir, Azərbaycan”, “Üçrəngli bayrağım”, “Azərbaycan oğluyam” və başqa mahnılar onun repertuarında həmişə sevilə-sevilə oxunur. == Təltif və mükafatları == Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti. Azərbaycan Respublikasının əməkdar artisti[5] Azərbaycan Respublikasının xalq artisti[6]. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Respublikasının Xalq artisti Əzizağa Məmmədov - Barı Naxçıvan [7]. Naxçıvan Dövlət Filarmoniyasında xalq artisti Əzizağa Məmmədovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.[8] Naxçıvan Dövlət Filarmoniyasında xalq artisti Əzizağa Məmmədovun 60 illik yubileyi təntənəli şəkildə qeyd olunub [9].
Əzizağa Qasımov
Əzizağa (Ağababa) Qasım oğlu Qasımov (5 iyul 1928, Bakı – 18 fevral 1985, Bakı) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (1982), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru. == Həyatı == Əzizağa Qasımov 1 iyun 1928-ci ildə Bakı şəhərində anadan olub. Əsl adı Ağababa idi, lakin oynadığı tamaşaların əksəriyyətinin afişasında və proqramlarında Əzizağa yazılıb.1936-cı ildə Bakı şəhəri 19 saylı məktəbin birinci sinfinə gedib. Yeddici sinfi bitirəndə ailəsinin ağır güzəranda yaşaması ilə əlaqədar işləyib, həmçini 4 saylı sənət məktəbində oxuyub.1946-cı ildə Bakı Teatr məktəbinə daxil olub. Ancaq Azərbaycan Dövlət Teatr İnstitutunun(indi ki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) açılması ilə əlaqədar olaraq 1948-ci ildə Teatr məktəbi bağlayıb. Əzizağa Qasımov Yüngül Sənaye Texnikumuna daxil olub və oranı 1951-ci ildə bitirib. Tələbə ola-ola Akademik teatrın yardım heyətində çıxış edib, Xalq artisti bəstəkar Cahangir Cahangirovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosunun xorunda çıxış edib (1950–1953) Oxumağa böyük həvəs göstərən Əzizağa Qasımov Bakı Sənaye-Pedaqoji Texnikumunu (indi ki Bakı Sənaye-Pedaqoji Kolleci) bitirən ili sənədlərini Bakı Musiqi Məktəbinin vokal şöbəsinə verib. Müsabiqədən və imtahanlardan uğurla keçib. Buranı uğurlu başa vuraraq 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indi ki Bakı Musiqi Akademiyası) qəbul edilib.1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (indi ki Azərbaycan Dövlət Musiqili Teatrı) müəyyən fasilədən sonra yenidən fəaliyyətə başlayanda kollektivin bədii rəhbəri Şəmsi Bədəlbəyli truppaya gənc vokalistləri dəvət edirdi. İkinci kursda oxuyan Əzizağa Qasımov teatrın aktyor truppasına solist dəvət olundu və ömrünün sonuna kimi bu kollektivlə çalışdı.
Əzizağa Qənizadə
Əzizağa Tofiq oğlu Qənizadə — ehtiyatda olan Azərbaycan hərbçisi, I Qarabağ müharibəsi iştirakçısı, "701 saylı Hərbi Hissənin Veteranları" İctimai Birliyinin sədri, polkovnik. == Həyatı == Əzizağa Qənizadə Cəmşid Naxçıvnski adına Hərbi liseyi bitirdikdən sonra 1976-ci ilin avqust ayında Bakı Ali Ümumqoşun Komandanlıq məktəbinə daxil olub və 1980-ci ildə oranı bitirdikdən sonra Qırmızı Bayraqlı Türküstan Dayirəsinin 44077 saylı hərbi hissənin taqım komandiri vəzifəsinə təyin olunub. 1981-ci ilin may ayından israrlı xahişi ilə Əfqanıstana göndərilib. 1981-ci ilin sentyabr ayına kimi 51884 saylı hərbi hissədə motoatıcı taqım komandiri vəzifəsində çalışıb. Kabul şəhəri Taborun Qərargəh rəisi mayor Ruslan Auşev olub. Həmin ilin sentyabr ayında sonradan İnquşetiya Respublikasının prezidenti olan Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevın təqdimatı ilə döyüşlərdə qəhrəmanlıq nümunələrini göstərdiyinə görə “Qırmızı Ulduz” ordeni almağa təqdim olunub. 1981-ci ilin sentyabr ayından 1982-ci ilin noyabr ayına kimi 78864 saylı Hərbi hissədə motoatıcı bölüyün komandiri vəzifəsində döyüşlərdə iştirak edib.1982-ci ilin aprel ayında döyüşlərdə fərqləndiyinə görə vaxtından əvvəl baş leytenant hərbi rütbəsini alıb.1982-ci ilin noyabr ayında döyüşlərdə fərqləndiyinə görə yuxarı pilləyə, 39676 saylı hərbi hissədə motoatıcı bölüyün komandiri vəzifəsinə təyin olunub. 1982-ci ildə fevral aiında SSRİ Ali Sovetinin fərmanı ilə döyüşlərdə qəhrəmanlıq göstərdiyinə görə “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. 1982-ci ilin mart ayında döyüşlərdə misilsiz şücaət göstərdiyinə görə 39676 saylı hərbi hissənin komandanlığı tərəfindən İkinci “Qırmızı Ulduz” ordeninə təqdim olunub. 1982-ci ilin may ayında Əfqanıstanda xidmətini bitirib.
Əzizağa Süleymanov
Əzizağa Mirpaşa oğlu Süleymanov — Milli Qvardiyanın (Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti) keçmiş komandiri, istefada olan polkovnik. == Həyatı == Süleymanov Əzizağa Mirpaşa oğlu 1957-ci ildə Şamaxı rayonunda anadan olub. Ali Hərbi təhsilli hüquqşünasdı və Bakı Dövlət Universitetinin tarix fakultəsini qiyabi bitirib. 3 xarici dövlətdə hərbi kurslarda təhsil alıbdır. 1991-ci ildən Milli Qvardiyanın təməlini qoyan zabitlərdən biridir. 1993-cü il aprel ayının 5 -də Birinci Qarabağ döyüşlərində göstərdiyi igidliyə görə prezident Əbülfəz Elçibəy tərəfindən Milli Qəhrəman adına layiq görülsə də naməlum səbəbdən bu addan məhrum olub.
Əzizağa Şahverdiyev
Əzizağa Şahverdiyev (azərb. Şahverdiyev Əzizağa Xanbaba oğlu, rus. Шахвердиев Азизага Ханбаба оглы; d. 1951-ci il, 10 yanvar, Əli Bayramlı rayonu, Azərbaycan SSR, SSRİ) - Texnika elmləri doktoru, professor. Moskvada Neft və Qaz Hasilatı Proseslərinin Sistemli Tədqiqi İnstitutunun baş direktoru. == Həyatı == Şahverdiyev Əzizağa Xanbaba oğlu 1951-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Əli Bayramlı rayonunun (indiki Şirvan rayonu) Ağaməmmədli kəndində anadan olub. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini “maye və qazın mexanikası” ixtisası üzrə bitirib. Elmi fəaliyyətə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda kiçik elmi işçi kimi başlayıb. SSRİ Elmlər Akademiyasının Yerin Fizikası İnstitutunda və akademik A.P.Krılov adına Ümumittifaq Neft-Qaz Elmi-Tədqiqat İnstitutunda təcrübə keçmək üçün Moskvaya göndərilib. Aspiranturada təhsilini başa vurduqdan sonra namizədlik dissertasiyası müdafiə edib, daha sonra Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda işləyib.
Əzizağa Əsədov
== Siyahı ==
Əzizağa Əzizbəyov
Əzizağa Əzizbəyov (tam adı: Əzizağa Məşədi oğlu Əzizbəyov; 14 (27) aprel 1903, Bakı – 24 iyun 1966, Bakı) — Azərbaycan Xalq Komissarları Sovetinin sədr müavini, intendant xidməti general-mayoru. Məşədi Əzizbəyovn oğlu. Püstəxanım Əzizbəyovanın atası. == Həyatı == Əzizağa Məşədi oğlu Əzizbəyov 1903-cü il aprelin 3-də Bakı şəhərində inqilabçı Məşədi Əzizbəyovun ailəsində doğulmuşdu. 15 yaşında ikən kommunist gənclər ittifaqı sıralarına daxil olmuş Ə.Əzizbəyov Azərbaycanda sovet hakimiyyəti qurulmazdan əvvəl bolşeviklərin Bakı Komitəsinin tapşırığı ilə partiya təşkilatları arasında rabitəni təmin edirdi. 1920-ci il aprelin 28-də Azərbaycan İnqilab Komitəsi Ə.Əzizbəyovu özünün Bakı qəza təşkilatının yerlərdə komsomol özəklərini yaratmaq üçün göndərmişdi. Sonradan o, həmin işi Quba qəzasında davam etdirmişdi. 1921-ci ildə Ə.Əzizbəyov Moskvaya Şərq zəhmətkeşlərinin Kommunist Universitetinə oxumağa ezam edilmişdir. == Fəaliyyəti == 1923-cü ildə Bakıya qayıdan Ə.M.Əzizbəyov respublikanın sovet və təsərrüfat orqanlarında məsul vəzifələrdə çalışmışdır. O, vətəgə müdiri, Ümumittifaq Balıq Ticarəti İdarəsi Zaqafqaziya bölməsinin rəisi, Azərbaycan Dövlət Balıqçılıq Trestinin mudiri vəzifələrində işləmişdir.
Əzizağa Əzizov
Əzizağa Ağayar oğlu Əzizov (20 oktyabr 1960, Hacıqabul, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı aktyor, Azərbaycanın əməkdar artisti (2015). == Həyatı == 20 oktyabr 1960-cı ildə Hacıqabul rayonunda anadan olmuşdur. Hərbi dənizçilik sahəsinə üz tutmaq istəsə də, təsadüf nəticəsində incəsənət sahəsinə gəlmişdir. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyoru fakültəsini bitirib. İş fəaliyyətinə 1985-ci ildə Gəncə Dövlət Dram teatrına II kateqoriyalı aktyor kimi başlayıb. 1986-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib. 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor vəzifəsində çalışır. Teatrda çalışdığı illərdə Ə.Əzizov özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının eləcə də, xarici ölkə yazıçılarının əsərlərində onlarla yadda qalan surətlər yaradıb. "O olmasın, bu olsun"da Qoçu, "Bankir adaxlı"da Zaur, "Əlin cibində olsun"da 1-ci adam, "Volqalı canan"da Doymarov, "Səhnədə məhəbbət"də Şvartseneger, "Aldın payını, çağır dayını"da Məzarov, "Bir günlük xəlifəlik"də şah və s.
Əzizbala Hacıyev
Əzizbala Hacıyev (1895, Təbriz – 1973) - Azərbaycanda peşəkar fotoqrafiyanın əsasını qoyan şəxslərdən biri. == Həyatı == Ə. Hacıyev 1895 –ci ildə Təbrizdə doğulmuşdur. Anası Səkinə xanım həmin vaxt qohumlarının toy mərasimində iştirak etmək üçün Təbrizdə idi. Təbrizdə dünyaya gəlməsi də sonralar onun Sovet dövləti tərəfindən repressiya olunması üçün bir əsas olacaqdı. Onun atası Məmmədəli Hacıyev əslən Qubadan idi. M.Hacıyev silah satışı ilə məşğul olurdu. Anası Səkinə xanım isə ipək və məxmər üzərində tikmə işi ilə tanınırdı. Ailə Bakıda Aşağı Dağlı məhəlləsində ( Nijni Naqornıda ) ata-baba mülkündə yaşayırdı. Əzizbalanı atasının ölümündən sonra ailənin yaxın qohumu , milyonçu Hacınski himayə etmişdir. Əzizbala Hacıyev Bakı milyonçularından Ağa Rəsulovun qızı ilə ailə həyatı qurmuş və bu nikahdan 4 övladı doğulmuşdur.
Zazalı (dəqiqləşdirmə)
Zazalı — Azərbaycanın Samux rayonunda kənd. Zazalı (qəsəbə, Samux) — Azərbaycanın Samux rayonunda qəsəbə. 3 iyul 1998-ci ildə ləğv olunmuşdur. Zazalı məbədi — Azərbaycanın Samux rayonunun Zazalı kəndində yerləşən məbəd.
Qəzzali
Əbu Hamid əl-Qəzali (daha dəqiqi: Qəzzali), tam adı Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzali (ərəbcə: ابو حامد محمد بن محمد الغزالى, qısaca: الغزالى); 1058 və ya təq. 1056, Tus – 19 dekabr 1111, Tus) — müsəlman teoloqu, filosofu, sufisi. == Həyatı == Heç mübaliğəsiz bu xorasanlının İslam aləmində görülən ən güclü şəxsiyyət və ən yaxşı beyinlərdən biri olduğu söylənə bilər. Ona verilən "Huccet-ul-İslam" (İslamın dəlili, sübutu) ləqəbi də bunu göstərir. Əbu Həmid Muhammed Qəzali Hicri 450 / Miladi 1059-cu ildə şair Firdovsinin Xorasandakı vətəni olan Tus civarında bir qəsəbədə Qəzələdə doğulmuşdur. O və qardaşı Əhməd atalarını itirdikləri sırada hələ kiçik yaşda bir uşaq idilər. (Qardaşından daha sonra bir sufi olaraq bəhs ediləcəkdir) Fəqət ölümündən öncə onları bir dostunun vəsiyyətinə əmanət etmişdir. Müdrik (hakim) bir mütəsəvvif (sufi) bu zat onlara ilk meyillərini təmin etdi. Daha sonra gənc Əbu Həmid Nişapura getdi. Nişapur o sırada Xorasanın və İslam aləminin ən vacib mədəniyyət mərkəzlərindən biri idi.
Fizali
Elidalı Hippi
Hippias (yun. Ἱππίας m. ö.460 — 400) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndəsi, Sokratın çağdaşı. Riyazi əyrinin (quadratrix) yaradıcısı. Yunanıstanın bütün şəhərlərində, xüsusən Afinada dərs deyən Hippias fenomenal yaddaşa sahib idi və dövrünün bütün elmlərini dərindən bilirdi. Bu səbəbdən Poliqistor ləqəbini qazanmışdı. O dövrdə məlum olan bütün ədəbiyyat növlərində qələmini sınamış, ilk dialoq yazmağa da cəhd etmişdir. Platonun iki dialoqu ("Hippias Major" (Dahi Hippias) və "Hippias Minor" (Kiçik Hippias)) onun adını daşıyır. Həmçinin Platonun "Protaqor" dialoqunda aparıcı obrazlardan biridir. Universal biliyə malik Hippias poeziya, qrammatika, tarix, siyasət, arxeologiya, riyaziyyat və astronomiya üzrə mühazirələr demişdir.