Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bədrə
Bədrə — İranın İlam ostanının Dərəşəhr şəhristanının Bədrə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,775 nəfər və 868 ailədən ibarət idi.
Bedra qəzası
Bədrə qəzası (ərəbcə: قضاء بدرة) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Bədrə şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 3.650 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Bədrənahiyyəsi (ərəbcə: ناحية بدرة), Сasuən nahiyyəsi (ərəbcə: ناحية جصان) və Zəhəb nahiyyəsi (ərəbcə: ناحية الذهب). == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 20.601 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Bədrə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 2,26%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəza əhalisi əsasən türkmanlar olsa da burada həm də az sayda ərəblər və kürdlər da məskunlaşıblar. Türkmanlar qəzanın inzibati mərkəzi Bədrə şəhərində yaşayırlar və şəhərdə əhalinin əksəriyyətini təşkil edirlər. Qəzadakı türkmanların əksəriyyəti Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdur.
Bədri Baykam
Bədri Baykam (türk. Bedri Baykam; 26 aprel 1957, Ankara)- türk rəssam. == Həyatı == 1957-ci ildə Ankara da CHP millətvəkili Dr. Suphi Baykam və Memar Mutahhar Baykamın ikinci uşağı olaraq dünyaya gəldi. İki yaşında rəsim çəkməyə başladı. Altı yaşında Ankara, Bern və Cenevrə də ilk əsərlərini sərgilədi. 1960-cı illərdə Avropa və Amerikanın bir çox mədəniyyət mərkəzlərində sərgilər açdı, sərgiləri böyük maraq gördü. İstanbul Fransız Məktəbində oxuyan Bədri Baykam 1975-ci ildə Parisə köçdü. Sorbonne Universitetində iqtisadiyyat təhsili alan Bədri Baykam, bu fakültədən masterdə aldı. Parisdə eyni vaxtda L'Actorat adlı özəl məktəbdə aktyorluq təhsilidə aldı.
Bədri Seyidzadə
Bədri Seyidzadə (tam adı: Bədrəddin Kərbəlayı Mir Cavad oğlu Seyidzadə; 20 yanvar 1882, Keşlə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – noyabr 1945, Bakı) — Azərbaycan şairi. == Həyatı == İlk təhsilini kənd məktəbində, sonra mədrəsədə almışdır. "Seyid" təxəllüsü ilə şeirlər yazan dayısı onu da yazmağa həvəsləndirmiş, klassik poeziya ilə tanış etmişdir. Bədri Seyidzadə 1909 ildə "Nəşri-maarif‖in darülmüəllimində təhsilini davam etdirmişdir. 1910-cu illərdən başlayaraq, "Tuti", "Övraqi-nəfisə", "Məzəli", "Babayi-Əmir" məcmuələrində "Bərqi-əyyar", "İgnə", "Sancaq", "Bayquş" imzaları ilə şeirlər çap etdirmişdir. Şeirlərində ("Bizə nə!..", "Şükür, xudaya" və s.) Sabir satiralarının ideya və bədii xüsusiyyətlərindən bacarıqla bəhrələnmişdir. Bədri Seyidzadə əruzun müxtəlif bəhrlərində qəzəl, müxəmməs, tərkibbənd və s. yazmış, Nizami, Sədi və Füzulidən təxmislər etmişdir. 1918 ildə Azərbaycanda milli istiqlal hərəkatının qələbəsindən sonra Bədri Seyidzadənin yaradıcılığında sosial-demokratiya ideallarını tərənnüm edən poetik nümunələrə rast gəlinir. Dövrün poeziyasında olduğu kimi, şairin yaradıcılığında da azad Vətən, müstəqillik rəmzi olan üçrəngli milli bayrağın tərənnümü mühüm yer tutur.
Bədri Teymurtaş
Bədri xanım Kərimdad xan qızı Teymurtaş (1908–1995)—İranın Avropa təhsilli ilk stomotoloq qadını, İran stomotologiyasının anası. == Həyatı == Bədri xanım Kərimdad xan qızı Teymurtaş 1908-ci ildə Məşhəd şəhərində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra, 1920-ci ildə Avropaya, Belçikaya yollanmışdı. Orda Stomotoloji məktəbə daxil olmuşdu. Məktəbi bitirəndən sonra Avropada qalmış, bir müddət iş prosesini öyrənmişdi. Qardaşı Əbdülhüseyn xan Teymurtaş 1933-cü ildə Rza şah Pəhləvi tərəfindən öldürüləndən sonra 8 il ev dustağı olmuşdu. 1941-ci ildə Rza şah İrandan sürgün olunandan sonra Məşhəddə yaşamalı olmuşdu. Bədri Teymurtaş 1960-cı ildə Məşhəd universitetinin professoru Əmir İsmayıl Sondozi ilə bərabər Xorasanın mərkəzində Stomotoloji məktəb yaratmışdı. Özü də həmin məktəbdə dərs demişdi. Bədri Teymurtaş 1966-cı ildən 1967-ci ilədək məktəbdə dekanın maliyə üzrə müavini olmuşdu.
Bədrə qəzası
Bədrə qəzası (ərəbcə: قضاء بدرة) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Bədrə şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 3.650 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Bədrənahiyyəsi (ərəbcə: ناحية بدرة), Сasuən nahiyyəsi (ərəbcə: ناحية جصان) və Zəhəb nahiyyəsi (ərəbcə: ناحية الذهب). == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 20.601 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Bədrə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 2,26%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəza əhalisi əsasən türkmanlar olsa da burada həm də az sayda ərəblər və kürdlər da məskunlaşıblar. Türkmanlar qəzanın inzibati mərkəzi Bədrə şəhərində yaşayırlar və şəhərdə əhalinin əksəriyyətini təşkil edirlər. Qəzadakı türkmanların əksəriyyəti Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdur.
II Pedro
II Pedro (port. Pedro II, 2 dekabr 1825[…], Rio-de-Janeyro – 5 dekabr 1891[…], Paris) — Braziliya imperatoru olaraq Braqansa dinastiyasından olan və ölkəni 1831–1889-cu illərdə idarə edən şəxs == Həyatı == Adı — Pedro di Alkantara Juan Karluş Leopoldo Salvador Bibiano Fransisko Şaver di Paula Leokadio Migel Qabriel Rafael Qonzaqa di Braqansa və Austriya (port. Pedro de Alcântara João Carlos Leopoldo Salvador Bibiano Francisco Xavier de Paula Leocádio Miguel Gabriel Rafael Gonzaga de Bragança e Áustria). II Pedro öz imperator postuna cəmi 5 yaşında I Pedru (Braziliya imperatoru)nun ölümündən sonra gəlir. Parlament 1840-cı ilə qədər ölkəni idarə edərək onu hakimiyyətun yeganə mənbəyi elan etmişdir. Yaxşı təhsil almışdır (onun ilk müəllimi Joze Bonifasiu di Andrada və Silva olmuşdur). 1843-cü ildə o, Tereza Kristina Burbon Siçiliyalı ilə evlənmişdir(1822–1889). O, I Fransiskın (Birləşmiş Siçiliyanın kralı) qızıdır. Onların iki oğlu və iki qızı doğulur: Afonsu Braziliyalı (1845–1847) İzabella Braziliyalı (1846–1921), kronşahzadə, регент Бразилии. O, Luis Filip Qaston di Orleansa ərə getmişdir.
I Pedro
I Pedro (port. Pedro I de Portugal; 8 aprel 1320, Koimbra – 18 yanvar 1367[…], Eştremoş[d]) — Portuqaliya krallığının VIII kralı.
Pedro Delqado
Pedro Delqado (10 noyabr 1962) — Ekvador Mərkəzi Bankının rəhbəri. 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona ən aşağı qiymət olan, "D" qiymətini vermişdir.
Pedro Enrike
Pedro Enrike Konzen Medina da Silva (16 iyun 1990) — Braziliyalı peşəkar futbolçu. Azərbaycan klublarının heyətində "UEFA Çempionlar Liqası"nın qrup mərhələsində ilk qol vurmuş futbolçu.
Pedro Fernando
Pedro Fernando (əsl adı; Paulo Fernando Fazenda Manuel; 19 noyabr 1998, Luanda) — Anqola rapper. == Həyatı == Pedro Fernando 19 noyabr 1998-cu ildə Luanda şəhərində anadan olub. == Karyera == Pedro hələ məktəbdə oxuyarkən özünə Paulo ləqəbini seçmişdir və o zamandan etibarən "Pedro Fernando" kimi tanınır.
Pedro Laskurain
Pedro Laskurain (tam adı: isp. Pedro José Domingo de la Calzada Manuel María Lascuráin Paredes; 12 may 1858, Mexiko – 21 iyul 1952, Mexiko) — Meksikanın 34-cü prezidenti. Tarixdə ən qısa müddət prezident vəzifəsini tutaraq "Ginnesin Rekordlar Kitabı"na düşmüşdür. Müxtəlif mənbələrdə prezidentlik müddətinin 15–56 dəqiqə arasında davam etdiyi göstərilir. == Həyatı == 8 may 1856-cı ildə Mexikoda anadan olmuşdur. 21 iyul 1952-ci ildə Mexikoda vəfat etmişdir. == Prezidentliyi == 19 fevral 1913-cü ildə ölkədə Fransisko Madero İqnasio devrildikdən sonra konstitusiyaya görə vitse-prezident vəzifəsindəki şəxs də olmadığından, bu post xarici işlər naziri Pedro Laskurainə və təxminən 1 saat sonra isə Laskurainin razılığı ilə daxili işlər naziri Viktoriano Uertaya keçmişdir.
Pedro Madruqa
Pedro Madruqa (d. 1430, Pontevedra — ö. 1486, Alba de Tormes) və ya əsl adı ilə Pedro Alvares de Sotomayor — orta əsrlərdə yaşamış Qalisiya feodal cəngavəri, Kaminya kontu. == Həyatı == Fernan Yanezin Ribadaviya Kontesin bacısı ilə yaşadığı gizli münasibətlərdən sonra anadan olmuşdur. Çox gənc yaşlarında İspaniyanı tərk etmişdir. Atasının ölümündən sonra yeganə varis kimi onun torpaqlarına, qalalarına sahib olmuşdur. Əvvəlcə ancaq Sotomayor ailəsinin mülkiyyətinə sahib idi. Kastiliya kralı IV Henrinin dövründə (1455-1474) həm güc yolu ilə, həm də ticarət yolu ilə var-dövlətini artırmışdır. 1467-cı ildə Pontevedra, Viqo və Redondela şəhərlərində IV Henrinin əmrlərini yerinə yetirməyə başlamışdır. Burada Santyaqo yepiskopu II Alonso Fonseka ilə münaqişə yaşamışdır.
Pedro Manfredini
Pédro Valdemár Manfredini (isp. Pedro Waldemar Manfredini; 7 sentyabr 1935 – 21 yanvar 2019, Roma) — Argentinalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. 1961-ci ildə "Roma" klubu ilə Yarmarkalar kubokunun qalibi olub. == Karyera == Manfredini karyerasına Avelyanedanın "Rasinq" klubunda başlayıb. Burada meydanda olduğu 39 matçda 28 qol vurur. 1959-cu ildə yeddi mövsüm keçirdiyi İtaliyanın "Roma" komandasına keçir. "Roma"da oynayan zaman 1962/63 mövsümündə A Seriyasının bombardiri olub (Harald Nilsen) ilə birlikdə 19 qol vurur) və 1963/64 mövsümündə İtaliya Kubokunu qazanır. "Roma" da 130 oyun keçirib və 76 qol vurub. 1965-ci ildə "Breşiya" klubuna keçir.
Pedro Mosquera
Pedro Mosquera Parada (21 aprel 1988) - ispan futbolçu. orta sahə oynayır və onun cari komanda Deportivo La Coruna edir.
Pedro Petrone
Pedro Petrone (isp. Pedro Petrone, 11 may 1905, Montevideo – 13 dekabr 1964, Montevideo) — Uruqvaylı keçmiş futbolçu, hücumçu. Uruqvay millisinin tarixinin ən yaxşı bombardirlərindən biridir. 1930 Dünya çempionu. İki qat Olimpiya çempionu - 1924 və 1928 . == Karyera == Uruqvay çempionatında "Nasyonal" klubunun formasında 128 matç keçirmiş və 146 qol vurmuşdur. "Fiorentina" klubunda oynayaraq İtaliya çempionatında 44 oyunda 37 qol vurub. 1931/32 mövsümündə İtaliya çempionatının bombardiri olub. Uruqvay millisində ilk matçını 4 noyabr 1923-cü ildə Paraqvaya qarşı (qələbə 2: 0), son matçını 18 iyul 1930-cu ildə Peru ilə ilk dünya çempionatının qrup mərhələsində keçirdib (qələbə 1: 0). Milli komandada 24 oyunda 28 qol vurub.
Pedro Rodriguez
Pedro Sançes
Pedro Sançes (ispan: [ˈpeðɾo ˈsantʃeθ ˈpeɾeθ kasteˈxon]; 29 fevral 1972[…], Madrid) — İspaniyanın baş naziri. O, həmçinin 2017-ci ilin iyun ayından İspaniya Sosialist İşçi Partiyasının (PSOE) Baş katibidir, daha əvvəl 2014-cü ildən 2016-cı ilə qədər bu vəzifədə çalışıb və 2022-ci ilin noyabrında Sosialist İnternasionalının prezidenti seçilib.
Pedro Enko
Petro Kapşuçenko (ukr. Петро́ Капшуче́нко; 27 sentyabr 1915, Dnepr – 17 noyabr 2006, Nyu Cersi), digər adları ilə Peter Kapşuçenko və ya Pedro Enko – Ukrayna–ABŞ avanqard rəssamı və heykəltaraşı. Əsas əsərləri Müqəddəs Endryu Memorial Kilsəsinin (Nyu-Cersi) ərazisində yerləşən Vasil Lipkivskinin (1983) və Müqəddəs Kiyevli Olqanın (1987) tunc abidələridir. == Bioqrafiyası == Kapşuçenko Ukraynanın Dnepropetrovsk İncəsənət İnstitutunda heykəltaraşlıq təhsili almışdır. 1941-ci ildə Ukrayna Reyxkomissarlığı dövründə Almaniyada yerləşən məcburi əmək düşərgəsinə aparılmışdır. Müharibədən sonra 1949-cu ilə qədər Almaniyanın Regensburq şəhərindəki köçürülmüş əsirlər düşərgəsində yaşamışdır, daha sonra Argentinada məskunlaşmışdır. Argentinada Pedro Enko kimi tanınan Kapşuçenko heykəltaraşlıq fəaliyyətinə davam etmiş və Argentina mədəniyyətinə verdiyi töhfələrə görə Buenos-Ayres Humanitar Elmlər Universitetinin fəxri üzvü seçilmişdir. 1963-cü ildə həyat yoldaşı Zoya və qızı Lyudmila ilə birlikdə Filadelfiyaya köçmüşdür. Filadelfiyadakı Ukrayna İncəsənət Studiyasında dərs deməyə başlamışdır. 1990-cı illərdə bir çox heykəli Şimali Amerikada baş tutmuş sərgilərdə nümayiş etdirildikdən sonra məşhurluğu artmışdır.
Pedro Kabrera
Pedro Kabrera Lopes (isp. Pedro Cabrera López; 26 aprel 1927, Valensiya) — İspaniya qılıncoynadanı. 1960 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. == Həyatı == Pedro Kabrera 26 aprel 1927-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur. 1959-cu ildə Beyrutda keçirilən Aralıq dənizi Oyunlarında şpaqa üzrə komanda turnirində bürünc medal qazanmışdır.
Pedro Kastilyo
Xose Pedro Kastilyo Terrones (isp. José Pedro Castillo Terrones; 19 oktyabr 1969, Punya[d], Peru) — Peru məktəb müəllimi, həmkarlar ittifaqı fəalı və siyasətçisi. O, 2017-ci ildə ümummilli müəllimlərin tətilinin lideri kimi şöhrət qazanmışdır. O, 2021-ci il seçkilərində ikinci turda sağçı namizəd Keiko Fuximorini məğlub edərək solçu "Azad Peru" partiyasından Peru prezidentliyə namizədi olmuşdur. O, 28 iyul 2021-ci ildə and içərək vəzifəsinin icrasına başlamışdır. 7 dekabr 2022-ci ildə Konqresin qərarı ilə hakimiyyətdən uzaqlaşdırılmışdır. == Erkən illəri == Pedro Kastilyo 19 oktyabr 1969- cu ildə Perunun ən yoxsul regionlarından biri olan Kaxamarkadakı Punya qəsəbəsində anadan olmuşdur. O , savadsız kəndli ailəsində doqquz uşaqdan üçüncüsü idi. Atası İreno Kastilyo Nunyes, anası isə Mavilya Terrones Gevara. Kastilyo ibtidai və orta məktəbi bitirdikdən sonra Kutervo vilayətindəki Oktavio Matta Kontreras Ali Pedaqoji İnstitutuna daxil olmuş və burada təhsil üzrə bakalavr dərəcəsi almışdır.
Saleh Bədri
Seyid Saleh Mehdi Bədri (1893, Səmərra, Səlahəddin mühafəzəsi – 1943, Bağdad) — İraq şairi və tərcüməçisi. == Həyatı == Saleh Mehdi Bədri həmin dövrdə Osmanlı imperiyasının bir hissəsi olan Samərra şəhərində anadan olmuşdur. O, burada təhsil almış, sonra Bağdadda yerləşən Əl-Rəşdiyə məktəbində təhsilini davam etdirmişdir. İraqın bir sıra şəhərlərində daşınmaz əmlak departamentlərində işçi kimi çalışmışdır. Türk dilini mükəmməl bilirdi deyə ərəb dilinə tərcümələr etmişdir. O, bununla yanaşı fransız və fars dillərini də bilirdi. İraqda ölkə miqyasında şeir müsabiqələrində mükafatlar qazanmışdır. Onun tam şeirlər toplusu oğlu tərəfindən toplanmışdır və "Arzular" adı ilə çap edilmişdir. Bədri Bağdadda vəfat etmişdir.
Məlik Bədri
Malik Babikr Badri Mohammed (ərəb. مالك بابكر بدري محمد‎; 16 fevral 1932 – 8 fevral 2021) — Sudanlı yazıçı və psixologiya professoru. O, müasir İslam Psixologiyasının banisi olub və "Müsəlman Psixoloqlarının Dilemması" və bir çox başqaları kimi nüfuzlu kitablar nəşr etdirib. Onu bəzən mehribanlıqla Baba Məlik adlandırırdılar. O, 8 fevral 2021-ci ildə Malayziyanın Kuala Lumpur şəhərində vəfat edib. O , Əhfəd Universitetini quran Babikr Bedrinin oğlu idi. Evli olub, 7 övladı var.
Pedro Almodovar
Pedro Almodovar(isp. Pedro Almodóvar Caballero (25 sentyabr 1949) — məşhur ispan kinorejissoru, ssenaristi və prodüseri. Beynəlxalq miqyasda ən uğurlu ispan kinorejissorlarından biri kimi tanınan Almodovar və onun filmləri dünya çapında böyük rəğbət və geniş izləyici kütləsi qazanmışdır. Rejissor iki "Oskar" mükafatı sahibir: "Anam haqqında hər şey" (1999) - 'Ən yaxşı xarici film' və "Onunla danış" (2002) - 'Ən yaxşı orijinal ssenari' üçün. == Filmoqrafiya == === Qısametrajlı === 1974 "Film político" 1974 "Dos putas, o historia de amor que termina en boda" 1975 "La caída de Sódoma" 1975 "Homenaje" 1975 "El sueño, o la estrella" 1975 "Blancor" 1976 "Sea caritativo" 1976 "Muerte en la carretera" 1977 "Sexo va, sexo viene" 1978 "Salomé" 1985 "Tráiler para amantes de lo prohibido!
Pedro Alonso
Pedro Alonso (tam adıyla: Pedro Qonzales Alonso; d. 21 iyun 1971, Viqo, Qalisiya) — İspaniya aktyoru, yazıçısı və rəssamı. Əsasən La casa de papel və onun spin-off seriyası Berlin seriallarındakı Andres de "Berlin" Fonollosa və Gran Hotel tarixi dram serialındakı Dieqo Murquia rolları ilə tanınır. == Erkən həyatı == Pedro Qonzales Alonso İspaniyanın Viqo şəhərində doğulub. Madriddəki Kraliyyət Dramatik Sənətlər Kollecindən(es) 1992-ci ildə məzun oldu və Rəqs Teatrını bitirdi. O, həmçinin yazıçı və rəssamdır. Əsərlərini Pedro Alonso O'choro adı ilə nəşr etdirir. == Karyerası == Alonso Rías Baixas (2003–2005), Maridos e mulleres (2006–2008), Padre Casares (2008–2015) və Gondar (2009) televiziya performansları ilə Qalisiyada yerli səviyyədə və milli miqyasda tanınır. Tarixi dram serialı Gran Hotel-dəki rolu Dieqo Murquia / Adrián Vera Celande kimi. 2017-ci ildə Antena 3-də(es) 1 sezon yayımlanan, ardından Netflixə keçən cinayət dram serialı La casa de papel-də Andrés "Berlin" de Fonollosa rolunu canlandırdı.