Bədri Baykam

Bədri Baykam (türk. Bedri Baykam; 26 aprel 1957[1][2], Ankara)- türk rəssam.

Bədri Baykam
Doğum tarixi 26 aprel 1957(1957-04-26)[1][2] (67 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti rəssam, siyasətçi, kino aktyoru, kinorejissor
bedribaykam.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1957-ci ildə Ankara da CHP millətvəkili Dr. Suphi Baykam və Memar Mutahhar Baykamın ikinci uşağı olaraq dünyaya gəldi. İki yaşında rəsim çəkməyə başladı. Altı yaşında Ankara, BernCenevrə də ilk əsərlərini sərgilədi. 1960-cı illərdə AvropaAmerikanın bir çox mədəniyyət mərkəzlərində sərgilər açdı, sərgiləri böyük maraq gördü. İstanbul Fransız Məktəbində oxuyan Bədri Baykam 1975-ci ildə Parisə köçdü. Sorbonne Universitetində iqtisadiyyat təhsili alan Bədri Baykam, bu fakültədən masterdə aldı. Parisdə eyni vaxtda L'Actorat adlı özəl məktəbdə aktyorluq təhsilidə aldı. Bədri Baykam 1970-ci illərdə eyni zamanda Türkiyə Çempionatlarında əhəmiyyətli yerlər tutan bir tenisçi idi.

1980-ci ildə ABŞ-a köçən sənətçi, 1984-cü ilə qədər California College of Arts and Crafts da rəsim və kino təhsili aldı. 1987-ci ilə qədər Amerika da qalan Bədri Baykam, bu vaxtda San-Fransisko, Nyu-York İstanbulParis də bir çox sərgilər açdı. 1987-ci ildə İstanbula köçən Bədri Baykam, bu günə qədər 100 dən çox fərdi sərgi açdı, bir çox grup sərgilərinə qatıldı, bir çox qısa film və video çəkdi, qısa və uzun filmlərdə aktyor kimi çıxış etdi. Bədri Baykamın yazmış olduğu 23 kitab var.

Müasir Yaşamağı Dəstəkləmək Təşkilatı və Atatürkçü Düşüncə Təşkilatının üzvlərindən olan rəssam, eyni zamanda UNESCO-nun Beynəlxalq Plastik Sənətlər Təşkilatının qurucularından və hələdə bu təşkilatın Türkiyə milli komitəsi başqanıdır. Sosyalist demokrat üç partinin birləşməsi üçün qurulan "Taban Operasyonu" hərəkətini, fərqli demokratik təşkilatların başqanları ilə bərabər təşkilatlandıran və istiqamətləndirən Bədri Baykam, 1995-ci ildə CHP qurultayında, CHP Parti Məclisi Üzvlüyünə seçildi, bu vəzifəyə üç il dəvam etdi. Daha əvvəl Günəş, Tempo, Siyah-Bəyaz, Aydınlıq və Axşamda yeri olan, üç il "Dönemin Rengi" adlı bir proqramını Prima TV'də hazırlayan və aparan, 2 il Artist-Skala sənət jurnalının nəşrini təşkil edən Bədri Baykam, eyni zamanda Cumhuriyyət Gəzetində siyasət və başqa sənət jurnalları üçün də məqalələr yazır. FBTV'də "2 F 1 B" adlı bir futbol proqramı aparır.

"Yeni-Dışavurumculuk" hərəkatının qabaqcıllarında olan və multi-medya enstalasyonları (Livart) və kolajli siyasi sənət əsərləri ilə tanınır. 1980-ci illərin əvvəlindən bu vaxta qədər kısa film çəkdi və başqa uzun filmlərdə aktyor kimi oynadı. 1999-cu ilin Dekabr ayında 40 illik sənət məcarasını ələ alan sərgisi İstanbulda, AKM'də açıldı. Amerikalı rejissor Stefan R. Svetievin "This Has Been Done Before" filmində, sənətçinin bürün karyerasını və siyasi yaşamını ələ alan bir sənədli film olaraq eyni müddətdə tamamlandı. Boyut Yayın Grubu eyni vəsiləylə Bədri Baykamın bütün yaşamını ələ alan 480 səhifəlik "I'm Nothing But I'm Everything" adlı geniş monoqrafiya nəşr etdi. 2003-cü ilində CHP qurultayında Partinin Başqan namizətlərindən olan və "Yurtseven Hərəkat"ın qurucusu olan Bədri Baykam, illərdir Türkiyə siyasət səhnəsində olan əhəmiyyətli biridir.

Bədri Baykam mərkəzi İstanbulda olan "Piramid Film Prodüksiyon Yapımcılık ve Yayıncılık" şirkəti ilə "Piramid Sanat"ın qurucusudur. 1997-ci ildə jurnalist Sibəl (Yağcı) Baykam ilə evləndi. 1999-cu ilin Yanvar ayında Suphi adını verdikləri oğulları oldu.