Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəhrəm
Bəhram, bəzən Bəhrəm — Kişi adı. Bəhram Mansurov — tarzən, Azərbaycanın xalq artisti. Bəhram Bağırzadə — tanınmış Azərbaycan aktyoru, şoumen, naşir. Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Bəhram Atabəyli — “Tərəqqi” medalı ilə təltif olunmuş diaspor nümayəndəsi Bəhram Çələbi — Azərbaycan yazıçısı. Bəhram Əfşar — İran televiziyasının xəbər ankeri. Bəhram Osmanov — Azərbaycan teatr rejissoru, aktyor I Bəhram — Sasani dövlətinin dördüncü hökmdarı II Bəhram — Sasani dövlətinin şahı.
Dehrəm
Dehrəm — İranın Fars ostanının Fəraşbənd şəhristanının Dehrəm bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,946 nəfər və 684 ailədən ibarət idi.
Dirhəm
Dirhəm — çəki ölçü vahidi. == Ümumi məlumat == Dirhəmin müxtəlif ədəbiyyatlarda 2,9645 q-a, ( 3,12 q-a, 3 q-a) bərabər olduğu göstərilir. IX-XII əsrlərdə dirhəm 2,975 q olmuşdur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 463.
Nehrəm
Nehrəm — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilmiş, Nehrəm kənd inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == == Tarixi == Qədim tarixə malik olan qəsəbə yazılı mənbələrdə bəzən Nehrəm, Nehrem və ya Nehram kimi göstərilmişdir. Maarif xadimi Kərim bəy İsmayılov "Сборник материалов для описания местностей и племен Кавказа" toplusunda dərc olunmuş yazısında Nehrəmin ərazisi, coğrafi şəraiti, iqlimi, fauna və florası, adının etimologiyası, tikililəri, suvarma sistemi, əhalisinin məşğuliyyəti, adət-ənənələri, dini ayinləri, bayramları və s. haqqında məlumat vermişdir. === Tarixi abidələri === Nehrəm qəsəbəsində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Nehrəm Naxçıvan MR-in ən böyük yaşayış məskənlərindən biridir. Qəsəbə Araz çayının sol sahilində yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Heydər Vəzirov — Azərbaycan SSR Xalq Torpaq Komissarı və Göyçay Qəza İcraiyyə Komitəsinin sədri. Repressiya qurbanı. Münəvvər Məmmədquluzadə İbrahim İbrahimov (iş adamı) Səfər Mehdiyev — AR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Əsgər Abdullayev — AR DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı.
Vitre
Vitre (Alye) — Fransada kommuna, Overn regionunda yerləşir. Vitre-le-Fransua (rayon) — Fransanın Şampan-Arden rayonlarından biri. Fujer-Vitre (rayon) — Fransanın Bretan regionun rayonlarından biri.
Vərəm
Vərəm infeksion xəstəlik olub, adətən, Mycobacterium tuberculosis bakteriyası tərəfindən törədilir. Xəstəlik əsasən ağciyərlərə təsir edir, ancaq vücudun başqa hissələrinə də təsir edə bilir. Yoluxmuş fərdlərin çoxu heç bir simptom göstərmir. Simptomsuz orqanizmlərin 10%-ində xəstəlik aktiv mərhələyə keçir və müalicə olunmazsa, yarısı ölür. == Ümumi == Vərəm hal-hazırda, dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümlərinin 20 faizi vərəmdən baş verirdi. Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.
İhram
İhram (ərəb. إحرام‎‎ — həsr etmək) — həcc ziyarətini həyata keçirən zəvvarın xüsusi mənəvi paklıq vəziyyətidir. Bunun üçün qüsl almaq (bədəni tamamilə yumaq), xüsusi geyim geyinmək və ihramın qaydalarına riayət etmək tələb olunur. == Mümkün hərəkətlər == İhram vəziyyətində ticarətlə və digər dünyəvi işlər məşğul olmaq; cinsi əlaqəyə girmək, kəbinə girmək, əsəbləşmək və kimisə incitmək; canlılara ziyan vurmaq (heyvanları və həşəratları öldürmək, otu və ya yarpaqları qopartmaq və s.) üz qırmaq, baş qırxdırmaq, dırnaq kəsmək, ətirdən istifadə etmək, zinət əşyaları taxmaq və siqaret çəkmək qadağandır. Qadınlar qüsl aldıqdan sonra enli ağ paltar geyinir, başlarını ötrürlər (yalnız sifət, əl və ayağın daban hissəsi görünə bilər). Kişilər iki sadə ağ örtük geyinirlər: biri baldırdan qıça qədər olan hissəni ötrür, digəri isə sağ çiyinin üzərinə atılır. Bu geyimlər zəvvarların niyyətlərinin paklığını və onların allah qarşısında bərabər olmasına işarədir. Zəvvarlar ihram geyimlərini Kəbədən 4 kilometr aralıda yerləşən mikat adlı yerdə geyinirlər. Müasir dövrümüzdə zəvvarların əksəriyyti ihram geyimini artıq təyyarə enişə başlayanda geyinirlər. == Ədəbiyyat == Али-заде, А. А. Ихрам Arxivləşdirilib 2014-08-13 at the Wayback Machine // Исламский энциклопедический словарь.
Əhrəm
Əhrəm — İranın Buşehr ostanının şəhərlərindən və Təngistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,182 nəfər və 2,710 ailədən ibarət idi.
Bəhrəm İlyasov
Bəhrəm Nizam oğlu İlyasov (30 noyabr 1998, Nəcəfqulubəyli, Ağcabədi rayonu – 4 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhrəm İlyasov 30 noyabr 1998-ci ildə Bərdə rayonunun Nəcəfqulubəyli kəndində anadan olmuşdur. === Ailəsi === Atası Nizam İlyasov Birinci Qarabağ müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. == Hərbi xidməti == 2020-ci ilin Tovuz döyüşlərindən sonra Bəhrəm İlyasov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə getmiş və hərbi xidmətə çağırılmışdır. Təlim mərkəzlərindən birində kurs keçdikdən sonra "N" saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Bəhrəm İlyasov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bəhrəm İlyasov Suqovuşan istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhrəm İlyasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhrəm İlyasov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəhrəm Əliyev
Bəhrəm Əliyev (meliorator) — meliorator. Bəhram Əliyev (solist) — solist. Bəhram Əliyev (riyaziyyatçı) — riyaziyyatçı.
Capsella viarum
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Euseius vitrum
Euseius vitrum (lat. Euseius vitrum) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Nehrəm (dəqiqləşdirmə)
Nehrəm — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Nehrəm məktəbi — Babək rayonunun Nehrəm kəndinin mərkəzində memarlıq abidəsi.
Nehrəm məktəbi
Nehrəm məktəbi — Babək rayonunun Nehrəm kəndinin mərkəzində memarlıq abidəsi. Məktəb binası hazırda bərpa olunsa da köhnə arxitektura üslubunu qoruyub saxlamışdır. Ümumi planda dördkünc olan binanın xarici divarları girintili-çıxıntılıdır. Bu arxitektura üslubu XIX əsrdə Naxçıvanda tikilən bir sıra binaların tikintisində istifadə edilmişdir. Azərbaycanın məşhur yazıçısı Cəlil Məmmədquluzadə vaxtilə bu məktəbdə dərs demişdir. Hazırda binada C. Məmmədquluzadənin xatirə muzeyi yerləşir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.375.
Nehrəm platosu
Nehrəm platosu – Babək rayonu ərazisində dağlıq massiv. Arazın sol sahilində, Naxçıvan və Əlincə çaylarının aşağı axınları arasındadır. Ən yüksək zirvəsi Noxuddağdır (1677,6 m). Səthi nisbətən hamar və pilləlidir. Cənub-qərb yamacı sıldırım pillələrdə Arazın dərəsinə düşür. Ümumi uzunluğu 18 km, maksimal eni 10 km-dir. Trias, Yura, Üst Təbaşir, Eosen, Oliqosen və Miosen yaşlı süxurlardan təşkil olunmuşdur. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Culfa seqmentinin şimal-şərq qanadını və Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb hissəsinə uyğun gəlir.
Solanum viarum
Solanum viarum (lat. Solanum viarum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Sinonimləri == Solanum chloranthum'' DC. Solanum khasianum var. chatterjeeanum Sengupta & Sengupta Solanum viridiflorum Schltdl.
Vikram-samvat
Samvat təqvimi (Vikram-samvat) — Hindistanda geniş istifadə edilən təqvimdir. Burada günəş ilinin uzunluğu ay aylarının uzunluğu ilə əlaqələndirilir. Müasir Nepal təqvimi onun əsasında yaradılmışdır. == Yayılması və mənşəyi == Samvat təqvimindən əsasən Şimali və Mərkəzi Hindistanda istifadə olunurdu. Bu sistem əsasında hesablanma eramızdan əvvəl 57-ci ildən başlayır və hökmdar Vikramın və ya Vikramadityanın adı ilə əlaqələndirilir. Onu milli qəhrəman və ideal bir hökmdar kimi xarakterizə edən çoxsaylı əfsanələr həsr olunmuşdur. O, xarici işğalçıları Hindistandan qovan hökmdar kimi xatırlanır. Əfsanələrin çoxunda Vikramın xalqına xeyir vermək istəməsindən və özünü və şəxsi maraqlarını başqalarının xeyrinə qurban verməyə hazır olduğundan bəhs edilir. Hökmdar Vikram səxavətli olması, başqalarına xidməti, cəsarəti və təkəbbür olmaması ilə məşhurlaşmışdır. Sezar adı kimi Vikramadityanın adını da bir simvol və titul qismində ondan sonrakı bir çox hökmdarlar da öz adlarına əlavə etmişlər.
Villem Barens
Villеm Barеns (nid. Willem Barentsz; 1550-1597) — hоlland mənşəli qütb tədqiqatçısıdır. == Həyatı == Villеm Barеns 1594-1597-ci illərdə Asiyanın şimalı ilə Çin və Hindistana dəniz yоlu tapmağa üç dəfə cəhd göstərən dənizçi оlmuşdur. Nоvaya Zеmlya, Şpispеrgеn, Ayı adalarını kəşf və tədqiq еtmişdir. 1597-ci ildə buzlaqlar arasında sıradan çıхmış gəmini tərk еdərək gеri qayıdarkən ölmüş və Nоvaya Zеmlya adasında basdırılmışdır. Adı Barеns dənizi ilə əbədiləşdirilmişdir. 1933-cü ildə rus qütb tədqiqatçıları еkspеdisiyanın bəzi qalıqlarını tapmış və Pеtrоqraddakı Arktika muzеyinə təhvil vеrmişlər. == Mənbə == Кольские карты "Шкипер эпохи" статья в журнале "Вокруг света" (№ 11 (2818), ноябрь 2008) Gerrit de Veer, Om de Noord : de tochten van Willem Barentsz en Jacob van Heemskerck en de overwintering op Nova Zembla, zoals opgeteken (The three voyages of William Barentz to the Arctic regions, 1594, 1595, and 1596) Фридрих Гельвальд, Путешествия Виллема Барентса и его открытия. (Из книги "В области вечного льда. История путешествий к Северному полюсу с древнейших времен до настоящего", 1881 г.).
Villem Gebbels
Villem Davnis Luis Didiye Gebbels (16 avqust 2001) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Lyon === Gebbels Lion akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Lion klubu ilə 23 sentyabr 2017-ci ildə etmişdir. O, 84-cü dəqiqədə Lukas Tousarı əvəz etmişdir. Həmin görüşdə Lion Liqa 1 görüşündə Dijon ilə 3-3 hesabı ilə bərabərə qalmışdır. 16 yaş, bir ay və yeddi günlüyündə meydana çıxan Villem Gebbels 21-ci əsrdə anadan olanlar arasında Liqa 1-də oyuna çıxan ilk futbolçu və oyuna çıxan ən gənc 5-ci futbolçu kimi tarixə düşmüşdür. Gebbels 7 dekabr 2017-ci ildə Avropa Liqasında Atalanta klubuna qarşı oyunda iştirak etmiş və 45+1' dəqiqədə Maksvel Korneti əvəzləmişdir. 16 yaş, üç ay və iyirmi bir günlüyündə meydana çıxan Gebbels 21-ci əsrdə anadan olanlar arasında Avropa Liqasında oyuna çıxan ilk futbolçu və oyuna çıxan ən gənc 2-ci futbolçu kimi tarixə düşmüşdür. === Monako === 19 iyun 2018-ci ildə Gebbels Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə 20 milyon avro qarşılığında müqavilə imzalamışdır. == Milli karyerası == Gebbels Fransada anadan olmuşdur.
Villem Rubruk
Villem Rubruk və ya Qilom de Rubruk – flamand səyyahı, Fransiskançılar ordeninin üzvü, rahib. Təqribən 1220-ci ildə (bəzi məlumatlara görə 1210 ya 1230-cu ildə) Flandriyanın Rubruk (yerli adı Reysbrukdur; indiki Brüssel yaxınlığındadır; həmin adın latın variantı olan «Rubruk»u səyyah özünə soyad götürmüşdür) kəndində anadan olmuş, təqribən 1270-ci ildə vəfat etmişdir. Rubruk Roma papası IV İnnokenti (1243-1254) və Fransa kralı IX Lüdovik (1226-1270) tərəfindən Qaraqorumda Böyük Monqol hökmdarı Munke xanla (1251-1259) diplomatik danışıqlar aparmaq üçün yola salınmışdı. O, səfərə çıxarkən Yaxın Şərqdə VII Xaç müharibəsi (1248-1254) gedirdi. Fransa kralı IX Lüdovik də bu zaman Ön Asiyada idi; fransız səlibçilərinə başçılıq edirdi. Ondan əvvəl Andre Lonjümönü monqol sarayına yola salınmışdı. Lonjümönün uğursuz səfərindən sonra Rubruk da monqol sarayına göndərildi. Özündən əvvəl monqol sarayına göndərilmiş Ciovanni Karpini və Andre Lonjümö kimi Rubruk da Xaç müharibələrində (1096-1270) səlibçilərə qələbə qazandırmaq üçün monqolları arxadan səlcuqlara qarşı qaldırılmalı idi. Bu yolla monqolların başını xristian dünyasının xeyrinə qarışdırmaq mümkün olsaydı, eyni zamanda onların Avropa üçün törətdiyi təhlükə də öz-özünə aradan qaldırılmış olardı. Bundan başqa, monqol sarayında təkallahlı dinə meyil göstərildiyini bilən Roma papaları monqol hökmdarları ilə xristianlığın qəbulu barədə də danışıqlar aparmaq niyyətində idilər.
Vitre (Alye)
Vitre (fr. Vitray) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Serinyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03318. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 122 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 71 yaşda (15–64 yaş arasında) 50 nəfər iqtisadi fəal, 21 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 70,4%, 1999-cu ildə 66,2%). Fəal olan 50 nəfərdən 44 nəfər (24 kişi və 20 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) idi. 21 hərəkətsiz 4 nəfər arasında şagird və ya tələbə, 10 nəfər — təqaüdçü, 7 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Vərəm xəstəliyi
Vərəm infeksion xəstəlik olub, adətən, Mycobacterium tuberculosis bakteriyası tərəfindən törədilir. Xəstəlik əsasən ağciyərlərə təsir edir, ancaq vücudun başqa hissələrinə də təsir edə bilir. Yoluxmuş fərdlərin çoxu heç bir simptom göstərmir. Simptomsuz orqanizmlərin 10%-ində xəstəlik aktiv mərhələyə keçir və müalicə olunmazsa, yarısı ölür. == Ümumi == Vərəm hal-hazırda, dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümlərinin 20 faizi vərəmdən baş verirdi. Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.
İhrək Rəcəb
İhrək Rəcəb (1680, İxrək[d], Dağıstan MSSR – 1760) — XVIII əsr rutul əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid İhrək kəndində anadan olub. O, İhrək təxəlüssü ilə əsasən sevgi şeirləri yazıbdır. == Həyatı == İhrək Rəcəbin şəxsi həyatı barədə mənbələrdə demək olar ki, məlumat yoxdur. Onun adının Rəcəb olduğu və Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid İhrək kəndində anadan olduğu məlumdur. Buna görə İhrək sözünü özünə təxəssül götürübdür. Onun XVIII əsrdə Səfəvilər Dövləti, Əfşar imperiyası və Quba xanlığı dövründə yazıb yaratdığı məlumdur. == Yaradıcılığı == İhrək Rəcəbin yaradıcılığında aparıcı yeri məhəbbət lirikası tutur. Bu lirikanın fərqləndirici xüsusiyyəti onun Huri adlı qıza həsr olunmasıdır. Xalq rəvayətlərinə görə, şair Şinaz kəndindən olan Huri adlı qızı sevirmiş.
İlkin vərəm
İlkin vərəm – insanın vərəm mikrobları ilə ilk kontaktı və yoluxması nəticəsində inkişaf edən birinci vərəm xəstəliyinə deyilir. Çox əksər hallarda ilkin vərəm ağ ciyərdə, az hallarda isə alimentar yolla yoluxma nəticəsində bağırsaqlarda, yaxud da kontakt yolla yoluxma nəticəsində dəridə də inkişaf edir. Adətən uşaq yaşlara təsadüf edir. Lakin uşaq yaşlarda vərəm əleyhinə peyvəndlərlə əlaqədar hal-hazırda cavan və orta yaşlarda da başlana bilir. == Xüsusiyyətləri == Vərəmin digər klinik-morfoloji növlərindən fərqli olaraq ilkin vərəm aşağıdakı xarakter xüsusiyyətlərlə səciyyələnir: Vərəm mikobakteriyaları ilə ilk yoluxmadan sonra başlanır; Tuberkulin sınağının müsbət olması nisbətən yaxın dövrlərə təsadüf edir; Adətən uşaq və cavan yaşlarda rast gəlinir. Hematogen və ikincili vərəm isə əksərən orta və yaşlı şəxslərdə inkişaf edir; Orqanizmin vərəmə qarşı heç bir immunitetinin olmaması şəraitində başlandığı üçün özünəməxsus morfogenetik inkişafa və morfologiyaya malik olur (ilkin vərəm kompleksinin formalaşması, limfadenitin inkişafı və s.); İlkin vərəm zamanı tez tipli hiperhəssaslıq reaksiyası baş verir və ya üstünlük təşkil edir. Elə bu səbəbdən də ilkin vərəmin morfologiyasında damar-ekssudativ və ekssudativ-nekrotik toxuma dəyişiklikləri üstünlük təşkil edir; Digər növ vərəmlərdən fərqli olaraq ilkin vərəm lokalizə olunduğu yerdən digər üzv və toxumalara da yayılmağa, yəni generalizasiyaya meylli olur (çünki bütün üzv və toxumalarda vərəm mikobakteriyalarına qarşı yüksək sensibilizasiya vardır); Digər vərəmlərdən fərqli olaraq ilkin vərəm zamanı, xüsusilə də onun remissiya fazasında orqanizmdə ilkin vərəm üçün xarakter paraspesifik dəyişikliklər də (Ponse revmatizmi və s.) inkişaf edir. == İlkin vərəm kompleksi == İlkin vərəmin morfologiyası ilkin vərəm kompleksindən ibarətdir. Buna ilkin vərəm triadası da deyilir. İlkin vərəm kompleksi 3 komponentdən təşkil olunur: İlkin vərəm ocağı.
Bəhrəm Əliyev (meliorator)
Əliyev Bəhram Hüseyn oğlu — Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Görkəmli Meliorator Alim, Texnika Elmləri doktoru, professor. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini (2005–2013); Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyi (MAKA) Ekologiya İnstitutunun Direktoru. == Həyatı == Bəhram Əliyev 2 sentyabr 1955-ci ildə Ermənistan SSR-nin Zəngibasar rayonunda anadan olmuşdur. 1973-cü ildə öz əmək və elmi fəaliyyətinə "VODQEO"-nun Bakı filialında laborant vəzifəsində başlamışdır. 1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun hidromeliorasiya fakültəsinin "mühəndis — hidrotexnik" ixtisası üzrə tam kursu bitirmişdir. Ailəlidir, iki övladı var. == Mükafatları == 2003-cü ildə "İlin ixtiraçı mühəndisi" adına layiq görülmüşdür. 2004-cü ildə BMT-nin ərzaq təhlükəsizliyi proqramı çərçivəsində FAO təşkilatı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında imzalanmış memoranduma əsasən ərzaq təhlükəsizliyi layihəsi həyata keçirilmiş və FAO–nun yüksək medalı ilə təltif edilmişdir. 2005-ci ildə suya qənaət edən suvarma texnika və texnologiyalarının genişmiqyaslı tətbiqinin həyata keçirilməsində birbaşa rəhbərliyinə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur. == Elmi fəaliyyəti == 1988-ci ildə Novoçerkask şəhərində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək "Meliorasiya və suvarma əkinçiliyi" ixtisası üzrə texnika elmləri namizədi dərəcəsi almışdır.