Villem Davnis Luis Didiye Gebbels (16 avqust 2001[3][4]) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur.[5]
Villem Gebbels | |||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
fr. Willem Geubbels | |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||
Tam adı | Villem Davnis Luis Didiye Gebbels[1] | ||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Viyerban, Fransa | ||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||
Boyu | 185[2] | ||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||
Klub | Monako | ||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 13 | ||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Gebbels Lion akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Lion klubu ilə 23 sentyabr 2017-ci ildə etmişdir. O, 84-cü dəqiqədə Lukas Tousarı əvəz etmişdir. Həmin görüşdə Lion Liqa 1 görüşündə Dijon ilə 3-3 hesabı ilə bərabərə qalmışdır.[6] 16 yaş, bir ay və yeddi günlüyündə meydana çıxan Villem Gebbels 21-ci əsrdə anadan olanlar arasında Liqa 1-də oyuna çıxan ilk futbolçu və oyuna çıxan ən gənc 5-ci futbolçu kimi tarixə düşmüşdür.[7][8][9] Gebbels 7 dekabr 2017-ci ildə Avropa Liqasında Atalanta klubuna qarşı oyunda iştirak etmiş və 45+1' dəqiqədə Maksvel Korneti əvəzləmişdir.[10] 16 yaş, üç ay və iyirmi bir günlüyündə meydana çıxan Gebbels 21-ci əsrdə anadan olanlar arasında Avropa Liqasında oyuna çıxan ilk futbolçu və oyuna çıxan ən gənc 2-ci futbolçu kimi tarixə düşmüşdür.[11][12]
19 iyun 2018-ci ildə Gebbels Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə 20 milyon avro qarşılığında müqavilə imzalamışdır.[13]
Gebbels Fransada anadan olmuşdur. Onun atası Niderland, anası isə Mərkəzi Afrika Respublikası vətəndaşıdır.[14] Onun əmiləri Amos Yuqa və Kelli Yuqa pəşəkar futbolçulardır. Amos Yuqa hal-hazırda Fransanın Le Havr klubunda və Mərkəzi Afrika Respublikası millisində çıxış edir.[15]
Klub | Mövsüm | Liqa | Kubok | Liqa Kuboku | Avropa | Digər | Ümumi | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Lyon | 2017–18 | Liqa 1 | 2 | 0 | 0 | 0 | 1 | 0 | 1 | 0 | — | 4 | 0 | |
Ümumi karyera | 2 | 0 | 0 | 0 | 1 | 0 | 1 | 0 | 0 | 0 | 4 | 0 |