Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hidəc
Hidəc — İranın Zəncan ostanınınd Əbhər şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,798 nəfər və 3,011 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Kijuç
Kijuç (lat. Oncorhynchus kisutch) — Qızılbalıqkimilər dəstəsinə, Sakit okean sümüklüsü fəsiləsinə daxil olan balıq növü. == Təsviri == Kijuçlar iri balıqlar olub, uzunluqları 98 sm, çəkisi isə 14 kq çata bilir. Digər Sakit okean sümüklülərindən əsas fərqi parlaq gümüşü pulcuqlara sahib olmasıdır. Bu səbənbdən yaponlar onları "gümüşü qızılbalıq" adlandırırlar. Asiyada Anadır çayından tutmuş Oxot dənizinin Kamçatka sahillərinə qədər ki, ərazilərdə müşahidə edilir. Nadir hallarda Saxalinin şərqində, Hokkaydo adaları ətrafında və Amur çayının mənsəbində müşahidə edilir. . Şimali Amerikada daha geniş ərazidə yayılmışdır. Onlara Alyaskadan tutmuş Kaliforniya sahillərinə qədər olan ərazilərdə müşahidə etmək mümkündür (Sakremento çayı). Şimali Amerikada olan fərdlərin həcmi Asiyada olanlardan nisbətən böyük olur.
Video
Video (lat. video dan — baxıram, görürəm) — prinsiplər əsasında hərəkət edən təsvirin formalaşdırılması, qeydə alınması, emalı, ötürülməsi, saxlanması və çoxaldılması üçün elektron texnologiya televiziya, eləcə də audiovizual əsər, fiziki mediada qeydə alınıb (video kaset, video diskdə və s.).
Viləş
Viləş (əvvəlki adları: Nikolayevka; Kalinovka) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi adlandırılmış, Kalinovka kənd inzibati ərazi dairəsi Viləş kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Əhalisi == Əhalisi 2397 nəfərdir. == Toponimiyası == Keçmiş adı Nikolayevka olmuşdur. 1843-cü ildə Volqaboyundan köçüb gələn rus kəndlilərinin məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində sovet dövlət xadimi M.Kalininin şərəfinə Kalinovka adlandırılmışdır. == Tarixi == 5 mart 2013-cü ildə Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Öncəqala kənd inzibati ərazi dairəsinə daxil edilmişdir. Kalinovka kəndi azərbaycan ərazisində ən qədim molokan kəndlərindəndir. Rusların ilk məskunları 1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar.
Vimeo
Vimeo — 2004-cü ildə bir qrup tərəfindən qurulan video paylaşma platforması. Vimeo istifadəçilərin rəqib saytlarda tapılmayan yüksək dərəcədə fərdiləşdirmə ilə videolarını yükləməsinə və tanıtmasına imkan verən optimallaşdırılmış bir onlayn video yayım saytıdır. Vimeo, özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq genişmiqyaslı məzmun yaradıcılarını cəlb etmişdir. Yüksək səviyyəli video və səs keyfiyyətinə diqqət yetirdiyi üçün sayt sənədli və animatorlardan tutmuş portfellərini nümayiş etdirmək istəyən kinorejissorlara və qrafika dizaynerlərinə qədər hər kəsin evinə çevrildi. == Tarixi == Vimeo 2004-cü ildə bir qrup rejissorla birlikdə Zek Kleyn və Ceyk Lodvik tərəfindən yaradılmışdır. Onların fikrincə, sayt insanlara yaradıcı layihələr və həyat hekayələrini paylaşmağa kömək etməlidir. Xidmətin adı “video” və “mən” sözləri üzərində qurulmuş tamaşa, həmçinin “film” sözünün anaqramıdır. 2007-ci ilin oktyabrında Vimeo HD (1280×720) dəstəyi verən ilk video hostinq xidməti oldu. Hazırda xidmət 4K (4096×2160 formatı) daxil olmaqla daha böyük təsvir ölçüsünü də dəstəkləyir. 2017-ci ildən Vimeo-nun 25 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi və 170 milyon izləyicisi var.
Vitex
Viteks (lat. Vitex) - dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Həmçinin bax == Vitex ajugaeflora == İstinadlar == Viteks:The Plant List saytında takson barədə məlumat.
Viver
Siqurni Uiver (/sɪˈɡɔːrni/, ing. Sigourney Weaver; 8 oktyabr 1949[…], Manhetten, Nyu-York ştatı) — ABŞ aktrisası və prodüser. Elmi fantastika və populyar mədəniyyət xadimi. O, 3 Akademiya Mükafatı, 4 Praymtaym Emmi Mükafatı və Toni Mükafatı nominasiyalarından əlavə, Britaniya Akademiyası Film Mükafatı, iki Qızıl Qlobus Mükafatı və Qremmi Mükafatı da daxil olmaqla müxtəlif mükafatlar almışdır. Kanal 4-ün bütün zamanların ən böyük 100 kino ulduzunun geri sayımında o, Top 20-də yalnız iki qadından biri olaraq 20-ci seçildi.
Viyən
Viyən (əvvəlki adı: Viyan) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Viyan kəndi Viyən kəndi adlandırılmışdır. == Toponimikası == Viyen kend mesciti 1883-cü ilde Qedirov Qedir terefinden insa etdirilib. O, Qum sheherinde oxuyarken öz heyatyani sahesini mescit tikmek üçün kend camaatina verib. Eyni zamanda muxtelif imkanli shexslerden de pul toplayib uzun merhele ile tikintini bitirib. Hal-hazirda mescit temir edilib ve Medeniyyet Nazirliyi terefden qorunur 2700-dən artıq əhalisi olan kəndin gencleri yayda esasen Rusiyaya islemeye gedir. Qısda ise geri gelirler. Azyaslilar uzun illerdir ki, berbad günde olan mektebde tehsil alir. Buna regmen, bu mekteb hekim, muellim, polis, jurnalist ve diger onemli saheler üçün kadrlar hazirlaya bilib. Bu işde Fexri ve Natevan muellimin böyük rolu var.
Vizey
Vizey (port. Viseu [viˈzew]) — Portuqaliyada şəhər.
Viber
Viber — çox platformalı dəstək təklif edən və internet üzərindən ani mesajlaşma və səsli zənglər təklif edən rabitə vasitəsi. Mətn mesajları ilə yanaşı, istifadəçilərə bir-birinə media və səsli mesajlar göndərməyə də imkan verir. Proqram mobil telefonda Android, iOS, BlackBerry, Windows Phone, Symbian və Bada-nı dəstəkləyir; İş masasında Windows, Mac OS X və Linux-u dəstəkləyir. Viber istifadəçilərdən hər hansı hesab açmağı tələb etmir, sadəcə telefon nömrəsindən istifadə edərək istifadəçini sistemdə qeyd edir. Viber-i quraşdırdıqdan sonra siz telefon kitabçanızda qeydiyyatdan keçmiş Viber-dən istifadə edən bütün istifadəçilərlə ünsiyyətə başlaya bilərsiniz. Viber-ə ilk dəfə daxil olduğunuz zaman nömrənizi telefon kitabçasında saxlayan və Viber-dən istifadə edən bütün istifadəçilərə avtomatik olaraq Viber-ə qoşulduğunuz barədə mesaj göndərilir.[sitat lazımdır]. 2013-cü ilin may ayından etibarən Viber-in 200 milyondan çox istifadəçisi var. == Tarixi == Viber ilk dəfə 2 dekabr 2010-cu ildə iPhone tətbiqi olaraq Skype-a rəqib olaraq buraxıldı. Tətbiqin limitsiz Android versiyası 19 iyul 2012-ci ildə buraxıldı. BlackBerry və Windows Phone cihazları üçün Viber 2012-ci il mayın 8-də buraxıldı.
Vimen
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Vine
Vine — Twitter tərəfindən 2013-cü ilin yanvar ayında istifadəyə təqdim edilən pulsuz video paylaşma tətbiqi. Tətbiq, istifadəçinin maksimum 6 saniyəlik qısa videolar çəkməsini təmin edir. Çəkilən videolar Facebook və Twitter üzərindən paylaşıla bilir. Həmçinin, Dünyada və Türkiyədə gündəlik həyatda istifadə edilən tətbiqi halına gəlmişdir. 27 oktyabr 2016-cı ildə tətbiqin bağlanacağı çatdırılmışdır. İstifadəçilərin videoları Vine tətbiq daxilində yayımlanırdı və Facebook, Instagram və Twitter kimi digər xidmətlərdə də bu videoları paylaşmaq mümkün olurdu. Vine tətbiqi, digər istifadəçilərin yaydığı video materiallara, mövzu qruplarına və populyar meyilli video materiallara nəzər salmaq üçün də istifadə edilə bilirdi. Vine Instagram və Mobli kimi məşhur tətbiqlərlə yarışmağı bacarmışdır. 2015-ci ilin dekabr ayında, Vine, 200 milyon aktiv istifadəçiyə malik idi. == Tarixçəsi == Vine, Dom Hofmann, Rus Yusubov və Kolin Kroll tərəfindən 2012-ci ilin iyun ayında yaradılıb.
İrəc
İrəc (fars. ایرج‎, Avesta: āiriyā) — Firdovsinın Şahnaməsinin epik personajlarından biridir. İran mifologiyasında Firidunun ən kiçik oğludur. Atası Firidun səltənətini övladları arasında bölüşdürdükdə İranı İrəcə verdi. Qardaşları Səlm və Tur İrəci qısqanclıqlarına görə öldürürlər. Firidun dəstəyi ilə İrəcin oğlu Mənuçö əmilərini öldürür və atasının qisasını alır.
Banyan VINES
Banyan VINESVINES (for Virtual Integrated NEtwork Service) Banyan şirkətinin təklif etdiyi şəbəkə növü (Banyan uzun budaqları və çoxlu kökləri olan ağacdır.) 1984-cü ildə istifadəyə verilmişdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bijən Pakzad
Bijən Pakzad (4 aprel 1944, Tehran, İran - 16 aprel 2011, Kaliforniya, ABŞ) — İran əsilli amerikalı dizayner. == Həyatı == Bijən Pakzad 1944-cü ildə Tehranda anadan olub, 1973-cü ildə ABŞ-yə köçüb, Los-Ancelesdə məskunlaşıb. Dizaynerin Malib, Nyu-York, Milan və Florensiyada xüsusi iqamətgahları olub. O, dünyada məşhur olsa da, İrana gəlişi qadağan olunub. Bijən Pakzad dünyanın ən varlı və məşhur kişilərini – ABŞ-nin sabiq prezidentləri Barak Obama, Corc Buş, Ronald Reyqan, Hollivud ulduzları Arnold Şvartsenegger, Tom Kruz, Entoni Hopkins üçün paltarlar hazırlayıb. Bijən Pakzaddan Rusiya Prezidenti Vladimir Putin, Bruney Sultanı, Böyük Britaniya şahzadəsi Çarlz və "Microsoft" şirkətinin qurucusu Bill Qeyts pencəklər alıblar.
Daniel Vişer
Daniel Vişer (16 yanvar 1950, Bazel – 17 yanvar 2017, Sürix) — İsveçrəli siyasətçi. O, Yaşıllar Partiyasını təmsil edib. Vişer 2003-cü ildə Milli Şuraya üzv seçilib. 2007 və 2011-ci illərdə daha iki dəfə seçilib. Onun fəaliyyət müddəti 2015-ci ildə başa çatmışdır. Vişel Bazeldə anadan olmuşdur. Vişer hüquqşünas Frank Vişerin (1923–2015) oğlu idi. Vişer evli idi və iki övladı vardı. Vişer 17 yanvar 2017-ci ildə 67-ci yaşını qeyd etdikdən bir gün sonra Sürixdə xərçəng xəstəliyindən vəfat etmişdir.
Dizəc Məlik
Dizəc Məlik (fars. ج ملک‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı, Üzümdil mahalı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,123 nəfər yaşayır (238 ailə).
Eli Vizel
Eli Vizel — Nobel Sülh mükafatı laureatı, ədəbiyyatçı. == Həyatı == 30 sentyabr 1928-ci ildə Rumıniyada dörd uşaqlı bir Yəhudi ailənin üçüncü uşağı olaraq doğuldu. 19 Aprel 1944-də Faşistlər tərəfindən ailəsiylə birlikdə Auşvitz həbs düşərgəsi və Buhenvald həbs düşərgəsinə göndərildi. Sol qoluna döyməklə A-7713 nömrəsi işləndi. Anası və ən kiçik qardaşının burada öldürüldüyü sanılır. 1944-cü ilin sonunda atası ilə birgə Buhenvald həbs düşərgəsi nəql edildi. Atası 28 Yanvar 1945-də aclıq və xəstəlikdən öldü. O tarixə qədər atası ilə birgə qalmağı bacardı. Düşərgələrdə işlədilərək keçirdiyi bir ilin ardından, 11 Aprel 1945-də Buhenvald həbs düşərgəsinin Amerikan ordusu tərəfindən ələ keçərilməsiylə, azadlığına qovuşdu. Döyüşdən sonra bir Fransız yetimxanasına yerləşdirildi və həyatda qalmağı bacaran iki bacısıyla bir araya gəldi.
Fransua Viyet
Fransua Viyet (1540-1603) - Fransız riyaziyyatçısı. Hesab edilir ki, bütün elementar cəbri işləyib hazırlamışdır. == Həyatı == 1540-cı ildə Fransanın Fantene-le-Kont şəhərciyində anadan olmuşdur. Atası prokuror olmuşdur. Adətlərə görə atasının sənətinə yiyələnmişdir. Universiteti Puatuda bitirmişdir. 1560-cı ildə doğma şəhərində karyerasına başlamışdır. 1571-ci ildə dövlət işinə başlamışdır. Əvvəlcə parlamentin, daha sonra isə Fransa kralı III Henrinin məsləhətçisi olmuşdur.Onu əsasən Viyet teoreminin yaradıcısı kimi tanıyırlar. == Mənbə == "Uşaqlar üçün ensiklopediya.
Google Video
Google Video — Google şirkəti tərəfindən təqdim olunan, video faylların yerləşdirilməsini və onlar üzrə axtarışı təmin edən veb-xidmət. Xidmətdən istifadə edənlər video fayllara birbaşa baxa və ya .gvi formatında öz kompüterlərinə endirə bilərlər. Həmçinin video-fraqmentlər hər hansı veb-saytın HTML-koduna daxil edilə bilər. == Tarixi == Xidmətin rəqibləri — iFilm, Metacafe, Veoh, blip.tv və Outloud.tv xidmətləridir. 9 oktyabr 2006-cı ildə Google şirkəti keçmiş rəqibi olan YouTube şirkətini 1,65 milyard ABŞ dollarına satın alsa da, bu saytı Google Video xidməti ilə birləşdirməyərək, sadəcə video faylların axtarış sistemlərini bir-birinə inteqrasiya etdi. 2009-cu ildə Google Video-da yeni videoların əlavə olunması dayandırıldı, lakin əvvəl yüklənmiş videoları izləmək mümkün idi. 29 aprel 2011-ci ildə videoları izləmək funksiyasının da dayandırılması nəzərdə tutulsa da, 25 aprel 2011-ci ildə Google şirkəti bu planından əl çəkdiyini bildirdi. Həmçinin şirkət, bütün məzmunun YouTube-a keçiriləcəyini, lakin Google Video keçidlərinin aktiv qalacağını bildirdi.
Kirəç-Muğanlı
Kirəç Muğanlı — Marneuli rayonunda kənd adı. Anaxatır çayının sahilində, Marneuli düzənliyində yerləşir. Dəniz səviyyəsindən 280 m hündürlükdədir. Marneuli şəhərinə olan məsafə 40 kilometrdir. == Toponimkası == Kirəç Muğanlı- Marneuli rayonunda kənd adı.Gürcücə yazılışı Kiraç Muqonlo.Azərbaycanda Kirəcbulaq (Qax rayonu,Tasmalı kəndində), Kirəçbulaq (Zaqatala rayonunda Ələskər kəndində) adları ilə mənşəcə eynidir.Muğanlı elinin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.İrəvan əyalətində Kiraşlu (Kirəcli) ,Qars əyalətinin Oltin dairəsində Kiraşlı - Koltəpə (dağ adı),Kiraşli göl və Batum əyalətinin Artvin dairəsində Kiraç dağ toponimləri ilə eynidir.Azərbaycan dilində "kirəc"sözündəndir.Azərbaycanda Qazax qəzasında (indi Ermənistanın Noyemberyan rayonunda) Kirəşdərə qışlaq adı ilə eynidir. == Əhali == Əhalisi 2002-ci il siyahıalınmasına görə 1155 nəfərdir, 99% tərkibi azərbaycanlılardan ibarətdir. 2014-cü il göstəricilərinə görə əhalinin sayı azalaraq 1102 nəfər təşkil edib. == İqtisadiyyatı == Əhali əsasən kənd təsərrüfatı, qoyunçuluq və maldarlıqla məşğul olur. Kəndin drenaj sisteminin yararsız olması səbəbindən yağışlar nəticəsində tez-tez kəndi sel basır. 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Kirəс-Muğanlı kəndinə təbi qaz verilib.
Kirəç Muğanlı
Kirəç Muğanlı — Marneuli rayonunda kənd adı. Anaxatır çayının sahilində, Marneuli düzənliyində yerləşir. Dəniz səviyyəsindən 280 m hündürlükdədir. Marneuli şəhərinə olan məsafə 40 kilometrdir. == Toponimkası == Kirəç Muğanlı- Marneuli rayonunda kənd adı.Gürcücə yazılışı Kiraç Muqonlo.Azərbaycanda Kirəcbulaq (Qax rayonu,Tasmalı kəndində), Kirəçbulaq (Zaqatala rayonunda Ələskər kəndində) adları ilə mənşəcə eynidir.Muğanlı elinin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.İrəvan əyalətində Kiraşlu (Kirəcli) ,Qars əyalətinin Oltin dairəsində Kiraşlı - Koltəpə (dağ adı),Kiraşli göl və Batum əyalətinin Artvin dairəsində Kiraç dağ toponimləri ilə eynidir.Azərbaycan dilində "kirəc"sözündəndir.Azərbaycanda Qazax qəzasında (indi Ermənistanın Noyemberyan rayonunda) Kirəşdərə qışlaq adı ilə eynidir. == Əhali == Əhalisi 2002-ci il siyahıalınmasına görə 1155 nəfərdir, 99% tərkibi azərbaycanlılardan ibarətdir. 2014-cü il göstəricilərinə görə əhalinin sayı azalaraq 1102 nəfər təşkil edib. == İqtisadiyyatı == Əhali əsasən kənd təsərrüfatı, qoyunçuluq və maldarlıqla məşğul olur. Kəndin drenaj sisteminin yararsız olması səbəbindən yağışlar nəticəsində tez-tez kəndi sel basır. 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Kirəс-Muğanlı kəndinə təbi qaz verilib.
Le-Viyen
Le-Viyen (fr. Le Vilhain) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03313. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 268 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 174 nəfər (15-64 yaş arasında) arasında 119 nəfər iqtisadi fəal, 55 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,4%, 1999-cu ildə 71.0%). 119 aktiv adamdan 106 nəfəri (61 kişi və 45 qadın), 13 nəfəri işsizdir (8 kişi və 5 qadın). Aktiv olmayan 12 nəfər arasında şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 19 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Rəqəmsal video
Rəqəmsal video — Məlum olduğu kimi, videogörüntü kadrlar ardıcıllığından başqa bir şey deyil. Filmin hər saniyəsi 24 müxtəlif kadr toplusudur. Beləliklə, bir saniyəlik videonu yada saxlamaq üçün bizə bütün kadrı saxlamaq lazım gəlir. Tutaq ki, kadrın ölçüsü 512 x 384 nöqtədən ibarətdir. İstənilən nöqtə 16 milyon rəngdən birinə boyana bilər, yəni onu əks etdirilməsi üçün 3 bayt yaddaş lazım gələcək: 512 x 384 x 3 = 589824 bayt. Deməli bir kadrın saxlanılması üçün 600 kbayta yaxın yaddaş lazımdır. Əgər həm də səsi yadda saxlamaq tələb olunarsa, onda kadrın ölçüsü böyüyəcək. Bu zaman, məsələn, çox da böyük olmayan sıxlıq ilə iki saatlıq videoyazınıın saxlanılması üçün 10 Gbaytdan artıq yaddaş lazım gələcək. Videonu rəqəmsal daşıyıcılarda saxlamaq üçün videogörüntülərin sıxılması texnologiyasından istifdadə edilir. Ən geniş yayılmış sıxma formatı MPEG-dir.
Sid Vişes
Sid Vicious (Simon John Ritchie; 10 may 1957 – 2 fevral 1979). 1957-ci ildə Londanda atası John Ritchie və anası Anne Ritchie olan ailədə anadan oldu.Anne hippi idi.Atası isə Buchingham Palace-də mühafizəçi işləyirdi.Simon (Sİd)-in doğulmasından bir muddət sonra atası John Ritche öz ailəsini tərk etdi.Bundan sonra Anne və John İvisa adasına köçdülər.Orada John-un anası Christopher Beverley adlı biriylə evləndi.Bundan sonra John soyadını dəyişib John Beverley oldu.Burada narkotik sataraq dolanışığını təmin etməyə başladı. 6 aydan sonra onun ögey atası öldü və onlar Şərqi Londona (Hackney) köçdülər.1965-də Londona döndüyündə John 8 yaşında idi. Bir müddət sonra Anne oğlunu küçəyə atdı. Yetkinlik çağına gəldiyində John təcavüzkar və əvvəldən kəskin xarakterli bir uşaq olaraq tanınırdı. Bir The Ramones fanatı olmadan əvvəl David Bowie və T-Rex kimi musiqiçiləri dinləyirdi.O həmçinin vaxtını oxuduğu Clevedon Secondary Modern-un yerləşdiyi Somerset-de keçirdi. == Sex Pistols == Sid-ə "Sid Vicious" ləqəbini gələcəkdə qurulacaq Sex Pistols qrupunun vokalisti John Lydon (Johnny Rotten) verdi.Johnny 1976-cı ildə Sex Pistols qrupunu qurdu, Sid hələ 19 yaşında idi.Sex Pistolsun qışqırdıcı stili onun ilk zamanlarında çox sevilməməsinə səbəb oldu. Bu vəziyyət qrupda bas gitara çalan Glen Matlock-un ayrılmasına səbəb oldu (öz deyişiylə "çox çox" Beatles dinləyirdi). Bu hadisənin ardından Johnny boşalan yeri Sid ilə doldurmağı düşündü. Sid Sex Pistolsda ehtiyat drummer olaraq vəzifə yerinə yetirmişdi,lakin əvvəllər heç bass gitara çalmamışdı.1977də bas gitara çalmağı öyrənməyə başladı.