Viləş

Viləş (əvvəlki adları: Nikolayevka; Kalinovka) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi adlandırılmış, Kalinovka kənd inzibati ərazi dairəsi Viləş kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[1]

Viləş
39°00′37″ şm. e. 48°46′27″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Viləş xəritədə
Viləş
Viləş

Əhalisi 2397 nəfərdir.[2]

Keçmiş adı Nikolayevka olmuşdur. 1843-cü ildə Volqaboyundan köçüb gələn rus kəndlilərinin məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində sovet dövlət xadimi M.Kalininin şərəfinə Kalinovka adlandırılmışdır.[3]

5 mart 2013-cü ildə Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Öncəqala kənd inzibati ərazi dairəsinə daxil edilmişdir.[4]

Kalinovka kəndi azərbaycan ərazisində ən qədim molokan kəndlərindəndir. Rusların ilk məskunları 1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar. 1837-ci ili çarın fərmanı bizim ərazimizdə rus kəndlərinin yaranmasına təkan verir. 1838-ci ildə Mixail Akinfeyeviç Popovun tərəfdarları Lənkəran qəzasının Qızılağac kəndi yaxınlığında poçt yolu ətrafında yerləşirlər. Yaşayış ərazisi hər tərəfli yararlı bir məkan idi. 1840-cı ildə Popovun həmfikirlərinin yeni dəstəsi Rusiyadan sürgün edilir və otuz iki malakanlılar bu ərazidə yerləşdirilir. Yeni salınmış ərazi Mixail Popovun şərəfinə Mixaylovka adlandırılır. Sonralar bu ad dövlət tərəfindən dəyişdirilib Nikolayevka qoyulur. Molokanlar bu adla barışırlar- qəbul edirlər. Sürgün edilən malakanlar əsasən Rusiyanın mərkəzindən, Volqaboyundan gətirilmişlərdirlər. Onların hamısına Popov rəhbərlik edirdi. Malakanlar əsasən heyvandarlıqəkinçiliklə məşğul olurdular. Sonrakı illər buraya yeni-yeni dəstələr, Popovun tərəfdarları axıb gəlməkdə davam edirdilər. Sovet hakimiyyətinin qələbəsindən sonra kəndin adı “Ümumittifaq starosta” Kalininin şərəfinə dəyişdirildi.

İnfrastrukturu

[redaktə | mənbəni redaktə et]

Kənddə ilk məktəbin açılması: Tarixi faktlara inansaq, Masallı rayonunda ilk təhsil ocağı ( məktəb) 1861- ci ildə Kalinovkada açılmışdır. Təməli hələ XIX əsrin birinci yarısında qoyulmuş hal-hazırkı məktəb, indi də rayonun təhsil sahəsində həmişə ön sıralarda olmuşdur. Neçə-neçə alimlərin, həkimlərin, yüksək çinli zabitlərin yetişməsində məktəbin rolu böyük olmuşdur. Məktəb, ümumiyyətlə, kənd XX əsrin 50-70-ci illərində rayonun mədəniyyət mərkəzi olmuşdur. Həmin illərin məzunlarının indi də məktəblə sıx əlaqəsi var, onlarla məktəbdə görüşlər təşkil olunur.[mənbə göstərin]

  1. "Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-04.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.
  4. "Masallı rayonunun inzibati ərazi böündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 5 mart 2013-cü il tarixli Qanunu" (az.). president.az. 15 mart 2013, 21:40. 2013-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-06.