Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qareyka
Qareyka (rus. Гарейка, başq. Гәрәй) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 39 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 18 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 51 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (60%) tatarlar (35%) üstünlük təşkil edir.
Koreka
Koreka (Koraka və ya yerli dialektdə Korika) — İtaliyanın Kalabriya regionunun Kozentsa vilayətinin Amanteya kommunasında fraksiya. == Coğrafiyası == === Sərhədləri və ərazisi === Korekanın qərbində Tirren dənizinin cənub hissəsi, cənubunda, Kampora San Covanni fraksiyası ilə sərhəddin başldığı yerdə isə Amanteya şəhəri yerləşir. Ərazisi əsasən qayalı burundan ibarətdir və şəhərin mərkəzi hissəsi düzənlikdə yerləşir. Fraksiyanın ərazisinə həm də dağlıq sahə və geniş çimərliklər daxildir. İqlim yumşaq və rütubətli qışla və günəşli günləri çox olan isti, quru və küləkli yayla xarakterizə olunan tipik Aralıq dənizi iqlimidir. == İqtisadiyyatı == Korekada və yaxınlıqdakı Kampora San Covannidə əsas gəlir mənbəyi 1960-cı illərdən populyar olan gözəl mənzərəli sahil xəttinin hesabına formalaşmış turizm və mehmanxana sektorudur. Həmçinin, ərzaq, mebel və avadanlıqlar istehsal edilən bəzi kiçik sex və fabriklər də fəaliyyət göstərir. == Kəndləri == 2017-ci ildən bəri Korekanın ərazisinə aşağıdakı kəndlər daxildir: == Abidələri və görməli yerləri == === Bizim mələklər anası kilsəsi === 1964-cü il oktyabrın 1-də Bizim mələklər anasına həsr edilmiş Koreka kilsəsinin tikintisinə başlanmış və 1965-ci ildə başa çatdırılmışdır. Kilsə müasir, lakin mülayim tərzdədir və 65 nəfər yerləşə bilir. Hər il 22 avqustda, şəhərin qoruyucu müqəddəsinin anım günündə mərkəzi küçələrə gedən yürüş keçirilir.
Korenk
Korenk (fr. Corenc) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Melan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38126. Kommunanın 2012-ci il üçün əhalisi 3944 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 4 km şimal-qərbdə yerləşir.
Leon Qoretzka
Leon Qoretzka (Almanca tələffüz: [ˈlɛ.ɔn ˈɡor.ʀɛts.kaː]; 6 fevral 1995, Boxum, Şimali Reyn-Vestfaliya) — Bundesliqa təmsilçilərindən olan "Bayern Münhen" klubunda və Almaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur.
Vlado Goreski
Vlado Goreski (21 aprel 1958, Bitola) — Makedoniyalı rəssam. == Həyatı == Lyublyana, Sloveniya Rəssamlıq Akademiyasını, va Skopye İncəsənət Tarixini bitirib,,,,.. Beynəlxalq Qrafik Triennalının bədii rəhbəri - Monastır.. == Sərgilər == 100-dən çox qrup sənət sərgisində iştirak edib və iyirmi solo sərginin müəllifidir:Sloveniya, Xorvatiya, Fransa, İngiltərə, İtaliya, Meksika, Polşa, Rusiya, Yaponiya... == Mükafatları == Bədii uğurlarına görə iyirmidən çox mükafat qazandı. == Qalereya == == Ədəbiyyat == Vlado Goreski, Drypoint I, Galerie Jan SENNY, 2019. Vlado Goreski, Nocturne, variationer, Galerie Van Gis, 2018. Vlado Goreski, Cathedral – 2. Vlado Goreski, Drypoint I, 2019.
İqor Qorbenko
İqor Qorbenko — Ukraynanı təmsil edən yüngül atlet. İqor Qorbenko, 1996 Atlanta Paralimpiadasında bürünc medal, 2000 Sidney Paralimpiadasında isə gümüş və bürünc medal qazanıb. == Karyerası == İqor Qorbenko, 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan X Yay Paralimpiya Oyunlarına qatıldı. F11 tipində üçtəkanla tullanma yarışlarında o, bürünc medal qazandı. Daha sonra İqor Qorbenko, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XI Yay Paralimpiya Oyunlarına qatıldı. O, F12 tipində uzunluğa tullanma yarışlarında gümüş medala, F12 tipində üçtəkanla tullanma yarışlarında isə bürünc medala sahib oldu. İqor Qorbenko, 1996-cı ildə Ukrayna Prezidentinin fəxri fərqlənmə nişanı ilə, 2000-ci ildə isə II dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edildi.
Şerenka çubuqlucası
Şerenka çubuqlucası (lat. Philadelphus schrenkii) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Çin və Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-4 m, çətiri çox hallarda yumurtaşəkilli, yuxarı hissələrdə düz budaqlanan koldur. Zoğları tükcüklü, qabığı qəhvəyi, çox hallarda xırda, qara ziyilciklərə malikdir. Birillik və çox yaşlı budaqların qabığı qonur və ya sarımtıl-boz, soyulandır. Yarpaqları yumurtavari, enli ellips və ya uzunsov ellips formalı, tam kənarlı və ya bir qədər xırda, bir-birindən aralı dişli, nadir hallarda hər tərəfdən 10-15 dişli, qarşılıqlı və tökülən, üst tərəfdən çılpaq və ya seyrək tükcüklü, alt tərəfdən isə damarlar boyunca tükcüklü olur. May ayında çiçəkləyir. Çiçəkləri ağ, 3-4 sm diametrində, ətirlidir. Çiçək saplağı sıx tükcüklərlə örtülmüşdür.
Dina Qorina
Dina Qorina (1 noyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Dina Qorinanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Dina Qorina Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı. Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu. 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu. Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.
Gorana (Suxumi)
Gorana (keçmiş Tsuqurovka, adı 3 sentyabr 1948-ci ildə dəyişdirilib) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyyəsindən 320 m yüksəklikdəç Suxumidən 5 km. 2008-ci ildən Rusiya Federasiyası tərəfindən işğal edilmişdir. == Ədəbiyyat == ენციკლოპედია "საქართველო", ტ. 2, თბ., 2012. — გვ. 99.
Lorena Miranda
Lorena Miranda (d. 7 aprel 1991) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Lorena Miranda, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.
Lorena Qurendez
Lorena Qurendez (7 may 1981) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Lorena Qurendez İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub. Daha sonra Lorena Qurendez İspaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.
Lorena Roxas
Lorena Roxas (isp. Lorena Rojas; 10 fevral 1971, Mexiko – 16 fevral 2015, Mayami, Florida) — məşhur Meksika aktrisası, modeli və müğənnisi.
Morena Bakkarin
Morena Silva de Vaz Bakkarin (port. Morena Silva de Vaz Setta Baccarin; 2 iyun 1979, Rio-de-Janeyro) — braziliyalı aktrisa. Televiziya serialı Firefly və Serenity filmindəki İnara Serra rolu ilə tanınır. Həmçinin Dedpul filmlərindəki rolu ilə də tanınır. Hal-hazırda Gotham serialında Dr. Lesli rolunu canlandırır.
Nasi-qorenq
Nasi-qorenq (indonez. nasi goreng, mənası "qızardılmış düyü"), İndoneziya mətbəxinin həm də Cənub-Şərqi Asiyanın milli yeməyidir. Çox vaxt İndoneziyanın "kulinariya simvolu" olaraq qəbul edilir, Qərb ölkələri də daxil olmaqla bölgədən kənarda da yayılmışdır. Plov növü olub, bitki yağında heyvan və ya bitki mənşəli əzilmiş məhsullarla qızardılmış düyü qarışığıdır. Müxtəlif növləri var. Tarixən əsas kulinariya mərkəzlərindən biri olan Yavada xüsusilə populyardır. İndoneziya və bir sıra digər regional mətbəxlərdə, Nasi-qorenq ilə birlikdə qarnir, adətən, yumurta, bir neçə manqal sate, krupuk (Çipsi), az miqdarda təzə və ya isladılmış tərəvəz və bəzən də digər qəlyanaltılar ilə tamamlanır. == Yaranması və yayılması == Nasi-qorenq, uzun əsrlər boyu Malakka yarımadasında və Malay arxipelaqının əsas taxıl məhsulu kimi becərilən düyünün ənənəvi bişirilməsi üsullarından biridir. Qaynadılmış düyünün bitki yağında qovurulması, həmçinin yeməyin əvəzedilməz tərkib hissəsi olan soya sousunun işlədilməsi təcrübəsinin burada məskunlaşmış çinlilərdən mənimsənildiyi güman edilir. Düyünün bu üsulla bişirilməsi nəinki ona xüsusi dad verir, hətta nəmli, isti havada yeməyin uzun müddət saxlanılmasına şərait yaradır.
Qornya Maoça
Qornya Maoça (serb-xorv. Gornja Maoča, serb-kiril. Горња Маоча), əvvəllər Karavlasi (serb-kiril. Каравласи) — Bosniya və Herseqovinanın Tuzla kantonunun Srebrenik bələdiyyəsində kənd. Mayevisa dağ silsiləsində yerləşən kəndin adı Azərbaycan dilinə "Yuxarı Maoça" olaraq tərcümə olunur. == Coğrafiya == Qornya Maoça Bosniya və Herseqovinanın şimal-şərqində, Mayevisa dağ silsiləsinin üzərində yerləşir. == Tarix == Kənd əvvəllər Karavlasi olaraq bilinirdi. Bosniya müharibəsi zamanı kəndin serb əhalisi etnik təmizləməyə məruz qalmışdı. Müharibədən sonra, kəndə yerli və əcnəbi vəhhabilər yerləşmişdir. Onların çoxu Bosniya Mücahidininin üzvü idi.
Qoroka Universiteti
Qoroka Universiteti (ing. University of Goroka) — Papua-Yeni Qvineyanın Qoroka şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1965-ci ildə müəllimlər üçün kollec qoyulmuşdur. 1997-ci ildən Qoroka Universiteti adını daşıyır. == Fakültələri == Təhsil fakültəsi; Elm fakültəsi; Humanitar fakültəsi.
Şorena Begaşvili
Şorena Begaşvili (8 iyul 1982, Rustavi) - gürcü aktrisa və teleaparıcı. Şota Rustaveli adına Teatr və Film Universitetini bitirib. Vake Teatrının Bodrumunda, Rustaveli Teatrının Bodrumunda, Qlobus Teatrında çalışıb. Şorenanın karyerası praktiki olaraq 2008-ci ildə gürcü dilli "Playboy" üçün soyunanda başladı. Bundan sonra Begashvili müxtəlif erotik rollar oynadı. 2009-2010-cu illərdə müəllifin "Şorenayla Gecə" (İmedi TV) erotik proqramına sahib idi. Şou həm ictimaiyyət, həm də ruhanilər tərəfindən çoxlu tənqidlərə səbəb oldu. Rustavi 2-də Vaniko Tarkhnishvili ilə birlikdə 2017-ci ildə bağlanan "Şanslı Təkər" proqramına ev sahibliyi etdi. Shorena həm işi, həm də şəxsi həyatı ətrafında bir çox qalmaqallara qarışdı. Ən məşhur qalmaqallardan biri, Gürcüstan taxtının varisi David Muxraneli ilə aralarında olan romana aiddir.
Tapın görək
Tapın görək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyun bəzi bölgələrdə "Qələndər, ay Qələndər", bəzən "Sual-cavab" adlandırılsada bu oyun əsasən "Tapın görək" oyunu kimi təşəkkül tapmışdır. Bu oyunun da Azərbaycanın ayrı-ayrı bolgələrində muxtəlif adları ("Yengəla ha, yengəla", "Quşum-quşum", "Durna-durna", "Səməndər, ay Səməndər", "Yalan-palan", "Bir quşum var bu boyda" və s.) məlum idi. == Oyunun qaydaları == Tapın görək oyununa hazır olan uşaqlar sanama yolu ilə bir nəfəri oyun başçısı (usta, ya molla) seçirlər. Oyun başçısı(usta, ya molla) seçiləndən sonra uşaqları sıraya düzür və bir turna başda durana(sırada birinci dayanana) verərlər. Özü isə nisbətən bir uca yerə çıxıb nəzərdə tutduğu bir quşu, heyvanı və yaxud da başqa bir əşyanın əlamətlərini və hərəkətlərini uşaqlara nişan verməklə söyləyərlər: Əvvəlcə uşaqlar növbə ilə cavab verməlidirlər. Hər kəs öz ağlına gələni bir şeyə oxşadar və deyər. Düz deməyən şəxs turnanı yanındakına verməlidir. Hər hansı kəs düz desə oyun başçısı(usta, ya molla) deyər: "palan" O vaxt cavabı düz tapan turna ilə o biri uşaqları döyər. Beləcə sual-cavab davam edər.
Krasnaya Qorka (Arxangel)
Krasnaya Qorka (başq. Красная Горка, rus. Красная Горка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Qızıl Ezem kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 9 km, kənd sovetliyindən (Qızıl Ezem):12 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 11 km.
Krasnaya Qorka (Bakalı)
Krasnaya Qorka (başq. Красная Горка, rus. Красная Горка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 24 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 98 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşlar (80 %) üstünlük təşkil edir.
Tap görək (oyun)
Tap görək — Azərbaycan milli uşaq oyunu. == Yaş == 15 6-10 == Oyunçuların sayı == 1 == Oyun qaydası == Bir dəstə uşaq bir yerə yığılır və hər bir uşağa ad qoyulur. Eləcə də adlarına müvafiq onların yeyəcəyi xörək təyin edilir. Məsələn: uşaqların biri dovşan yediyi-kələm; ikinci adam yediyi-cörək, üçüncü kirpi yediyi-ilan, dördüncü tülkü yediyi-toyuq, beşinci toyuq yediyi-darı, altıncı qarğa yediyi-pendir. Uşaqlar dairə vurub otururlar. Onlardan biri dairənin mərkəzinə gəlib barmağı və yaxud əlindəki ağac ilə yerdə dairə çəkə-çəkə deyir: karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma. O biri uşaqlar da barmaqları ilə və ya təbaşirlə dairə çəkə-çəkə karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma deyirlər. Dairənin ortasındakı uşaq birdən barmağını yuxarı qaldıraraq, yoldaşlarının birindən soruşur: yediyin nədir? Həmin uşaq çaşmayaraq qabaqcadan təyin edilən xörəyin adını düzgün söyləyərsə oyun davam edər. Uşaqlar yenə karıxma-darıxma, kəliməsini təkrar edirlər.