Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zima
Zima (rus. Зима) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Lima
Lima Perunun paytaxtı.Şəhər sakit okeandan 12 km şərqdə Kallau çayının limanında yerləşir.Lima 21-ci əsrin ən sıx şəhərlərindən biridir.Əhalisinin sayı 7.368.069 nəfərdir.
Sima
Sima — yer qabığında sial təbəqəsindən altda yerləşən və tərkibi başlıca olaraq silisium və maqneziumdan ibarət olan təbəqədir. Hazırda sial və sima təbəqələri əvəzinə silikat təbəqəsi termini daha çox işlənməkdədir.
Zina
Zina — ümumi mənada, bir-biri ilə evli olmayan iki şəxsin razılaşdırılmış cinsi əlaqəsi. Razılıqla cinsi əlaqədə olan partnyorlardan biri və ya bir neçəsi başqa bir şəxslə evlənərsə, buna zina deyilir. Jan Kalvin zinaya cinsi əlaqə üçün ilahi modeldən kənar hər hansı seksual akt kimi baxırdı. Bir çox insanlar üçün bu termin əxlaqi və ya dini bəyənilməzlik çalarları daşıyır, lakin bu terminin tətbiq olunduğu seksual aktların əhəmiyyəti dinlər, cəmiyyətlər və mədəniyyətlər arasında dəyişir. Müasir istifadədə bu termin tez-tez nikahdan əvvəl seks, nikahdankənar seks və ya əyləncəli seks kimi daha çox mühakimə - neytral terminlərlə əvəz olunur. == Tarix, mədəniyyət və qanunlar arasında == American Sociological Review tərəfindən 2000-2008-ci illər arasında inkişaf etməkdə olan 31 ölkəni əhatə edən sorğu göstərib ki, “yəhudilərin 94 faizi... xristianların 79 faizi, buddistlərin 65 faizi, müsəlmanların 43 faizi və hinduistlərin 19 faizi nikahdan əvvəl cinsi əlaqədə olduqlarını bildiriblər." === Böyük Britaniya === 1170-ci illərdə "cütlüklərin evlənmədən əvvəl birgə yaşaması və əmiuşağıların bir-biri ilə evlənməsi adi bir təcrübə idi" və orta əsr İngiltərəsində hər hansı sosial səviyyədə zinakarlar ətrafında çox az stiqma var idi. Məsələn, Fateh Vilhelmin Normandiya taxtına keçmək hüququ onun zinakar olması və Harold Qodvinsonla İngiltərəni kimin idarə edəcəyi ilə bağlı münaqişəsində bu məsələ ona qarşı bir arqument olaraq qaldırılmamışdır. Ancaq bir neçə nəsil sonra zinakarlar artıq ingilis taxtına iddia edə bilməyəndə münasibət dəyişdi. Valdensilər zinakarlıqda günahlandırılan və bunu günah saymayan orta əsr təriqəti idi.
Ziya
Ziya — ad. Mənası işıq, nur anlamındadır. Ziya Göyalp — Türkiyənin məşhur ictimai xadimi. Ziya Paşa — Türk yazıçısı, şairi və dövlət adamı.
Lima Lima (aerobatika eskadronu)
Lima Lima Uçuş Komandası (ing. Lima Lima Flight Team) ABŞ-nin İllinoys ştatında bazalaşan mülki aerobatika eskadronudur. Uçuşlar üçün 6 ədəd Beechcraft T-34 Mentor təyyarəsinin daha güclü mühərrikə məxsus versiyasını istifadə olunur. T-34 təyyarələri hərbi aerobatika komandalarında istifadə olunan təyyarələrdən daha aşağı sürətə sahib olduğuna görə şou zamanı "ölü vaxt" olmur.
Adriana Lima
Adriana Lima (12 iyun 1981, Salvador, Baiya) — Braziliyalı model. == Həyatı == Əsl adı Adriana Franseska Limadır. 12 iyun 1981-ci ildə Braziliyada, Salvador, Bahia şəhərində anadan olub. Atası Nelson Torres, anası Maria da Graça Limadır. Adriananın uşaqlığı çox çətin keçib, belə ki, atası anasıyla onu hələ 6 aylıq olarkən atıb getmişdir. Əvvəllər atası ilə münasibətləri gərgin olmasına baxmayaraq, mətbuatın verdiyi məlumatlara görə hal-hazırda onların münasibətləri normallaşmaq üzrədir. == Karyerası == Baxmayaraq ki, məktəbdə oxuduğu vaxt bir çox gözəllik müsabiqələrində qalib gəlmişdi, Adriana Limanın heç vaxt model olmaq kimi bir fikri olmamışdır. Amma ən yaxın rəfiqəsi model məktəbində oxumaq istədiyi və tək getmək istəmədiyi üçün Adriana da onunla modellik məktəbinə sənədlərini verdi. Hər iki qız şəkillərini müsabiqəyə göndərdilər, amma yalnız Adriana müsabiqədən keçə bildi. Tezliklə - 15 yaşında Adriana Ford şirkətinin "Dünyanın super modeli" yarışmasına qatılaraq birinci yerə çıxdı.
Ceykob Zuma
Ceykob Qedleyihlekisa Zuma (zulu Jacob Gedleyihlekisa Zuma; 12 aprel 1942[…], Nkandla[d], Kvazulu-Natal vilayəti) — Cənubi Afrika siyasətçisi, 9 may 2009-cu ildən 14 fevral 2018-ci ilədək Cənubi Afrika Respublikasının Prezidenti idi. 14 iyun 1999-cu ildən 14 iyun 2005-ci ilədək Cənubi Afrika Respublikasının vitse-prezidenti, 18 dekabr 2007-ci ildən 2017-ci il 18 dekabrınadək hakim Afrika Milli Konqresinin sədri vəzifəsində çalışmışdır == Həyatı == === Gənclik illəri === Ceykob Zuma, 12 aprel 1942-ci ildə Cənubi Afrikanın Kvazulu-Natal bölgəsindəki Incandla şəhərində anadan olmuşdur. Zulu qəbiləsinə mənsubdur. Atası polis idi və Zuma uşaq ikən dünyasını dəyişdi. Anası evdar qadın idi. Rəsmi məktəb təhsili almamışdı . Onun iki qardaşı var — Maykl və Cozef. 1959-cu ildə Afrika Milli Konqresinə, 1963-cü ildə — Cənubi Afrika Kommunist Partiyasına üzv oldu.. 1975–1990-cı illərdə, əksər AMK üzvləri kimi,Zumada Svazilend, Mozambik və Zambiyada sürgündə idi. AMK-yə qoyulan qadağa ləğv edildikdə ölkəyə ilk qayıdanlardan biri oldu.
Dima Bilan
Dima Bilan (rus. Дима Билан; 24 dekabr 1981, Cökətəy Ayağı, Stavropol diyarı) — Rusiyalı müğənni. == Həyatı == Dima Bilan 24 dekabr 1981-ci ildə Qaraçay-Çərkəzdə anadan olmuşdur. 2 yaşında olanda ailəsi ilə birlikdə Tatarıstana, 6 yaşında olanda isə Kabardi-Balkariyaya köçmüşdürlər. Məktəbə də orada getmişdir. Məktəbdə şeirlər yazmış və mahnılar oxumuşdur. Gnesins Musical College-den məzun olmuşdur. 2008-ci ildə hamının onu tanıdığı ismi, yəni Dima Bilanı gerçək adı olaraq dəyiştirdi. == Albomları == 2003-cü ildə Dima Bilan ilk albomunu çıxartdı. Albomun adı "Ya noçnoy xuliqan" ("Mən gecə avarasıyam") oldu.
Doktor Ziya
Doktor Ziya (tam adı: Ziya Məcidli) — Azərbaycan radio aparıcısı, idman şərhçisi və uşaq psixonevroloqu. == Həyatı == 1995-ci ildən etibarən jurnalistika sahəsində çalışıb. İlk çalışdığı telekanal ANS TV olub. 1999-cu ildə ANS TV-də yayımlanan futbol üzrə "Çempionlar Liqası" verilişində idman şərhçisi olub. Bir neçə il Çexiyanın paytaxtı Praqa şəhərində yaşayıb. Çexiyada yaşayarkən podkast şəklində "Overtime" layihəsini həyata keçirib. === Şəxsi həyatı === Ailəlidir, iki oğlu var.
Emanuelle Lima
Emanuelle Lima (3 may 1996) — Braziliyanı təmsil edən bədii gimnast. Emanuelle Lima 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Lima həm də 2015-ci ildə Pan Amerika Oyunlarında iki qızıl və bir gümüş medal qazanıb. == Karyerası == Emanuelle Lima 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Cessika Mayer, Qabrielle da Silva və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Euseius hima
Euseius hima (lat. Euseius hima) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Hikmət Ziya
Əfəndiyev Hikmət Ziya oğlu (13 may 1929, Nuxa, Zaqatala-Nuxa dairəsi – 2 avqust 1995, Bakı) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1958), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1959), Qabaqcıl maarif xadimi (1978), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1986). == Həyatı == Hikmət Ziya 1929-cu il mayın 13-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1947-1952). "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1952-1969), "Göyərçin" jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri (1969-1984), məsul katib vəzifələrində işləmişdir (1984). Ədəbi yaradıcılığa 1952-ci ildə "Azərbaycan pioneri" qəzetində çap edilən "Qoqola" adlı ilk şeiri ilə başlamışdır. Sonra dövri mətbuatda vaxtaşırı çıxış edir. İlk satirik şeirləri, eyni zamanda "Atamın hədiyyəsi" (1957), "Bahar gözəldir, ya qış?" (1959), "Milçək ürəyi" (1960) kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunmuşdur. "Sınaq", "Ekiz qardaşlar" pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına ("Nənəmin nağılı", "İkilərin sərgüzəştləri", "Solğun çiçəklər") və şeirlərinə musiqi bəstələnmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur.
Kazım Ziya
Kazım Ziya Cəfər oğlu Kazımzadə (21 mart 1896, Yuxarı Əylis, Naxçıvan qəzası – 20 noyabr 1956, Bakı) — Azərbaycan teatr və kino aktyoru, pedaqoq, tərcüməçi, Azərbaycan SSR Xalq artisti (1943), "Stalin" mükafatı laureatı (1948). == Həyatı == === Həyatının erkən dövrü === Kazım Ziya 21 mart 1896-cı ildə Azərbaycanın Ordubad rayonundakı Yuxarı Əylis kəndində doğulub. Yeniyetmə yaşlarından ərəb və fars dillərini mükəmməl öyrənib. Sonralar rus və fransız dillərini də mənimsəyib. 1911-ci ildə əmisi Hüseynin ailəsi ilə Bakıya köçüb. O, 1912-ci ilin payızında burada "İttihad" İran gimnaziyasına daxil olub. Bir il sonra məktəbdə ədəbiyyat dərnəyi yaradıb. 1914-cü ildə Hüseyn Ərəblinski başda olmaqla teatr fədailəri "İttihad" məktəbində şagirdlərin nəfinə (xeyrinə) Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" faciəsinin tamaşasını göstəriblər. Bununla da Kazım Ziyanın taleyinin sənət seçimi qətiləşib. Həmin vaxtdan müxtəlif teatr dəstələrində çıxışlar edib.
Lima Universiteti
Lima Universiteti (isp. Universidad de Lima) — Perunun paytaxtı Lima şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 25 aprel 1962-ci ildə qoyulmuşdur.
Lima qrupu
Lima qrupu (isp. Grupo de Lima) — Venesuelada baş qaldıran siyasi böhranı aradan qaldırmaq məqsədi ilə təşkil olunmuş beynəlxalq təşkilat. Təşkilat adını aldığı Perunun Lima şəhərində 8 avqust 2017-ci ildə təşkil olunmuşdur. == İştirakçı dövlətlər == Qrupun tərkibinə Cənubi və Mərkəzi Amerika bir çox dövlətləri, həmçinin Kanada və Sent-Lüsiya daxildir. Uruqvay, Barbados, Qrenada, Yamayka, həmçinin ABŞ və Avropa İttifaqı təşkilata öz dəstəyini bildirmiş amma ona üzv olmamışlar.
Lima şəhəri
Lima Perunun paytaxtı.Şəhər sakit okeandan 12 km şərqdə Kallau çayının limanında yerləşir.Lima 21-ci əsrin ən sıx şəhərlərindən biridir.Əhalisinin sayı 7.368.069 nəfərdir.
Maskasız sima
Maskasız sima (ing. The Naked Face) — Sidni Şeldonun 1970-ci ildə yazdığı romandır.
Qustavo Lima
Qustavo Lima (3 sentyabr 1989, Prezidenti Oleqario[d], Minas-Jerays) — Braziliyalı müğənni, musiqiçi və söz yazıçısı. 2014-cü ildə artq çoxdan populyarlıq qazanmış "balada boa" musiqisi Lionel Messinin çəkildiyi reklamda səsləndirilib. Qustavo Limanın əsl adı Nivaldo Batista Limadır. 1989-cu ildə Braziliyada anadan olub. Luan Santana və Michel Teló ilə musiqi layihələri vardır. "Balada" mahnısı başda Avropa olmaqla birliktə birçox ölkədə müvəffəqiyyət əldə etmişdir.
Rima Məmmədova
Rima Məmmədova — Azərbaycan kino aktrisası, xoreoqraf, pedaqoq. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasının dosenti == Həyatı == Rima Məmmədova 1942-ci ildə Rusiyanın Saratov şəhərində anadan olub. Bakı Xoreoqrafiya məktəbində təhsil alıb. 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət inistutuna da rejissorluq təhsili alıb. 1967-ci ildə isə təhsilini bitirib. 1972–1974-cü ildən Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiyasının İnistutunun aspirantura şöbəsinə çalışıb. == Pedaqoji fəaliyyəti == 1960–1967-ci ilə kimi Azərbaycan Opera və Balet Teatrının balet artisti kimi fəaliyyət göstərib. 1967–1987-ci illərdə İncəsənət İnustutunda müəllim kimi çalışıb. 1978-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin direktoru vəzifəsinə daxil olmuşdur.
Rima Sen
Rima Sen(benq. রিমা সেন, Reema Sen; 29 oktyabr 1981, Kəlkətə) — hind aktrisası və modeli. == Həyatı == Əsl adı Riya Dev Vermadır. 29 oktyabr 1981-ci ildə Kəlküttə şəhərində anadan olmuşdur. Subaydır.
Rima Vladimir
Rima Vladimir — Ay torpağında geoloji quruluşlu bir bölgənin adı.
Sima Ağayeva
Sima Abbas qızı Ağayeva (15 mart 1932, Axalsıx – 17 avqust 2020) — Azərbaycan rəssamı, dosent, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006) == Həyat və yaradıcılığı == Sima Ağayeva 15 mart 1932-ci ildə Gürcüstan SSR-in Ahalsıx şəhərində anadan olmuşdur. O, 1957-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1964-cü ildə isə Tbilisi Rəssamlıq Akademiyasının "Keramika" fakültəsini bitirmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Rəsam, heykəltaraşlıq və boyakarlıq" kafedrasında dosent işləmişdir. 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam respublika və beynəlxalq sərgilərin dövrü mətbuatda işıqlandırılması sahəsində iştirak etmişdir. Sima Ağayeva rəssam Müslüm Abbasovun həyat yoldaşıdır.
Sıma Syan
Sıma Syan (Çin: 司马迁; d. Təqribən E.ə. 145 ya da E.ə. 135 [mənbə göstərin] – ö. E.ə. 86) — Xan sülaləsininnın böyük fəqih (太史 令)nin başçısı. Sarı İmperatordan Xan Vudiyə 2000 illik Çin tarixinin ümumi baxışını verən Shiji (史记) adlı çox təriflənmiş əsərindən ötəri Çin tarix yazımı nın atası olaraq sayılar. Bu tanıdan əsəri, daha sonrakı Çin tarix yazımına təməl atdı.
Sıma üsulları
Sıma üsulları (metodları) (çin. ənən. 司馬法, sadə. 司马法, pinyin: Sīmă Fă) — E.ə. IV əsrdə Tsi çarlığı dövründə yaranmış hərbi nəzəriyyə. Çinin yeddi klassik hərbi traktatlarından biri. Traktat Çin hökmdarı Tszin-qunun ordu sərkərdəsi olmuş, Sıma Jantszyuyun (çin. sadə. 司马穰苴, pinyin: Sīmǎ Rángjū) nəslinin hərbi ənənəsindən irəli gəldiyindən onun şərəfinə adlandırılmışdır. == Tərkibi == Xan sülaləsi dövründə traktat 155 fəsildən ibarət olduğu halda günümüzə cəmi onun 5 fəsli gəlib çatmışdır: İnsani əsaslar (çin.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
ПМА "В-1" və ПМА "В-2" aşqarları