Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Köləlik
Quldarlıq — İctimai-iqtisadi formasiya. Quldarlar sinfinin qullar sinfini istismar etməsinə əsaslanmışdı. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar hətta özləri istehsalın bir şərti, "danışan əmək aləti" kimi öz ağalarına məxsus idilər. Quldarlıq quruluşu ilk sinfi antaqonist formasiyadır. Bu quruluş özünün ən yüksək inkişaf pilləsinə Qədim Yunanıstan və Qədim Romada çatmışdır. O zamanlar Yunanıstan və Roma antik fəlsəfənin və demokratiyanın ən çox inkişaf etdiyi ölkələr idi. Buna baxmayaraq demokratiya qullara şamil edilmirdi. Nəticədə baş verən böyük üsyanlar (Qədim Romada Spartak üsyanı) və xaricdən olan müdaxilələr tezliklə quldarlığın başqa bir ictimai formasiya — Feodalizm ilə əvəz olunmasına gətirib çıxartdı. == Qul əməyi == Qul — bir insanın başqa birinin malı və mülkü olmasıdır. Başqa bir adamın malı və mülkü olan adama kölə və ya qul ; kölə sahibinə isə əfəndi və ya himayədar deyilir.
Köbələk
Göbələk — makromiset göbələklərin meyvə gövdələri üçün gündəlik dildə istifadə olunan söz. Müasir bioloji təsnifata görə, göbələklər canlıların müstəqil aləmini (Fungi aləmi) təşkil edir. Böyük meyvə gövdələrini meydana gətirən göbələklər iki şöbənin fərqləndiyi ali göbələklərin (Dikarya) alt aləminə aiddir - ascomycetes (Ascomycota) və ya marsupiallar və basidiomycetes (Basidiomycota). Praktik baxımdan göbələk yeməli, yeyilməyən və zəhərli olaraq fərqlənir. Göbələk müxtəlif mikroorqanizmlərdən, əsasən maya (saxaromisetlər) və laktik turşu bakteriyalarından ibarət olan, fermentasiya yolu ilə içkilər əldə etmək üçün istifadə olunan, məsələn, kombuça, kefir göbələklərindən ibarət jelatinli kütlə adlanır.
Adıgözəl Gözəlov
Adıgözəl Xəlil oğlu Gözəlov (1907, Kürqarabucaq, Cavad qəzası – 29 may 1966) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri (1943–1946), Azərbaycan SSR balıq sənayesi naziri (1954–1957). == Həyatı == Adıgözəl Xəlil oğlu Gözəlov 1907-ci ildə Cavad qəzasının Kürqarabucaq kəndində su maşinisti ailəsində anadan olmuşdur. 15 yaşında olarkən, 1922-ci ildə kənd məktəbinə daxil olmuş, burada komsomol üzvü seçilmişdir. İlk təhsilini başa vurduqdan sonra Bakıya gələrək Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, institutu bitirdikdən sonra əvvəlcə Lənkəran MTS-də siyasi şöbənin qəzet redaksiyasında redaktor, "Kommunist" qəzeti redaksiyasında partiya həyatı şöbəsinin müdiri, sonra isə məsul redaktor əvəzi, "Kommunist maarifi" qəzetinin və "İşçi-kəndli müxbiri" məcmuəsinin redaktoru olmuşdur. Adıgözəl Gözəlov 1939-cu ilədək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşviqat və təşkilat şöbəsinin müdiri olmuş, 1939–1941-ci illərdə Mərkəzi Komitənin kadrlar üzrə katibi, 1941–1943-cü illərdə Mərkəzi Komitənin yeyinti və balıq sənayesi üzrə katibi vəzifələrində işləmişdir. ÜİK(b)P MK yanında yanında Ali Partiya Məktəbini bitirən Adıgözəl Gözəlov 1943-cü ilin sentyabr ayında Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə 1946-cı ilədək çalışmışdır. 1954–1957-ci illərdə Azərbaycan SSR balıq sənayesi naziri, 1957–1958-ci illərdə isə Azərbaycan Xalq Təsərrüfatı Şurasının Balıqçılıq Təsərrüfatı Baş İdarəsinin rəisi olmuşdur. Adıgözəl Gözəlov 1-ci çağırış Azərbaycan SSR Ali Sovetinin, 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. O, 29 may 1966-cı ildə 59 yaşında vəfat etmişdir.
Azərbaycanda köləlik
Azərbaycan mühitində köləlik — tarixən Azərbaycan linqvistik və mədəni mühitində və ondan kənarda türk və Azərbaycan mənşəli kölələrin istifadəsi. == Tarixi == === Türk və qıpçaq kölələri === Fələki Şirvani Şirvanda hökm sürən hərc-mərcliyi, ehtimal ki 1123–1125-ci il müharibələrini nəzərdə tutaraq, III Böyük Mənuçöhrün sülh dövrü ilə müqayisə aparırdı. Onun fikrincə, III Mənuçöhr Şirvanı gülüzlü türk və türkman qızları ilə bəzəmişdir. Səlcuqların Şirvan və Arranı işğal etməsi nəticəsində türk kölə və kənizləri bu ərazilərdə ucuz qiymətə satılırdı. XII əsrdə Dərbənd hakimi Nizami Gəncəviyə hədiyyə olaraq qıpçaq kənizi Afaqı göndərmişdir. Nizami onunla ailə qurmuşdur. Kölə türk qızları gözəllikləri ilə məşhur idilər. XII əsr ərəb həkimi Samuil əbu Nəsr ibn Abbas sevdikləri ilə yaxın münasibətdə olan dostlar üçün əyləncə bağı əsərini yazmışdır. Erotik mövzulu əsərdir. Samuilin bu əsərdə gözə çarpan, türk kölələri ilə bağlı biliyi ola bilsin ki, İran Azərbaycanındakı kölə bazarlarından irəli gəlir.
Cahangir Gözəlov
Cahangir Rəcəb oğlu Gözəlov (16 dekabr 1909, Ağdam rayonu, Şıxbabalı kəndi – 7 sentyabr 1999, Bakı) – yazıçı, publisist, felyetonçu. 1935-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkldar mədəniyyət işçisi (1969), Jurnalistlər Birliyinin "Qızıl Qələm" mükafatı lauriyatı (1977). Rəcəb Gözəlovun oğludur. == Həyatı == 1909-cu il, dekabrın 16-da Yelizavetpol quberniyasının Şuşa uyezdinin (indiki Ağdam rayonu) Şıxbabalı kəndində anadan olmuşdur. İbtidai təhsilini kənddə aldıqdan sonra Bakıda Müəllimlər Seminariyasını bitirmişdir. Azərbaycan Tibb Universitetini III kursadək oxumuş, ancaq səhhətinə görə təhsilini davam etdirə bilməmişdir. Baş mətbuat idarəsində bir müddət müvəkkil işləmiş, yeni pedoqoji sahədə fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Nəşriyyatının bədii ədəbiyyat şöbəsində redaktor (1935), Culfa beynəlmiləl dəmiryol orta məktəbində direktor (1936–1937), Ağcabədi rayon maarif şöbə müdiri (1938–1939), İsmayıllıda Diyallı kənd orta məktəbində direktor (1939–40), "Pioner" jurnalında məsul katib (1941), Ağdam 5 saylı beynəlmiləl orta məktəbində dərs hissə müdiri (1941–42) işləmişdir. 1942-ci ildən təqaüdə çıxanadək (1972) fasiləsiz olaraq "Kommunist" qəzetində çalışmışdır. 1999-cu il sentyabrın 7-də Bakıda vəfat etmişdir.
Mikayıl Gözəlov
Mikayıl Gözəlov (5 aprel 1948, Mərzili, Ağdam rayonu – 11 dekabr 1991, Şuşa, Şuşa rayonu[d]) — Şuşa Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1991). == Həyatı == Mikayıl Gözəlov 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində doğulmuşdur. Mərzili kəndində 7 illik orta məktəbi bitirdikdən sonra Novruzlu kəndində orta təhsilini başa vurmuşdur (1964). Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirmişdir (1969). Təyinatla Şuşa şəhərinə göndərilmişdir. 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı və s. vəzifələrdə çalışmışdır. Həmin idarənin rəisi olmuşdur (1976). Şuşada, Xocalıda, Ağdamda, Laçında, Qubadlıda, Kəlbəcərdə, DQMVdə və Azərbaycanın digər bölgələrində onlarla tikinti obyektlərinin icraçı mühəndisi, rəisi kimi fəaləiyyət göstərmişdir. Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsinə təyin olunmuşdur (1989).
Murad Gözəlov
Murad Zabil oğlu Gözəlov (12 may 1995, Həsənabad, Neftçala rayonu – 5 noyabr 2020, Qubadlı) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murad Gözəlov 12 may 1995-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 2001-ci ildə Şəmsəddin Orucov adına Həsənabad qəsəbə tam orta məktəbə daxil olmuşdur. 2010-cu ildə məktəbi bitirmişdir. 2010-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə Neft və Qaz emalı fakültəsinə qəbul olur. 2014-cü ildə kollec təhsilini bitirmişdir. === Şəxsi həyatı === Subay idi. Atası — Zabil Gözəlov 2 mart 1964-cü ildə Neftçala rayonunda anadan olmuşdur. Anası — Mədinə Gözəlova 14 iyul 1972-ci ildə Neftçala rayonunda anadan olmuşdur. Qardaşı — Orxan Gözəlov 21 sentyabr 1997-ci ildə Neftçala rayonunda anadan olmuşdur.
Rüfət Gözəlov
Rüfət Əzim oğlu Gözəlov (17 mart 1996, Dəmirçi, Naxçıvan Muxtar Respublikası – 27 oktyabr 2020, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüfət Gözəlov 1996-cı il martın 17-də Şərur rayonunun Dəmirçi kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun maxesi olan Rüfət Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Oktyabrın 27-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şərur rayonu şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Gözəlov ölümündən sonra "Vətən uğrunda" medalı və 30.12.2020 Tarixli sərəncamı ilə isə "Hərbi xidmətlərə görə" medalı təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rüfət Gözəlov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xalid Gözəlov
Xalid Həsən oğlu Gözəlov (4 noyabr 1996, Aşağı Cürəli, Biləsuvar rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş leytenantı və hərbi pilotu. == Həyatı == Xalid Gözəlov 4 noyabr 1996-cı ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. 2002-ci ildə Zaqatala şəhər 2 saylı tam orta məktəbində təhsil almağa başlamışdır. Orta təhsilini 2012-ci ildə Biləsuvarda yerləşən Oktay Babayev adına orta məktəbdə bitirmişdir. 2012–2016-cı illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Xalid Gözəlov akademiyanı bitirdikdən sonra 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında "leytenant" rütbəsi və pilot vəzifəsi ilə xidmətə başlamışdır. 2019-cu ildə "baş leytenant" rütbəsi almışdır. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan hərbi pilot Xalid Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Ziya Gözəlov
Ziya Zahid oğlu Gözəlov (19 yanvar 2001; Masallı rayonu, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziya Gözəlov 2002-ci il yanvarın 19-da Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ziya Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ziya Gözəlov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziya Zahid oğlu Gözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qismət Gözəlov
Qismət Füzuli oğlu Gözəlov (1967, Salyan rayonu) — Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Qismət Gözəlov 1967-ci ildə Salyan rayonunda anadan olub. Ali təhsilini Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəbşünaslıq ixtisası üzrə alıb. 1995-ci ildən etibarən Xarici İşlər Nazirliyində diplomat olaraq çalışıb. Xarici İşlər Nazirliyində işlədiyi 1995–1998-ci illərdə ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq münasibətlərinə məsul olub və iki Zirvə Toplantısında iştirak edib. 1998–2011-ci illərdə Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunda vitse-konsul, konsul, baş konsul əvəzi, habelə müxtəlif dövrlərdə XİN-də şöbə müdiri vəzifələrində çalışıb. 2012–2014-cü illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Dövlət Başçıları Şurasının Qərarı ilə Təşkilatın Baş katibinin müavini vəzifəsinə təyin olunub. 2015–2018-ci illərdə Xarici İşlər Nazirliyinin İkinci Avropa İdarəsinin rəis müavini vəzifəsində işləyib. 2019–2022-ci illərdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının Qərarı ilə Təşkilatın Baş katibinin müavini vəzifəsinə təyinat alıb. Azərbaycan Prezidentinin 2023-cü il 29 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Andrey Kozlov
Andrey Kozlov (rus. Андрей Козлов; d. 25 dekabr 1960, Luqansk, Ukrayna SSR, SSRİ) — rusiyalı teleaparıcı, rejissor və prodüser. "Nə? Harada? Nə zaman?" elitar klubunun magistrı. "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının prezidenti. "İqra-TV" telekanalının baş direktorunun baş prodüseri və birinci müavini.
Kozlov adası
Kozlov adası — Yapon dənizində, Böyük Pyotr körfəzində yerləşən ada. Popov adasında yerləşən Alekseev burnundan 2,3 km, Reyneke adasından 2,2 km şimal-qərbdə, Vladivostokdan 26 km cənub-qərbdə yerləşir. == Tarixi == Ada V. Babkinin ekspedisiyası 1862–1863-cü illərdə araşdırılmışdır. 1885-ci ildə A. Malsev tərəfindən yenidən araşdırılır. Kozlov adasının maksimal hündürlüyü 40,2 metrdir. Sahilləri yüksək, qayalı və sıldırımlıdır. Ərazisi ot və kol bitkiləri ilə örtülüdür. Adadan cənub-qərbdə bir qaya yerləşir. Şimaldan cənuba doğru uzunluğu 540 m, maksimal eni isə 140 metrdir. Şərq sahilləri daha sıldırımlıdır.
Sergey Kozlov
Sergey Kozlov (yazıçı)
ABŞ-da köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
Rüfət Gözəlov (Şəhid)
Rüfət Əzim oğlu Gözəlov (17 mart 1996, Dəmirçi, Naxçıvan Muxtar Respublikası – 27 oktyabr 2020, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüfət Gözəlov 1996-cı il martın 17-də Şərur rayonunun Dəmirçi kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun maxesi olan Rüfət Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Oktyabrın 27-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şərur rayonu şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Gözəlov ölümündən sonra "Vətən uğrunda" medalı və 30.12.2020 Tarixli sərəncamı ilə isə "Hərbi xidmətlərə görə" medalı təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rüfət Gözəlov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
ABŞ-də köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
Azərbaycan mühitində köləlik
Azərbaycan mühitində köləlik — tarixən Azərbaycan linqvistik və mədəni mühitində və ondan kənarda türk və Azərbaycan mənşəli kölələrin istifadəsi. == Tarixi == === Türk və qıpçaq kölələri === Fələki Şirvani Şirvanda hökm sürən hərc-mərcliyi, ehtimal ki 1123–1125-ci il müharibələrini nəzərdə tutaraq, III Böyük Mənuçöhrün sülh dövrü ilə müqayisə aparırdı. Onun fikrincə, III Mənuçöhr Şirvanı gülüzlü türk və türkman qızları ilə bəzəmişdir. Səlcuqların Şirvan və Arranı işğal etməsi nəticəsində türk kölə və kənizləri bu ərazilərdə ucuz qiymətə satılırdı. XII əsrdə Dərbənd hakimi Nizami Gəncəviyə hədiyyə olaraq qıpçaq kənizi Afaqı göndərmişdir. Nizami onunla ailə qurmuşdur. Kölə türk qızları gözəllikləri ilə məşhur idilər. XII əsr ərəb həkimi Samuil əbu Nəsr ibn Abbas sevdikləri ilə yaxın münasibətdə olan dostlar üçün əyləncə bağı əsərini yazmışdır. Erotik mövzulu əsərdir. Samuilin bu əsərdə gözə çarpan, türk kölələri ilə bağlı biliyi ola bilsin ki, İran Azərbaycanındakı kölə bazarlarından irəli gəlir.
Sergey Kozlov (dövlət xadimi)
Kozlov Sergey Vasilyeviç (rus. Козлов Сергей Васильевич; 10 aprel 1923, Treskino[d], Saratov quberniyası[d] – 12 noyabr 2000, Moskva) — SSRİ partiya xadimi, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1947). == Həyatı == 22 may 1968-ci ildən 20 aprel 1977-ci ilə qədər Azərbaycan Kommunist Partiyasının ikinci katibi vəzifəsində işləmiş və Azərbaycan KP MK bürosunun üzvü olmuşdur. Azərbaycan Kommunist Partiyalarının MK-nın ikinci katibləri böyük səlahiyyətlərə malik idilər. Onlar Sovet İttifaqı Kommunist Partiyası MK-nın nomenklaturası olaraq birbaşa Kremlə tabe idilər və respublika haqqında Moskvanı məlumatlandırıb, oradan göstərişlər alırdılar. Bundan əlavə onlar respublikalarda bütün İnzibati orqanların fəaliyyətini idarə edirdilər.
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü hər il martın 25-də köləlik və transatlantik qul ticarəti nəticəsində əziyyət çəkən və həlak olan milyonlarla insanın xatirəsini ehtiramla yad etmək üçün qeyd edilir. Bu gün həm də irqçilik və qərəzli münasibətin təhlükələri haqqında məlumatlılığı artırmaq, bərabərlik və insan hüquqlarına hörmət dəyərlərinə təşviq etmək məqsədi daşıyır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2007-ci ildə bu günü elan edərək, "tarixdə insan hüquqlarının ən pis pozulması" kimi adlandırılan transatlantik qul ticarətinin cəmiyyət, iqtisadiyyat, siyasət və mədəniyyətə geniş təsirləri olan bəşər tarixində faciəli nəticələrini önə çıxarır və transatlantik qul ticarətinin 4 əsrdən çox davam etdiyini və milyonlarla afrikalının Amerikaya, Karib dənizinə və dünyanın digər hissələrinə məcburi daşınması, burada qeyri-insani şəraitə və qəddar rəftara məruz qalması ilə nəticələnməsi ilə bağlı məlumat yaydı.