Rüfət Əzim oğlu Gözəlov (17 mart 1996, Dəmirçi, Naxçıvan Muxtar Respublikası – 27 oktyabr 2020, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi.
Rüfət Gözəlov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 mart 1996(1996-03-17) |
Doğum yeri | |
Vəfat tarixi | 27 oktyabr 2020(2020-10-27) (24 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2019-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
• İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Rüfət Gözəlov 1996-cı il martın 17-də Şərur rayonunun Dəmirçi kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun maxesi olan Rüfət Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Oktyabrın 27-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şərur rayonu şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Gözəlov ölümündən sonra "Vətən uğrunda" medalı və 30.12.2020 Tarixli sərəncamı ilə isə "Hərbi xidmətlərə görə" medalı təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rüfət Gözəlov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]