Andrey Kozlov

Andrey Kozlov (rus. Андрей Козлов; d. 25 dekabr 1960, Luqansk, Ukrayna SSR, SSRİ) — rusiyalı teleaparıcı, rejissor və prodüser. "Nə? Harada? Nə zaman?" elitar klubunun magistrı. "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının prezidenti.[2] "İqra-TV" telekanalının baş direktorunun baş prodüseri və birinci müavini. Rusiya Televiziya Akademiyasının akademiki.[1] "Breyn-rinq" proqramının quruluşçu rejissoru və aparıcısı.[1]

Andrey Kozlov
rus. Андрей Козлов
Doğum tarixi (63 yaş)
Doğum yeri Luqansk, Ukrayna SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
İxtisası Kimyaçı[1]
Təhsili Donetsk Milli Universiteti[1]
Fəaliyyəti "Nə? Harada? Nə zaman?" oyunçusu, quruluşçu rejissor, teleprodüser və teleaparıcı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1960-ci il dekabrın 25-də Luqanskda anadan olub ("İqra-TV" teleşirkətinin saytında qeyd olunub ki, Almaniyadan SSRİ-yə uçan təyyarədə dünyaya gəlib[3]). Donetsk universitetinin kimya fakültəsini bitirib. Sonralar Jdanov metallurgiya institutunda dərs deyib.[4] 1990-cı ildən Moskvada yaşayır.[5]

Nə? Harada? Nə zaman?

[redaktə | mənbəni redaktə et]

"Nə? Harada? Nə zaman?" klubuna redaksiyaya məktub yazaraq və seçim turunu keçərək düşüb.[3] Elitar klubda ilk oyununu 1989-cu ildə keçirib.[3] Yalnız komandanın kapitanı qismində çıxış edir.[3] Klubun magistridir (2008-ci ildən). Üçqat "Büllur bayquş" (1992, 1994, 2008) və "Brilyant bayquş" (2008) mükafatlarının, eyni zamanda, "Klubun ən yaxşı kapitanı" (2001) poqonunun sahibidir. 27 dekabr 2008-ci ildə, mövsümün final oyununda "Superblits" raundunun hər üç sualına düzgün cavab verərək "Volkswagen Phaeton" avtomobilini qazanıb.

2014-cü il martın 15-də "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının prezidenti seçilib (bu postda Natalya Stetsenkonu əvəzləyib).[2]

Televiziya karyerası

[redaktə | mənbəni redaktə et]

1990-cı ildən televiziyada işləyir.

Quruluşçu rejissor olduğu proqramlar:

  • "İlk baxışdan məhəbbət" (1991—1993)
  • "Breyn-rinq" (1993—2013); yaradıcı qrupun tərkibində 2010-cu ilin TEFİ mükafatı laureatı.[1]
  • "Verilişlər proqramı"
  • "İstəklərinin icrası, yaxud milyonu necə xərcləməli?"
  • "Mədəni inqilab" (2001—2017); yaradıcı qrupun tərkibində 2002 və 2006-cı ilin TEFİ mükafatı laureatı.[1]
  • "XX əsrin mahnıları"
  • "Mənim evim, mənim şəhərim, mənim ölkəm"
  • "Həyat gözəldir"
  • "Böyük şəhərdə adam"
  • "Biz və elm. Elm və biz"

Aparıcı olduğu proqramlar:

  • "Breyn-rinq" (1991—2013 — Rusiya televiziyasında; hazırda — Azərbaycanda beynəlxalq televiziya turniri)
  • "İstəklərinin icrası, yaxud milyonu necə xərcləməli?"
  • "Verilişlər proqramı"
  • "Mənim evim, mənim şəhərim, mənim ölkəm"

"İqra-TV" telekanalının baş direktorunun baş prodüseri və birinci müavinidir.

  1. 1 2 3 4 5 6 "Козлов Андрей Анатольевич". Фонд "Академия Российского Телевидения". 2018-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-05.
  2. 1 2 "Международная ассоциация клубов "Что? Где? Когда?" ПРАВЛЕНИЕ МАК (2014 – …)". mak-chgk.ru. 2017-09-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-05.
  3. 1 2 3 4 "Продюсерский центр ИГРА-ТВ: Козлов Андрей Анатольевич". 2012-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.
  4. "Ответы Андрея Козлова на вопросы посетителей сайта "Игра-ТВ"". 2012-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15., 13 января 2008, проверено 14 мая 2010
  5. "Андрей Козлов: "Между съемками программ мне нужно парить ноги и ставить горчичники"". tele.ru. 2017-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]