Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Beyi
Beyi (əvvəlki adı: Bəyi) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Qocalı kənd inzibati ərazi dairəsi tərkibindəki Bəyi kəndi Beyi kəndi adlandırılmışdır. == Toponimikası == 1917 və 1933-cü illərdə Bəy variantında qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, "bəyə məxsus, bəy mülkü" mənasındadır. Xakas vilayətində Bey, Daşkənddə Bekabad, Türkmənistanda Bekdaş, Penza vilayətində Bekovo adlı yaşayış məntəqələri var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1004 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Keyli
Keyli (rəqs)
Keçi
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Keyt
Keyt — ad. Keyt Qunter — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Hooper — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Vitali — ABŞ döyüş ustası və aktyorudur. Keyt Bekinseyl — ingilis kinoaktrisası. Keyt Qlasko — ABŞ aktyoru və yanğınsöndürəni. Keyt Hadson — ABŞ aktrisası. Keyt Ueyn Keyt Nelson — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Keyt Kuk – Amerika aktyoru, kaskadyor və döyüş sənətləri ustası Keyt Apton — amerikalı model və aktrisa. Keyt Bristol — ABŞ aktrisası.
Afrika kəli
Afrika kəli (lat. Syncerus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Amblyseius keni
Amblyseius keni (lat. Amblyseius keni) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius keni Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Artur Keli
Artur Keli (ing. Arthur Cayley; 16 avqust 1821[…], Riçmond[d], Böyük London – 26 yanvar 1895[…], Kembric) — İngilis riyaziyyatçısıdır; qruplar nəzəriyyəsi, riyazi analiz, proyektiv həndəsə üzrə əsərlərin müəllifidir.
Asiya kəli
Asiya camışı, Hindistan camışı və ya Su camışı (lat. Bubalus bubalis - Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı – arni (Bos arnee) cənubi Asiyada Himalay dağlarından Benqaliyədək, Assam cınqıllarında, Birma və Siamda, habelə Seylon adasında yaşayır. Keçmişdə Beynəlnəhreyndə (Mesopatamiyada) və bəzi müəlliflərin yazdığına görə, şimali Afrikada da yaşayırmış. Hind camışı 200 sm hündürlükdə və 1500 kq ağırlığında olur. Assam ölkəsində olanlar Borneo və Seylon adalarında olanlara nisbətən uzunbuynuzludurlar. Vəhşi hind camışı ev camışına çox oxşayır, bu səbəbdən onu ev camışının mənşəyi hesab edirlər.
Böyük Keyti
Böyük Keyti — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. 1937-ci ilə qədər Leninakan rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Keyti, Kaytı olmuşdur. Toponim türk dilində «meşəsiz dağ yamacının gün düşən tərəfi» mənasında işlənən kət və fərqləndirici əlamət bildirən «böyük» sözlərindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Keti qoyulmuşdur.
Böyük Kəti
Böyük Keyti — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. 1937-ci ilə qədər Leninakan rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Keyti, Kaytı olmuşdur. Toponim türk dilində «meşəsiz dağ yamacının gün düşən tərəfi» mənasında işlənən kət və fərqləndirici əlamət bildirən «böyük» sözlərindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Keti qoyulmuşdur.
Cim Keri
Ceyms Yucin "Cim" Kerri (17 yanvar 1962[…]) — Kanadalı aktyor, komediya ustası. Cim üç dəfə "Qızıl Qlobus" mükafatına layiq görülüb. Hollivudun ən böyük və tanınmış ulduzlarından biridir. == Həyatı == Cim Kerri Kanadadanın Nyumarket qəsəbəsində anadan olmuşdur. Özündən böyük iki bacısı və bir qardaşı var. Əqidəcə katolik xristiandır. Ana tərəfdən fransız, irland, şotland və ata tərəfdən Kanadalı fransızdır. == Karyerası == İlk çıxışını "In Living Color" isimli bir tv şousunda etdi. Etdiyi qeyri-adi hərəkətlər və üz mimikaları ona erkən uğur gətirmişdi. 1994-cü ildə çəkildiyi "Maska" filmi isə ona dünya şöhrəti gətirdi.
Dağ kəli
Zubr və ya Avropa bizonu (lat. Bison bonasus) — boşbuynuzlular fəsiləsindən məməli növü. == Etimologiya == XX əsrin əvvəllərində Avropa bizonunun adı Azərbaycan dilində dağ kəli kimi gedirdi. Müasir Azərbaycan dilində bu canlı üçün işlədilən "zubr" sözü polyak mənşəli sözdür. == Xüsusiyyətləri == Erkəklərin bədəninin uzunluğu 3,5 m-dək, süysününün hündürlüyü 1,6–1,9 m, kütləsi 700–900 kq (bəzən 1,2 t) olur. Dişiləri kiçikdir (kütləsi 400–600 kq). Rəngi müxtəlif çalarlı qonurdur. Peysərində və boynunun aşağı hissəsindəki uzun tüklər çətir, saqqal və döşünün aşağısında saçaq əmələ gətirir. Quyruğu qısadır; ucunda uzun və yumşaq fırça var. Dişilər cinsi yetkinliyə 3–4 illiyində, erkəklər isə bir qədər tez çatır.
Devid Keyc
Devid De Qruttola (9 iyun 1969, Müluz), David Cage təxəllüsü ilə tanınan Fransız videooyun dizayneri, yazıçı və musiqiçi. O, Quantic Dream oyun şirkətinin yaradıcısıdır. Keyc, Heavy Rain, Beyond: Two Souls , Detroit: Become Human oyunlarının həm ssenarisini yazmış, həm də rejissorluğunu etmişdir. == Bioqrafiya == Fransanın Müluz şəhərində doğulan Keyc videooyun istehsalçısı olan Quantic Dream şirkətinin rəhbəridir. Keyc şirkətin qurucusu, ortaq baş icraçı direktoru, direktoru, baş oyun dizayneri, ssenari müəllifi olaraq şirkətdə və oyunların tərtibatında çox mühüm rol oynayır. Peşəkar musiqiçi olaraq o, 1993-cü ildə 'Totem Interactive' adlı musiqi şirkətini yaratmışdır. O, frilanser musiqiçi olaraq bir çox televiziya kanalında, kino və videooyun proyektlərində musiqilər bəstələmişdir.
Elis Feyi
Alice Faye (5 may 1915[…], Nyu-York, Nyu-York ştatı – 9 may 1998[…], Ranço-Miraj[d], Kaliforniya) Amerikalı məşhur müğənni və aktrisadır. İlk filmləri 20th Century Fox şirkəti tərəfindən hazırlanmış, daha sonra digər film istehsalçısı olan şirkətlərinin filmlərində görünmüşdür. 1943-cü ildə ifa etdiyi "You'll Never Know" ("Heç vaxt bilməyəcəksiniz") mahnısı ona Akademiya mükafatı gətirdi. Dövrün uşaq aktyoru Şirli Templ ilə baş rolda oynadığı 1936-cı il istehsalı olan "Poor Little Rich Girl" ("Yoxsul Kiçik Zəngin Qız") filmi ilə məşhurluq qazanmış Alice Faye 5 may 1915-ci ildə New York şəhərində anadan olub və 9 may 1998-ci ildə Kaliforniyada 83 yaşında mədə xərçəngindən vəfat etmişdir.
Florida Keys
Florida Keys, ABŞ-nin Florida əyalətində yerləşən bir qrup arxipelaqdır. Təxminən 1700 adadan ibarətdir. Floridanın 24 kilometr cənubundadır. Ən ucunda yerləşən Key West, Kubadan 140 kilometr məsafədədir. Florida Keys 23,5 ilə 25,5 enlik arasında yerləşir. Bu xüsusiyyətlərinə görə adalarda subtropik iqlim mövcuddur. Adaları "Overseas Highway" ("Xarici magistral") adlanan bir yol birləşdirir. == Əhalisi == Adaların əhalisi 2000-ci il siyahıyaalınmasında 79.535 olaraq müəyyən olunmuşdur. Bir kvadrat kilometrə 223,66 nəfər düşür. Əhalinin 32% -i Key Westdə yaşayır.
Harri Keyn
Harri Keyn (ing. Harry Kane; 28 iyul 1993) — İngiltərə futbolçusu. Almaniyanın "Bayern Münhen" klubunun və İngiltərə milli futbol komandasının hücumçusu. Keyn, "Tottenhem Hotspur"un heyətində 2011-ci il avqustun 25-də, Avropa Liqasının ikinci təsnifat mərhələsində Yunanıstanın "Harts" klubuna qarşı oynanılan görüşdə debüt edib. O,"Tottenhem Hotspur"un əsas heyət oyunçusu olanadək icarə əsasında Birinci Liqada çıxış edən "Leyton Orient"də, Çempionşipdə çıxış edən "Milluoll" və "Norviç Siti"də, və Premyer Liqada mübarizə aparan "Norviç Siti"də oynayıb. Keyn, İngiltərənin yeniyetmələrdən və gənclərdən ibarət komandalarının hamısında çıxış etmişdir. Əsas milli komandada debütü 24 mart 2015-ci ildə baş tutmuşdur. == Klub karyerası == === Leyton Orient === Harri Keyn "Tottenhem Hotspur" akademiyasının yetirməsidir, lakin o, ilk illər əsas komandanın heyətinə düşməkdə çətinlik çəkib. Bu səbəbdən klub onu 2011-ci il yanvarın 7-də İngiltərə Birinci Futbol liqasında çıxış edən "Leyton Orient" komandasına icarəyə verib. O, bu klubun heyətində yanvarın 15-də "Rotsdeyl" klubuna qarşı oynanılmış görüşdə sonradan meydana çıxaraq debüt etmişdir.
Kalium zəyi
Alüminium-kalium sulfat — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – ağ, rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 1,76; S – 2; Ayrılma – {111}üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – dadı kəmşirindir, ağız büzüşdürücüdür, suda yaxşı həll olur (151 q/l 20°C-də); Morfologiya – kristallar: nadir rast gəlir; oktaedrik, nisbətən az – heksaedrik; Mineral aqreqatları: torpaqvari və sıx kütlələr, qabıqlar, qaysaqlar. == Mənşəyi və yayılması == Arid vilayətlər üçün tipik olan ekzogen əmələgəlmə kimi göl sularının buxarlanması zamanı kristallaşır. Sulfid yataqlarının oksidləşmə zonasında da əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: başqa sulfatlar, müxtəlif karbonatlar və s. Mineralın tapıldığı yerlər: Qara-Qum (Türkmənistan); Şorsu (Özbəkistan); Şimali Qafqaz; Dağıstan; Tambov və Ulyanovsk yaxınlığında (Rusiya); Katmay (ABŞ) və b. Azərbaycanda Böyük Qafqazın Cənub yamacının pirit saxlayan gil şistlərində yerləşən bir sıra kiçik zəy təzahürləri məlumdur. Bundan başqa bir sıra filiz yataqlarının və təzahürlərinin (Filizçay, Çıraqdərə, Gədəbəy, Bülüldüz və b.) oksidləşmə zonalarında, Kəlbəcər rayonun və Naxçıvan MR-nın bəzi yerlərində aşkar edilmişdir. == Tətbiqi == Dəriaşılama işlərində, boyaq, kağız istehsalında, təbabətdə və b.
Kedi Koulman
Ketrin Qreys "Kedi" Koulman (14 dekabr 1960 və ya 1960, Çarlston, Cənubi Karolina) — amerikan astronavtı, HHQ polkovniki.
Kehi-cinqu
Kehi məbədi (氣比神宮, Kehi-cinqu) – Yaponiyanın Fukui prefekturasının Tsuruqa şəhərində yerləşən şintoist məbədi. Girişində yerləşən torii Yaponiyadakı ən böyüklərindən biridir. == Həmçinin bax == Cinquların siyahısı == Xarici keçidlər == Vikianbarda Kehi məbədi ilə əlaqəli mediafayllar var.
Kehi məbədi
Kehi məbədi (氣比神宮, Kehi-cinqu) – Yaponiyanın Fukui prefekturasının Tsuruqa şəhərində yerləşən şintoist məbədi. Girişində yerləşən torii Yaponiyadakı ən böyüklərindən biridir. == Həmçinin bax == Cinquların siyahısı == Xarici keçidlər == Vikianbarda Kehi məbədi ilə əlaqəli mediafayllar var.
Keli Devis
Keli Devis (18 yanvar 1989, Melburn) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Keli Devis Avstraliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Keli gölü
Kelistba gölü (Кельское озеро, Кели, устар. Кель; gürc. ყელის ტბა [келис тба]; oset. Хъелы цад) — Cənubi Osetiyanın Leninqor əyalətində göl. Ölkənin ən gölüdür. Kelsk platosunun üzrəində yerləşir. Dəniz səviyyəsindən hündürlüyü-2925 m-dir. Qidalanmasında qar suları başlıca rol oynayır. Hövzəsinin sahəsi 1 279 600 m²-dir. Uzunluğu isə 2170 m-dir.
Keri Qrant
Keri Qrant (ing. Cary Grant; əsl adı Arçibald Aleksandr Liç; 18 yanvar 1904[…], Bristol, Birləşmiş Krallıq – 29 noyabr 1986[…], Davenport[d], Ayova) — ABŞ və Böyük Britaniya aktyoru. == Həyatı == Arçibald Aleksandr Liç (Keri Qrant) 18 yanvar 1904-cü ildə Bristol adlanan ingilis şəhəri yaxınlığında anadan olmuşdur. Buna baxmayaraq, onun bütün fəaliyyəti Hollivudla bağlı olmuşdur. Yeniyetmə vaxtı o, avara akrobat truppasına qəbul olunmuşdur. Tezliklə o, özünəməxsus oyun tərzini təkmilləşdirir. Arçibald 1932-ci ildə ilk dəfə olaraq, Hollivuda gəlir. "Paramount Pictures" kino şirkətinin sahibləri onun üçün məhz burada "Keri Qrant" kimi səslənən səhnə təxəllüsünü fikirləşirlər. Bu, ona potensial rəqib hesab olunan Qeri Kuperin adının dəqiq olmayan anaqramı idi. Şöhrət Keri Qrantı tamamilə təsadüf nəticəsində tapır.
Keri Rassell
Keri Linn Rassell (ing. Keri Lynn Russell; 23 mart 1976, Faunten-Velli[d], Kaliforniya) — ABŞ aktrisası. 1998–2002-ci illərdə yayımlanan "Felisiti" serialındakı rolu ilə məşhurlaşdı. Bu rola görə o "Qızıl Qlobus" mükafatına layiq görüldü. Bundan sonra Rassell "Qeyri-mümkün missiya 3", "Ofisiant", "August Rush", "Fövqəladə tədbirlər", "Meymunlar planeti: İnqilab" filmlərində rol aldı. O, "Amerikalılar' serialındakı performansına görə "Praytaym Emmi" və "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. == İlk illəri == Keri Rassell Kaliforniyanın Faunten-Velli şəhərində ev xanımı olan Stefaniya və Nissan Motorsda müdir vəzifəsində çalışan Devid Rassellin ailəsində anadan olmuşdur. Özündən böyük Todd adında qardaşı, özündən balaca Culia adında bacısı var. Atasının işi ilə əlaqədar olaraq ailə Koppel, Mesa və Haylands Ranç şəhərlərində yaşamışdı. Rasselin rəqsi ona "Miki Maus Klubu" şousunda iştirak imkanı yaratdı.
Keti Perri
Ketrin Elizabet Hadson (ing. Katheryn Elizabeth Hudson; 25 oktyabr 1984, Santa-Barbara, Kaliforniya) — və ya səhnə adı Keti Perri (ing. Katy Perry) kimi tanınan ABŞ müğənnisi və bəstəkarı. Kiçik yaşlarından kilsələrdə çıxış edən Ketrin yeniyetməlik dövründə qospel ifaçısı olaraq musiqi karyerasına başlamaq qərarına gəlmişdir. Gənc müğənni Red Hill Records albom şirkəti ilə müqavilə imzalamış və 2001-ci ildə Katy Hudson adlı ilk qospel albomunu çıxartmış, lakin albom reklam cəhətdən müğənni üçün heçdə uğurlu olmamışdır. Red Hill Records-la əlaqələrini dayandırdıqdan sonra o, 2002-ci ildə beynəlxalq musiqi aləminə qatılmaq məqsədi ilə Los-Ancelesə köçmüşdür. O Los-Ancelesdə bir neçə tanınmış prodüserlərlə işləməyə başlamışdır. Növbəti dörd il boyunca müğənni iki albom şirkəti ilə anlaşmalar imzalamış və hər iki anlaşma ona həvəsində olduğu şöhrəti qazandıra bilməmişdir. "Keti Perri" səhnə adını götürdükdən sonra müğənni 2007-ci ilin aprel ayında Capitol Records albom şirkəti ilə növbəti anlaşma imzalamışdır. Keti Perri 2008-ci ildə One of the Boys adlandırdığı ikinci studio albomunda yer alan "I Kissed a Girl" və "Hot n Cold" sinqlları ilə dünyada şöhrət qazanmağa nail olmuşdur.
Bağça (Behi-yi Feyzullah Bəyi)
Bağça (fars. باغ چه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (40 ailə).