Böyük Keyti

Böyük Keyti — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.[2]

Kənd
Böyük Keyti
40°53′03″ şm. e. 43°50′56″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Şörəyel mahalı
Rayon Düzkənd rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1829
Sahəsi
  • 1,8 km²
Mərkəzin hündürlüyü 1.740 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 993 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Böyük Keyti xəritədə
Böyük Keyti
Böyük Keyti

Rayon mərkəzindən 18 km məsafədə yerləşir. 1937-ci ilə qədər Leninakan rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. Kəndin digər adı Keyti, Kaytı olmuşdur[4].

Toponim türk dilində «meşəsiz dağ yamacının gün düşən tərəfi» mənasında işlənən kət[5] və fərqləndirici əlamət bildirən «böyük» sözlərindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Keti qoyulmuşdur.

Böyük Kəti kəndi yerli əhali içərisində Keyti də adlanmışdır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Keyti (digər adı Şorçala) kəndi, həmin qəzada və Azərbaycanın Cavanşir qəzasında Kətidağ, Qars əyalətinin Qağızman dairəsində Kətitəpə, Batum əyalətinin Batum dairəsində Kədikənd, Kutaisi quberniyasının Şoropan qəzasında Kedis-Tava dağı, həmin quberniyanın Raçin qəzasında Kedis-Ubani kəndi, Dağıstan əyalətinin Andi dairəsində Keydi kənd adları ilə mənaca eynidir.[6]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.128
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.44
  5. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.264
  6. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.