Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbu Lulu
Firuz ən-Nihavəndi, bilinən adı ilə Əbu Lulu (ərəb. أبو لؤلؤة‎, fars. فیروز نهاوندی‎; Nahavənd, Həmədan ostanı və ya Kaşan, İsfahan ostanı – 3 noyabr 644, Mədinə və ya Kaşan, İsfahan ostanı) — Ömər ibn Xəttabı öldürən fars əsilli qul. Sasani ordusunda xidmət edən general olmuş, lakin 636-cı ildə Qadisiyyə döyüşündə Sasanilərin məğlubiyyəti nəticəsində əsir düşmüşdür. Firuz əsir alındıqdan sonra Muğirə ibn Şubeyə qul olaraq verilir. Firuz döyüş qabiliyyəti ilə yanaşı, mahir dülgər və sənətkar olmuşdur. == Ömər ibn Xəttabı öldürməsi == Əbu Lulu Ömərin yanına gələrək sahibi Muğirə ibn Şubenin ondan daha çox pul aldığını söyləyir və bunun azaldılmasını istəyir. Ömər nə etdiyini soruşduqda Firuz miniatürcü, dülgər və dəmirçi olduğunu bildirir. Onun peşəsini eşidən Ömər maaşının yüksək olmadığını deyir. Onun dülgər olduğunu öyrənən Ömər Firuzə dəyirman tikməyi tapşırır.
Lülə
Lülə ― odlu silahların, saçılma, barıt və barıtı atəşləyən kapsuldan meydana gələn güllənin ucundakı saçılma(lar) və ya mərmini hədəfə göndərmək üçün lazım olan; yivli və ya yivsiz, uzun dəlikli metal borudur. Silahların sapından ucuna qədər olan hissə və mərminin atıldığı yerdir. Lülə xusuilə yivli silahlarda olmaqla əsasən bir silahın ən bahalı və ən maliyyətli hissəsidir.
Mulu
Mulu (Marağa)
Qulu
Qulu — kişi adı.
Tülü
Tülü (Balakən) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Tülü (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Zulu
Zulu dili — (zulu isiZulu) Bantu dillərindən biridir. Cənubi Afrika Respublikasında və Zimbabvedə yayılmışdır. 7 milyona qədər daşıyıcısı vardır. Nedebe, kvabe, lala dialektlərinindən ibarətdir. Zimbabvedə nedebe dialekti şona dialekti ilə bərabər etniklərarası ünsiyyət dili kimi fəaliyyət göstərir. Etnoloqa görə, Şona dilindən sonra ikinci ən geniş danışılan Bantu dilidir.
Brauner xulu
Brauner xulu (lat. Benthophiloides brauneri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin benthophiloides cinsinə aid heyvan növü. == Yayılması == Qara, Azov və Xəzər dənizlərində yayılıb. Sonuncuda iki dəfə bir fərd tapılmışdır: 1910-cu ildə Panov tərəfindən Abşeron yaxınlığında və Rəhimov tərəfindən 1973-cü ildə Orta Xəzərin şərq sahilində Jiland burnunun cənub hissəsində. == Morfoloji əlamətləri == Bədəni lövhəvari, burnu gödək, başı bir qədər enlənmişdir. Başın hündürlüyü enindən təqribən 1,5 dəfə azdır. Rəngi qonurumtul, bədənində üç iri tünd qonur xal vardır:I başın ön yanından kəllənin yarısına qədər gedir, Bəzən isə olmur;II birinci bel üzgəcinin əsasından keçib döş üzgəclərinin əsasının arxa hissəsinə qədər enir ; III xaı ikinci bel üzgəcinin arxa yarısından keçir və quyruq gövdəsi üzrə bədənin arxa tərəfinə qədər enir. Bədənin uzunluğu 6-7 sm olur. == Yaşayış yeri və həyat tərzi == Sahildən 0,5-1,5, bəzən isə 5,5 m dərinlikdə, palçıqlı-qumlu yerlərdə, daşların dibində yaşayırlar. Suyun həm yavaş axan, həm də durğun yerlərində də mövcud ola bilərlər.Həşəratların yumurtaları, xərçəngkimilər və molyusklarla qidalanırlar.
Dərinlik xulu
== Morfoloji əlamətləri == Dərinlik xulu— (lat. Neogobius bathybius) Xəzərin endemik növlərindəndir. Başı, demək olar ki, üstdən basıq deyil. Ancaq eni adətən hündürlüyündən çoxdur. İkinci bel üzgəcinin hündürlüyü arxa tərəfdə bir qədər azalır. Rostrumu azca sivriləşmişdir. Başının hündürlüyü enindən xeyli azdır. Qarın üzgəcləri anusa qədər çatmır, onun uzunluğu bədəninin uzunluğuna 7 dəfədən artıq yerləşir. Bel üzgəcinin qurtaracağında heç bir ləkə yoxdur. Bədəni yarımşəffafdır.
Göytürk pulu
Göytürk pulu — Orta Asiyada aparılan qazıntılar zamanı çıxarılan və Göytürk xaqanlığında istifadə edilmiş pul. Üzərində soqdca yazılar yazılmışdır. == Haqqında == Arxeoloqlar tərəfindən Qırğızıstan, Özbəkistan və Tacikistanda edilən qazıntılarda ortaya çıxarılan və 576-600-cü illərə aid, ümumilikdə sayı 104 ədəd olan metal pul Qırğızıstanda edilən beynəlxalq konqresdən dönən Dr. Yavuz Daloğlu tərəfindən ilk dəfə “Elm və Ütopiya” jurnalında ictimaiyyətə elan edilmişdir. Sikkələrdən birincə ortada xaqan qabartması, kənarlarda isə üç ay-ulduz vardır. Pullardakı ay-ulduz motivləri Dr. Yavuz Daloğluna görə, ay-ulduz simvolunun İslamdan əvvəlki dövrlərdə də türklər tərəfindən istifadə edildiyini sübut etmişdir.
Gülü (Sərab)
Gülü (fars. گلي‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Hacı Qulu
Hacı Qulu (1792-?)-Qarabağlı mesenat, zərif == Həyatı == Qulu Məhəmmədəli oğlu 1792-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət etmişdi. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-müqəddəsi ziyarət etmişdi. Ədəbiyyatşünas Bəylər Məmmədov onun haqqında yazır: "Qarabağın məşhur tacirlrindən olan Hacı Qulu Qasım bəy Zakirlə, Cəfərqulu xan Nəvayla, Xurşidbanu Natəvanla bir dövrdə yaşamış, əqli, fərasəti və zirəkliyi sayəsində xeyli var-dövlət toplamışdır. Vaxtilə onun Şuşada tikdirdiyi əzəmətli saray öz memarlıq üslubu və milli koloriti ilə indi də tamaşaçılarda heyrət doğurmaqdadır. O, qazanc mənbəyi kimi, əsasən, icarədarlıqdan və podrat üsulundan istifadə edə bilmiş, iqtisadiyyatda qənaət metoduna üstünlük vermişdir. Hacı Qulunun zirəkliyi, hazırcavablığı və xəsisliyi haqqında yaranan lətifələr, məsəllər və səhnəciklər bu gün də xalq arasında yaşayıb yayılmaqdadır. Qasım bəy Zakir şeirlərinin birində Hacı Qulunun tacir təbiətinə gülərək yazırdı: Böyük şairin yazdığı kimi Hacı Qulu Cəfərqulu xana xidmət edərkən xeyli vəsait əldə etmişdi.
Kaspiosoma xulu
Kaspiosoma xulu (lat. Caspiosoma caspium) — Eyni adlı cinsinin nümayəndəsidir. == Morfoloji əlamətləri == Başı yuxarıdan basıqdır. Hündürlüyü təqribən 1,5 dəfə enindən azdır. İri fərdlərdə alının eni adətən gözün diametrindən xeyli böyük olur. Bədəni bel tərəfdən xırda-boz və ya qonur xallarla örtülüdür. Bəzi yerlərdə onlar birləşərək iri köndələn zolaqlar (sarıqlar) əmələ gətirir. Onlardan iki iri zolaq daha səciyyəvidir. İrəli əyilmiş bu zolaqlardan birinci bel üzgəcinin arxa hissəsini əhatə edir, o biri isə ikinci bel üzgəcinin yarısını tutur. Uzunluğu 5 sm-ə qədər olur.
Liu Luqu
Liu Luqu - Tiefu konfederasiyasının şərqdəki III başçısı. Atası Liu Fulun idi. 285-ci ildə hakimiyyətə gəlmişdi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Toba sülaləsindən bir şahzadə ilə evlənmişdi. Bu evlilikdən Liu Kuren və Liu Tucuan adlı övladları olmuşdu.
Luqu döyüşü
Luqu döyüşü — 16 aprel 1899-cu ildə kapitan Pol Vule, onun adyutantı Jülyen Şanuenin rəhbərliyi altındakı Mərkəzi Afrika ekspedisiyasının Fransa müstəmləkə qüvvələri ilə kahinə Sarrauniyanın başçılığı altındakı Əzna bütpərəst tayfa arasında baş tutmuş döyüş. Vule və Şanuen 1898-ci ildə Niger çayı ilə Çad gölü arasındakı ərazini fəth etmək missiyası ilə ekspedisiyaya göndərilmişdi. 1899-cu ilin yanvarında onlar Fransa Sudanını tərk etdikdən sonra güclü müqavimət göstərməyən yerli xalqları zorakı şəkildə tabe özlərinə tabe etmişdir. Döyüşmək qərarına gələn azsaylı yerlilərdən biri uzun müddət islamlaşan regionda yaşayan Əzna bütpərəst tayfasının başçısı sehrbaz-kraliça Sarrauniya idi. Ekspedisiyanın yolunu bağlamaq qərarına gələn Sarrauniya Vuleyə təhqirlərlə dolu təxribatçı məktub yazmışdır. Fransızlar çağırışı qəbul etmiş və 15 aprel 1899-cu ildə Sarrauniyanın qüvvələrini cəmləşdirdiyi Luqu və Tuqana kəndlərinə doğru yola düşmüşdür. Fransızlar güclü müqavimətlə qarşılaşmış, lakin nəticədə uğur qazanmış və Əzna tayfasını ərazidən qaçmağa məcbur etmişdir.
Luru-Burbonne
Luru-Burbonne (fr. Louroux-Bourbonnais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03150. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 223 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfərin (15–64 yaş arasında) 86 nəfəri iqtisadi cəhətdən, 55 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 61,0%, 1999-cu ildə 60,5%). Fəal olan 86 nəfərdən 80 nəfəri (43 kişi və 37 qadın), 6 nəfər işsizdir (4 kişi və 2 qadın). 55 hərəkətsiz şəxs arasında 10 nəfər şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 21 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Luru-Odman
Luru-Odman (fr. Louroux-Hodement) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03153. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 351 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 266 nəfər arasında (15-64 yaş) 180 nəfər iqtisadi fəal, 86 hərəkətsiz (fəaliyyət göstərici 67,7%, 1999-cu ildə 67.4%) idi. Fəal 180 nəfərdən 117 nəfəri (69 kişi və 48 qadın), 63 nəfəri işsizdir (38 kişi və 25 qadın). 86 hərəkətsiz 26 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 50 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Luçu güləşi
Luçu güləşi — Mazandaranın yerli idmanlarındandır. == Tarixçə == Luçu güləşi Mazandaranın ənənəvi və pələvanlıq idmanıdır.Hər il 19 iyulda bir mərasimdə ki ölülər bayramına məşhurdur,Mazandaranlılar qəbristanlıqlarda şənlik edərlər və yerli qidaların və şirnilərin pişirib və yeyərlər.Bu mərasimdə luçu güləşidə keçirilər.Luçu, Mazandaran dilində taxta kenarı deməkdir.Bu söz İspan dilində ki Luça və Luça libre sözlərinə ki mübarizə və sərbəst güləş anlamındadırlar, oxşarlığı var.
Lülo çayı
Lüloçay — Azərbaycanın İsmayıllı rayonu ərazisindən axan çay. Çayın mənsəbi 1200 metrlik yüksəklik ərazidə yerləşir və Girdimançaya tökülür. Lahıc qəsəbəsinin tən mərkəzindən axaraq onu faktiki iki hissəyə bölür.
Lülə kabab
Lülə kabab - qiymədən uzunsov formada hazırlanan kabab növü. Xarici görünüşü odlu silah lüləsinə oxşadığına görə belə ad verilmişdir. Azərbaycan mətbəxinə xas milli yemək növü sayılır. == Tərkibi == Qoyun əti - 500q, quyruq - 200q, baş soğan - 20q, göy soğan 40q, cəfəri və reyhan - 15q, buğda unu - 45q, sumaq - 3q, duz, istiot. == Hazırlanma qaydası == Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurularaq yaxşıca qarışdırılır. Qiymə əvvəlcədən soyumaq üçün soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov kotlet formasına salınır. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir.
May gülü
Qafqaz xulu
Qafqaz xulu (lat. Knipowitschia caucasica) — Knipoviç xulları cinsinin nümayəndəsidir. Qara dəniz, Azov dənizi, Xəzər dənizi sahillərində dərinliyi 2 m olan sularda yaşayır. Erkəklər kürünü müdafiə etmək üçün ərazidə qalır. Bu növ uzunluğu 5 sm təşkil edir == Morfoloji əlamətləri == Bədəni gödəlmişdir. Gözləri yanlara yönəlmişdir. Qapaq sümüyünün üstündəki kanal bu cinsin başqa növlərinə nisbətən zəif inkişaf etmiş, bəzən isə olmur. Bədəni sıx piqmentləşdir. Dişilər erkəklərdən daha açıq rəngdədir. Birinci bel üzgəcində çoxsaylı tünd xallar var.
Qulu (Keşavərz)
Qulu (fars. گولي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı, Keşavərz dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (47 ailə).
Qumluq xulu
Qumluq xulu (lat. Neogobius fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Xəzər dənizində çox geniş yayılmışdır. Balığın bədəni yanlarından az sıxılmış, başı yastı,başın ön hissəsi uzunsov formadadır. Qumluq xulun bədəni qonur və ya boz-sarımtıl rəngdə olur. Uzunluğu 10-16 sm-ə qədər olur. Cinsi yetişkənliyə 2 yaşında çatır. May-iyul aylarında əsasən Şimali Xəzərdə çoxalır. Məhsuldarlığı 350-1025 ədəd kürüdən ibarətdir.Həvəskar balıqçılar tərəfindən ovlanır.
Raymon Lull
Raymon Lulli (lat. Raymundus Lullius, isp. Lulio, kat. Ramon Llull; təxminən 1235-ci il, Palma-de-Malorka — 1315-ci il, Palma-de-Malorka) — katalan missioneri, şair, filosof və teoloq, orta əsr Avropa nüfuzlu mütəfəkkirlərindən biri. Lulli Avropa ərəbşünaslığının və Kombinatorikanın banisi sayılır. == Raymon Lulli irsi == Lullinin hətaının sonunda çoxalan tərəfdarları (təkcə Paris Universitetində 50 magistr və doktorant onun təlimini dəstəklədiklərini bildirirdilər), ondan sonra XV əsrdə nüfuzu artan böyük bir məktəb yaratdılar. O məktəb səhvən Lullun adına yazılan bir sıra əsərlər yaratdı. Katalan, ərəb və latın dillərində yazılan əsərləriəlyazmalar vasitəsi ilə yayılırdılar. XIV əsr başalnğıcında onun əsərləri ilə bağlı kataloqlar yaradılırdı. Əsərlərinin tam külliyatı — Mayinsda Zalsinger nəşri, 1721—1742-ci illər, 10 cilddə, 7-ci və 8-ci cildlər buraxılmadı.
Sülü Çiançü
Sülü Çiançü (v. e.ə. 59) — E.ə. 68 - E.ə. 60 arası hakimiyyətdə olmuş şanyüdür. Seçki ilə hakimiyyətə gəlmişdi. Hunlar ən zəif dövrlərindən biri yaşayırdı. Onun dövründə Hunlar Çin və digər qonşuları ilə müharibələri davam etdirir və gücdən düşürdülər. 8 il kimi qısa bir müddət hakimiyyətdə olandan sonra öldü.