Lülə kabab

Azərbaycan Lülə kababı

Lülə kabab - qiymədən uzunsov formada hazırlanan kabab növü. Xarici görünüşü odlu silah lüləsinə oxşadığına görə belə ad verilmişdir.

Azərbaycan mətbəxinə xas milli yemək növü sayılır.

Qoyun əti - 500q, quyruq - 200q, baş soğan - 20q, göy soğan 40q, cəfərireyhan - 15q, buğda unu - 45q, sumaq - 3q, duz, istiot.

Hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]
Tikə kabab və lülə kabab

Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurularaq yaxşıca qarışdırılır. Qiymə əvvəlcədən soyumaq üçün soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov kotlet formasına salınır. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir. Lüləkababın yanına halqavari doğranmış baş soğan, sumaq, yaxud şişdə qızardılmış pomidor və badımcan verilir./

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]