Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Liana Hayd
Liana Hayd (tam adı: Liana Hayd, alm. Liane Haid‎; 16 avqust 1895[…], Vyana – 28 noyabr 2000[…]) — Avstriya aktrisası, Avstriyanın ilk kino ulduzu. == Həyatı == Vyanada dünyaya göz açmış Liana Hayd rəqqasə və müğənni kimi fəaliyyətə başlamışdır. Tezliklə Süßes Wiener Mädelin ("Şirin Vyanalı qız") rəmzinə çevrilir və 1920-1930-cu illərdə məşhur pin-ap modeli kimi fəaliyyət göstərir. Kinoda ilk işi Birinci Dünya müharibəsi zamanı çəkilmiş təbliğat xarakterli Mit Herz und Hand fürs Vaterland (1915) filmi olmuşdur. Hayd UFA kino şirkəti üçün çalışmış və ixtisaslı müğənni kimi Villi Forst, Bruno Kastner, Georq Aleksandr, Teo Lingen və Haynz Rüman və digər alman ulduzları ilə bir yerdə çəkildiyi komediya filmlərində asanlıqla səsini nümayiş etdirə bilmişdir. Hollivuddan gələn bir çox təklifləri rədd edən Liana Hayd "rejim, hər yerin bombardman edilməsi və bütün yaxşı rejissorların ölkəni tərk etməsi səbəbi ilə" 1942-ci ildə Almaniyanı tərk edərək İsveçrəyə köçür. O, burada Karl Şpixer ilə ailə həyatı quraraq kino karyerasına da son qoyur. Ən məşhur filmləri sırasına Xanım Hamilton (1921), Lukretsia Borciya (1922), Çardaş şahzadəsi (1927, Emmerix Kalmanın operettası əsasında), eləcə də səsli filmlərinə Mahnı bitdi (1930) və Öpüşmədən yatmaq lazım deyil (1936) daxildir. Sonuncu dəfə 1953-cü ildə filmə çəkilmişdir.
Liana Liberato
Liana Liberato—ABŞ kino və televiziya aktrisası.The best of me və Trust filmlərində oynadığı rollar ilə daha çox tanınıb.
Liana Moriarti
Liana Moriarti (ing. Liane Moriarty; 15 noyabr 1966, Sidney) — avstraliya yazıçısı, yazıçı Jaklin Moriartinin böyük bacısı. == Bioqrafiyası == Liana Moriarti 15 noyabr 1966-cı ildə Avstraliyanın Yeni Cənubi Uels, Sidney şəhərində anadan olmuşdur. Orta məktəbdən sonra Moriarti bir nəşriyyat şirkəti üçün reklam və marketinq sahəsində çalışdı. Daha sonra müstəqil kopirayter kimi işə başlamazdan əvvəl bir müddət öz şirkətini işlətdi. 2004-cü ildə Sidneydə yerləşən Makkuori Universitetində magistr dərəcəsini bitirdikdən sonra akademik işi çərçivəsində ilk romanı "Üç dilək" nəşr olundu. 2017-ci ildə Moriartinin eyni adlı kitabına əsaslanaraq "Böyük Kiçik Yalanlar" adlı dram mini-seriyası yayımlandı. Moriarti, Sidneydə əri Adam, kənd təsərrüfatı marketinqində işləyən təqaüdçü Tasmaniyalı fermer və iki uşağı olan Corc və Anna ilə birlikdə yaşayır. == Biblioqrafiya == === Romanlar === 2004 — «Üç istək» (ing. Three Wishes) 2006 — «Axırıncı şans» (ing.
Liana Xristidou
Liana Xristidou (d. 5 yanvar 1987; Afina, Yunanıstan) — Yunanıstanı təmsil edən bədii gimnast. Liana Xristidou 2004-cü ildə Yunanıstanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Liana Xristidou 2004-cü ildə Yunanıstan bayrağı altında elə Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları İlektra Eftimiou, Mariya Kakiou, Yeleni Xronopoulou, Varvara Maqnisali və Steriani Pantazi ilə birgə finalda 46.525 xal topladı və 5-ci yeri tutdu.
Liina Luik
Liina Luik (d. 14 oktyabr 1985) — Estoniya idmançısı. Olimpiadalar tarixində iştirak edəcək ilk üçəmin üzvü. Bacıları Leyla və Lili Luikdir. Liina bacıları ilə birlikdə 2016 Yay Olimpiya Oyunlarında idman yerişi (21,1 km) və 10 km məsafələrə marafon yarışında iştirak edəcəklər.
Liana Zimbler
Liana Zimbler (alm. Liane Zimbler‎; 31 may 1892[…] – 11 noyabr 1987[…], Los-Anceles, Kaliforniya) — Avropada memarlıq diplomu alan ilk qadın avstriyalı memar. 1938-ci ildə ABŞ-yə mühacirət edənə qədər Vyanada bizneslə məşğul olan Liana orada interyer dizayneri idi. == Həyatı == Vyana İncəsənət Məktəbində oxuyan Liana, burada əvvəlcə qrafika, sonra isə memarlıq üzrə təhsil alıb. Hələ təhsil alarkən Emili Flögenin salonunda illüstrator və dizayner kimi işləməyə başlayıb. 1916-cı ildə vəkil Otto Zimbler ilə evlənir. Bu evlilikdən onların Eva adlı bir qızı dünyaya gətir. Elə həmin il Liana Vyanada Bamberger mebel fabrikində işə düzəlir. Birinci Dünya müharibəsi bitməzdən əvvəl Rosenberq dizayn studiyasında memar olur. 1920-ci illərin əvvəllərində o, emal, yenidənqurma və daxili bəzək işlərində ixtisaslaşan öz firmasını yaradır.
Lina Medina
Lina Medina (Lina Vanessa Medina) — 1933-cü il sentyabrın 27-də Peruda anadan olmuş qız tibb tarixində ən gənc ana sayılır. == Tarix == O, özünün ilk övladını 5 yaş, 7 aylığında dünyaya gətirib. Linanı xəstəxanaya valideynləri qarnında şiş əmələ gəlməsindən şübhələndikləri üçün gətirmişdilər. Həkimlərin ilkin qənaəti də ata-ananın şübhələrini təsdiqləyir. Amma tezliklə, qızın hamiləliyin yeddinci ayında olduğu aşkarlanır. Həkim Jerardo Lozada Linanın həqiqətən də hamilə olduğunu təsdiqlətdirmək üçün qızı Perunun paytaxtındakı klinikalardan birinə aparır və diaqnoz təsdiqlənir. Uşağın çanaq sümükləri kifayət qədər inkişaf etmədiyindən, həkimlər əməliyyat etmək qərarı verirlər. Ay yarımdan sonra, 1939-cu il mayın 14-də doktor Lozada və doktor Kolaretin həyata keçirdiyi qeysəriyyə əməliyyatıyla Lina bir oğlan uşağı dünyaya gətirir. Körpənin çəkisi 2,7 kiloqram olur, anası ona həkiminin şərəfinə Jerardo adını qoyur. Bütün şübhələr əvvəlcə Linanın atasının üzərinə düşür, onu həbs edirlər.
Lina Romay
Lina Romay(isp. Lina Romay), əsl adı — Roza Mariya Almirall Martines (isp. Rosa María Almirall Martínez; 23 iyun 1954, Barselona, İspaniya — 15 fevral 2012) — ispan aktrisası. == Həyatı == Lina Romay 23 iyun 1954-cü ildə İspaniyanın Barselona şəhərində anadan olmuşdu. Bir çox filmlərə çəkilib. Ən məşhuru:«Vampir qız» (ing. Female Vampire) filmidir. Lina Romay 15 fevral 2012-ci ildə vəfat edib.
Lina Heydrix
Lina Heydrix (14 iyun 1911, Femarn[d], Şlezviq-Holşteyn – 14 avqust 1985, Femarn[d], Şlezviq-Holşteyn) ― Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəhbəri və Nasist Almaniyasında mərkəzi fiqur olan Reynhard Heydrixin həyat yoldaşı. Kiçik alman aristokratının qızı (atası kənd məktəbində müəllim işləyirdi) olan Lina von Osten 1929-cu ildə Nasist Partiyasına qoşulmuş və 1930-cu ilin dekabrında Reynhard Heydrix ilə tanış olmuşdur. == Həyatı == === Nasist partiyasına üzvlük === Linanın böyük qardaşı Hans Nasist Partiyasına qoşulmuşdu və nasist hərbi birləşməsi olan Hücum dəstələrinin (SA) üzvü idi. Lina onun təsiri ilə 1929-cu ildə Adolf Hitlerin danışdığı bir partiya mitinqində iştirak edir və qısa müddətdən sonra Nasional Sosialist Alman Fəhlə Partiyasına qoşulur. (Üzvlük bileti № 1 201 380) Lina 6 dekabr 1930-cu ildə, 19 yaşında Kildə avarçəkmə klubunun balında iştirak edir və orada o vaxt dəniz leytenantı olan Heydrixlə tanış olur. 18 dekabr 1930-cu ildə nişanlandıqlarını elan edən cütlük 26 dekabr 1931-ci ildə evlənmişdir. === Ailə === Cütlüyün Klaus (17 iyun 1933-cü il təvəllüdlü) və Heider (23 dekabr 1934-cü il təvəllüdlü) adlarında iki oğlu və Silke adlı qızı (9 aprel 1939-cu il təvəllüdlü) dünyaya gəlmişdir. Onların dördüncü övladı, Marte adlı qızları (23 iyul 1942-ci il təvəllüdlü) isə Reynhard Heydrixin ölümündən qısa müddət sonra anadan olub. Klaus 24 oktyabr 1943-cü ildə yol qəzası nəticəsində ölüb. === Müharibədən sonra === Lina Heydrix müharibə bitdikdən sonra denazifikasiya prosesi zamanı olduğu mövqelərdən uzaqlaşdırılır.
Lina Kostenko
Lina Vasiliyevna Kostenko (19 mart 1930) — XX əsrin altmışıncı illərinin sovet və ukraynalı yazıçısı, şairə, ictimai xadim. O, 1967-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib. == Həyatı == O, 1930-cu il martın 19-da Ukrayna SSR-nin Rjişev şəhərində müəllim ailəsində anadan olub. 1936-cı ildə ailə Kiyevə köçür və Lina burada 123 saylı orta məktəbdə təhsil alır. 1956-cı ildə bitirdiyi Kiyev Pedaqoji İnstitutunda, Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Lina Kostenko 1950–1960-cı illərin əvvəlində gənc ukraynalı şairlərin qalaktikasında ilk və ən diqqət çəkənlərdən biri olub. Kostenkonun həmin illərdə "Dnepr" jurnalında dərc olunmuş əsərlərində "insanların standartlaşdırılmasına, sadələşdirilməsinə və primitivləşməsinə qarşı üsyanı" açıq-aydın səslənirdi.. Onun "Yerin şüaları" (1957) və "Yelkənlər" (1958) şeirlər topluları oxucuların və tənqidçilərin marağına səbəb olmuş, 1961-ci ildə işıq üzü görən "Könül səyahətləri" kitabı uğur qazanmaqla yanaşı, həm də şairənin əsl yaradıcılıq bacarığını ortaya qoymuş və onun adının Ukrayna poeziyasının görkəmli ustadları sırasına daxil olmasına səbəb olmuşdur. Ədəbiyyatşünaslar görə Kostenkonun ilk toplularında artıq milli əsaslara qayıdış, onların yenidən düşünülməsi və yenilənməsi, humanist dəyərlərin yüksəlişi müşahidə olunurdu. Durğunluq dövründə yaradıcı düşüncə azadlığına qoyulan məhdudiyyətlər və müxtəlif "rüsvayçılıqlar" Kostenkonun şeirlərinin uzun müddət praktiki olaraq çap olunmamasına səbəb oldu.
Diana
Diana — qadın adı. Diana, Uels şahzadəsi — Uels şahzadəsi, Şahzadə Çarlzın birinci həyat yoldaşı. Diana Dadaşova — Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Hacıyeva — azərbaycanlı caz musiqiçisi, müğənni Diana Doman — Azərbaycanın bədii gimnastı.
Kırna
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Lejla
Lejla (Bosniya dili: Lejla) — 2006 Avroviziya Mahnı Müsabiqəsində Bosniya təmsilçisi Hari Mata Hari qrupu tərəfindən Bosniya dilində səsləndirilən mahnıdır. Mayın 20-də keçirilən finalda ölkə, 229 xalla üçüncü olaraq bu günə qədər bu müsabiqədəki ən yaxşı dərəcəsini əldə etmişdir.
Likan
Canavar adam (yun. λυκάνθρωπος, ing. Werewolf, alm. Werwolf‎, ukr. Вовкулака, fr. loup-garou) – insandan canavara (və yaxud əksinə) çevrilmək xüsusiyyətinə malik olan mifik varlıq. Qurd adam bütöv ay sırasında qurd kimi qorxunc bir bədheybətə dönüşən əfsanəvi insandır. Bir insanın bir heyvan şəklində, xüsusən də canavar şəklində olması, canavar əfsanəsinin mənşəyi üçün kifayət qədər bir izah deyil. Ümumiyyətlə, bir canavar tərəfindən dişlənmə və ya müəyyən bir ayda doğulma kimi tanınır. Qurd adam hekayələri uzun müddətdir müxtəlif mənbələrdə və cəmiyyətlərdə tapılmışdır.
Liman
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Linda
Linda — ad. Linda Torres — ABŞ aktyor. Linda Co Rizzo — İtalyan əsilli ABŞ ifaçısı, prodüseri, bəstəkarı və aktrisasıdır. Linda Lavleys — əsasən Linda Lovelace kimi tanınan amerikalı pornoqrafik film aktrisası Linda De Rocco — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Linda Hamilton — ABŞ-lı aktrisa. Digər Linda (Suxumi) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Kvemo Linda — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd.
Linza
Linza (alm. Linse‎, lat. lens - mərcimək) — sferik səthlərlə hüdudlanmış şəffaf cisim. Linzalar iki cür olur qabarıq və çökük. Ortası kənarlarından nazik olan linza çökük, qalın olan isə qabarıq linzadır. Linzaların hazırlanmasında optik şüşədən, kristallardan, şəffaf optik plastikdən və digər materiallardan istifadə olunur. Linzalar teleskop, binokl, kamera kimi görmə cihazlarının əsas detallarından biridir. Onlardan həmçinin görmə qüsurlarını aradan qaldırmaq üçün eynəklərdə istifadə olunur.
Litva
Litva (lit. Lietuva) köhnə Azərbaycandilli mənbələrdə Litfa və ya Litvaniya, rəsmi adı Litva Respublikası (lit. Lietuvos Respublika) — Avropada, Baltik dənizinin şərq sahilində dövlət. Şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə Polşa və Rusiyanın Kalininqrad bölgəsiylə həmsərhəddir. 2004-cü ildən NATO-nun və Avropa İttifaqının üzvüdür. == Tarix == Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronislav Qenzelis belə təsdiq edir. == Siyasət == Litva Polyaklarının Seçimi, lider: V. Tomaşevski. Liberal və Mərkəzçilik İttifaqı, lider: A. Zuokas. Liberal — Demokrat Partiyası, lider: V. Mazuronis. Litva Sosial — Demokrat Koalisiyası, lider: A. M. Brazauskas.
Livan
Livan (ərəb. لبنان‎‎) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة‎‎) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar. == Coğrafiyası == Livan Respublikasının ərazisi 10.452 km² — dir . Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir.
Livno
Livno, Liyevno (serb-xorv. Ливно/Livno, Лијевно/Lijevno; köhnə adı Hlivno idi) — Bosniya və Herseqovinada şəhər və eyniadlı icmanın mərkəzi; Bosniya və Herseqovina Federasiyasının Kanton 10-nun inzibati mərkəzi. Əhalisi 10 080 nəfərdir (1991). Mostardan 127 km, Sarayevodan 212 km, Banya Lukadan 167 km və Splitdən 96 km məsafədədir. == Tarixi == Livno ilk dəfə 28 sentyabr 892-ci il tarixli Xorvatiya knyazı Muntsimirə məxsus sənəddə qeyd edilmişdir. Daha sonra, 949-cu ildə, Konstantin Baqryanorodnının "De administrando imperio" traktatında adı çəkilmışdır. 1326-cı ildən Livno Bosniya krallığının tərkibində idi ki, onu da 1463-cü ildə osmanlı türkləri fəth etmişdilər. 400 ildən çox davam edən Osmanlı hakimiyyəti dövründə şəhərdə bir çox şərq memarlığı abidələri inşa edildi. 1878-ci ildə Berlin konqresinin qərarı ilə Livno, bütün Bosniya və Herseqovina kimi, Avstriya-Macarıstan tərəfindən işğal edildi. 1918-ci ildə imperiyanın süqutundan sonra şəhər Serblər, Xorvatlar və Slovenlər Krallığının bir hissəsi oldu, hansı ki 1929-cu ildə Yuqoslaviya Krallığı adlandırıldı və 9 banovinə bölündü.
Lısva
Lısva — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Cigna
Cigna korporasiyası — Şimali Amerika Sığorta Şirkətinin ana korporasiyası. == Tarixi == Cigna 1982-ci ildə Connecticut General Life Insurance Company (CG) və INA Corporation (Amerikada ilk səhm sığorta şirkəti olan ) birləşməsi nəticəsində yaranmışdır. Şirkətin adı, Cigna, birləşən şirkətlər, CG və INA hərflərinin qarışığıdır. 1871-ci ilin oktyabrında böyük Çikaqo yanğını iki gün ərzin də yandı, 2000 akr ərazini məhv etdi və İllinoys ştatında 100.000 insanı evsiz qoydu. İNA iddiaları tam ödəmək üçün yalnız 51 sığorta şirkətindən (ümumi 202 sığorta şirkətindən) biri olan 650.000 dollar ödəmişdir. 1990-cı illərin sonlarında yerli və beynəlxalq əmlakını və zərərçəkmiş biznesini Bermudada yerləşən ACE Sığorta şirkətinə satmazdan əvvəl Cigna AIG, Allianz və Sürix ilə müqayisə oluna bilən geniş beynəlxalq şəbəkəyə malik şirkətlər sırasında idi. Satışın arxasında duran strategiya əsas biznes üzərində cəmləşmək idi. O zamanlar Bermuda və Lloyds sığorta bazarının əsas oyunçusu olan ACE, digər tərəfdən, ənənəvi sığorta bazarında beynəlxalq şəbəkənin genişləndirilməsində maraqlı idi. Cigna 1997-ci ildə həyat sığortası əməliyyatlarının əksəriyyətini Lincoln National Corporation -a satdı. 2002-ci ildə o, gəlirlərin manipulyasiyası üçün Qiymətli Kağızlar Birjası Qanununu pozduğu iddia edildi.
Limfa
Limfa (lat. "su") limfa sistemi vasitəsilə axan maye. Limfa damarlarından (kanallardan) və ara limfa düyünlərindən ibarət olan bu sistemin funksiyası venoz sistem kimi təkrar emal ediləcək toxumalardan mayeni qaytarmaqdır. Mayenin qaytarılması prosesinin başlanğıcında interstisial maye bədənin bütün toxumalarında hüceyrələr arasında olan maye limfa kapilyarlarına daxil olur. Bu limfa mayesi daha sonra limfa düyünləri vasitəsilə tədricən genişlənmiş limfa damarları vasitəsilə paylanır, burada maddələr toxuma limfositləri tərəfindən çıxarılır və dövran edən limfositlər sonda sağ və ya sol körpücükaltı venaya boşalmadan əvvəl mayeyə əlavə edilir və burada mərkəzi venoz qanla qarışır. == Tərkibi == Limfa qan və ətrafdakı hüceyrələrin daim maddələr mübadiləsi apardığı interstisial mayedən əmələ gəldiyi üçün limfanın tərkibi daim dəyişir. Ümumiyyətlə qanın maye komponenti olan qan plazmasına bənzəyir. Limfa zülalları və artıq interstisial mayeni qana qaytarır. Limfa həmçinin həzm sistemindən (süd vəzilərindən başlayaraq) yağları xilomikronlar vasitəsilə qana daşıyır. Bakteriyalar limfa kanallarına daxil ola bilər və bakteriyaların məhv edildiyi limfa düyünlərinə nəql edilə bilər.
Alina
Alina — qadın adı. Alina Zahitova — rusiyalı fiqurçu. Alina Şapoçnikov — Polşa heykəltaraşı və yəhudi mənşəli qrafikçi. Alina Trepina — Azərbaycanı təmsil edən bədii gimnast. Alina Tumiloviç — Belarusu təmsil edən bədii gimnast. Alina Makarenko — Rusiyanı təmsil edən bədii gimnast. Alina Gözəlova — Azərbaycanı təsmil edən bədii gimnast. Alina Abdullayeva — Azərbaycan rejissoru. Alina Puqaç — İsraili təmsil edən qadın badmintonçu. Alina Kabayeva — Rusiyanın əməkdar idman ustası Alina Orlova — Litvalı müğənni.
Alina Abdullayeva
Alina Abdullayeva — Azərbaycan rejissoru. == Həyatı == Alina Abdullayeva 1981-ci ildə Ukraynanın Dnepropetrovsk şəhərində doğulub. Orta məktəbi bitirəndən sonra, 1998-ci ildə Bakıya köçüb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” fakültəsinə daxil olub. 1999-2002-ci illərdə onun novella və hekayələri müxtəlif yerli qəzet və jurnallarda çap olunub. Paralel olaraq fotoqraf kimi işləyib. Magistraturaya daxil olduqdan sonra rejissorluqla maraqlanıb. 2004-cü ildə AVANTİ proqramında (SDC - İsveçrənin İnkişaf üzrə Agentliyi tərəfindən maliyyələşən kino sahəsində peşəkar treninq) iştirakdan sonra rejissor qismində qısametrajlı layihənin reallaşması üçün qrant qazanıb. FOCAL-da kurs keçib. “Veit Helmer Filmproduktion”da prodüser kimi çalışıb.