Lina Heydrix

Lina Heydrix (14 iyun 1911, Femarn[d], Şlezviq-Holşteyn14 avqust 1985, Femarn[d], Şlezviq-Holşteyn) ― Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəhbəri və Nasist Almaniyasında mərkəzi fiqur olan Reynhard Heydrixin həyat yoldaşı. Kiçik alman aristokratının qızı (atası kənd məktəbində müəllim işləyirdi) olan Lina von Osten 1929-cu ildə Nasist Partiyasına qoşulmuş və 1930-cu ilin dekabrında Reynhard Heydrix ilə tanış olmuşdur.

Lina Heydrix
alm. Lina Heydrich
Doğum tarixi 14 iyun 1911(1911-06-14)
Doğum yeri
Vəfat tarixi 14 avqust 1985(1985-08-14) (74 yaşında)
Vəfat yeri
Həyat yoldaşları
Uşağı 4 (Heyder Heydrix daxil olmaqla)
Fəaliyyəti yazıçı
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nasist partiyasına üzvlük

[redaktə | mənbəni redaktə et]

Linanın böyük qardaşı Hans Nasist Partiyasına qoşulmuşdu və nasist hərbi birləşməsi olan Hücum dəstələrinin (SA) üzvü idi. Lina onun təsiri ilə 1929-cu ildə Adolf Hitlerin danışdığı bir partiya mitinqində iştirak edir və qısa müddətdən sonra Nasional Sosialist Alman Fəhlə Partiyasına qoşulur. (Üzvlük bileti № 1 201 380)[1][2]

Lina 6 dekabr 1930-cu ildə, 19 yaşında Kildə avarçəkmə klubunun balında iştirak edir və orada o vaxt dəniz leytenantı olan Heydrixlə tanış olur. 18 dekabr 1930-cu ildə nişanlandıqlarını elan edən cütlük[3] 26 dekabr 1931-ci ildə evlənmişdir.[4]

Cütlüyün Klaus (17 iyun 1933-cü il təvəllüdlü) və Heider (23 dekabr 1934-cü il təvəllüdlü) adlarında iki oğlu və Silke adlı qızı (9 aprel 1939-cu il təvəllüdlü) dünyaya gəlmişdir. Onların dördüncü övladı, Marte adlı qızları (23 iyul 1942-ci il təvəllüdlü) isə Reynhard Heydrixin ölümündən qısa müddət sonra anadan olub. Klaus 24 oktyabr 1943-cü ildə yol qəzası nəticəsində ölüb.[5]

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

Lina Heydrix müharibə bitdikdən sonra denazifikasiya prosesi zamanı olduğu mövqelərdən uzaqlaşdırılır. O, daha sonra 1956 və 1959-cu illərdə Qərbi Almaniya hökumətinə qarşı açdığı bir necə məhkəmə işi nəticəsində pensiya almaq hüququ qazanır. Onun həyat yoldaşı xidmət zamanı öldürülmüş alman polis generalı olduğu üçün o böyük pensiya almaq hüququna sahib idi, lakin hökumət daha əvvəl Heydrixin Holokostdakı roluna görə pensiyanı ödəməkdən imtina etmişdi.[6] Lina Heydrix Çexoslovakiyada qiyabi olaraq mühakimə olunaraq ömürlük həbs cəzasına məhkum edilsə də, bundan yayınmışdır.[7]

O 1965-ci ildə Finlandiyaya tətil səfərində olarkən fin teatr rejissoru Mauno Manninen ilə tanış olmuş və soyadını dəyişdirmək məqsədi ilə onunla evlənmişdir. Manninen 1969-cu ilin sentyabrında vəfat etmişdir.

1976-cı ildə Lina Heydrixin Leben mit einem Kriegsverbrecher (Müharibə Cinayətkarı ilə Həyat) adlı xatirə kitabı nəşr edilmişdir.[8] O 14 avqust 1985-ci ildə Fehmarnda 74 yaşında ölənə qədər birinci ərinin şöhrətini müdafiə etmişdir.[5]

  1. Williams, 2001. səh. 22
  2. Klee, 2007. səh. 244
  3. Williams, 2001. səh. 21
  4. Calic, 1985. səh. 51
  5. 1 2 Williams, 2003
  6. Gerwarth, 2011. səh. 290-291
  7. Nacisté Reinhard a Lina Heydrichovi – Jejich honosné sídlo v Panenských Břežanech obcházela smrt | Krvavá léta | Stream (çex), 2021-06-09 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-06-09
  8. Gerwarth, 2011. səh. 291