Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mayor
Mayor (lat. maior — baş) — baş zabit heyətinin birinci hərbi rütbəsi. Bəzi ölkələrdə "komandante" (ispandilli ölkələrdə), "kommandant" (Fransa, İrlandiya) və s. adlandırılır. Səslənmə baxımından eyni olan və zabitliyə qədər ən ali dərəcə sayılan fransız rütbəsi ilə səhv salınmamalıdır (məsələn; fransız polisinin briqadir-mayoru). Rütbə XVII əsrdə polk serjant-mayoru — polk komandirinin köməkçisi rütbəsindən yaranmışdır. Mayor qarovula və polkun qidalanmasına görə məsuliyyət daşıyırdı. Polklar batalyonlara bölünəndə bir qayda olaraq batalyon komandiri mayor olurdu.
General-mayor
General-mayor — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kontr-admiral rütbəsidir.
Mayor Brenner
Mayor Rafailoviç Brenner (25 dekabr 1906 (7 yanvar 1907), Dnepr – 7 aprel 1973, Bakı) — Azərbaycan pianoçusu, pedaqoq, Azərbaycan SSR xalq artisti (1968). == Həyatı == Mayor Rafailoviç Brenner 25 dekabr 1906 (7 yanvar 1907)-ci ildə Yekaterinoslavda (hazırkı Dnepr) anadan olmuşdur. Brennerin uşaqlıq illəri Yekateroslavda keçib. Musiqiçi ailəsində doğulduğu üçün ilk dərslərini peşəkar pianoçu olan atasından alıb. Yekaterinoslav Musiqi Kollecində S. D. Xramovun sinfində dərs alan Brenner eyni zamanda müşayiətçi kimi çalışıb və fortepiano dərsləri verib. Texnikumda oxuduğu müddətdə (1921–1925) Brenner dəfələrlə solo proqramlarla çıxış etmiş, onun repertuarına Çaykovskinin və Rimski-Korsakovun fortepiano konsertləri də daxil olmuşdur. Peterburq konservatoriyasını bitirmiş (1930), Peterburq filarmoniyasının solisti olmuşdur (1930–1935). 1935-ci ildə Hacıbəyov onu şəxsən Azərbaycan Dövlət Konservatoriyasına dəvət etmiş və Brenner ömrünün sonunadək burada dərs demişdir. Azərbaycanda pianoçu kadrların (F. Bədəlbəyli, F. Quliyeva, N. Usubova və b.) yetişdirilməsində, ifaçılıq mədəniyyətinin inkişafında böyük rolu olmuşdur == Təltif və mükafatları == "Azərbaycan SSR xalq artisti" fəxri adı — 25 iyun 1968 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960 == İstinadlar == == Ədəbiyyat == Музыкальная энциклопедия: [в 6 т.]. Т. 1.
Mayor gölü
Mayor gölü — Çeçenistanın Naurski rayonunda, Tersko-Kumskaya ovalığında göl. Gölün səthinin sahəsi — 0.18 km², göl dəniz səviyyəsindən 92–94 m yüksəklikdə yerləşir. == Təsviri == Mayor gölü Mayor fermasından təxminən 500 m cənubda, Stavropol diyarı ilə sərhədə yaxın yerdə yerləşir. Qərb və şərq sahilləri çox girintilidir. Dibi düz və palçıqlıdır. Gölün mərkəzində bir neçə ada var. Kiçik qamış bataqlıqları da var. Cənub sahilində ağaclar, əsasən qovaq, alma ağacı, meşə armudu, tut, kollar var. Gölün ətrafı, il boyu otlaq kimi istifadə olunan yarı səhra mənzərəsi ilə əhatə olunmuşdur. Göl əsasən qrunt suları ilə qidalanır.
Mayot
Mayotta (fr. Mayotte, komor Maore) — dənizaşırı region (fr. d'outre-mer) və eyni zamanda Fransanın dənizaşırı departamenti (département d’outre-mer, və ya DOM) (31 mart 2011-ci ildən). 1976-cı ildən bəri region Fransa ilə Komor arasında mübahisəli bir ərazidir, konstitusiyasına görə Mayotta muxtar ada statusuna malikdir. BMT Baş Assambleyası Komor Birliyinin Mayot adasına (Maore) hüquqlarını tanıyır Region Mozambik boğazında, Hind okeanının qərbində, Mozambik ilə şimali Madaqaskar arasında yerləşir. Əsas ada, Mayotta (Maore) , Pamandzi adası və bir neçə digər kiçik adalardan ibarətdir. Coğrafi olaraq Komorlara aiddir. Regionun sahəsi — 376 km², əhalisi — 246.489 nəfər (2016), sıxlığı — 657 nəfər / km², adambaşına düşən ÜDM €9100 (2015). == Coğrafiya == Əsas ada Komorosdakı geoloji cəhətdən ən qədim olan Mayotte (Maore) , uzunluğu 39 km, eni 22 km, ən yüksək nöqtəsi Benara dağıdır (fr. Mont Bénara, 660 m).
Mayr
Ernst Mayr (en Ernst Walter Mayr; 5 iyul 1904[…] – 3 fevral 2005[…]) — məşhur amerikalı bioloq, XX əsrin ən böyük təkamülçülərindən biri. == Kitabları == Mayr, Ernst. Systematics and the Origin of Species, from the Viewpoint of a Zoologist. Cambridge: Harvard University Press. 1999. ISBN 0674862503. Mayr, Ernst. Animal Species and Evolution. Cambridge: Belknap Press of Harvard University Press. 1963.
Balsamita major subsp. major
Tanacetum balsamita (lat. Tanacetum balsamita) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Sinonimləri == Balsamita balsamita (L.) Rydb. [Illegitimate] Balsamita major Desf. Balsamita major var. major major Balsamita major subsp. major major Balsamita major var. tanacetoides (Boiss.) Moldenke Balsamita suaveolens Pers. Balsamita vulgaris Willd. Chamaemelum balsamita (L.) E.H.L.Krause Chrysanthemum balsamita (L.) Baill.
Balsamita major var. major
Tanacetum balsamita (lat. Tanacetum balsamita) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Sinonimləri == Balsamita balsamita (L.) Rydb. [Illegitimate] Balsamita major Desf. Balsamita major var. major major Balsamita major subsp. major major Balsamita major var. tanacetoides (Boiss.) Moldenke Balsamita suaveolens Pers. Balsamita vulgaris Willd. Chamaemelum balsamita (L.) E.H.L.Krause Chrysanthemum balsamita (L.) Baill.
Plantago major var. major
Böyük bağayarpağı (lat. Plantago major) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 6-50 sm olan çoxillik ot bitkisidir. Gövdəsi (adətən bir neçə) yarpaqsızdır, dar, uzun sümbüllə başa çatır. Enli, yumurtavari, bütöv, 5-7 damarlı, enli saplaq üzərində yerləşən çılpaq yarpaqları birbaşa kökyanı rozetdən çıxır. May-sentyabr aylarında çiçəkləyir, iyun-oktyabr aylarında meyvə verir. == Yayılması == Böyük bağayarpağı boreal coğrafi tipinin palearktik sinfinin palearktik-meşə qrupuna aiddir. Avropada, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Hindistan, Himalay, Yaponiya, Çin, Monqolustan, Şimali Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda böyük bağayarpağı bütün rayonlarda arandan subalp qurşağına kimi (dəniz səviyyəsindən 2600 m qədər) bitir == Sinonimləri == Plantago borysthenica Wissjul. Plantago dregeana Decne.
Vinca major subsp. major
Böyük qıfotu (lat. Vinca major) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çin və Yaponiyadır. Təbiətdə növün arealı Cənubi Avropanı, Asiyanı və Şimali Afrikanı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 0,5 m-ə çatan həmişəyaşıl yarımkolcuqdur. Gövdəsi çılpaq və ya çox seyrək tükcüklüdür. Hündürlüyü 30-45 sm-ə çatır. Yarpaqları yumurtavari, ovalşəkilli, üstü tünd-yaşıl, altı isə açıq-yaşıl rənglidir, uzunluğu 4-8 sm, eni 2-5 sm, çılpaq, kənarları tükcüklüdür. Çiçəklərinin diametri 30-50 mm, parlaq göydür, düz qalxan budaqların üzərində bitkiyə xüsusi yaraşıq verir. Kasacıq hissəsinin uzunluğu 8-9 mm, tükcüklü, çiçək saplaqlarının uzunluğu isə 3-5 sm-dir.
Abbas Qasımov (mayor)
Abbas Rza oğlu Qasımov (17 mart 1986, Rəhimabad, Zəngibasar rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru və hərbi pilot, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abbas Qasımov 1986-cı il martın 17-də Masis rayonunun (Zəngibasar rayonu) Rəhimabad kəndində anadan olub. 6 yaşı olanda atasını itirən Abbas Qasımov, ailəsi ilə birgə 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən doğma rayonunda deportasiya edilir və Qasımovlar ailəsi Binəqədi rayonunda yaşamağa başlayır. 1993–2003-cü illərdə Binəqədi rayonunda F. İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə təhsil alıb. 2003–2007-ci illərdə isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbas Qasımov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı baş leytenant Xalid Gözəlov ilə birgə şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Anar Məmmədov (mayor)
Anar Elşad oğlu Məmmədov (2 may 1986, Sabirabad – 20 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Məmmədov 1986-cı il mayın 2-də Sabirabad şəhərində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı yaralansa da, bir gün hospitalda müalicə aldığdan sonra döyüş meydanına geri dönüb. Anar Məmmədov oktyabrın 20-də Hadrutun azad edilməsi zamanı 26 əsgərini mühasirədən çıxarıb, sona qədər döyüşüb, sonda bir gülləsi qalanda isə onu özünə vuraraq şəhid olub. Sabirabad rayonunun Cavad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aqil Məlikov (mayor)
Elnur Quliyev (mayor)
Elnur Eldar oğlu Quliyev (25 iyul 1984; Füzuli rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Quliyev 1984-cü il iyulun 25-də Füzuli rayonunda anadan olub. Onun əmisi — Nazim Quliyev Birinci Qarabağ müharibəsinin şəhididir. 1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Quliyevlər ailəsi Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində yaşamağa başladılar. 1991–2001-ci illərdə Qəhrəmanlı qəsəbə tam orta məktəbində təhsil alıb. 2002–2006-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Artilleriya" ixtisası üzrə ali təhsil alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Elnur Quliyev 2006-cı ilin iyulundan 2007-ci ilin iyununa qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində (TTM) "Yerüstü Artilleriya Tağım Komandiri" Kurslarında olub. Elnur Quliyev 2007–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edib.
Elnur Əliyev (mayor)
Elnur Adil oğlu Əliyev (16 avqust 1976, Dədəli, Füzuli rayonu, Azərbaycan SSR – 3 aprel 2016, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edilib. == Həyatı == Elnur Əliyev 1976-cı ilin 16 avqust günündə Füzuli rayonunun Dədəli kəndində anadan olub. Elnur Əliyev ailəli idi; Elvin və Elxan adında iki oğlu yadigar qalıb. == Hərbi xidməti == Mayor Elnur Əliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı digər əsgərləri qorumaq məqsədilə qumbaranın üzərinə atılaraq qəhrəmancasına şəhid oldu. Aprelin 3-ü isə Elnur Əliyev Füzuli rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və mayor Əliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elnur Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edildi.
Elvin Səfərov (mayor)
Elvin Sərraf oğlu Səfərov (24 oktyabr 1992, Kərimbəyli, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Hərbi xidməti == Döyüş əməliyyatları zamanı və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2017-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərova "Hərbi xidmətlərə görə" medalı verildi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan Elvin Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2023-cü il tarixli Sərəncamı ilə Elvin Səfərov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Elşad Həsənov (mayor)
Elşad Paşa oğlu Həsənov (13 iyun 1981; Göyçə mahalı, Ermənistan SSR — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşad Həsənov 13 iyun 1981-ci ildə Göyçə mahalında anadan olmuşdur. Aksana Həsənova ilə ailəli idi, 2 övladı var. == Hərbi xidməti == Elşad Həsənov 1999-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində kursant olaraq, 2002-ci ildən zabit olaraq xidmət edirdi. Azərbaycan Ordusunun mayoru olan Elşad Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elşad Həsənov 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. 16 dekabr 2020-ci ildə nəşi tapıldığı ərazidən gətirilmiş və II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elşən Orucov (mayor)
Elşən Yavər oğlu Orucov (11 avqust 1985, Ayrınc, Şahbuz rayonu – 22 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Orucov 1985-ci il avqustun 11-də Ayrınc kəndində anadan olub. 1991–2001-ci illərdə Ayrınc kənd orta məktəbində təhsil alıb. 2001–2004-cü illərdə Naxçıvan MR Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, 2008–2009-cu illərdə Hərbi Akademiya təlim tədris mərkəzində oxuyub və leytenant rütbəsinə yiyələnib. Təyinatla Gəncə şəhər N saylı hərbi hissəyə göndərilmiş bir il xidmət etdikdən sonra Ağdam rayonunun N saylı hərbi hissəsinə göndərilmişdi. Daha sonra bir müddət Naftalanda xidmət etdikdən sonra yenidən Ağdamda xidmətə başlamışdır. 2016-cı ildən başlayaraq Füzuli şəhərinin Horadiz qəsəbəsində xidmət etmişdir. 2016-cı ildə baş vermiş Aprel döyüşlərində iştirak edib və igidliyinə görə medalla təltif olunub. 2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsində Füzuli-Cəbrayıl-Zəngilan-Qubadlı istiqamətindəki döyüşlərdə öz əsgərləri ilə böyük qəhrəmanlıq göstərərək düşmənin xeyli canlı qüvvəsini məhv edib, onlarla döyüş texnikasını ələ keçirib, bu ərazilərdə yerləşən 4 strateji yüksəkliyi öz hərbi məharətindən istifadə edərək təkbaşına azad edib.
Emil Əliyev (mayor)
Emil Elman oğlu Əliyev (25 fevral 1986; Naxçıvan, Azərbaycan — 30 noyabr 2021; Xızı rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidməti'nin mayoru, Mil Mi-17 helikopterinin pilotu, Qaraheybət şəhidi. == Həyatı == Emil Əliyev 1986-cı il 25 fevral tarixində Naxçıvanda anadan olmuşdur. 4-cü sinifə qədər Naxçıvanda, 1996-cı ildən isə Bakıda 36 saylı məktəbdə təhsil alıb. == Hərbi xidməti == 2008-ci ildə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin aviasiya hərbi qulluğunda xidmətə başlamışdır. Xidmətdə olduğu müddətdə mayor rütbəsinə qədər qalxmışdır. 2-ci Qarabağ müharibəsi və ya Vətən müharibəsi adı ilə yadda qalan müharibədə iştirak etmiş, buna görədə 2 müxtəlif medal ilə təltif edilmişdir. 2021-ci il 30 noyabrda Səngəçaldan qalxan helikopterin Xızı rayonunda yerləşən Qaraheybət aviasiya poliqonuna enişi zamanı helikopterin qəzaya uğraması nəticəsində digər 13 nəfər ekipaj üzvü ilə birlikdə Şəhid olmuşdur.
Federiko Mayor Saraqosa
Federiko Mayor Saraqosa (isp. Federico Mayor Zaragoza, 27.1.1934, Barselona) –biokimyaçı, siyasətçi, yazıçı, şair. == Həyatı == 1968- 1972-ci ilə qədər Qranada universitetinin rektoru. 1972-1976-cı illərdə İspaniyanın Dövlət katibi, Təhsil və Elm naziri olmuşdur. 1981-ci ildən Avropa parlamentinin üzvü, 1987-1999-cu illərdə YUNESKO-nun Baş katibi olmuşdur.
Fuad İsmayılov (mayor)
Fuad Murad oğlu İsmayılov (26 oktyabr 1986; Kəngərli rayonu, Azərbaycan SSR — 4 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fuad İsmayılov 1986-cı il oktyabrın 26-da Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 1993-2002-ci illərdə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbində, 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsil alıb. Ailəli idi. Xəyal və Yusif adlı 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Fuad İsmayılov 2009-cu ildən "leytenant" rütbəsi alaraq hərbi vəzifəyə başlayıb. 2012-ci ildə "baş leytenant", 2016-cı ildə "kapitan", 2020-ci ildə "mayor" rütbəsi alıb. Azərbaycan Ordusunun mayoru olan Fuad İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fuad İsmayılov oktyabrın 4-də Madagizin azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn edilib.
Ramil Ağayev (mayor)
Ramil Mərdan oğlu Ağayev (20 dekabr 1984, Lerik – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Ağayev 1984-cü il dekabrın 20-də Lerik şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Ramil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Ağayev oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Rasim Məmmədov (mayor)
Rasim Əbdül oğlu Məmmədov (4 aprel 1977 və ya 20 may 1977, Naxçıvan rayonu – 4 aprel 2016, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına apardığı döyüşdə şəhid olub, ölümündən sonra "Vətən Uğrunda" və"Qüsursuz xidmətə görə" II dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Rasim Məmmədov 1977-ci ilin 20 may günündə Babək rayonunun Cəhri kəndində I Qarabağ müharibəsinin əlili Əbdül və Nazilə Məmmədovların ailəsində anadan olub. Rasim Məmmədovun atası Əbdül Məmmədov müharibədə Naxçıvanda strateji yüksəklik olan Mil təpədə aldığı güllə yarası ayaqlarını iflic etmişdi 25 ildən artıq əlil arabasında ömür yaşadı və 2016-cı ilin 27 aprel günündə oğlunun şəhidliyindən 23 gün sonra vəfat etdi. Rasim Məmmədov 1983-cü ildə Cehri kənd orta məktəbinin birinci sinfinə getdi və 1994-cü ildə həmin məktəbi bitirdi. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olan Rasim Məmmədov 2000-ci ildə həmin məktəbi tank qoşunları komandanı ixtisası üzrə bitirdi. Leytenant Rasim Məmmədov Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətini N saylı hərbi hissədə davam etdi. Rasim Məmmədov Samirə xanım ilə ailəli idi, Asim (17.11.2007) adında oğlu və Aysu adında qızı yadigar qalıb. == Hərbi xidməti == Leytenant Rasim Məmmədov 2000-ci ildən 2001-ci ilə qədər N saylı hərbi hissədə "təlim taborunun tuşlayıcı taqımının komandiri, 2001-ci ildən 2002-ci ilə qədər isə həmin hərbi hissədə "təlim döyüş tankları" taqımının komandiri vəzifələrində çalışdı. 2002-ci ildə Müdafiə Naziri Səfər Əbiyevin əmri ilə baş leytenant rütbəsi alan Rasim Məmmədov, həmin ildən 2005-ci ilə qədər N saylı nömrəli hərbi hissədə "tank" taqımının komandiri vəzifəsində çalışdı.
Rizvan Hümbətov (mayor)
Rizvan Məşədi oğlu Hümbətov (27 dekabr 1948, Tovuz rayonu – 14 sentyabr 1991, Goranboy rayonu) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rizvan Hümbətov 27 dekabr 1948-ci ildə Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olmuşdur. 1965-ci ildə Düz Cırdaxan kənd orta məktəbini bitirmişdir. 1968-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ali təhsil almaq üçün Qazaxıstana yollanır. Daxili işlər orqanlarında işləməklə bərabər, Metallurgiya İnstitutunda təhsil alıb. 1984-1989 cu illərdə Qazaxıstan Ali Polis Akademiyasında təhsilini davam etdirmişdir. Peşəkar zabit kimi 18 il Qazaxıstanın Karakanda şəhərində Daxili İşlər Orqanlarında çalışaraq, mayor rütbəsinə qədər yüksəlib. Ailəsi ilə birgə Qazaxıstanda yaşayan mayor Rizvan Hümbətov Ermənistanın ölkəmizə qarşı apardığı müharibəyə səssiz qala bilmir. Raport yazaraq Azərbaycana qayıtmaq haqqında qərar verir. Həmkarlarının Qazaxıstanda qalmaqla bağlı təkidlərinə baxmayaraq, işini, evini tərk edərək ailəsi ilə birgə Azərbaycana qayıdır.
Ruslan Cəfərov (mayor)
Ruslan Gündüz oğlu Cəfərov (19 noyabr 1976; Azərbaycan — 11 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Cəfərov 1976-cı il noyabrın 19-da anadan olub. Əslən Xocalı rayonundan idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Ruslan Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Cəfərov oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Ruslan Cəfərov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.