Elşən Yavər oğlu Orucov (11 avqust 1985, Ayrınc, Şahbuz rayonu – 22 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi.
Elşən Orucov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 avqust 1985 |
Doğum yeri | |
Vəfat tarixi | 22 oktyabr 2020 (35 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2005–2020 |
Rütbəsi | Mayor |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi |
Təltifləri |
Elşən Orucov 1985-ci il avqustun 11-də Ayrınc kəndində anadan olub.[1] 1991–2001-ci illərdə Ayrınc kənd orta məktəbində təhsil alıb[2].
2001–2004-cü illərdə Naxçıvan MR Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, 2008–2009-cu illərdə Hərbi Akademiya təlim tədris mərkəzində oxuyub və leytenant rütbəsinə yiyələnib. Təyinatla Gəncə şəhər N saylı hərbi hissəyə göndərilmiş bir il xidmət etdikdən sonra Ağdam rayonunun N saylı hərbi hissəsinə göndərilmişdi. Daha sonra bir müddət Naftalanda xidmət etdikdən sonra yenidən Ağdamda xidmətə başlamışdır. 2016-cı ildən başlayaraq Füzuli şəhərinin Horadiz qəsəbəsində xidmət etmişdir. 2016-cı ildə baş vermiş Aprel döyüşlərində iştirak edib və igidliyinə görə medalla təltif olunub.
2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsində Füzuli-Cəbrayıl-Zəngilan-Qubadlı istiqamətindəki döyüşlərdə öz əsgərləri ilə böyük qəhrəmanlıq göstərərək düşmənin xeyli canlı qüvvəsini məhv edib, onlarla döyüş texnikasını ələ keçirib, bu ərazilərdə yerləşən 4 strateji yüksəkliyi öz hərbi məharətindən istifadə edərək təkbaşına azad edib. Oktyabrın 22-də Qubadlının Muradbəyli kəndinin azad olunmasında xüsusi rəşadət göstərib, öz əsgərləri ilə birlikdə erməni ordusunun 137 nəfər canlı qüvvəsini məhv edib. Bu döyüşdə Muradbəyli kəndi düşməndən azad olunsa da, mayor Elşən Orucov və 22 əsgəri qəhrəmancasına şəhid olublar.[3]
Orduda göstərdiyi xidmətləri hər zaman ölkə başçısı tərəfindən qiymətləndirilən, xidməti dövründə "Qüsursuz xidmətə görə" lll dərəcəli, "Qüsursuz xidmətə görə" ll dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunan mayor şəhadətindən sonra da "Vətən Uğrunda" , "Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" medalları[4] və "Azərbaycan Bayrağı" ordeni[5] ilə təltif olunub.
Ailəli idi iki övladı var.
Azərbaycan Ordusunun mayoru olan Elşən Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Orucov oktyabrın 22-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Orucov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Orucov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Orucov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[5]