Rasim Məmmədov (mayor)

Rasim Əbdül oğlu Məmmədov (4 aprel 1977 və ya 20 may 1977, Naxçıvan rayonu4 aprel 2016, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına apardığı döyüşdə şəhid olub, ölümündən sonra "Vətən Uğrunda" və"Qüsursuz xidmətə görə" II dərəcəli medalı ilə təltif edilib.

Rasim Məmmədov
Rasim Əbdül oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Babək, Azərbaycan
Vəfat tarixi (38 yaşında)
Vəfat yeri Füzuli, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1996—2016
Rütbəsi Mayor
Təltifləri "Vətən Uğrunda" və "Qüsursuz xidmətə görə" II dərəcəli medalı "Qüsursuz xidmətə görə" III dərəcəli medalı "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rasim Məmmədov 1977-ci ilin 20 may günündə Babək rayonunun Cəhri kəndində I Qarabağ müharibəsinin əlili Əbdül və Nazilə Məmmədovların ailəsində anadan olub.[1] Rasim Məmmədovun atası Əbdül Məmmədov müharibədə Naxçıvanda strateji yüksəklik olan Mil təpədə aldığı güllə yarası ayaqlarını iflic etmişdi 25 ildən artıq əlil arabasında ömür yaşadı və 2016-cı ilin 27 aprel günündə oğlunun şəhidliyindən 23 gün sonra vəfat etdi.[2]

Rasim Məmmədov 1983-cü ildə Cehri kənd orta məktəbinin birinci sinfinə getdi və 1994-cü ildə həmin məktəbi bitirdi. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olan Rasim Məmmədov 2000-ci ildə həmin məktəbi tank qoşunları komandanı ixtisası üzrə bitirdi. Leytenant Rasim Məmmədov Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətini N saylı hərbi hissədə davam etdi.

Rasim Məmmədov Samirə xanım ilə ailəli idi, Asim (17.11.2007) adında oğlu və Aysu adında qızı yadigar qalıb.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Leytenant Rasim Məmmədov 2000-ci ildən 2001-ci ilə qədər N saylı hərbi hissədə "təlim taborunun tuşlayıcı taqımının komandiri, 2001-ci ildən 2002-ci ilə qədər isə həmin hərbi hissədə "təlim döyüş tankları" taqımının komandiri vəzifələrində çalışdı.

2002-ci ildə Müdafiə Naziri Səfər Əbiyevin əmri ilə baş leytenant rütbəsi alan Rasim Məmmədov, həmin ildən 2005-ci ilə qədər N saylı nömrəli hərbi hissədə "tank" taqımının komandiri vəzifəsində çalışdı.

Baş leytenant rütbəsi almasından 3 il sonra, 2005-ci ildə Rasim Məmmədov Səfər Əbiyevin əmri ilə kapitan rütbəsi aldı və N saylı hərbi hissədə "Mexanikləşdirilmiş bölük" komandiri vəzifəsində çalışdı.

Kapitan Rasim Məmmədov 2007-ci ildən 2010-cu ilə qədər başqa hərbi hissədə Motoatıcı Taborun Qərargah rəisinin Maddi Texniki Təminat üzrə köməkçisi, 2010-cu ildən 2011-ci ilə qədər isə həmin Motoatıcı Taborun rəisi vəzifəsində çalışdı. Daha sonra o, bir müddət digər hərbi hissənin Motoatıcı Taborun Qərargah rəisi kimi xidmət etdi. Elə həmin ildə, 2011-ci ildə Rasim Məmmədov Müdafiə Naziri Səfər Əbiyevin əmri ilə mayor rütbəsi aldı.

2011-ci ildən 2012-ci ilə qədər N nömrəli hərbi hissədə Motoatıcı Taborun komandirinin müavini, 2012-ci ildən 2014-cü ilə qədər isə, həmin hərbi hissədə Motoatıcı Taborun komandiri vəzifəsində çalışan mayor Rasim Məmmədov 2014-cü ildən 2015-ci ilə qədər, həmin hərbi hissənin 2-ci Motoatıcı Taborun komandiri kimi xidmət etdi.

18 aprel 2015-ci ildən, şəhid olduğu günə qədər isə mayor Rasim Məmmədov N saylı hərbi hissədə Motoatıcı Taborun komandiri vəzifəsində çalışdı.

Aprel döyüşləri

[redaktə | mənbəni redaktə et]

Mayor Rasim Məmmədov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Rasim Məmmədov doğulduğu Babək rayonunun Cəhri kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər rayon ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və mayor Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Rasim Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən Uğrunda" və "Qüsursuz xidmətə görə" II dərəcəli medalı ilə təltif edildi.

  1. "Azərbaycanın igid oğlu – şəhid Rasim Məmmədov". trail.az. 2016. İstifadə tarixi: 28 aprel 2016.[ölü keçid]
  2. Fazil Mustafa. "Aprel döyüşlərində şəhid olmuş Rasim Məmmədovun atası Əbdül Məmmədov dünyasını dəyişdi". moderator.az. 27/04/2016. 2018-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]