Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Malakka
Malakka (Jawi: ملاك; Malayca: Melaka) — Malayziyada bir ştatdır. Malay yarımadasının cənubunda yerləşir. Paytaxtı Malakka şəhəridir. Şimalında Neqeri Sembilan, şərqində isə Cohor ştatları yerləşir. Malaziyanın 3 ən kiçik əyalətidir. Sahəsi 1,650 km², əhalisinin sayı 713,000 nəfərdir.
Maskara
Məskər (ərəb. معسكر‎) və ya Maskara (fr. Mascara) — Əlcəzairin şimal-qərbində, eyniadlı vilayətin inzibati mərkəzi olan şəhər. Xobra çayı üzərində yerləşir. Maskara inzibati, ticarət və kommersiya mərkəzidir. Dəri məmulatları, taxıl, zeytun yağı və şərab istehsal olunur. == Tarixi == Maskara şəhərinin əsası 1701 -ci ildə qoyulmuşdur. Burada Osmanlı imperiyasının hərbi qarnizonu olmuşdur. Şəhərin adı ərəb dilində "hərbi düşərgə" mənasını verir. İndiki ad ərəb dilindəki adı fransız dilinə uyğunlaşdırılmış variantıdır.
Masada
Masada (ivr. ‏מצודה‏‎ — "qala") — İsrailin cənubunda Nəcəf çölündə yerləşən qala. Romalılara təslim olmaq istəməyən yəhudilər bu qalaya sığınır. Romalılarla yəhudilər arasındakı münaqişələrin əsasını din təşkil edirdi. Onlar istəyirdilər ki, yəhudilər öz inanclarını tərk etsinlər. İnanca görə, Masada qalası içərisində gizlənən yəhudilər, qurtuluş ümidlərinin tükəndiyini düşünüb və aralarından silah istifadə etməyi bacaran 10 şəxsi 950 insanı öldürmələri üçün vəzifələndirirlər. Qaydaya görə, bu 10 adam, digər 950 adamı öldürdükdən sonra, 10 nəfər arasında bir nəfər seçirlər və həmin bir nəfər 9 yəhudini öldürdükdən sonra özünə qəsd etməli idi. Şərt olaraq heç kimin sağ qalmaması qoyulmuşdu həmin seçilmiş insanların öhtəliyinə. Lakin toplu intihardan yalnız 2 qadın və 5 uşaq həyatda qalmışdır ki, onlar da bu dəhşətli hadisəni gələcək nəsillərə çatdırıb.
Masaki
Masaki — Yaponiyada ad. Bu adı olan tanınmışlar Masaki Tsuçihaşi — keçmiş Yaponiya futbolçusu. Masaki Yokotani — keçmiş Yaponiya futbolçusu.
Masako
Masako — yapon adı. Masako Yoşida — keçmiş Yaponiya qadın futbolçusu. Masako Katsura — yaponiyalı məşhur karambol bilyardçısı.
Masala
Masala (Tamilcə: மசாலா hind. मसाला; benq. মশলা; urdu مصاله; nep. मसाला) — Cənubi Asiya mətbəxində (o cümlədən Hindistan, Pakistan, Nepal, Banqladeş, Miyanma, və Şri Lanka mətbəxlərində) ədviyyat qarışığını təsvir etmək üçün istifadə olunan termin.
Maska
Maska — tanınmamaq və ya müdəfiyə məqsədi ilə üzə geyinilən əşya. Maska öz forması ilə çox vaxt üz cizgilərini təkrarlayır, gözlər üçün və nadir hallarda ağız və burun üçün dəliklərə malik olur. Qədim zamanlarda maskalar pis ruhlardan qorunmaq üçün istifadı edilirdilər. “Maska” sözü fransız dilində olan masque sözü vasitəsi ilə olan italyan sözü maschera və ya ispan sözü máscara sözlərindən törəmədir. Bu sözlər latın sözü olan mascus, masca (kabus) və ya ərəb sözü olan maskharah (təlxək) sözlərindən əmələ gəliblər. Maskalar müxtəli materiallardan düzəldirirlər: ağac, metal, gips, parça, dəri və s.
Malakka (ştat)
Malakka (Jawi: ملاك; Malayca: Melaka) — Malayziyada bir ştatdır. Malay yarımadasının cənubunda yerləşir. Paytaxtı Malakka şəhəridir. Şimalında Neqeri Sembilan, şərqində isə Cohor ştatları yerləşir. Malaziyanın 3 ən kiçik əyalətidir. Sahəsi 1,650 km², əhalisinin sayı 713,000 nəfərdir.
Malakka boğazı
Malakka boğazı (ind. Malakka Madura,malay Selat Melaka) - Malay yarımadasını Sumatra adasından ayırır. Hind okeanına daxil olan Andaman dənizini Sakit okeana daxil olan Cənubi Çin dənizi ilə birləşdirir. Boğazın uzunluğu 930 km, eni isə ən dar yerdə 38 km təşkil edir. Strateji əhəmiyyət baxımından Süveyş kanalı və Panama kanalı ilə əhəmiyyətə malikdir. Bu yol Hind okeanı və Sakit okean arasında olan əsas dəniz yoludur. İl ərzində boğazdan 50,000 gəmi keçir. Onlar müxtəlif ölçülərə malik olsa da, dünya üzrə gəmilərin ¼ təşkil edir. Şərqi Asiya istiqamətində gedən neft daşımaları bu boğaz vastəsi ilə həyada keçirilir. Bu istiqamətindəki, daşımaların böyük qismi Yaponiya,Çin və Cənubi Koreyanın üzərinə düşür.
Malakka sultanlığı
Malakka sultanlığı — 1414–1511-ci illərdə mövcud olmuş, əsası islamı qəbul etmiş yavalı şahzadə Parameşvara İsgəndər şah tərəfindən qoyulmuş dövlət. == Tarixi == Malakka körfəzindən keçən ticarət yollarının yaxınlığı zəminində yeni eranın başlanğıcında Malakka yarımadasının cənub hissəsində iri liman şəhərləri yarandı. İlk dövrlərdə Malayyada Hindistandan gəlmə tacirlər və buddist rahiblər mühüm rol oynayırdılar. Hind mədəniyyətinin Malayyanın sosial-siyasi və dini həyatına təsiri uzun əsrlər boyu davam etdi. Malayyanın şəhər-dövlətləri və vilayətləri uzun müddət ərzində Cənubi Hindistan, Hind-Çin, Sumatra və Yavada yerləşən qonşu dövlətlərdən asılı idilər. Bu dövlətlər Malakka körfəzindəki gəmiçiliyi nəzarətə almaq uğrunda bir-biri ilə rəqabət aparırdılar. 1414-cü ildə islamı qəbul etmiş yavalı şahzadə Parameşvara İsgəndər şah adı altında Malakka sultanlığının əsasını qoydu. Onun tərkibinə, demək olar ki, bütün Malayya, Sumatranın bir hissəsi və yaxınlıqdakı bir neçə ada daxil idi. XV əsr ərzində islam dini Malayyada buddizm və hinduizmin mövqelərini xeyli zəiflətdi: müsəlman tacirlər beynəlxalq ticarətdə üstün mövqe qazanmağa başladılar, malay yazısı üçün hind qrafikası yerinə ərəb qrafikası istifadə olunmağa başladı. XVI əsrin əvvəllərinə doğru Malakka sultanlığı Cənub-Şərqi Asiyanın nüfuzlu şəhər-dövlətinə çevrildi və öz hakimiyyətini Sumatranın şərq hissəsinə qədər genişləndirdi.
Maşalla Əhmədov
Maşalla Əhmədov (tam adı:Maşalla Əhməd oğlu Əhmədov; 2 iyun 1959, Kirovabad) — SSRİ futbolçusu, SSRİ idman ustası (1986). == Həyatı == Azərbaycan futbolunun ən güclü hücumçularından olan Maşalla Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. 1977-ci ildən Neftçi Bakı klubunda oynayıb. XX əsrin 80-ci illərində "Neftçi"də yeni "üçlük" yarandı. İsgəndər Cavadov, Maşallah Əhmədov və İqor Ponomaryovdan ibarət trio nəinki Azərbaycanda, hətta bütün SSRİ-də məşhur idi. Bu möhtəşəm "üçlük" istənilən oyunun taleyini həll etməyə qadir idi. 1986-cı ildə SSRİ-nin qeyri-rəsmi Olimpiya komandası bir matç oynayıb.. 1995-ci ildən 2008-ci ilədək AFFA-dan kənarda qalıb. Maşallah Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyır.
Malakka şəhəri
Malakka Şəhəri (malay Bandaraya Melaka), Malayziyanın Malakka əyalətinin Melaka Tengah Bölgəsindəki paytaxtıdır . 2019 etibarı ilə əhalisi 579.000-dir. Malakka Şəhəri, yaxın zamanda Asean Təmiz Turist Şəhəri Standart Mükafatı 2018–2020-nin Milli Qazananı olaraq mükafatlandırılan cənub-şərqi Asyadakı ən təmiz şəhərlərdən biridir. Malakka Sultanlığı dönəmində uğurlu bir antrepo halına gələn Malakka Boğazındakı ən qədim Malayziya şəhəridir . Bugünkü şəhər, Srivijaya Majapahitə düştüyündə Malay Yarımadasına qaçan Sumatra şəhzadəsi Paramesvara tərəfindən quruldu . Malakka Sultanlığının qurulmasının ardından şəhər, Yaxın Şərq, Cənubi Asiya və Şərqi Asiyadan gələn tacirlərin yanı sıra Asiyadakı ticarət yoluna hakim olmağı hədəfləyən Portuqallarında marağına səbəb oldu. Malakka Portuqallar tərəfindən fəth edildikdən sonra , Açeh və Johor səltənətləri Portuqalyanın idarəsini ələ keçirməyə çalışdığında şəhər bir savaş yeri halına gəldi. Bu bölgələr arasındakı bir dizi savaşın ardından, Açehin təsiri azalərkən, Johor həyatda qaldı və Johor, Yava və Maluku Adaları üzərində hakimiyyət qurmaq üçün gələn Hollandiyalılarla işbirliyi ettiyində , daha öncə Sumatrada Açehə itirdiyi torpaqlar üzərindəki təsirini genişlətdi . Ancaq, Malay və Bugis arasındakı saray daxili çəkişmələr səbəbiylə Johor-Riau İmperatorluğu, Johor və Riau-Linqqa səltənətlərinə bölündü. Bu ayrılıq, İngilislərin Malay Yarımadasında varlıqlarını təsis etmək üçün gəlməsiylə qalıcı hala gəldi.
Kazuaki Tasaka
Kazuaki Tasaka (d. 3 avqust 1971) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Masaki Naqata
Masaci Naqata (長田 政二, Naqata Masaci, 1887, İbaraki prefekturası – 8 sentyabr 1938, Los-Anceles dairəsi, Kaliforniya) – yapon əsilli ABŞ-lı həvəskar astronom. 1931-ci ildə fermerliklə məşğul olarkən yeni kometa kəşf etdikdən sonra tanınmışdır. Naqata kometa kəşf edən ilk həvəskar astronomlardan biri olmuş, Kaliforniya ştatında həvəskar astronomiya sahəsində əhəmiyyətli töhfələr vermişdir. Onun kəşf etdiyi Naqata kometası tarixdə yapon şəxsin şərəfinə adlandırılmış ilk kometadır. == Həyatı == === İlk illəri === Naqata 1886-cı ildə Yaponiyanın İbaraki prefekturasında doğulmuşdur. Onun atası da fermer və həvəskar astronom olmuşdur. Atası onun astronomiyaya maraq göstərməsində böyük rol oynamışdır. Naqata 1907-ci ildə ABŞ-yə miqrasiya etmişdir. 1909-cu ildə Kaliforniya ştatında yerləşən İmperial dərəsinə köçərək Brauli və Vestmorlend şəhərləri arasındakı ərazidə fermerliklə məşğul olmağa başlamışdır. 1913-cü ildə qəbul edilən qanun yapon miqrantlarının torpaq sahibi olmasının qabağını aldığı üçün o, tez-tez yer dəyişdirməli olmuşdur.
Masaki Tsuçihaşi
Masaki Tsuçihaşi (d. 23 iyul 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Masaki Yokotani
Masaki Yokotani (d. 10 may 1952) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 20 oyun keçirib.
Masako Katsura
Masako Katsura(yap. 桂 マサ子, ləqəbi "Ketsi", bəzən Bilyardın birinci xanımı)- yaponiyalı məşhur karambol bilyardçısı. O, o dövrlər kişilərin iştirak etdiyi yarışlarda yüksək nəticələr göstərərək bilyard tarixində qadınlar üçün iz buraxdı.
Masako Yoşida
Masako Yoşida (12 avqust 1957, Yaponiya) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Mayaka doğru
Mayaka doğru Virciniya Vulf tərəfindən yazılmış, 1927-cı ildə nəşr olunmuş, modernist üslubda yazılmış əsərdir. Əsər müəllifin sayca beşinci romanıdır. Əsərin yazılış üslubu ilə yazıçı Marsel Prust və Ceyms Coysun modernist roman ənənəsini davam etdirir. Romanda bir neçə dialoqu çıxmaqla, demək olar ki, tamamı ilə durğunluq hökm sürür, yalnız düşüncələrə yer verilir. Əsər üç hissədən ibarətdir, hadisələr və obrazların düşüncələri anonim şəxsin dilindən çatdırılır. Romanın həm də avto-bioqrafik yönləri var, xanım Ramsinin obrazında öz anasını göstərən yazıçı, öz ailəsində onun ölümündən sonra yaranmış boşluğu təsvir edir. Əsər həm "Modern Library" nəşr evi, həm də "Time" jurnalının ingiliscə yazılmış yüz ən yaxşı roman siyahısında özünə yer tapıb. == Mövzusu == Birinci bölüm-Pəncərə . İlk bölüm Hebrid- Skayp adasında, Ramsi ailəsinin yay evində, xanım Ramsi və oğlunun söhbətinin təsviri ilə başlayır. Anası ilə bir gün sonrakı mayak səfərləri ilə bağlı söhbət edən Ceymsə atası hava aydın olmadığından gedə bilməyəcəklərini bildirir.
Qaram masala
Qaram masala (hind. गरम मसालाdən, garam ("isti") və masala (ədviyyələr qarışığı)) — Şimali Hindistan və digər Cənubi Asiya mətbəxlərində yayılmış olan döyülmüş (üyüdülmüş) ədviyyat qarışığı.
Masaki Murata
Masaki Murata (村田 聖樹, Murata Masaki, 29 avqust 1999, Kavasaki[d], Kanaqava prefekturası) – Azərbaycanın "Sumqayıt" klubunda oynayan yapon futbolçu. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. == Klub karyerası == Masaki Murata Yaponiyanın "Frontale" klubunun yetirməsidir. O, Almaniyada "Ginshaym" və "Bayern Altsenau" klublarında çıxış etdikdən sonra ölkəsində "İtuano" klubunda oynamışdır. Murata 2021-ci ilin iyul ayında Latviyanın "Valmiera" klubunda çıxış etməyə başlamışdır. O, Latviya klubunda 48 oyuna 4 qol vurmuş, 5 məhsuldar ötürmə vermişdir. 2022-ci ildə "Valmiera" ilə Latviya çempionu olmuşdur. Klubla UEFA Konfrans Liqasında "Şkendiya" klubuna qarşı iki oyunda çıxış etmiş, bir qol vurmuşdur. 2023-cü ilin yanvarında Azərbaycanın "Sumqayıt" klubu ilə 1,5 illik müqavilə bağlamış və klubun ilk yaponiyalı futbolçusu olmuşdur. 25 yanvar 2023-cü ildə "Zirə"yə qarşı baş tutmuş oyunda debüt etmişdir.
Cinzaburo Masaki
Cinzaburo Masaki (真崎 甚三郎, Masaki Cinzaburo, 27 noyabr 1876 və ya 1876, Saqa prefekturası – 31 avqust 1956 və ya 1956) – Yaponiya generalı. Rus-yapon müharibəsində kiçik zabit kimi iştirak etmiş, növbəti illərdə Yaponiyanın aparıcı hərbi xadimlərindən biri olmuşdur. == Həyatı və karyerası == Cinzaburo Masaki 1876-cı ildə Yaponiyanın Saqa prefekturasında doğulmuş, 1897-ci ildə Hərbi Akademiyanı bitirmişdir. Rus-yapon müharibəsinə leytenant kimi qatılan Masaki 6-cı diviziyanın bölük komandiri təyin olunmuş, 1904-cü ilin sonunda kapitan rütbəsinə yüksəlmişdir. 1933-cü ildə general olmuş, 1934-cü ildə isə hərbi təhsil müfəttişi təyin olunmuşdur. Masaki 1930-cu illərin əvvəllərində Sadao Araki ilə birlikdə orduda Kodoha adlı ultramilliyyətçi qruplaşmaya başçılıq etmişdir. 1935-ci ildə hökumətin öndə gələn siyasi fiqurlarına qarşı sui-qəsd cəhdi planı ilə əlaqəsinə görə ordudan xaric edilmişdir. 1936-cı ildə baş verilmiş hərbi çevriliş cəhdi ilə ittiham olunmuş, lakin yetərli sübut olmadığı üçün bəraət qazanmışdır. İkinci dünya müharibəsindən sonra Tokio Müharibə Cinayətləri Məhkəməsində A dərəcəli müharibə cinayəti kimi mühakimə olunmuş və iki il həbs cəzası almışdır. == Qeydlər == == Ədəbiyyat == Kowner, Rotem.
Malakka Ədəbiyyat Muzeyi
Malakka Ədəbiyyat Muzeyi (malay Muzium Sastera Melaka) — Muzeydir. Malayziyanın ədəbi əsarlərini özündə saxlayır. Malayziyanın paytaxtı olan Malakka şəhərinə yerləşmişdir. == Tarixi == Muzeyin binası Malakkada Müqəddəs Pavel təpəsində Britaniya Malayziyası zamanı tikilmişdir. Daha əvvəl bina Malayziyanın baş nazirinin iqamətgahı kimi istifadə olunurdu. Sonra bina həbsxana kimi istifadə olunmağa başlamışdır. 1957-ci ildə Malayziya müstəqillik qazanmasından sonra binada Dövlət İnkişaf Nazirliyinin Malakkadakı ofisi (malay Perbadanan Kemajuan Negeri) yerləşirdi. Ofis 1974-cü ilə qədər mövcud olmuşdur. Sonra nazirliyin yeri dəyişdirilmişdir. Hal-hazırda nazirliyin ofisi Air Keroxda yerləşir.
Oyuncaq Muzeyi (Malakka)
== İstinadlar ==
Cərrahi maska
Cərrahi maska ― Tibbi üz maskası olaraq da bilinən bir maska.Səhiyyə işçiləri tərəfindən səhiyyə prosedurları zamanı istifadə edilmək üçün hazırlanmışdır. İstifadəçinin ağzından və burnundan maye damcı və aerozollara tökülən bakteriyaları tutaraq xəstələrdə və müalicə işçilərində infeksiyaların qarşısını almaq üçün hazırlanmışdır.