Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fatej
Fatej — Rusiya Federasiyasında yerləşən şəhər. Kursk vilayətinə daxildir.
Mate
Mate — Mate içkisi 1924-cü ildə Almaniyada yaranıb. Bəzi Asiya və Cənubi Amerika ölkələrində mate milli içki sayılır və onu dəmir qab vasitəsilə 70 dərəcə istilikdə içirlər. Və bu regionların çoxunda qida borusunun xərçəng xəstəliyinə yoluxanlar üstünlük təşkil edir. Soyuq mateni analiz etdikdə əldə olunan nəticəyə görə, onun xərçənglə heç bir əlaqəsi yoxdur. Lakin İARC isti mate ilə bağlı dəqiq tədqiqatın aparılmadığı üçün məlumat verə bilmir. Lumisin dediyinə görə, bunlar hələ ki, sual altındadır. Bunu da qeyd etmək lazımdır ki, insanların yaşayış tərzi aparılmış tədqiqatların nəticəsinə təsir göstərə bilər. Belə ki, spirtli içki və siqaret çəkən insanlarda qida borusunun xərçənginə tutulma riski çoxdur. Argentina, Boliviya, Peru, Çili kimi ölkələrdə “soyuq çay” kimi içilən Mate gecə həyatı mədəniyyətinin ən vacib parçasıdır. Kafein kimi oyandırıcı təsiri olan soyuq çayı gecə klublarında verərkən, vodka üçün yer açacaq qədər içirsiniz, sonra üzərinə alkol əlavə edilir.
Alma-mater
Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi. Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən şəxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir. Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanın və dünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.
Alma mater

Matea Matoseviç
Matea Matoseviç (14 mart 1989) — Xorvatiyalı marafonçu. Matea Matoseviç Xorvatiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Matea Matoseviç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 50 dəqiqəyə qət edərək 157 marafonçu sırasında 104-cü yeri tutdu.
Mateo Kassierra
Zander Mateo Kassierra Kabezas (13 aprel 1997-ci ildə anadan olub) — Erediviziya təmsilçilərindən olan Ayaks klubunda hücumçu kimi çıxış edən peşəkar Kolumbiya futbolçusudur. == Karyerası == === Deportivo Kali === Kassierra öz peşəkar karyerasında debütünü 2015-ci ildə Deportivo Kali klubunda etmişdir. Deportivo Kalidə oynayarkən futbol köynəyinin arxasında "Kasierra" yazılsa da, futbolçunun rəsmi adı "Kassierra" (iki s ilə) kimidir. === Ayaks === 17 iyun 2016-cı ildə Kassierra Niderland klublarından olan Ayaks klubu ilə 2021-ci ilədək beş illik müqavilə imzalamışdır. Bu transferə görə Ayaks Deportivo Kaliyə €5.5 milyon ödəmişdir. Kassierra Daniel Kruzdan (2000–2003) sonra Ayaks klubunda çıxış edən ikinci Kolumbiyalı futbolçudur. Kassierra Ayaks klubunun ənənələrinə uyğun olaraq, Erediviziyada çıxdığı ilk oyundaca qolla yadda qalmışdır. == Karyera statistikası == === Klub göstəricisi === 28 noyabr 2016-cı il məlumatlarına əsasən. 1 Libertadores Kuboku, Kopa Sudamerikana və Rekopa Sudamerikana görüşləri daxildir. 2 UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası görüşləri daxildir.
Mateo Kovaçiç
Mateo Kovaçiç (6 may 1994[…], Lins) — Xorvatiyalı futbolçu. İngiltərə Premyer Liqasında çıxış edən Mançester Siti peşəkar futbol kulubunun və Xorvatiya milli komandasının futbolçusu. == Klub karyerası == === Mançester Siti === 27 iyun 2023-cü ildə "Mançester Siti" Mateo Kovaçiçi transfer etdiyini açıqladı. == Həyatı == Mateo Kovaçiç 6 may 1994-cü ildə Avstiyanın Linz şəhərındə doğulub . Sonra isə Xorvatiya vətəndaşlığını qəbul edib .
Matey Kejman
Mateya Kejman (serb. Матеја Кежман / Mateja Kežman; 12 aprel 1979, Zemun, Yuqoslaviya) — keçmiş Serbiya futbolçusu, hücumçu, oyunçu karyerasını başa vurub. Daha çox PSV Eyndhoven klubundakı uğurlu çıxışı ilə yadda qalıb. Serbiya çempionatlarında dəfələrlə bombardir adını qazanmış Matey Kejman Niderlandda kifayət qədər məşhurlaşıb. Onun "Uçan holland" ölkəsinə gəlişi 2000-ci ilə təsadüf edir. "Narıncı ölkə"də çıxış etdiyi 4 mövsümün 3-də snayperlər siyahısında birinci olmuş serbiyalı rusiyalı maqnat, Çukotka vilayətinin məşhur meri, "Çelsi"nin sahibkarı Roman Abramoviçin şəxsi dəvəti ilə də "Dumanlı Albion"a təşrif buyurdu. Cəmi 5 milyon funt sterlinqə. Lakin hücumçu gözlənilən effekti vermədi, nədənsə oyunu alınmadı – mövsümə cəmi 7 qol vurdu. Elə bunun nqəticəsi idi ki, sonrakı mövsüm madridli "matrasçılar"ın – "Atletiko"nun düşərgəsinə keçmək məcburiyyətində qaldı. Əfsanəvi korrida ölkəsi İspaniyada da "futbol matadoru"na mövsüm düşərli olmadı.
Matey Tot
Matey Tot (slovak. Matej Tóth; 10 fevral 1983, Nitrа) — Slovakiya yungül atletika idmançısı, idman yürüşündə çıxış edir. 50 km məsafədə 2015 dünya çempionu və 2016 Olimpiya çempionu. Dörd Olimpiya Oyunlarının iştirakçısı (2004, 2008, 2012, 2016). == Nailiyyətləri == 2004-cü il Olimpiya Oyunlarının iştirakçısı 20 kilometr məsafədə 32-ci yer, Pekin Olimpiadasında 20 kilometr məsafədə 26-cı yer, 2012-ci il Olimpiya Oyunlarında 50 kilometr məsafədə 7-ci yeri tutdu. 2015 Dudinska Patdesiatka yarışının 3:34.38 nəticəsi ilə qalibi oldu. Bu nəticə yarışın ən yaxşı 3-cü nəticəsi oldu, bu məsafəni ondan daha sürətli Robert Korjenevski və Denis Nijeqorodov qət etmişdilər. Podebrady Race Walk yarışında 20 kilometrlik yürüşdə 2-ci yeri tutmuşdur. 2006-cı ildə Slovakiyanın ən yaxşı idmançısı seçilmişdir. 2016-cı ildə Slovakiyada ilin idmançısı adını qazanmışdır.
Matəm (1990)
== Məzmun == Film Qara Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuşdur. Burada şəhidlərimizin qırxı ilə əlaqədar "Şəhidlər Xiyabanı"nda keçirilən ümumxalq matəmindən söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: Teymur Bəkirzadə Operator: Elxan Əliyev, Azər Salayev, Şərif Şərifov, Nemət Rzayev, Yuri Varnovski Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Qabriel Matey
Yevgen Qabriel Matey (26 fevral 1990-cı ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Konkordiya Kyajna klubunda müdafiənin sağ cinahında çıxış edən Rumıniyalı peşəkar futbolçudur. == Klub karyerası == === Styaua Buxarest === Qabriel Matey 2011-ci ildə 600,000 avro qarşılığında Styaua Buxarest klubuna transfer olmuşdur. Panduri Tarqu Jiu klubu isə gələcək transferin 500,000 avro olduğunu açıqlamışdır. Mateyin karyerası çoxsaylı bədən xəsarətləri ilə əlamətdar olub. Bununla o, Styauada iki mövsümü demək olar ki, buraxmışdır. Bu dövr ərzində dörd əməliyyat keçirmişdir. === Zirə === 25 iyun 2017-ci ildə Matey Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubu ilə 1+1 şərtilə bir illik müqavilə imzalamışdır. === Termalika Nieçieçza === 29 dekabr 2017-ci ildə Matey Polşa Ekstraklasa təmsilçilərindən olan Termalika Nieçieçza klubu ilə müqavilə imzalamışdır.
Tot Matey
Matey Tot (slovak. Matej Tóth; 10 fevral 1983, Nitrа) — Slovakiya yungül atletika idmançısı, idman yürüşündə çıxış edir. 50 km məsafədə 2015 dünya çempionu və 2016 Olimpiya çempionu. Dörd Olimpiya Oyunlarının iştirakçısı (2004, 2008, 2012, 2016). == Nailiyyətləri == 2004-cü il Olimpiya Oyunlarının iştirakçısı 20 kilometr məsafədə 32-ci yer, Pekin Olimpiadasında 20 kilometr məsafədə 26-cı yer, 2012-ci il Olimpiya Oyunlarında 50 kilometr məsafədə 7-ci yeri tutdu. 2015 Dudinska Patdesiatka yarışının 3:34.38 nəticəsi ilə qalibi oldu. Bu nəticə yarışın ən yaxşı 3-cü nəticəsi oldu, bu məsafəni ondan daha sürətli Robert Korjenevski və Denis Nijeqorodov qət etmişdilər. Podebrady Race Walk yarışında 20 kilometrlik yürüşdə 2-ci yeri tutmuşdur. 2006-cı ildə Slovakiyanın ən yaxşı idmançısı seçilmişdir. 2016-cı ildə Slovakiyada ilin idmançısı adını qazanmışdır.
Zeyad Mater
Zeyad Mater (18 dekabr 1991) — Yəmənli cüdoçu. Zeyad Mater Yəməni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Zeyad Mater birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/8 final mərhələsində BƏƏ-in nümayəndəsi Viktor Skvortov ilə üz-üzə gəldi. Həmin görüşdə Zeyad Mater rəqibinə 0:101 hesabı ilə uduzdu. Mater Ölkələrin Paradında Yəmənin bayraqdarı idi.
Onlayn matəm
Onlayn yas və ya onlayn matəm — internetdə yas tutmaq. Bu, yasda bir inqilab deyil, orta dərəcədə yas tutanların öz kədərlərini ifadə etmək və mərhumun xatirəsini yad etmək üçün istifadə etdikləri bir dəyişiklikdir. Bu dəyişiklik Qərbdə sosial medianın geniş populyarlığı ilə tandemdə baş vermişdir və bunun nəticəsində istifadəçilərin onlayn mühitdə ölümü qəbul etmələrinə ehtiyac yaranmışdır. 2012-ci ilə qədər 30 milyon "Facebook" istifadəçisinin vəfat etdiyi təxmin edilir. Onlayn yas yalnız sosial media saytlarında baş vermir. "Memories.net" və "Legacy.com" kimi nekroloqların yerləşdirilməsi və insanların mərhum yaxınlarının həyat hekayələrinin qeydə alınmasına həsr olunmuş internet saytları var. Onlayn matəmin iki fərqli növü müəyyən edilmişdir: geniş onlayn ictimaiyyətin diqqətini çəkən yüksək profilli hallar və mərhumun xatirəsini yad etmək üçün bir vasitə kimi ölümündən sonra yenidən yaradılmış və yenidən adlandırılmış profillər. == Tarixi == Qəzetlərin meydana çıxmasından bəri nekroloq mərhumun xatirəsini yad etmək üçün üstünlük verilən üsula çevrilmişdir. XXI əsrə qədər nekroloqlar qəzetin ən çox oxunan bölmələrindən biri idi. Radio və televiziya kimi yeni media texnologiyaları yaradılan zaman nekroloq yeni kommunikasiya mediasında mövcud olan imkanları ən yaxşı şəkildə əks etdirmək üçün uyğunlaşdırılmışdır.
San-Mateo
San-Mateo (Kaliforniya)
Klub mate
Mate — Mate içkisi 1924-cü ildə Almaniyada yaranıb. Bəzi Asiya və Cənubi Amerika ölkələrində mate milli içki sayılır və onu dəmir qab vasitəsilə 70 dərəcə istilikdə içirlər. Və bu regionların çoxunda qida borusunun xərçəng xəstəliyinə yoluxanlar üstünlük təşkil edir. Soyuq mateni analiz etdikdə əldə olunan nəticəyə görə, onun xərçənglə heç bir əlaqəsi yoxdur. Lakin İARC isti mate ilə bağlı dəqiq tədqiqatın aparılmadığı üçün məlumat verə bilmir. Lumisin dediyinə görə, bunlar hələ ki, sual altındadır. Bunu da qeyd etmək lazımdır ki, insanların yaşayış tərzi aparılmış tədqiqatların nəticəsinə təsir göstərə bilər. Belə ki, spirtli içki və siqaret çəkən insanlarda qida borusunun xərçənginə tutulma riski çoxdur. Argentina, Boliviya, Peru, Çili kimi ölkələrdə “soyuq çay” kimi içilən Mate gecə həyatı mədəniyyətinin ən vacib parçasıdır. Kafein kimi oyandırıcı təsiri olan soyuq çayı gecə klublarında verərkən, vodka üçün yer açacaq qədər içirsiniz, sonra üzərinə alkol əlavə edilir.
Mate Alteri
Mate Alteri (12 sentyabr 1927, Paris, Fransa) — Fransa müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "Le temps perdu" mahnısı ilə təmsil etmişdir.
Rudolf Mate
Rudolf Mate (ing. Rudolph Mate; 21 yanvar 1898[…], Krakov, Sisleytaniya – 27 oktyabr 1964, Hollivud, Kaliforniya və ya Los-Anceles, Kaliforniya) — polyak mənşəli ABŞ kinorejissor və kinooperatoru. == Həyatı == Rudolf Mate (Mayer) 1898-ci ildə Krakovda yəhudi ailəsində anadan olmuşdur. Budapeşt Universitetini bitirib. Film karyerasına 1920-ci ildə operator köməkçisi kimi başlamış, daha sonra isə bir sıra Avropa ölkələrinə getmiş, alman rejissoru Karl Froynd ilə əməkdaşlıq etmişdir. 1928-ci ildə Danimarka rejissoru Karl Teodor Dreyerin "Janna d'Arkın ehtirası", 1932-ci ildə "Vampir" filmlərinin operatoru olur. 1947-ci ildə Rudolf Mate rejissor kimi fəaliyyət göstərməyə başlayır. Ən yaxşı rejissor işləri "Nə vaxt dünya toqquşacaq" (1951), "Gələn ölüm" (1950), 300 spartalı (1962) filmləri olmuşdur.
Yerba mate
Yerba mate və ya Paraqvay pirkalı(isp. yerba mate, port. erva-mate) —Pirkallar fəsiləsinə və Pirkal cinsinə aid bitki növü.Ən yaxşı mate içkisinin mənbəyi kimi tanınır.Bu bitki,subtropik Cənubi Amerikaya : şimal-şərq Argentina, Boliviya, cənubi Braziliya, Uruqvay və Paraqvaya məxsusdur. İlk dəfə Quaranilər və həmçinin cənubi Braziliyada bəzi Tupi icmalarının tərəfindən istifadə edilib və becərilibdir.
Matəm (film, 1990)
== Məzmun == Film Qara Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuşdur. Burada şəhidlərimizin qırxı ilə əlaqədar "Şəhidlər Xiyabanı"nda keçirilən ümumxalq matəmindən söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: Teymur Bəkirzadə Operator: Elxan Əliyev, Azər Salayev, Şərif Şərifov, Nemət Rzayev, Yuri Varnovski Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Çərkəz Matəm Günü
Çərkəz Matəm Günü (adıq Шъыгъо-шӏэжъ маф, rus. День памяти жертв Кавказской войны) və ya Çərkəz Soyqırımı Qurbanlarının Matəm Günü (Rusiya mediasında adətən Qafqaz Müharibəsi Qurbanlarının Anım Günü kimi senzura olunur) — çərkəz diasporunun üzvləri tərəfindən hər il 21 may tarixində Rusiya–çərkəz müharibəsi qurbanlarının xatirəsi və sonrakı çərkəz soyqırımını yad etmək üçün keçirilən anım günü. Tarixin seçilməsi onunla əlaqədardır ki, 21 may 1864-cü ildə general Pavel Qrabbe Kbaade döyüşündə əldə etdiyi qələbə şərəfinə indiki Krasnaya Polyana ərazisində hərbi parad keçirmişdi. 1990-cı ildə çərkəzlər 21 mayı öz xalqının hüzn günü kimi qeyd etmişdilər. Rusiya Federasiyasının üç respublikasında (Adıge, Kabarda-Balkariya və Qaraçay-Çərkəz ), eləcə də Krasnodar diyarının çərkəz kəndlərində qeyri-iş günüdür. Qismən tanınan Abxaziya Respublikası hökuməti də 21 may matəm günüdür (2011-ci ilə qədər 31 mayda).
San-Mateo (Kaliforniya)
San-Mateo (ing. San Mateo) — ABŞ-nin Kaliforniya ştatının San-Mateo qraflığında yerləşən şəhər.
San-Mateo qraflığı (Kaliforniya)
San-Mateo — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 718,451 nəfər olmuşdur. Mərkəzi Redvud-Siti şəhəridir.
Martes martes
Meşə dələsi (lat. Martes martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək üzrə olan növdür. == Təsviri == Daşlıq dələsindən fərqli olaraq bir birinə yaxınlaşmış və iri qulaqlı yumru başa malikdir. Kütləsi 0.5 - 2 kq, bədənin uzunluğu 36 - 58, quyruğu 17 - 26 sm-dir (erkəklər dişilərdən iridir). Xəzin rəngi kürəni çalarlarla tutqun qəhvəyidir. Boğazındakı xal qollarının arasına kimi paz şəklində uzanmış sarı rəngdədir. == Yayılması == Arealı Avropa, Qərbi Sibir və Ön Asiyanı əhatə edir. Təsvir olunmuş 7 yarımnövdən Qafqazda və Kiçik Asiyada ən iri forma (Qafqaz meşə dələsi) yayılmışdır. Dəniz səviyyəsindən 2700 m-dək olan meşə landşaftları ilə sıx əlaqədardır.
Fateh
Fateh — İstanbul ilinin ilçəsi. Qurulduğu tarixi yarımada adlanan bölgəni tamamilə əhatə edən və bu gün İstanbulun mərkəzi hesab olunan ilçə. İlçə cənub-qərbdən Zeytunburnu, şimal-qərbdən Əyyubsultan ilçələri ilə, şimaldan Haliç, şərqdən İstanbul boğazı və cənubdan Mərmərə dənizi ilə əhatə olunmuşdur. 1928-ci ildən 2008-ci ilədək Əminönü ilçəsi ilə birlikdə İstanbulun tarixi yarımadadakı iki ilçəsindən biri olmuşdur. 2008-ci ildə Əminönü ilçəsinin ləğv edilərək Fateh ilçəsinə birləşdiriləsi ilə, yenidən bütün tarixi yarımadanı özündə birləşdirdi. 1562 ha sahəsi olan Fateh ilçəsi 57 məhəllədən ibarətdir. == Adı == 1463-cü ildə Konstantinopolun fəthinin onuncu ili münasibətilə Fateh Sultan Mehmed öz adını daşıyan bir külliyə inşa etdirmişdir. Çox keçmədən Fateh külliyəsinin ətrafında müsəlman məhəlləsi formalaşmağa başladı. Külliyənin adıyla anılmağa başlanan məhəllə sonralar böyüyərək ilçəyə çevrilmişdir. Fateh ilçəsi şimal-qərbdən Əyyubsultan ilçəsi, şimaldan Haliç, cənubdan Mərmərə dənizi, cənub-qərbdən isə Zeytunburnu ilçələri ilə qonşudur.
Katet
Katet — düzbucaqlı üçbucağın düz bucağı əmələ gətirən tərəflərin hər biri adlanır.
Katex
Katex — Azərbaycan Respublikasının Balakən rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == XVII əsrdə Cənubi Dağıstandan gəlmiş avarların Katex adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ərazi adını buradan axan Katex çayının adından almışdır. == Coğrafiyası və iqlimi == Katex çayı sahilində, Alazan-Əyriçay çökəkliyindədir. == Əhalisi == == İqtisadiyyatı == Kənddə soyuducu anbar kompleksi var. Kompleksin inşasına 2011-ci ilin sentyabrında başlanmış, 17 avqust 2013-cü ildə açılışı olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Sahəsi 1,36 hektar olan kompleksə 12 soyuducu kamera və inzibati bina daxildir. Katex kəndində kompleksə məxsus 50 hektar sahədə meyvə bağları da salınmışdır. Meyvə bağlarında xaricdən gətirilmiş alma sortları əkilmiş, damcı üsulu ilə suvarma sistemi qurulmuşdur. == Din == Kənddə Katex kəndi "Mərkəzi" məscidi və Katex kəndi Kombinat məscidi dini icmaları fəaliyyət göstərir.
Mareo
Mareo— Bolzanonun təxminən 50 kilometr şimal-şərqində yerləşən, Şimali İtaliyada Cənubi Tirolda yerləşən bir bələdiyyə. == Coğrafiyası == 30 noyabr 2010-cu il tarixinə əsasən ərazinin əhalisi 2,911 nəfər və sahəsi 161,6 kvadrat kilometr (62,4 km²) idi. Mareo aşağıdakı şəhərlərlə sərhədlənir: Badia, Pragz, Brunek, Kortina d'Ampezzo, La Val, Lüsen, St. Lorenzen, San Martin de Tor və Olang.
Martes
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.