Çərkəz Matəm Günü (adıq Шъыгъо-шӏэжъ маф, rus. День памяти жертв Кавказской войны) və ya Çərkəz Soyqırımı Qurbanlarının Matəm Günü (Rusiya mediasında adətən Qafqaz Müharibəsi Qurbanlarının Anım Günü kimi senzura olunur) — çərkəz diasporunun üzvləri tərəfindən hər il 21 may tarixində Rusiya–çərkəz müharibəsi qurbanlarının xatirəsi və sonrakı çərkəz soyqırımını yad etmək üçün keçirilən anım günü. Tarixin seçilməsi onunla əlaqədardır ki, 21 may 1864-cü ildə general Pavel Qrabbe Kbaade döyüşündə əldə etdiyi qələbə şərəfinə indiki Krasnaya Polyana ərazisində hərbi parad keçirmişdi.
1990-cı ildə çərkəzlər 21 mayı öz xalqının hüzn günü kimi qeyd etmişdilər. Rusiya Federasiyasının üç respublikasında[1] (Adıge,[2] Kabarda-Balkariya[3] və Qaraçay-Çərkəz[4] ), eləcə də Krasnodar diyarının çərkəz kəndlərində qeyri-iş günüdür. Qismən tanınan Abxaziya Respublikası hökuməti də 21 may matəm günüdür (2011-ci ilə qədər 31 mayda).[5]