Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nashik
Naşatır
Nişadır — mineral, - NH4Cl. == Haqqında == Nişadır - Kubik. Habitus tetraqon-trioktaedrik. Ayrılması qeyri-mükəmməl. Aqreqat: dendritlər, qabıqcıqlar, stalaktitlər, lifli, torpaqvari, ovuntu. Rəngi rəngsiz, ağ, qonur. Sərtliyi 1,5-2. Xüsusi çəkisi 1,53. Olduğca plastik. Suda həll olur.
Nаşiçе
Nаşiçе (xorv. Našice) — Xorvatiyanın Оsiеçkо-Bаrаnskаya vilayətində yerləşən şəhər. == Tarixi == Şəhər ilk dəfə 1229-cu ildə "Nekche" adı ilə xatırlandı. 13-cü əsrdə Məbəd cəngavərləri Naşiçeyə gələrək kilsə qurdular. Şəhər 1945-ci ilə qədər Pejaçeviç ailəsinin feodal mülkü idi. 1541-ci ildə Osmanlı İmperiyası tərəfindən fəth edildi və 1687-ci ildə Avstriyanın fəthinə qədər Poyeqanın Sanyak hissəsi oldu. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Naşiçe, Xorvatiya-Slavoniya krallığının Virovititsa qraflığında bir paytaxt rayonu idi. 1991-ci ilin sentyabrında Xorvatiya qüvvələri Naşiçedə Yuqoslaviya Xalq Ordusunun hərbi kazarmalarını ələ keçirdilər. == Əhalinin məskunlaşması == 2011-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə 7,888 əhali var, bütün bələdiyyədə isə 16,224 nəfər. Əhalinin 88%-ni xorvatlar təşkil edir.
Yastıq
Yastıq və ya balış — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəstidir. Çox vaxt yastıqlardan divanaların üstündə dekorativ məqsədlə də istifadə edirlər. Boyun arxasında qoyulmuş diyircək də yastıq hesab olunur. El arasında ona balış da deyirlər.
Yastıca
Yastıca (lat. Dactylopius) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin yastıcalar fəsiləsinə aid heyvan cinsi.
BASIC
BASIC dili – 1960-cı illərin ortalarında John Kemeney və Thomas Kurtz tərəfindən inkişaf etdirilmişdir. Hər nə qədər BASIC adının "Beginner's All_purpose Symbolic Instruction Code" sözlərinin baş hərflərindən yaradıldığı deyilsə də, bu sözlərin daha sonradan uydurulduğu fərz edilir. Yüksək səviyyəli dillərin ən köhnə və ən sadə olanlarından biridir. Bütün sadəliyinə qarşı, bir çox biznes sahələrində istifadə edilmişdir. BASIC dili də ANSI tərəfindən standartlaşdırılmışdır. Ancaq BASIC dilinin əlavə xüsusiyyətləri mövcuddur. Məsələn Microsoft firmasının yaratdığı Visual Basic dilinə Obyekt Yönümlü Proqramlaşdırmaya bağlı bir çox xüsusiyyət əlavə olunmuşdur. Ayrıca BASIC dilinin bəzi versiyaları tətbiqi proqramlarda (Məsələn Microsoft Excel və Microsoft Wordda) istifadəçinin xüsusiləşdirmə və avtomatlaşd;rma məqsədiylə yazacağı makroların yazılmasında istifadə edilən proqramlaşdırma dili olaraq da ümumi qəbul edilmişdir. 1964-cü ildə Con Kemeni (John Kemeney) və Tomas Kurts (Thomas Kurtz) tərəfindən BASIC proqramlaşdırma dili yaradılmışdır. BASIC yüksək səviyyəli dillərin ən ilkin və sadə olanlarından biridir, sadəliyinə görə bir çox biznes sahələrində istifadə edilmişdir.
Bastı
Nafiç
Nafiç — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,814 nəfər və 903 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Nanıc
Nanıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında yerləşir. Əhalisi 73 nəfərdir ki onunda 33 nəfəri kişi, 40 nəfəri qadındır.. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdrü çayı boyunca 8 km yolu atla və ya piyada getmək olar. Nanıc kəndindən Küpüc dağını aşmaqla atla Aşağı Cülyan kəndinə gəlmək üçün dağ yolu (cığır) vardır. İlin aprel-may aylarında kəndin ərazisində məşhur "Xarı-bülbül" çiçəyinə rast gəlmək olar.
Nasir
Nasir — şəxs adı, yazıçı. Bu adı olan tanınmış şəxslər Nasir Salamov — montajçı Nasir Mənzuri — yazıçı, dilçi Nasir — Abbasi xəlifəsi.
Natiq
Natiq — Azərbaycanda daha çox işlədilən kişi adı. Natiq Əliyev — Azərbaycan Respublikasının energetika naziri Natiq Əhmədov — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. Natiq Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Natiq Əliyev (general-mayor) — Natiq Qəzənfəroğlu — Bəstəkar. Kino bəstəkarı. Natiq Rəsulzadə — Natiq Həsənov — Videomühəndis. Videotəminatçı. Natiq Fərzəliyev — Aktyor Natiq Qədimov — Aparıcı. Müxbir. Natiq Orucov — Xınalıqlı muğam ustası Natiq Şirinov — Azərbaycan musiqiçisi, bəstəkar. Natiq Rüstəmov — şəhid.
Arkadi Naydiç
Arkadi Naydiç (alm. Arkadij Naiditsch‎; 25 oktyabr 1985, Riqa) — əvvəllər Almaniyanı təmsil etmiş Azərbaycan şahmatçısı, qrosmeyster (2001). == Həyatı == 1995-ci ildə 10 yaşadək şahmatçıların Avropa birinciliyində birinci yeri, yeniyetmələr arasında dünya birinciliyində isə 2-ci yeri tutub. 1996-cı ildə Naydiçin ailəsi Riqadan Dortmunda köçür. Sonrakı illərdə bir çox qrosmeyster Arkadi Naydiçlə məşğul olur. 15 yaşında qrosmeyster adını qazanır. 2005-ci ilin əvvəllərində Almaniya vətəndaşı olur. Bir çox turnirlərdə bu ölkəni birinci lövhədə təmsil edib. 2011-ci ildə Almaniyanın Avropa çempionu olmasında böyük rol oynayıb. 1 aprel 2009-cu il tarixində 2700 reytinq balını keçmiş ilk alman şahmatçısı kimi tarixə düşüb.
Baltic Bees
Baltic Bees (azərb. Baltika Arıları‎) – Latviya paytaxtı Riqadan 60 kilometr qərbdə yerləşən Tukums şəhərində bazalaşmış mülki aerobatika nümayişi komandasıdır. Şou təyyarəsi kimi 6 ədəd Aero L-39 Albatros istifadə olunur. Aviaşou 20 dəqiqə müddətində davam edir. Onlar Qərbi və Şərqi Avropada, Rusiyada, eləcə də Çində uçuşlar həyata keçirirlər.
Bora Kostiç
Borivoye "Bora" Kostiç (serb-kiril. Бopивoje Kocтић; 14 iyun 1930, Obrenovaç, Belqrad dairəsi – 10 yanvar 2011, Belqrad) ― keçmiş Serbiya futbolçusu. Adətən sol cinah hücumçusu mövqeyində oynamış və məhsuldarlığı ilə seçilən Kostiç öz nəsil futbolçuları arasında ən yaxşılarından biri hesab olunur. O, daha çox güclü zərbə və cərimə zərbələrinin uğurla yerinə yetirməsi ilə məşhurdur. Peşəkar karyerası ərzində o, "Srvena Zvezda", "Viçentsa" və "Sent-Luis Stars" klublarının şərəfini qorumuşdur. O, Yuqoslaviya milli futbol komandasının heyətində 33 oyuna 26 qol vura bilmişdir və 1960 Yay Olimpiya Oyunlarının qalibi və UEFA Millətlər Kubokunda finalçı olmuşdur. Kostiç klub səviyyəsində də bol qol sayısı ilə seçilirdi, belə ki, o hələ də "Srvena Zvezda"nın tarixi boyunca ən çox qol vuran oyunçusudur.
Bulbophyllum nasica
Bulbophyllum nasica (lat. Bulbophyllum nasica) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Castin Biber
Castin Drü Biber (ing. Justin Drew Bieber; 1 mart 1994[…]) — kanadalı müğənni və aktyor. Karyerası, video paylaşma saytı Youtube saytına qoyduğu videoların 2008-ci ildə Scoot Braun tərəfindən kəşf edilməsiylə başladı. Daha sonra Scoot Braun, Castin Biberin meneceri olmuşdur. Scoot Braun Atlantada, Castini və R&B sənətçisi Aşerı tanış etmişdir. Biber Scoot Braun'nun ortaq şirkəti "Raymond Braun Media Group" ilə razılaşma imzalamış, ardından Island Records ilə albom kontraktı etmişdir. Fanatlarının fandom qrupu "Belieber"lərdir Castin Biber'in ilk single'ı "One Time" olduqca uğurlu olmuşdur və Biber'in ilk albomu "My World" 17 Noyabr 2009-cu ildə çıxmışdır. "My World 2" albomunda yer alan "Baby" mahnısıyla beynəlxalq müvəffəqiyyətlər əldə etmiş və həmin mahnının klipiylə dünyanın ən böyük video paylaşma saytı Youtubeda ən çox izlənilən video rekordunu qırmışdır. 2010-cu ilin Amerikan Musiqi Mükafatlarında "İlin Sənətçisi" , "İlin pop/Rock Albomu" , "İlin Ən Yaxşı Çıxış Edən Sənətçisi" və "İlin Ən Yaxşı Pop/Rock Kişi Sənətçisi" , 2010-cu ilin MTV Video Musiqi Mükafatlarında "Ən yaxşı Yeni Sənətçi" və 2010-cu ilin MTV Avropa Musiqi Mükafatlarında "İlin Kişi Sənətçisi" mükafatını qazanmışdır. 3-cü albomu Believe'i 19 İyun 2012-ci ildə 4 versiyonla çıxaran müğənni, bu albomla birlikdə 18 yaşında satış rekordu qıran tək sənətçi olaraq 2013 Guinness Rekordlar Kitabına girdi və tarixə keçdi.
Castin Kluyvert
Castin Kluyvert (5 may 1999) — Erediviziya təmsilçilərindən olan Ayaks klubunda yarımmüdafiənin sağ cinahında çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == Kluyvert Ayaks akademiyası proqramı vasitəsilə inkişaf etmişdir. O, Eerste Diviziyada debütünü Yonq Ayaks klubu ilə 16 sentyabr 2016-cı ildə Maastrixt klubuna qarşı oyunda etmişdir. O, 67-ci dəqiqədə Vinse Dino Dekkeri əvəz etmişdir. Həmin görüşdə Ayaks rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur. Kluyvert əsas komanda ilə Erediviziyada debütünü 15 yanvar 2017-ci ildə Zvolle klubuna qarşı oyunda etmişdir. O, 39-cu dəqiqədə Amin Yunesi əvəz etmişdir. Həmin görüşdə Ayaks rəqibinə 3–1 hesabı ilə qalib gəlmişdir. Kluyvert ilk Erediviziya qolunu 19 mart 2017-ci ildə Ekselsior klubuna qarşı oyunda, atasının karyerasında sonuncu qolundan 10 il və 1 gün sonra vurmuşdur. Həmin görüşdə Ayaks rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır.
Castin Makkarti
Castin A. Makkarti (19 oktyabr 1945, Çikaqo, İllinoys) — amerikan demoqraf, tarixçi, Kentukki, Luisvilldəki Luisvill Universitetində tarix üzrə professor. O, Türkiyənin Boğaziçi Universitetinin fəxri doktoru, Türkologiya İnistitutunun və Avrasiya Araşdırmalar Mərkəzinin üzvüdür. Onun tarixdə əsas ixtisaslaşması son Osmanlı dövrüdür. Makkartinin bəzi işləri bəzi alimlər tərəfindən sərt tənqidə məruz qalmış və türkləri müdafiə etməkdə ittiham edilmişdir. == Arxa plan == Makkarti 1967–1969-cu illərdə Türkiyədə Sülh Korpusunda xidmət etmiş, bu müddətdə Yaxın Şərq Tekniki Universitetində və Ankara Universitetində dərs demişdir. O, 1978-ci ildə doktarantura dərəcəsini Los-Ancelosda yerləşən Kaliforniya Universitetindən almışdır.. O, sonradan Boğaziçi Universitetinin fəxri doktoru olmuşdur. Makkarti həmçinin, Türk Araşdırmaları İnistitutunun idarə heyətinin üzvüdür. == Tədqiqatları == === Osmanlı imperiyası barədə === Makkartinin araşdırmaları Osmanlı imperiyasının çökdüyü və nəticədə parçalandığı dövrü araşdırır. Makkarti geriləyən Osmanlı İmperiyasının ortodoksal Qərb tarixlərinin qərəzli olduğuna inanır, çünki qərəzli müşahidəçilərin ifadələrinə əsaslanırlar: xristian missionerlər və Birinci Dünya müharibəsində osmanlılarla müharibədə olan (xristian) millətlərin rəsmilərinə.
Castin Mask
Castin Mask (ing. Justine Musk; qızlıq soyadı: Uilson; 2 sentyabr 1972, Peterborouh, Ontario) kanadalı yazıçı. Sahibkar İlon Maskın birinci həyat yoldaşıdır. 6 əsəri ingilis dilində 17 dəfə nəşr olundu. Hal-hazırda 839 kitabxanada mövcuddur. == Karyerası == Castin Mask 2005-ci ildə ilk kitabı olan Blood Angel-i nəşr etdirdi. İkinci kitabı Uninvited 2007-ci ildə nəşr olundu. Ardınca 2008-ci ildə Blood Angel-in davamı olan Lord of Bones-i nəşr etdirdi. Mask yeni roman planı hazırlamaq üçün Pinterest kimi saytlardan istifadə edən ilk şəxslərdən biri oldu. Mask həmçinin davamlı olaraq TED Talks-da çıxış edir.
Castin Plaşka
Castin Posi
Castin Posi (17 noyabr 1993) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Castin Posi ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Castin Posi 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.167 saniyəlik nəticəsi ilə 17-ci yeri tutdu.
Castin Qetlin
Castin Qetlin (10 fevral 1982, Bruklin) ABŞ-lı atlet. 100 metr dünya rekordunu Asafa Pavell ilə birlikdə 9.77 dərəcəsi ilə bir müddət əlində saxlamış, lakin 2007-ci ildə Pavellin 9.74 dərəcə göstərməsi ilə rekord əlindən alınmışdır. Qetlin, dopinq testinin pozitiv çıxması ilə 8 il yarışlardan kənarlaşdırılmış, lakin cəza daha sonra 4 ilə endirilmişdir.
Castin Timberleyk
Castin Timberleyk (ing. Justin Timberlake; 31 yanvar 1981[…], Memfis, Tennessi) — Amerikalı müğənni və aktyor == Həyatı == Castin Timberleyk 31 yanvar 1981-ci ildə Memfis, Tennessidə anadan olub, 6 Qremmi mükafatı var. Hal-hazırda Amerikanın ən məşhur müğənni və aktyorlarından biridir. JT olaraq da tanınır. İlk dəfə N Sync qrupu vasitəsilə məşhur olub. 2002-ci ildə isə "Justified" albomu ilə solo karyerasına başlayıb. İkinci albomu FutureSex/LoveSounds isə 12 sentyabr 2006-cı ildə yayımlanıb. "People" jurnalı tərəfindən 2005-ci ildə "Dünyanın ən yaraşıqlı kişisi" adına layiq görülüb. === İlk illər === O 1993-cü ildə "The Mickey Mouse Club" vasitəsilə daha da məşhurlaşdı. Beləliklə o məhz burada gələcək illərdə sevgilisi olan Britney Spears və Christina Aguilera ilə tanış oldu.
Castin Trüdo
Castin (Jüsten) Pyer Ceyms Trüdo (ing. Justin Pierre James Trudeau; 25 dekabr 1971[…], Ottava) — Kanadalı siyasətçi, Kanadanın 23-cü və indiki baş naziri, Liberallar Partiyasının rəhbəri. O, Co Klarkdan sonra Kanadanın ikinci ən gənc baş naziri və eyni zamanda köhnə Baş nazir Piyer Trüdonun da ən böyük oğludur. == Həyatı == Castin Trüdo 25 dekabr 1971-ci ildə Kanadanın Ottava şəhərində dünyaya gəlmişdir. Təhsilinə 1976-cı ildə Roklif Park dövlət məktəbində başlamış, orta təhsilini isə Kolej Jon de Bğeböf fransız liseyində almışdır. Trüdo 1994-cü ildə Makgill Universitetini, 1988-ci ildə isə Britaniya Kolumbiyası Univeristetini bitirmişdir. Günümüzdə Montreal Universitetində təhsilini davam etdirməkdədir. Britaniya Kolumbiyası Univeristetində təhsilini başa vurduqdan sonra Trüdo bir müddət burada müəllim kimi işləməyə başlayır. 2000-ci ildə atası Piyer Trüdo vəfat edir. 2007-ci ildə Trüdo Kanadanın I Dünya müharibəsində iştirakından söz edən "Böyük müharibə" adlı filmdə səhnə almışdır.
Codtüklü yastıca