Castin Kluyvert (5 may 1999, Amsterdam) — Erediviziya təmsilçilərindən olan Ayaks klubunda yarımmüdafiənin sağ cinahında çıxış edən peşəkar Niderland futbolçusudur.[1]
Castin Kluyvert | |||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
nid. Justin Kluivert | |||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||
Tam adı | Castin Kluyvert | ||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Amsterdam, Niderland | ||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||
Boyu | 172 | ||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 66 kq | ||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||
Klub | Ayaks | ||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 45 | ||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Kluyvert Ayaks akademiyası proqramı vasitəsilə inkişaf etmişdir.[2] O, Eerste Diviziyada debütünü Yonq Ayaks klubu ilə 16 sentyabr 2016-cı ildə Maastrixt klubuna qarşı oyunda etmişdir. O, 67-ci dəqiqədə Vinse Dino Dekkeri əvəz etmişdir. Həmin görüşdə Ayaks rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur.[3] Kluyvert əsas komanda ilə Erediviziyada debütünü 15 yanvar 2017-ci ildə Zvolle klubuna qarşı oyunda etmişdir. O, 39-cu dəqiqədə Amin Yunesi əvəz etmişdir. Həmin görüşdə Ayaks rəqibinə 3-1 hesabı ilə qalib gəlmişdir.[4] Kluyvert ilk Erediviziya qolunu 19 mart 2017-ci ildə Ekselsior klubuna qarşı oyunda, atasının karyerasında sonuncu qolundan 10 il və 1 gün sonra vurmuşdur. Həmin görüşdə Ayaks rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.[5]
Klub | Mövsüm | Liqa | Kubok | Liqa Kuboku | Avropa | Digər | Ümumi | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Ayaks | 2016–17 | Erediviziya | 14 | 2 | 0 | 0 | — | 6a | 0 | — | 20 | 2 | ||
2017–18 | 0 | 0 | 0 | 0 | — | 2b | 0 | — | 2 | 0 | ||||
Ümumi karyera | 14 | 2 | 0 | 0 | — | 8 | 0 | 0 | 0 | 22 | 2 |
Kluyvert Niderland milli futbol komandasının futbolçusu olmuş Patrik Klüvertin oğlu[6], Surinamlı futbol oyunçusu Kennet Kluyvertin isə nəvəsidir.[7]