Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arava
Арaba (Аrava, Vadi-əl-Ərəb) (ivr. ‏הערבה‏‎, ərəb. وادي عربة‎) — səhra və vadi İordaniya və İsrail ərazisində yerləşir. Araba səhrası şimaldan Ölü dənizindən Aqaba körfəzinə qədər uzanan ərazidə yerləşir. Elədə böyük olmayan ərazi İordaniya çökəkliyini özündə ehtiva edir. Səhra Arava vadisinin daxilinə doğru 166 km uzanır. Bu ərazi Kiçik Asiya ilə Mərkəzi Afrika sınma zolağı boyunca uzanır. Səhranın ərazisi düzənlikdir. Bu iri vadi edom dağları ilə şərqdən və Neqeva ön dağlığı ilə şərqdən əhatələnir. Nə zamansa ərazi dənizin dibini təşkil etmişdir.
Opava
Opava (çex. Opava, alm. Troppau‎, pol. Opawa) — Çex Respublikasıda şəhər. Moraviya-Sileziya bölgəsində, Opava çayının sahilində yerləşir. Əhalisi - 59,4 min nəfər, sahəsi isə 90.6 km² == Tarix == Opavanın əsası 1224-cü ildə, Opava knyazlığının mərkəzi kimi göstərilir. 1348-ci ildən Opava Çex kralının və Çexiya Sileziyasının mərkəzinə çevrilmişdir. 1820-ci ildə burada Troppau konqresi keçirilmişdir. Tezliklə bu yerlər coğrafi cəlbediciliyinin qiymətləndirilməsi ilə, Opava çayının ətrafında məskunlaşmış qədim qəsəbə sakinləri (X c), Baltik dənizindən olan Adriatikaya yolun olduğunu bilmişlər. Sonralar orada çay ətrafı regionunda adına böyük bir ticarət mərkəzi, yaranmış - Opavanın ticarət sahələrində, anbar, həmçinin tacirlərin sex və evləri yarandı.
Aechmea prava
Aechmea prava (lat. Aechmea prava) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Akaki Xorava
Akaki Akaseyiviç Xorava (gürc. აკაკი ალექსის ძე ხორავა; 1895–1972) — Gürcü, sovet aktyoru, teatr rejissoru, müəllim. SSRİ xalq artisti (1936).. Beş dəfə Stalin mükafatı laureatı (1941, 1943, 1946, 1946, 1951). İki dəfə Lenin ordeni (1945, 1950) mükafatçısı. == Həyatı == Akaki Xorava 1895-ci il aprelin 17-də (29) Oçxomuri kəndində (Sameqrelo-Zemo Svaneti bölgəsinin Çxorotsku bələdiyyəsi) anadan olmuşdur. 1915-ci ildə Kutaisi klassik kişi gimnaziyasını bitirib. 1915–1917-ci illərdə Kiyev Universitetinin tibb fakültəsində təhsil alıb. Fevral inqilabından sonra Gürcüstana qayıdıb. Xorava 1917–1919-cu illərdə Novo-Senakski rayon ərzaq komitəsində işləyib, Batumini hücum edən osmanlılardan qorumaq üçün Novo-Senakski dəstəsinin könüllüsü olub.
Arava Kimura
Arava Kimura (8 iyul 1931, Hiroşima – 21 fevral 2007, Kanaqava prefekturası) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib, 1 qol vurub.
Böyük Morava
Morava çayı (serb. Велика Морава, lat. Margus) — Serbiya ərazisindən axan və Dunay çayının sağ qolunu təşkil edən çay. Dunaya Smerederevo yaxınlığında tökülür. Cənubi Morava və Qərbi Morava çaylarının birləşməsindən əmələ gəlir. Onun mənbəyi Kruşevas şəhərindən 15 km şimal-şərqdə yerləşir. Çyın uzunluğu 217 km təşkil edir. Cənubi Mirava çayı ilə birlikdə uzunluğu 563 km-dir. Hövzəsinin sahəsi təqribi olaraq 38 min km² ərazini əhatə edir. Hövzəsinə daxil olan ölkələr Bolqarıstan, Makedoniya, Serbiya və Monteneqro.
Cunko Ozava
Cunko Ozava (d. 7 dekabr 1973) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 21 oyun keçirib.
Drava çayı
Drava çayı— Mərkəzi Avropada Dunay çayının qoludur. == Axdığı ərazilər == Çayın uzunluğu 710 km, mənbəyini İtaliya sərhədlərində olan dağlardan götürür və ardıcıl olaraq Avstriya, şimali Sloveniya və Xorvatiya ərazilərindən axır. Uzunluğuna görə Tisza, Sava, Prut, Mureş və ola bilər ki, Siret çaylarından sonra Dunay çayının beşinci və ya altıncı çayıdır. Çayın mənbəyi İtaliyada Cənubi Tyrol əyalətinin Puster vadisində bazar şəhəri olan İnniçen (San Kandido) şəhərinin yaxınlığında yerləşir. Drava çayı şərqə Avstriyada Şərqi Tirol və Karintiadan Sloveniyanın Stryria regionuna doğru axır. Daha sonra cənub-şərqə doğru dönərək Xorvatiyaya keçir və əsas qolu olan Mur çayı ilə birləşdikdən sonra Dunay çayına qovuşmadan Osijek yaxınlığında Xorvatiya və Macarıstan sərhədinin böyük hissəsini yaradır (95 km).
Mequmi Oqava
Mequmi Oqava (XX əsr və ya 18 mart 1980, Yaponiya) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Miçihiro Ozava
Miçihiro Ozava (d. 25 dekabr 1932) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 36 oyun keçirib.
Morava (Serbiya)
Morava çayı (serb. Велика Морава, lat. Margus) — Serbiya ərazisindən axan və Dunay çayının sağ qolunu təşkil edən çay. Dunaya Smerederevo yaxınlığında tökülür. Cənubi Morava və Qərbi Morava çaylarının birləşməsindən əmələ gəlir. Onun mənbəyi Kruşevas şəhərindən 15 km şimal-şərqdə yerləşir. Çyın uzunluğu 217 km təşkil edir. Cənubi Mirava çayı ilə birlikdə uzunluğu 563 km-dir. Hövzəsinin sahəsi təqribi olaraq 38 min km² ərazini əhatə edir. Hövzəsinə daxil olan ölkələr Bolqarıstan, Makedoniya, Serbiya və Monteneqro.
Morava qapısı
Morava qapısı (çex. Moravská brána, pol. Brama Morawska, alm. Mährische Pforte‎, slovak. Moravská brána) — Çexiyada, Sudet və Karpat dağlarının qolları arasında dağ keçidi. Uzunluğu təqribən 100 kilometr, eni isə 10–20 kilometr, maksimum hündürlüyü 310 metrdir. Morava qapısından Çexiyanın daxili rayonlarını Polşanın Yuxarı Sileziya sənaye rayonu ilə birləşdirən dəmiryol və avtomobil yolları çəkilmişdir.
Morava çayı
Morava çayı (serb. Велика Морава, lat. Margus) — Serbiya ərazisindən axan və Dunay çayının sağ qolunu təşkil edən çay. Dunaya Smerederevo yaxınlığında tökülür. Cənubi Morava və Qərbi Morava çaylarının birləşməsindən əmələ gəlir. Onun mənbəyi Kruşevas şəhərindən 15 km şimal-şərqdə yerləşir. Çyın uzunluğu 217 km təşkil edir. Cənubi Mirava çayı ilə birlikdə uzunluğu 563 km-dir. Hövzəsinin sahəsi təqribi olaraq 38 min km² ərazini əhatə edir. Hövzəsinə daxil olan ölkələr Bolqarıstan, Makedoniya, Serbiya və Monteneqro.
Şiho Oqava
Şiho Oqava (d. 26 dekabr 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Ryuho Okava
Ryuho Okava (大川 隆法, Okava Ryuho, 7 iyul 1956, Kavaşima[d], Oe rayonu[d], Tokuşima prefekturası – 2 mart 2023, Minato, Tokio) – Yaponiya dini və siyasi lideri. "Xoşbəxt elm" kultunun lideri və CEO-su olmuşdur. O, iddia edirdi ki, istənilən yaşayan və ölü şəxsin ruhunu çağırmaq bacarığına malikdir. == Həyatı == Okava 1956-cı ildə doğulmuşdur. O, Tokio Universitetindən məzun olmuşdur. Kultunu qurmazdan öncə bir neçə şirkətdə işləmişdir. 1986-cı ildə ruhlarla danışdığını iddia edərək "Xoşbəxt elm" kultunu qurmuşdur. Onun iddiasına əsasən ruhlar ona missiyasının "bəşəriyyəti xoşbəxtliyə aparmaq olduğunu" demişdirlər. Kult onun ruhlarla danışmaq bacarığına, ruh reinkarnasiyasına və qlobal utopiyanın inşasına inanmışdır. Kult iddia edir ki, onların 110-dan çox ölkədə üzvü var.
Seyci Ozava
Seyci Ozava (小澤 征爾, Ozava Seyci, 1 sentyabr 1935[…], Şenyan – 6 fevral 2024, Setaqaya) – Yaponiya dirijoru. Boston Simfonik Orkestrı, eləcə də, Yeni Yaponiya Filarmonik Orkestrı, San-Fransisko Simfonik Orkestrı, Toronto Simfonik Orkestrı və Nyu-York Metropolitan Operasındakı çıxışlarına görə tanınır. O, Qərbdə məşhurluq əldə edən ilk yapon dirijor hesab olunur. == Həyatı və karyerası == 1935-ci ildə Mancuriyanın Şenyan şəhərində yapon ailədə doğulmuşdur. Ozava Yaponiyada böyümüş və pianoçu olmağı arzulamışdır. Lakin liseydə oxuyarkən oynadığı bir reqbi maçı zamanı barmağının zədələnməsi dirijorluğa yönəlməsinə səbəb olmuşdur. Yaponiyada məktəb təhsili başa çatdırdıqdan sonra dirijor olmaq üçün Avropaya yollanmışdır. 1959-cu ildə Fransanın Bezanson şəhərində gənc dirijorlar üçün keçirilmiş müsabiqədə ilk mükafatını qazanmışdır. O, Avstriya dirijoru Herbert fon Karayan və ABŞ dirijoru Leonard Bernstayndan dirijorluq dərsləri almışdır. 1961-ci ildə Ozava Nyu-York Filarmonik Orkestrının köməkçi dirijoru olmuşdur.
Rava adası
Rava adası (xorv. Rava)- Adriatik dənizinin Xorvatiya ərazisində yerləşən adadır. Xorvatiyanın Zadar şəhərinin tərkib hissəsidir. Adanın sahəsi- 3,63 km², sahil xəttinin uzunluğu isə 15995 kilometrdir. == Coğrafi mövqeyi == Ada Zadarskom arxipelaqına daxildir. Ada İj və Duqi-Otok adalarının arasında yerləşmişdir. Sahillərini İj və Ravs boğazları yuyur. Adanın sahil xətti girintili-çıxıntılıdır. Adada 15 körfəz yerləşmişdir: Тanko Valişina İvanoşeviça Pavaysko Pestexovaç Drajiçe Qolubovaç Martiniça Qrbavaç Qrbaçina Marniça (Mariniça) Paladiniça (Paladniça) Biçabok Lokvina Za Qrbiçu. == İqlimi == Adada isti quru yay və yumşaq yağışlı qış, Aralıq iqlimi üstünlük təşkil edir.
Urava Komaba stadionu
Saytama Şəhər Komaba stadionu (さいたま市浦和駒場スタジアム, Saitama-shi Urawa Komaba Sutajiamu) — Yaponiyanın Saytama prefekturasının Saytama şəhərində yerləşən futbol stadionu. Tutumu 21.500 nəfərdir. == Tarixi == 1967-ci ildə atletika idman növlərinin keçirilməsi məqsədilə tikilmişdir. Şəhərin mərkəzindən sadəcə 1,5 kilometr uzaqlıqda yerləşir. İlkin tamaşaçı tutumu cəmi 5000 nəfər olsa da, 1982-ci ildə bu rəqəm 8000-ə çatdırılmışdır. 1991-ci ildə stadionu "Urava Red Daymonds" klubunun ev stadionuna çevirmək üçün 1,7 milyard yen pul xərclənmiş və tutum 10.000 nəfər çatdırılmışdır. Lakin işlər bununla başa çatmamış, 1 il yarım sonra 4,5 milyard yen qarşılığında yenidən genişləndirmə işlərinə start verilmişdir. İşlər 1995-ci ilin avqustunda tamamlanmış və tamaşaçı tutumu 21.500 nəfər çatmışdır. == İstifadə == Futbol üzrə Yaponiya çempionatının iştirakçı klublarından biri olan "Urava Red Daymonds" 1992-2010-cu illərdə stadionda əsas ev oyunlarını keçirmişdir. 2005-2007-ci illərdə bu klubun əzəli rəqibi "Omiya Ardiya"nın ev oyunları əsas stadionu NAK-5 stadionunun bərpa işləri ilə bağlı olaraq bu stadionda baş tutmuşdur.
Dunay-Drava Milli Parkı
Dunay-Drava Milli Parkı (ing. Danube-Drava National Park, mac. Duna–Dráva Nemzeti Park) — Macarıstanın cənub-qərbində yerləşən milli park. == Coğrafiyası == Milli parkın hazırkı sahəsi 494,79km2-dir və Dunay və Drava ərazisində yerləşir. Yeddi onurğasız heyvan növü Macarıtanda yalnız bu ərazidə mövcuddur. Drava ərazisində 400-dən çox bitki və heyvan növü qorunur. Milli park ərazisindəki endemik növlərə qarameyvəli yemişan və bulaqçılar daxildir.
Morava (Dunayın sol qolu)
Morava (alm. March‎, mac. Morva, pol. Morawa) — Mərkəzi Avropada çay. Dunayın sol qoludur. == Coğrafiya == Uzunluğu 388 kilometr, hövzəsinin sahəsi isə 26,6 min km2-dir. Avstriya, Çexiya və Slovakiya ərazisindən keçir. Sudet diyarından başlanır, Çexiya-Moraviya yüksəkliyi və Qərbi Karpat dağları arasında axır. Payızda daşır. == İqtisadiyyat == Qodonin şəhərinədək gəmiçiliyə yararlıdır.
Yaz harada, biz orada (film, 1984)
== Məzmun == Film qədim zamanlardan Azərbaycan xalqının məişətinə daxil olmuş xalçaçılıq sənətindən bəhs edir.
AVAVA
AVAVA — yayın son ayındakı ay işığının olduğu gecələrdə insanların əllərini ağızlarına aparıb çalarkən çıxardıqları səs. Bu hərəkətə "avava çalmaq" deyilir. Sonay gecələrində avava çalmaq yeniyetmələri, gəncləri oynamağa çağırmaq deməkdir. Ava, avaz sözləri bu səsdən törənibdir. == İstinadlar == == Həmçinin bax == AVAVA (roman), Nasir Mənzuri Qaraçuxa (roman), Nasir Mənzuri.
Aqava
Aqava (lat. Agave) — aqavakimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi vardır. Latınca "Agave" adlanır. Ən çox Amerika və Meksikada geniş yayılmışdır. Öz vətənində bitki çox iridir (3 m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də monokarp bitki adlanırlar. Ömrünün 6–10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, inkişaf edərək 10–12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur.
Araba
Аrаbа – türk mənşəli söz оlub, qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Kəndli təsərrüfаtındа аrаbаnın nəqliyyаt və dаşımа vаsitəsi kimi əvəzsiz rоlu оlmuşdur. Аrаbаyа qоşqu kimi işlədilən hеyvаn növlərindən аsılı оlаrаq аrаbаnın dа müхtəlif növləri hаzırlаnırdı: аt аrаbаsı, kəl аrаbаsı, öküz аrаbаsı, еşşək аrаbаsı. Аrаbаnın hаzırlаnmаsı хüsusi tехniki hаzırlığа mаlik ustаlаr tərəfindən icrа еdilirdi. Аrаbаyа lаzım оlаn hissələr хаrrаtlаr və dəmirçilər tərəfindən hаzırlаnır və sоnrа lаzımi qаydаdа qurаşdırmа işi аpаrılırdı. Аrаbа hissələrinin аdlаrı аşаğıdаkılаrdır: təkər, bаn, pər, kəmər, çərçivə, rеykа, sаmı, bоyunduruq, qоl, lаydır (çəmbər), ох, tоp, dislə, çumаçа. Аrаbа tək аt üçün hаzırlаndıqdа оnа qаrşı tərəfdən аt qоşmаq üçün iki qоl düzəldilir. Cüt qоşqu аrаbаlаrı təkqоllu оlub, аrаbаnın qаrşı tərəfindən оrtа hissəyə bərkidilir. Qоl аrаbаnın müхtəlif tərəflərə yönələ bilməsini təmin еtmək məqsədi ilə оnun ön hissəsinə birləşdirilmiş dişləyə bəndlənir. Dişlə türk mənşəli tuşlа sözündən оlub, аrаbаnın tuşlаnа biləcəyi istiqаməti ifаdə еdir.
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Arara
Arara — Braziliyanın şəhəridir.
Araşa
Araşa, Barreyru — d i — Araşa (Araxa, Barreiro de Araxa) – Braziliyada, Minas-Jerays ştatında niobium-nadir torpaq elementləri yatağı. Niobiumun ehtiyatına görə dünyada ən iri yataqdır. 1954-cü ildə kəşf edilmişdir. 1960-cı ildən açıq üsulla istismar olunur. Nb2O5-in ehtiyatı 17 mln. ton (filizdəki orta miqdarı 2,5%), nadir torpaq filizlərinin ehtiyatı isə təqribən 500 mln. tondur (nadir torpaq elementləri oksidlərinin filizdəki miqdarı 2,8%). Yataq Minas-Jerays nadir metal əyalətində yerləşir və karbonatitlər massivinin zənginləşmiş laterit aşınma qabığı ilə əlaqədardır. Yan süxurlarını kembriyəqədərki kvarsitlər və muskovitli şistlər təşkil edir. Aşınma qabığının qalınlığı 100–200 m, bəzən daha çoxdur.
Areva
"Areva" — Fransa şirkəti; nüvə enerjisi üçün avadanlıqların icad edilməsi, istehsalı və alternativ mənbələrdən elektrik enerjisinin istehsalı sahəsində fəaliyyət göstərir. Bu şirkət nüvə enerjisinin istehsalı sahəsində bütün fəaliyyət növləri üzrə təcrübəsi olan yeganə şirkətdir. Şirkətin qərargahı Parisdə, Kurbevuada yerləşir.
Bravi
Bravi (təkdə: bravo; bəzən bravolar kimi də tərcümə olunur) — XVI–XVII əsrlərdə şimali İtaliyanın kəndli lordları və ya donları tərəfindən öz maraqlarını qorumaq üçün muzdla tutduqları qatillər və ya kobud əsgərlər. Bu söz, güman ki, latın dilindəki pravus (pis, yaman, bəla deməkdir) və ispanca bravo (zorakılıq, aqressiv, qəddar, impulsiv mənasında) sözlərindən götürülmüşdür. Bravilərin zorba insanlar üzərindəki hökmranlığı və insanları qorxutmaları onlara şöhrət və nüfuz gətirmişdir. Bu barədə Alesandro Manzoninin "Nişanlılar" (1827) adlı tarixi romanında xüsusi qeyd olunmuşdur. Həmin əsər XIX əsr italyan ədəbiyyatının ən məşhur əsərlərindən biri hesab olunur. Yerli tarixə dair araşdırmaları nəticəsində bravilərə qarşı müxtəlif xəbərdarlıqların dərc edildiyi vaxtları aşkar etməsi, Manzoniyə, bravilərin İtaliyada ən azından 1583-cü ildən 1632-ci ilə qədər mövcud olduğunu müəyyən eləməyə imkan verirdi. == "Nişanlılar" əsərindəki bravilər == Əsərdə Don Rodriqo tərəfindən saxlanılmış bravilərə Qriqnapoko, Qriso, Montanarolo, Sfreciato, Squinternotto, Tanabuso və Tira-dritto daxil idi. Biondino və Karlottonun silahlı və ya silahsız olması aydın deyildi. l'Innominato üçün işləyən Nibbionun əmri altında çox sayda bravi olsa da, onların çoxunun adı bizə məlum deyil.