Akaki Akaseyiviç Xorava (gürc. აკაკი ალექსის ძე ხორავა; 1895–1972) — Gürcü, sovet aktyoru, teatr rejissoru, müəllim. SSRİ xalq artisti (1936).[2]. Beş dəfə Stalin mükafatı laureatı (1941, 1943, 1946, 1946, 1951). İki dəfə Lenin ordeni (1945, 1950) mükafatçısı.
Akaki Xorava | |
---|---|
gürc. აკაკი ხორავა | |
Doğum tarixi | 17 (29) aprel 1895 |
Vəfat tarixi | 23 iyun 1972[1] (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, teatr aktyoru, kino aktyoru, teatr rejissoru, kinorejissor, pedaqoq, siyasətçi, teatr pedaqoqu[d] |
Fəaliyyət illəri | 1919-cu ildən |
Teatr |
|
Mükafatları |
|
Akaki Xorava 1895-ci il aprelin 17-də (29) Oçxomuri kəndində (Sameqrelo-Zemo Svaneti bölgəsinin Çxorotsku bələdiyyəsi) anadan olmuşdur.
1915-ci ildə Kutaisi klassik kişi gimnaziyasını bitirib. 1915–1917-ci illərdə Kiyev Universitetinin tibb fakültəsində təhsil alıb. Fevral inqilabından sonra Gürcüstana qayıdıb.
Xorava 1917–1919-cu illərdə Novo-Senakski rayon ərzaq komitəsində işləyib, Batumini hücum edən osmanlılardan qorumaq üçün Novo-Senakski dəstəsinin könüllüsü olub.
1919–1920-ci illərdə Tiflis Dövlət Universitetinin tibb fakültəsində təhsilini davam etdirmiş, Tiflis Şəhər Sovetinin mənzil-tikinti şöbələrində çalışmışdır.
1919–1921-ci illərdə Tiflisdə Mərkəzi Fəhlə Klubunun, K.Zubalov adına Xalq Evinin (rəhbəri Şalva Dadiani) tamaşalarında iştirak etmişdir.
1921–1922-ci illərdə Tiflisdə "Soplis Muş" və "Muş" qəzetlərində korrektor işləyib.
1922–1923-cü illərdə A.Paqavanın Tiflis Dram Studiyasında təhsil alıb.
1923-cü ildə Ş.Rustaveli adına Tiflis Dram Teatrının truppasında debüt etmişdir. 1936–1949-cu illərdə bədii rəhbər, 1949–1955-ci illərdə teatrın direktoru olub.
Kote Marcanişvili onun yaradıcılığına böyük təsir göstərmişdir. 1926–1935-ci illərdə A.Axmetelinin rəhbərliyi altında çalışmışdır.
O, rejissor kimi fəaliyyət göstərib.
1924-cü ildən filmlərdə rol alıb.
Akava 1934–1936-cı illərdə sonralar Xanbaba Nurədilov adına Çeçenistan Dövlət Dram Teatrında (Qroznı) işləyən bir qrup çeçen aktyora dərs deyib.
1939–1972-ci illərdə Ş.Rustaveli adına Tbilisi Teatr İnstitutunda müəllim işləyib. 1939–1949-cu illərdə institutun direktoru, 1947-ci ildən professor elmi dərəcəsini alıb.
Onun kino aktyoru kimi ən yüksək nailiyyətləri böyük hərbi liderlər, xalq liderləri Georgi Saakadze (1942) və Georgi Skanderbeq (1953) rolları olub.
A.Xorava Gürcüstan Teatr Cəmiyyətinin yaradıcılarından biri (1945), 1945–1947-ci və 1957–1960-cı illərdə onun sədri olmuşdur.
1939-cu ildən Sov.İKP (b) üzvü idi. I–IV çağırış SSRİ Ali Sovetinin (1937–1958), V-çağırış Gürcüstan SSR Ali Sovetinin deputatı seçilmişdir. O, Gürcüstanın Sülhü Müdafiə Komitəsinin sədri olub.
Akaki Xorava 1972-ci il iyunun 23-də Tbilisidə vəfat etmişdir. Mtatsminda panteonunda dəfn olunmuşdur.