Ryuho Okava

Ryuho Okava (大川 隆法, Okava Ryuho?, 7 iyul 1956, Kavaşima[d], Oe rayonu[d], Tokuşima prefekturası[2]2 mart 2023[1], Minato, Tokio)Yaponiya dini və siyasi lideri. "Xoşbəxt elm" kultunun lideri və CEO-su olmuşdur. O, iddia edirdi ki, istənilən yaşayan və ölü şəxsin ruhunu çağırmaq bacarığına malikdir.[3]

Ryuho Okava
yap. 大川 隆法
Doğum tarixi 7 iyul 1956(1956-07-07)
Doğum yeri
Vəfat tarixi 2 mart 2023(2023-03-02)[1] (66 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti dini rəhbər[d], film prodüseri, intellektual, yazıçı, romançı, şair, bəstəkar, filosof, siyasi filosof, sosioloq, söz yazıçısı[d], ekstrasens, din qurucusu[d]
Fəaliyyət illəri 61986232009241987-ci ildən
ryuho-okawa.com
ryuho-okawa.org/ja/#/
ryuho-okawa.ru
ryuho-okawa.ae.org
okawa-persian.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Okava 1956-cı ildə doğulmuşdur. O, Tokio Universitetindən məzun olmuşdur. Kultunu qurmazdan öncə bir neçə şirkətdə işləmişdir. 1986-cı ildə ruhlarla danışdığını iddia edərək "Xoşbəxt elm" kultunu qurmuşdur. Onun iddiasına əsasən ruhlar ona missiyasının "bəşəriyyəti xoşbəxtliyə aparmaq olduğunu" demişdirlər. Kult onun ruhlarla danışmaq bacarığına, ruh reinkarnasiyasına və qlobal utopiyanın inşasına inanmışdır. Kult iddia edir ki, onların 110-dan çox ölkədə üzvü var.[3]

Okava mübahisəli şəxsiyyət olmuşdur. O, "tanrıdan mesajlar" aldığını, eləcə də, məşhur şəxslərin ruhları ilə danışdığını iddia edirdi. Ruhların ona danışdıqları əsasında kitablar nəşr etdirmişdir. Kitablarında İsanın "qoruyucu ruhları", ABŞ-nin keçmiş prezidenti Donald Tramp, Freddi Merkyuri və Rusiya prezidenti Vladimir Putin ilə söhbət etdiyini iddia etmişdir. Okavanın oğlu Hiroşi 2020-ci ildə verdiyi bir müsahibədə atasının yalan dediyini, "etdiklərinin məntiqsiz olduğunu" demişdir.[3]

Okava 2009-cu ildə kultun Xoşbəxtliyin Realizasiyası Partiyası adlı siyasi filialını qurmuşdur. Onun partiyası dini təlimə əsaslanan kiçik hökuməti, LGBTQ icmasının hüquqlarının məhdudlaşdırılmasını və Çinin çəpərləmə siyasətini dəstəkləmişdir.[3]

27 fevral 2023-cü ildə halı qəflətən pisləşmiş və Tokiodakı bir xəstəxanaya aparılmışdır. Bütün cəhdlərə baxmayaraq 2 mart 2023-cü ildə 66 yaşında ölmüşdür. Ölüm səbəbi naməlumdur.[3]

  1. 1 2 【速報】幸福の科学・創始者で総裁の大川隆法氏(66)が死去 都内の自宅で倒れる.
  2. 1 2 Yaponca Vikipediya (yap.). 2001.
  3. 1 2 3 4 5 "Cult leader who claimed to 'channel spirits' of Jesus, Trump and Freddie Mercury dies". New York Post (ingiliscə). 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]