Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balvanə
Balvanə-i Xalədi (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Balvanə-i Mütəmadi (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Halvane
Çerkes simitidir. Bu simit ümumiyyətlə naharlarda və bəzi yeməklərin yanında yeyilir. Bayramlarda, xüsusi günlərdə, həftəsonu səhərlər və ya qonaq gələcəyi zaman bişirilir. == Vəsaitlər == 5 çay stəkanı ilıq süd 1 çay stəkanı maye yağ 1 yumurta (ağı içinə, sarısı xaricinə) 2 çay qaşığı şəkər 2 çay qaşığı duz Yarım paket yaş maya un == Hazırlanması == Əvvəlcə ələnilmiş unun ortasına yumurta ağı, süd, duz, maye yağ, şəkər və yaş maya əlavə olunur. Qulaq məməsi yumşaqlığında bir xəmir yaxşıca özləşənə qədər yoğrulur və üzəri təmiz bir bezlə örtülərək 1 saata qədər mayalanmağa buraxılır. Mayalanan xəmir 18 bərabər parçaya bölünərək hər bir parça əvvəl uzun lentlər halında qıvrılıb ikiyə bükülür, təkrar qıvrılıb simit şəklində iki ucu bir-birinə birləşdirilərək nimçəyə düzülür. 1 saata qədər nimçədə qabardıldıqdan sonra üzərinə yumurta sarısı sürtülərək normal soba nizamında 200 dərəcədə 25-30 dəqiqəyə qədər üzəri qızarana qədər bişirilərək sobadan çıxardılır. Yüngülcə soyumasını gözlədikdən sonra yeyə bilərsiniz.
Silvanə
Silvana (fars. سیلوانه‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Silvana bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,350 nəfər və 243 ailədən ibarət idi.
Slavyan
Səqləblər ya da Slavyanlar (q.slav. словѣнє, belar. славяне, ukr. слов'яни, bolq. славяни, serb. və mak. Словени, xorv. və bosn. Slaveni, sloven. Slovani, pol.
Qəsrik (Silvanə)
Qəsrik (fars. ‎‎‎قصريك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 238 nəfər yaşayır (40 ailə).
Roland Qlavani
Roland Qlavani (20 Aprel 1922 – 16 Yanvar 2017) — Fransalı ordu generalı.
Slavyan Bazarı
Slavyan Bazarı (belar. Славянскі Базар у Віцебску) — Avropa ölkələrinin və Böyük Şərqi Avropanın mühüm vokal yarışmalarından biridir. 1992-ci ildən bəri keçirilir. Müxtəlif illərdə bu yarışmanın qalibləri arasında Rumıniya, Xorvatiya, Rusiya, Ukrayna, Serbiya, Makedoniya, Belorus təmsilçiləri olub. Bu il keçiriləcək "Slavyan bazarı" vokal festivalında Azərbaycanı "Eurovision 2011″in milli seçim turlarının finalçısı Aynişan Quliyeva təmsil edəcək.
Slavyan dilləri
== Şərqi slavyan dilləri ==
Slavyan eposu
Slavyan eposu (çex. Slovanská epopej) — Çexiya art-nevü rəssamı Alfons Muxa tərəfindən 1910-1928-ci illərdə yaradılmış rəsm əsərləri seriyasıdır. Seriyada çexlər və digər slavyan xalqlarının mifologiyası və tarixi təsvir edilir. 1928-ci ildə monumental əsərini tamamlayan Muxa, əsərlərin sərgilənməsi üçün xüsusi pavilion inşa edilməsi şərti ilə seriyanı Praqa şəhərinə bağışlayır.. 2012-ci ilə kimi əsərlər Çexiyanın Yihomoravsk diyarındakı Moravski-Krumlov şəhərindəki qəsrin daimi ekspozisiyasına daxil olmuşdur. 2012-ci ildə seriyaya daxil olan 20 əsərin hamısı Praqa Milli Qalereyası tərəfindən təşkil edilmiş sərgidə nümayiş olunmaq üçün Sərgi sarayına gətirilmişdir. == Tarixi == Alfons Muxa, şah əsəri hesab edilən “Slavyan eposu”nun işlənməsinə on səkkiz il sərf etmişdir. XX əsrin əvvəllərindən Muxa Slavyan tarixinə həsr edilmiş əsərlər seriyası yaratmağı arzulasa da, maddi çətinliklərə görə arzusunu yerinə yetirə bilməmişdir. 1909-cu ildə rəssam, slavyan mədəniyyətinin heyranı olan ABŞ filantropu Çarlz Riçard Kreyndən qrant almağa nail olur. O, işə rəsmlərdə təsvir etmək istədiyi Rusiya, Polşa və Afondakı pravoslav monastırları da daxil olmaqla Balkan ölkələrini gəzməklə başlayır.
Slavyan qrupu
== Şərqi slavyan dilləri ==
Slavyan tayfaları
Səqləblər ya da Slavyanlar (q.slav. словѣнє, belar. славяне, ukr. слов'яни, bolq. славяни, serb. və mak. Словени, xorv. və bosn. Slaveni, sloven. Slovani, pol.
Slavyan təqvimi
Bir çox slavyan dilləri Qriqori təqvimində ilin ayları üçün Latın mənşəli adlardan rəsmi olaraq istifadə etsələr də, Slavyan mənşəli olduqlarına görə on iki ay üçün latın adlarından fərqli olan köhnə adlar dəsti də mövcuddur. Bəzi dillərdə, məsələn serb dilində bu ənənəvi adlar arxaikləşmişdir və buna görə nadir hallarda istifadə olunur. Slavyan dillərində ilin aylarının orijinal adları hava şəraiti və bu dövr üçün ümumi olan xüsusiyyətlər, habelə kənd təsərrüfatı fəaliyyətləri kimi təbii hadisələri yaxından izləyir. Bir çox ayın fərqli bölgələrdə bir neçə alternativ adı var. == Adlar == == Xorvat adları == Xorvat ayları Qriqorian təqvimində istifadə olunan Latınca ay adlarından fərqlənir: Bəzi adlar, standart Xorvat lüğətlərində artıq olmayan arxaik xorvat-slavyan sözlərindən yaranmışdır. Buna görər də bu sözlərin mənası da birmənalı deyil. == Çex ayları == Çex aylarının adları, Polşa, Xorvat, Ukrayn və Belaruscada da olduğu kimi, əksər Avropa dillərində istifadə olunan Latın adlarına əsaslanmır. -en şəkilçisi ayların çoxuna əlavə olunur. Yanvar - leden ( led – buz) Fevral - únor (yəqin ki, nořit sözündən törəmiş nor-kök sözündən yaranmışdır və göl səthinin altındakı buz kütləsi mənasında işlənmişdir) Mart - březen (ağcaqayın mənasını verən bříza və ya hamiləlik mənasını verən březí sözündən götürülmüşdür – bu dövrdə bir çox meşə heyvanları, xüsusən də dovşanlar hamilə olur) Aprel - duben ( dub – palıd sözündən götürülmüşdür) May - květen ( květ – çiçək sözündən törəmişdir ) İyun - červen (qırmızı mənasında işlənən červený və ya soyuq mənasını verən červ sözündən törəmişdir və hər iki məna meyvə ilə bağlıdır) İyul - červenec (červen ilə eyni mənadadır, sadəcə -ec şəkilçisi qəbul edib) Avqust - srpen ( srp – oraq sözündən ) Sentyabr - září (lİşıq saçır) Oktyabr - říjen (říje- adət sözündən törəyib) Noyabr - listopad ("yarpaqların düşməsi" deməkdir) Dekabr - prosinec (yalvarmaq, soruşmaq mənasında işlənən prosit və ya daha böyük ehtimalla prosinalý–solğun sözündən törəyib. Çünki bu ayda səma solğun olur.) == Makedon ayları == Makedon dilində Qreqori təqviminin aylarının iki dəst adları var.
Sərvanə (Soyuqbulaq)
Sərvanə (fars. ساروانه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (10 ailə).
Şahvanə (Üşnəviyyə)
Şahvanə (fars. شاهوانه‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 665 nəfər yaşayır (116 ailə).
Şirvanə (Qürvə)
Şirvanə (fars. شيروانه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 412 nəfər yaşayır (91 ailə). Əhalisini kürdlər təşkil edir.
Şərqi slavyan
Şərqi Slavyan sözü üçün aşağıdakılara müraciət edilə bilər: Şərqi slavyan dilləri — slavyan dillərinin üç qolundan biridir Şərqi slavyanlar — Şərqi slavyan dillərində danışan və slavyan xalqlarının alt qrupu olan xaqlar.
Alavan (Sərdəşt)
Alavan (fars. علاوان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 119 nəfər yaşayır (15 ailə).
Konstantin Slavin
Konstantin Slavin (tam adı: Konstantin Vladimiroviç Slavin; 1970, Bakı) — professor, tibb elmləri doktoru, İllinoys Universitetinin Neyrocərrahiyə üzrə professoru == Həyatı == Konstantin Slavin 1969-cı il 20 avqust tarixində Bakıda doğulub. 1982-88-ci (13 yaşında universitetə qəbul olunub) illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb və təhsilini fərqlənmə ilə başa vurub. 1988-92-ci illərdə Moskavada neyrocərrahiyə üzrə rezidenturasını yekunlaşdırıb, 1994-95-ci illərdə İllinoysda ümumi cərrahiyə üzrə təcrübə keçmişdir. 1998-99-cu illərdə Oreqon Səhiyyə və Elm Universitetinin Neyrocərrahi Əməliyyat Departamentində funksional və stereotaktik neyrocərrahiyyə proqramı təqaüdü çərçivəsində fəaliyyət göstərib. 1997-ci ildə yazılı, 2004-cü ildə şifahi olaraq Neyrocərrahiyyə üzrə ABNS imtahanlarını müvəffəqiyyətlə verib. 2013-cü ildə Neyrocərrahiyə heyətinin ABNS attestasiyasını da keçməyə müvəffəq olub. 2004-cü ildən Amerika Neyrocərrahlar Birliyinin üzvüdür. İndiyə kimi 17 təqaüd proqramı və mükafata layiq bilinib, 20-yə yaxın müxtəlif tibbi vəzifərlərdə çalışıb, 5 araşdırma həyata keçirib, 12 müxtəlif liderlik tələb edən vəzifələrdə fəaliyyət göstərib, 15-ə yaxın milli və yerli cəmiyyətlərin, 18 müxtəlif redaktə heyətlərinin üzvüdür, 60-ya yaxın elmi mövzulu tezis və kitablara rəy verib, 4 kitabın müəllifi, 33 kitabın həmmüəllifi, 105 elmi məqalə müəllifi, 89 elmi şərhin, 125 tezisin müəllifidir. 58 müxtəlif oral təqdimatlarda, 6 elektron təqdimatda natiqlik edib. 127 müxtəlif mühazirələrə qonaq mühazirəçi kimi dəvət olunub.
Rus Lavale
Rus Lavale (12 iyul 1974) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Rus Lavale Avstraliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub. Daha sonra Rus Lavale Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Rus Lavale Avstraliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Savant sindromu
Savant sindromu — Çox nadir hallarda rast gəlinən bir psixi pozuntudur. Xəstəliyin əlaməti ümumi inkişafdan geri qalmış insanların “dahilik adasına” (bir və ya bir neçə bilik sahələrində mükəmməl qabiliyyətin ümumi şəxsiyyət məhdudluğu ilə ziddiyət təşkil etməsi) malik olmasıdır. Bu sindrom həm genetik, həm də sonradan qazanılmış ola bilər. Savant sindromlu şəxslər çətinliklə oxuya, yazı yazarkən bir səhifədə yüzlərcə səhv buraxa bilərlər, amma bununla yanaşı, beyinlərində asanlıqla altırəqəmli ədədləri bir-birinə vura bilərlər və yaxud 23 may 3027–ci ilin həftənin hansı günü olduğu çox rahatlıqla deyə bilərlər. == İşarələr və simptomlar == Savant bacarıqları adətən beş əsas sahədən birində və ya bir neçəsində tapılır: incəsənət, yaddaş, hesab, musiqi qabiliyyətləri və məkan bacarıqları. Ən çox yayılmış savant növləri təqvim savantlarıdır, hər hansı bir tarix üçün həftənin gününü sürətlə və dəqiqliklə hesablaya bilən və ya hər hansı bir tarixdən şəxsi xatirələri yada sala bilən "insan təqvimləri"dir. Qabaqcıl yaddaş savant qabiliyyətlərində əsas "super güc"dür. Savantların təxminən yarısı otistikdir; digər yarısında tez-tez mərkəzi sinir sisteminin zədələnməsi və ya xəstəliyi var. Autizmdən əziyyət çəkənlərin 10%-ə qədərinin savant qabiliyyətlərinin müəyyən formada olduğu təxmin edilir. === Təqvim savantları === Təqvim savantı (və ya təqvim alimi) – əqli qüsuru olmasına baxmayaraq məhdud onilliklər və ya müəyyən minilliklər aralığında tarixin həftəsinin gününü və ya əksinə ad verə bilən şəxsdir.
Şahanə Hacıyeva
Şahanə İbadət qızı Hacıyeva (6 iyul 2000; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Şahanə Hacıyeva 2000-ci il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. Şahanə Hacıyevanın əslən Cəbrayıl rayonunun Soltanlı qəsəbəsindəndir. Hacıyevlər ailəsi Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin avqustunda Cəbrayıldan Sumqayıta gəliblər. Məşqçisi Fərid Ağakişiyevdir. == Karyerası == Şahanə Hacıyeva 2015-ci ildə Antalya şəhərində beynəlxalq turnirin, Sofiya şəhərində isə gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2016-cı ildə də bir sıra beynəlxalq turnirlərdə uğurlar qazanan Şahanə Hacıyeva, 2018-ci ildən para-cüdoda mübarizə aparmağa başladı. Şahanə Hacıyeva 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatının final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirində isə Şahanə Hacıyeva bürünc medalın sahibi oldu.
Şahanə Nəzərova
Şahanə Nəzərova (28 may 2001; Siyəzən, Azərbaycan) — Azərbaycanı təmsil edən güləşçi. Yeniyetmələr arasında dünya və Avropa çempionu, Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. == Həyatı == Şahanə Nəzərova 2001-ci il mayın 28-də Siyəzən şəhərində anadan olub. 2007-ci ildən idmanla məşğul olur. Məşqçisi Ağadədə Allahverdiyevdir. == Karyerası == 2017-ci il 28-30 aprel tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən ənənəvi "Zəfər" kubokunda qızıl medala layiq görülüb. 2017-ci il 24-30 iyul tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa birinciliyində Azərbaycanı təmsil edib. 1/4 final mərhələsində Bolqarıstan təmsilçisi Dimitrinka Sergeyeva ilə qarşılaşaraq onu tam üstünlüklə, yarımfinalda isə Ukrayna təmsilçisi Mariya Tomisiçi 8:0 hesabı ilə məğlub edib. Final görüşündə Luçana Bekbaulovanı tam üstünlüklə məğlub edərək qızıl medala layiq görülüb. 2017-ci il sentyabr ayında Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən yeniyetmə güləşçilərin Dünya çempionatında Azərbaycanı təmsil edib.
Bakı Slavyan Universiteti
Bakı Slavyan Universiteti və ya qısaca BSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan dövlət təhsil müəssisəsi. Slavyan və german dillərinin, ədəbiyyatının, mədəniyyətinin, coğrafiyasının, tarixinin, siyasətinin öyrənilməsində ixtisaslaşan universitetdə rus, polyak, çex, ingilis, alman, bolqar, ukrayn, yunan, slovak, belarus, serb, xorvat, bosniya, fransız, türk dilləri və ədəbiyyatı üzrə müəllimlər, filoloqlar, tərcüməçilər, həmçinin diplomatlar, jurnalistlər, eləcədə bu ölkələrin beynəlxalq münasibətləri, mədəniyyəti, coğrafiyası, tarixi üzrə mütəxəssislər hazırlanır. Bakı Slavyan Universitetinin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, Azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri vardır. Bakı Slavyan Universitetinin Rusiya, Polşa, Ukrayna, Çexiya, Yunanıstan, Bolqarıstan, Slovakiya, Serbiya, Belarus, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Türkiyə, Moldova, Rumıniya, Şimali Makedoniya və digər Şərqi Avropa, Baltikyanı (Latviya, Litva, Estoniya), Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) ölkələrinin universitetləri, institutları, dövlət təşkilatları, elm və mədəniyyət müəssisələri ilə sıx beynəlxalq əlaqələri mövcuddur və həmin ölkələrdəki universitetlərlə tələbə mübadiləsi müqavilələri bağlamışdır. Universitet Beynəlxalq Kadrlar Akademiyasının, Avropa Universitetləri Assosiasiyasının (EUA), Universitetlərin Böyük Xartiyasının (Magna Charta Universitatum), Beynəlxalq Rus dili və Ədəbiyyatı Müəllimlərinin Birliyinin (MAPRYAL), Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasının, Beynəlxalq Slavyan Universitetləri Assosiyasiyası, Xəzəryanı Ölkələrin Universitetləri Assosiyasiyasının üzvüdür. == Tarixi == === Sələfi === BSU-nun tarixi 1946-cı ildən başlayır. Həmin ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may tarixli qərarı əsasında M.F.Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində instituta 108 tələbə qəbul olundu, ştat cədvəli üzrə institutda 28 əməkdaş işləyirdi.1948-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı oldu. 1952-ci ildə M.F.Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrildi.1956–1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirildi.1959-cu ilin 14 aprelində Azərbaycan KP MK və Nazirlər Soveti "Azərbaycan SSR-in ali pedaqoji məktəblərinin istiqamətləri haqqında" qərar qəbul etdi.Bu rəsmi sənədə əsasən, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı. 1972-ci ildə Azərbaycan SSR rəhbəri H.Əliyevin təşəbbüsü və respublika Nazirlər Sovetinin 2 noyabr 1972-ci il tarixli 362 saylı qərarı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun bazasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu yaradıldı.
Baltik-slavyan dilləri
Baltik-slavyan dilləri Hind-Avropa dil ailəsinin bir qoludur. Buraya ənənəvi olaraq Baltik və Slavyan dilləri daxildir. Baltik və slavyan dilləri digər Hind-Avropa dil ailələrində rast gəlinməyən bir çox dil xüsusiyyətlərini bölüşür ki, bu da onların ümumi bir inkişaf dövrünü göstərir. Baltik və slavyan dillərini bu gün vahid bir qol kimi təsnif etmək üçün dilçilər arasında ümumi konsensus olsa da, onların əlaqələrinin təbiəti ilə bağlı bəzi təfərrüatlar bəzi dairələrdə çox vaxt siyasi səbəblərə görə mübahisəli olmuşdur. Bəzi dilçilər (Kortlandt, Derksen) Baltik-slavyan dillərinin üç qrupa bölünməsini təklif etmişdirlər: Şərqi Baltik, Qərbi Baltik (artıq mövcud deyildirlər) və slavyan. == Baltik-slavyan dillərinin ümumi xüsusiyyətləri == Baltik və slavyan dillərinin əlaqə dərəcəsi digər Hind-Avropa dilləri ilə paylaşılmayan ümumi xüsusiyyətlər məcmusu və bu xüsusiyyətlərin nisbi xronologiyası ilə göstərilə bilər. Baltik və slavyan dillərində bəzi ümumi mənşəli sözlər bölüşülür. Bu sözlərə digər Hind-Avropa dillərində rast gəlinmir. Var olsa belə sözlərin proto-hind-avropa dilindən miras qaldığı və digər Hind-Avropa dilləri ilə müqayisədə mənalarında oxşar dəyişikliklərin baş verdiyi müşahidə edilir. Bu ümumi xüsusiyyətlər göstərir ki, Baltik və Slavyan dilləri mənşə etibarilə proto-Baltik-slavyan dilindən yaranmışdır.
Beynəlxalq Slavyan Kanalı
Beynəlxalq Slavyan Kanalı (rus. Международный Славянский Канал, ukr. Міжнародний Слов'янський Канал, ing. Slavonic Channel International) — televiziya kanalı. Bütün dünyada slavyanları və dünya ictimaiyyətinə slavyanların həyatının mextəlif aspektləri, nadir slavyan tarixi, zəngin ənənələri, mədəniyyəti, nailiyyətləri və dünya sivilizasiyasının inkişafına böyük töhfəsi barədə məlumatın çatdırılması nəzərdə tutulur. == Məlumat == "Beynəlxalq "Slavyan Kanalı" ("International "Slavonic Channel") 12 sentyabr 2008-ci ildən Ukrayna ərazisindən peyk yayımına başlamışdır (Sirius-4 Satellite 5° East Frequency 12075 MHz (H) Symbol Rate: 27,5 Msymb/s FEC 3/4 & Astra-2 Satellite 31,5° East Frequency 12090 MHz (H) Vertical Symbol Rate: 27,5 Msymb/s FEC 9/10). SCI gecə-gündüz işləyir və 1 milyard 202 milyon nəfər əhali əhatə edir. Yayım (Ukrayna ərazisindən ilk dəfə olaraq) dörd səs dorojkaları - ukrayna, ingilis, rus və məhsulu istehsal edən ölkənin dilində aparılır. Gələcəkdə yayım eyni zaman slavyan ölkələri dillərində və həmşinin fransız, alman, ispan, portuqaliya, ərəb və çin dillərində olacaq. Telekanalın mövzusu - mədəniyyət və təhsil == Tarix == Keçmiş Sovet İttifaqının birbaşa peyk yayımında ilk təcrübəsi "Beynəlxalq Slavyan Kanalının" Ukrayna ərazisindən eksperimental yayımı olmuşdur.