Səqləblər[1] ya da Slavyanlar (q.slav. словѣнє, belar. славяне, ukr. слов'яни, bolq. славяни, serb. və mak. Словени, xorv. və bosn. Slaveni, sloven. Slovani, pol. Słowianie, çex. Slované, slovak. Slovania, kaşub Słowiónie, y.sorb Słowjenjo, a.sorb Słowjany) — Avropada ən böyük etnodilli icma.[2]
VI əsrdə slavyanlar Mərkəzi və Şərqi Avropada yaşayırdılar. Onlar üç qrupa bölünürdü:
Slavyanların əsas məşğuliyyətlərindən biri əkinçilik idi. Onların 9 cu əsrə qədər yazıları mövcud olmamışdır. VI əsrdə slavyanlarda hələ dövlət yox idi, onlar icma halında yaşayırdılar. Bütün işləri,məsələləri xalq yığıncağı həll edirdi. Onlar almanlar və ərəblər kimi ibtidai icma quruluşundan birbaşa feodalizmə keçmişdilər. Feodalizmə keçidlə IX-X əsrlərdə slavyanların ilk dövləti yarandı. 882-ci ildə şərq slavyanlarının Kiyev dövləti yarandı. X əsrin əvvəllərində Çexiya, X əsrdə Polşa dövləti yarandı.
Şərq slavyanlarına rusların, belarusların və ukraynalıların ulu babaları daxil idilər.Feodalizmə keçidlə əlaqədar IX əsrdə şərq slavyanlarının ilk dövləti - Kiyev knyazlığı meydana gəldi.
Şərq slavyanları məişət və mədəni xüsusiyyətlərinə görə bir-birinə daha yaxındır. Onların ümumi sayı 200 milyondan çoxdur. Hal-hazırda 145 milyondan çox rus, 46 milyondan çox ukraynalı və 10 milyondan çox belarus yaşayır. Bu xalqların böyük əksəriyyəti Şərqi Avropada yaşayırlar. Şərq slavyanlarında əkinçilik, onunla sıx əlaqədə olan maldarlıq və meşə təsərrüfatı daha yüksək səviyyədə inkişaf etmişdir. Malqaranın saxlanılmasında otlaq-bordaq forması üstünlük təşkil edir. Daha çox etnoqrafik xüsusiyyətləri xalq geyimlərində tapmaq olar. Geyimlərin istehsalı son zamanlara qədər kustar хarakteri daşıyırdı. Şərq slavyanları özləri kətan, çətənə, əkir, yun alır və dəri emal edirdilər. Şərq slavyanlarının əsas geyim tipi köynəklərdir. Kişilər dizə qədər, qadınlar isə daha uzun ətəkli köynəklər geyinirdilər. Kişi köynəkləri birtipli – tunikli biçimdə olurdu. Yalnız rusların yaşadığı bir çox vilayətlərdə yanyaxa köynəklər geniş yayılmışdı. Qadın köynəklərində daha çox fərq nəzərə çarpırdı. Şərqi slavyan xalqlarının qadın baş örtükləri etnoqrafik baxımdan daha maraqlıdır. Qızların və ərli qadınların baş örtüklərində fərqli cəhətlər daha çoxdur. Qadın baş örtüyünün bağlanma qaydaları ən çox toylarda müşahidə olunurdu. Cənubi rus vilayətlərində, ukraynalılarda və beloruslarda baş yaylığından çələng düzəldirdilər. Bir çox mərkəzi vilayətlərdə baş örtüyünün özü bir növ çələngi xatırladırdı. Üst geyimləri daha universal xarakterdə idi. Bu mənada qadın və kişi geyimləri arasında böyük fərq nəzərə çarpmırdı. Ruslar, ukraynalılar və beloruslar rəsmən pravoslav kilsəsinə xidmət edirlər. Təqvim mərasimləri İvan Kupola bayramı, maslenitsa, troitsa, soçelnik təntənəli şəkildə qeyd olunur[3]
Qərb slavyanlarının mənəvi mədəniyyəti ənənəvi mərasimlərlə zəngindir. Belə ki, polyaklarda, slovak və lujitsalılarda “dojimka” və “objomka” geniş qeyd edilir (lujitsalılarda “xoruzun Öldürülmə günü”). Bu qədim slavyan əkinçilik bayramı avqust-sentyabr aylarına təsadüf edir və keçmişdə ayrı-ayrı sehrli hərəkət və mərasimlərlə müşayət edilirdi ki, bunun da əsas məqsədi bu məhsulu saxlamaq üçün növbəti ilin məhsul alınmasına təminat vermək idi. Bu dövrə aid olan digər ənənəvi bayram kimi yaz bayramı “stada na troitsu”nu, Polşada “ruh günü” , gənclər bayramı, “may ağacı” (bu bayramda tozağacının yüksək hissəsi kəsilmiş budaqlarla, açıq lentlərlə bəzədilir) bayramlarını göstərmək olar. Polyakların, çexlərin və slovakların böyük bir hissəsi katoliklərdir.
Cənub slavyanlarına aiddi olan serblər, bosniyalılar, xorvatlar və slovenlərin hamısı mənşəcə eyni dildə danışırlar, başlıca fərq ondan ibarətdir ki, serblər və bosniyalılar şərq və ya kiril əlifbasında, xorvatlar və slovenlər qərb və ya latın əlifbasında yazırdılar. XIX əsrdə baş verən slavyan dirçəlişi və bu xalqların ümumən yüksəlməsi ilə əlaqədar belə bir hiss yarandı ki, onlar əslində bir xalqdırlar və buna görə də onlar cənubi slavyanlar və ya yuqoslavlar terminini seçdilər.
Cənub slavyanları, əsasən, Balkan yarımadasında məskunlaşmışlar. Cənub slavyanları qədim əkinçilik və maldarlıq ənənələrinə malikdirlər. Cənub slavyanlarının müxtəlif qədim bayramları mövcuddur. Buna misal olaraq hələ antik dövrlərə aid olan “obrok” və onunla əlaqədar torpağın məhsuldarlıq magiyası, qədim “qurd günləri”- qurdlara həsr olunmuş noyabr ayının ilk həftələri və s. göstərmək olar. Bundan başqa bolqarlarda və digər cənub slavyanlarında məşhur olan və həm də mənşəyi antik dövrə gedib çıxan Trifon Zarezan günüdür ki, bu da 14 fevralda qeyd edilir (üzüm kəsilməsi və onlara çaxır tökülməsi). Təqvim bayramlarından müqəddəs Lazar günündə, pasxaya bir həftə qalmış qeyd edilən “lazarak” qız bayramını, Georgiyev gününü (6 may) – mal qaranın çəmənlərə birinci yaz otlağına çıxarılmasını və s. misal göstərmək olar.
https://www.trims.edu.az/noduploads/book/quot-azarbaycan-tarixi-quot-fanni-uzra-7-ci-sinif-ucun-darslik.pdf