Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tesla
Nikola Tesla (1856–1943), Elektrik mühəndisi və ixtiraçı
2244 Tesla
2244 Tesla— cırtdan planet və ya asteroiddir. O 22 oktyabr, 1952-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının paytaxtı Belqradda (hal-hazırda Serbiya) kəşf edilib. Bu cırtdan planet müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsindəki töhfələri ilə məşhur olan Serb əsilli Amerikalı ixtiraçı və elektrik mühəndisi Nikola Teslanın şərəfinə adlandırlıb. Onun siderik dövrü 4 il 261 günə bərabərdir.
Acaena tesca
Acaena tesca (lat. Acaena tesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Keyko Teşima
Keyko Teşima (yap. 手島 桂子; qızlıq dövründə Maeda (yap. 前田); ana. 25 mart 1980, Takasaqo) — Orta-ağır çəki dərəcəsində Yaponiyanı təmsil edən qadın cüdoçu. 1990-cı illərin sonlarından 2000-ci illərin ortalarına qədər Yaponiyanı təmsil etmişdir. Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı, Dünya çempionu, Asiya Çempionatının bürünc mükafatçısı, milli və beynəlxalq turnirlərin bir çox yarışlarının qalibidir. == Bioqrafiyası == Keyko Maeda 25 mart 1980-ci ildə Xioqo prefekturasının Takasaqo şəhərində anadan olmuşdur. Fəal cüdoyla məşğul olmaq həvəsi Maedada on iki yaşında Yawara! animesinə baxdıqdan sonra yaranmağa başlamışdır. Sukıb Universitetində təhsil alan zaman tələbə komandasında hazırlıq keçmişdir.
Nikola Tesla
Nikola Tesla (serb-kiril. Никола Тесла, 10 iyul 1856[…], Smilyan, Xorvatiya, Avstriya imperiyası – 7 yanvar 1943[…], Hells Kitçen[d], Nyu-York) — müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli Amerika futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısı. Tesla 1884-cü ildə ABŞ-nın Nyu York şəhərinə Tomas Edisona işləmək üçün immiqrasiya etməzdən əvvəl elektrik mühəndisliyi və telefoniya sahəsində təcrübə qazanmışdı. O tezliklə elektrik cihazlarının spektrini inkişaf etdirmək üçün laboratoriyalar və şirkətlərin təsis edilməsi üçün, maliyyə tərəfdarları ilə müstəqil şəkildə müqavilə bağlamağa nail oldu. Özünün patentləşdirdiyi dəyişən cərəyan asinxron maşın və transformator, müşavir kimi qısa müddət ərzində Tesla üçün kirayələnən Corc Vestinqauz tərəfindən lisenziyalaşdırılıb. Onun işi elektrik enerjisinin inkişafının sonrakı illərində "Cərəyanlar müharibəsi" kimi adlanan dəyişən və sabit cərəyan enerji ötürmə standartlarının yaradılması arasında ümumi mübarizə ilə nəticələndi. Tesla yüksək gərginlikli və yüksək tezlikli naqilsiz işıqlandırma və elektrik enerjisinin paylanması ideyalarını davam etdirmək üçün Nyu Yorka və Kolorado Sprinqsə gedərək, öz qurğuları ilə simsiz rabitənin mümkünlüyü barədə ilk (1893) bəyanatları ilə çıxış etmişdir. O bu ideyaları təyin etmək üçün özünün tamamlanmamış Vordenkliff qülləsi proyektini qitələrarası simsiz ötürmədə praktiki istifadəsinə cəhd etdi. Laboratoriyada o, həmçinin rentgen şüaları, elektrik yüklənmə borusu və mexaniki ossilyator/generatorlar ilə bir sıra eksperimentlər aparırdı. O hətta bir zaman birinci dəfə nümayiş olunan simsiz idarə olunan qayıq hazırlamışdı.
Nikolas Tesla

Telma Tiksu
Telma Tiksu (isp. Thelma Tixou; əsl adı: Telma Deliya Sukiyennik, isp. Thelma Delia Sukiennik; 4 may 1944, Buenos-Ayres – 15 yanvar 2019, Mexiko) — Argentina və Meksika teatr və kino aktrisası (1967–2013), müğənnisi, rəqqasəsi. == Bioqrafiya == Telma Tiksu 4 may 1944-cü ildə Argentinanın Buenos Ayres şəhərində anadan olmuşdur. Onun ailəsi Litva əsilli idi. Tiksunun anası Telmanın gələcəkdə yaxşı bir rəqqas olacağını düşünürdü, buna görə də qızını rəqs kurslarına göndərmək fikrinə gəlmişdir. Tiksu 17 yaşında ikən Buenos Ayres şəhərində keçirilən bir rəqs müsabiqəsində 10 rəqqas arasından ən yaxşısı seçilmişdir. Onun rəqqaslıq fəaliyyəti Argentina kinematoqraflarının diqqətini cəlb etmişdir. Argentina kinosundakı debütünü 1967-ci ildə edən Tiksu 9 kinofilmdə və bir teleserialda rol almışdır. Telma Tiksu 15 yanvar 2019-cu ildə vəfat etmişdir.
Tesla (krater)
Tesla— Herbert Uelsdən cənub-şərqə doğru Ayın görünməyən tərəfində yerləşən krateridir. Teslanın cənub-qərbində Kidinnu, cənub-şərqində isə Van Maanen kraterləri var. Krater Serb əsilli Amerikalı ixtiraçı Nikola Teslanın şərəfinə adlandırılıb. Tesla görünüşünə görə dairəvi xüsusiyyətə malikdir. Daxili səthin cənubunda kiçik kraterlər cütü var, ancaq krater başqa halda vacib kraterlərin üst-üstə düşməsindən azaddır. Yalnız bir az kiçik təsirlər qalan tərəflərinə və qatlarına ləkə salır. == Peyk kraterləri == Bu xüsusiyyətli konvensiya ilə Teslaya daha yaxın olan krater ortalarının hərflərlə işarələnməsi ilə ay xəritələrində müəyyənləşdirilir.
Tesla (şirkət)
Tesla (keçmiş adı: Tesla Motors) — elektrik maşınları və elektrik nəqliyyatı üçün qidalanma qurğu birləşmələri layihələndirən, istehsal edən və satan Palo Alto, Kaliforniya mərkəzli ABŞ şirkətidir. Şirkət həmçinin yenidən istifadə edilən/yaşıl enerji məhsulları istehsal edən ortaq şirkəti olan SolarCity vasitəsiylə evlərə günəş paneli və ya solar kirəmit sataraq avtomobilləri evdə təmiz batereya enerjisi doldurmasını təmin edir. Tesla Motors TSLA simvolu altında NASDAQ fond birjasında mübadilə edən açıq şirkətdir. 2013-ci ilin birinci rübündə Tesla öz tarixində ilk dəfə olaraq mənfəəti barədə məlumat verib. 2015 mart ayından etibarən Tesla 2008-ci ildən indiyə qədər təxminən 70 000 elektrikli avtomobil təslim etmişdir. Tesla özünün birinci mükəmməl idman maşını olan Tesla Roadsterin istehsalının ardınca geniş diqqət mərkəzinə düşüb. Şirkətin ikinci nəqliyyat vasitəsi tam elektrik lüks sedan Model S, növbəti iki nəqliyyat vasitəsi isə Model X və Model 3-dür. Tesla həmçinin elektrik qidalanma qurğularının, o cümlədən də Daimler və Toyota kimi avtomobil brendləri üçün litium-ion batareyası dəstələrinin satışını həyata keçirir.. Şirkətin baş icraçı direktoru İlon Mask deyib ki, o sonda öz şirkətini adi istehlakçıya münasib qiymətdə elektrik maşınlarını təklif etmək məqsədini güdən müstəqil avtokonsern kimi görür. Teslanın Model 3 nəqliyyat vasitəsinin 2017-ci ilədək 35000 $ olması gözlənilir.
Tesla Cybertruck
Tesla Cybertruck — Tesla Motors tərəfindən istehsal edilən elektrikli (batereya ilə işləyən) avtomobildir. Xüsusiyyətlərinə görə üç növə ayrılır. Cybertruck modellərində 250 kW-lıq batereya kablosu var.
Tesla Energy
Tesla Energy — baş ofisi Kaliforniya ştatının Frimont şəhərində yerləşən fotovoltaik sistemlər, batereya enerjisinin saxlanması məhsulları, eləcə də yaşayış, ticarət obyektləri üçün digər əlaqəli məhsul və xidmətlər istehsal edən, satan və quraşdıran avtomobil istehsalçısı Tesla Motors-un törəmə şirkəti. 2021-ci ildə şirkət 2020-ci ilə nisbətən 68% artımla 345 meqavatlıq (MVt) günəş enerji sistemləri istehsal edirdi. == Tarixi == Şirkət 30 aprel 2015-ci ildə Tesla Motors-un icraçı direktoru İlon Mask tərəfindən qurulmuşdur. Tesla 2016-cı ilin noyabr ayında SolarCity-ni aldı və Tesla Energy ilə birləşdirdi.
Tesla Motors
Tesla (keçmiş adı: Tesla Motors) — elektrik maşınları və elektrik nəqliyyatı üçün qidalanma qurğu birləşmələri layihələndirən, istehsal edən və satan Palo Alto, Kaliforniya mərkəzli ABŞ şirkətidir. Şirkət həmçinin yenidən istifadə edilən/yaşıl enerji məhsulları istehsal edən ortaq şirkəti olan SolarCity vasitəsiylə evlərə günəş paneli və ya solar kirəmit sataraq avtomobilləri evdə təmiz batereya enerjisi doldurmasını təmin edir. Tesla Motors TSLA simvolu altında NASDAQ fond birjasında mübadilə edən açıq şirkətdir. 2013-ci ilin birinci rübündə Tesla öz tarixində ilk dəfə olaraq mənfəəti barədə məlumat verib. 2015 mart ayından etibarən Tesla 2008-ci ildən indiyə qədər təxminən 70 000 elektrikli avtomobil təslim etmişdir. Tesla özünün birinci mükəmməl idman maşını olan Tesla Roadsterin istehsalının ardınca geniş diqqət mərkəzinə düşüb. Şirkətin ikinci nəqliyyat vasitəsi tam elektrik lüks sedan Model S, növbəti iki nəqliyyat vasitəsi isə Model X və Model 3-dür. Tesla həmçinin elektrik qidalanma qurğularının, o cümlədən də Daimler və Toyota kimi avtomobil brendləri üçün litium-ion batareyası dəstələrinin satışını həyata keçirir.. Şirkətin baş icraçı direktoru İlon Mask deyib ki, o sonda öz şirkətini adi istehlakçıya münasib qiymətdə elektrik maşınlarını təklif etmək məqsədini güdən müstəqil avtokonsern kimi görür. Teslanın Model 3 nəqliyyat vasitəsinin 2017-ci ilədək 35000 $ olması gözlənilir.
Tesla Semi
Tesla Semi — Tesla kompaniyası tərəfindən istehsal olunmuş eletrik yük avtomobili.
Tesla transformatoru
Tesla transformatoru — Nikola Teslanın yaratdığı yüksək gərginlikli və rezonanslı elektrik paylayıcı qurğudur. Bu tip transformatorları başqalarından fərqləndirən cəhət onun naqilsiz elektrik paylamasıdır. Qurğu 22 sentyabr 1896-cı ildə patentləşdirilmişdir. == Sadə konstruksiya == Tesla transformatorunun sadə konstruksiyası iki rulondan — birinci və ikinci, həmçinin tutucu mexanizm, taradit kondensatoru və terminaldan (şəkildə "çıxış" kimi göstərilib) ibarətdir.
Tessa Tompson
Tessa Linn Tompson (ing. Tessa Lynn Thompson; 3 oktyabr 1983, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası və müğənnisi. Müxtəlif teatr tamaşaları, seriallar, filmlər və video kliplərdə yer alan aktrisa aktrisalıq fəaliyyətindən başqa mahnılar yazmış və bəstələmişdir. Profesional aktrisalığa 2002-ci ildə "Fırtına" adlı teatr tamaşası ilə başlayan Tompson bir il sonra yer aldığı "Romeo və Cüliyetta: Antebellum Yeni Orleans, 1836" tamaşasındakı roluna görə həmin il "NAACP Teatr mükafatı" tərəfindən "Ən yaxşı aktrisa" mükafatına layiq görüldü. Teatr karyerası ilə birlikdə 2005-ci ildə "Soyuq qala" serialı ilə ilk dəfə ekranda göründü və növbəti il "Naməlum şəxs zəng edəndə" filmi ilə kino sahəsində yer aldı. Tompson rejissor Tina Mabrinin çəkdiyi 2009-cu il istehsalı "Mississippi Damned" ilə ABŞ Qara Film Festivalı tərəfindən "Ən yaxşı aktyor" seçilərək kino sahəsində ilk mükafatını əldə etdi. Mülki vətəndaşlar aktivisti Diana Naşı canlandırdığı Martin Lüter Kinq haqqındakı bioqrafiya filmi "Selma" ilə dünya üzrə məşhurlaşdı və Hamptons Beynəlxalq Film Festivalında "Debüt performans" mükafatını qazandı. Növbəti il baş rolda yer aldığı "Krid" filmindəki çıxışına görə də iki mükafat qazandı. "Krid 2"dən sonra Marvel Kinematoqrafiya Kainatına keçid edən Tompson "Tor: Raqnarök", "Qisasçılar: Sonsuzluq savaşı" və "Qisasçılar: Final" filmlərində Valkiriya personajını canlandırdı. 2019-cu ildə buraxılan "Qara geyimli adamlar: Beynəlxalq" filmində isə baş rol Agent M obrazını canlandırdı.
Tessa Vertyu
Tessa Vertyu (ing. Tessa Virtue; d. 17 may 1989, London, Ontario, Kanada) — Kanadanı təmsil edən fiqurçu. Tessa Vertyu, Skot Moir ilə birgə 2003-cü ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Vertyu və Moir cütlüyü həm Olimpiya Oyunları tarixində, həm də Dünya idmanı tarixində bu idman növü üzrə ən yaxşı idmançılardan hesab olunurlar. Vertyu və Moir cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında 2 gümüş medala (Komanda və fərdi), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə 2 qızıl medala (Komanda və fərdi) sahib olub. Vertyu və Moir cütlüyü həmdə Dünya Çempionatlarında ciddi uğurlara imza atıblar. 2009-cu ildə baş tutan Dünya Çempionatının bürünc medalına, 2008, 2011 və 2013-cü illərdə baş tutan çempionatların gümüş medalına, 2010, 2012 və 2017-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub Vertyu və Moir cütlüyü, üç dəfə (2008, 2012 və 2017-ci illərdə) Dörd Qitə Çempionatının qalibi olub, 2 dəfə (2008 və 2012-ci illərdə) gümüş medala, 2 dəfə (2006 və 2007-ci illərdə) isə bürünc medala sahib olub. Vertyu və Moir cütlüyü həm də ISU Qran-Pri yarışlarında da bir sıra uğurlara imza atıblar. Onlar ISU Qran-Pri Finalının bir dəfə (2006-2007-ci il mövsümündə) qızıl medalına, beş dəfə (2009—2010, 2011—2012, 2012—2013, 2013—2014 və 2017—2018-ci illər mövsümlərində) isə gümüş medalına sahib olub.
Tessa Xan
Tessa Xan (ing. Tessa Khan) — Böyük Britaniyanın ətraf mühit üzrə hüquqşünası. O, iqlim dəyişikliyinin azaldılması və iqlim ədaləti ilə bağlı məhkəmə çəkişmələrini dəstəkləyən Climate Litigation Networkun həmtəsisçisi və həm-direktorudur. Xan iddia edir ki, milli hökumətlər bilərəkdən karbon dioksid səviyyələrinin yüksəlməsindən faydalanıb və ətraf mühitə, o cümlədən Climate Case Ireland nümunəsi vasitəsilə zərər veriblər. == Bioqrafiyası == Tessa Xan insan haqları kampaniyalarında fəal iştirak edir. Taylandda o, qeyri-kommersiya qadın hüquqları təşkilatında çalışmışdır. 2015-ci ildə Taylandda olarkən o, Haaqa məhkəməsinin Hollandiyaya istixana qazı emissiyalarını azaltmağı əmr edən qərarından xəbər tutur. 2016-cı ildə Hollandiya məhkəməsinin qərarından ilhamlanaraq Londona köçür və Urgenda Foundation hüquq komandasına qoşulur. Xan dünyada iqlim dəyişikliyi ilə bağlı məhkəmə proseslərinə dəstək vermək üçün Urgenda Foundation ilə Climate Litigation Network şəbəkəsini qurub. O, iqlim mübahisələrinin həlli üzrə Climate Litigation Networkun direktorudur.
Teşima adası
Teşima adası — Yaponiyanın Naoşima və Syodoşima adaları arasında yerləşən ada. İnziubati cəhətdən Kaqava prefekturasına daxildir. Adanın sahəsi 14.5 km², əhalisi 1000 nəfərdir. Kənd təsərrüfatı inkişaf etmişdir. Adada Teşima İncəsənətr muzeyi yerləşir.
Şiro Teşima
Şiro Teşima (26 fevral 1907 - 6 noyabr 1982) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 2 qol vurub.
Esma Recepova
Esma Recepova (Makedonca: Есма Реџепова) — 8 avqust 1943-cü ildə anadan olan Makedon-Qaraçı əsilli müğənni. Esma Recepova 2013 Avroviziya Mahnı Müsabiqəsində Makedoniyanı Vlatko Lozanoski ilə birlikdə "Pred Da Se Razdeni" mahnısı ilə təmsil edib.
Əsma Aydəmir
Əsma Aydəmir (1 yanvar 1992) — Türkiyəli marafonçu. Əsma Aydəmir Türkiyəni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Əsma Aydəmir birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 39 dəqiqə 59 saniyəyə qət edərək 157 marafonçu sırasında 58-ci yeri tutdu.
Əsma Sultan
Əsma Sultan (I Əhmədin qızı) —
Əsma Əsəd
Əsma əl-Əsəd — (ərəb. أسماء الأسد‎; qızlıq soyadı — Əsma Fəvvaz əl-Əxrəs أسماء فوّاز الأخرس; d. 11 avqust 1975, Akton[d], Böyük London) — Suriyanın birinci xanımı, prezident Bəşşar əl-Əsədin həyat yoldaşı. == Bioqrafiya == Əsma Fəvvaz əl-Əxrəs adıyla 11 avqust 1975-ci ildə Britaniyanın paytaxtı Londonda dünyaya gəlibdir. Əsma Əsəd, Londonun Kromuell Xəstəxanasının məsləhətçi kardioloqu Fəvvaz Əxrəs və təqaüddə olan diplomat Səhər Otrinin qızıdır. Valideynləri sünni, Suriya mənşəli və əslən Homsdandırlar. O, Londonda qızlar məktəbini bitirb və London Kral Kollecində informatika elmində və franssız ədəbiyyatı sahəsində təhsil alıb. Universitetdən sonra Deutsche Bankda Avropadan və Uzaq Şərqdən olan müştərilərlə sığorta şöbəsində işləyirdi. 1998-ci ildə J. P. Morgan kompaniyasında biotexnoloji və əczaçılıq şirkətlərinin birləşməsində və hopdurmalarında ixtisaslaşaraq, fəaliyyətə başlayıb. Əsma Suriyaya 2000-ci ilin noyabr ayında qayıtmışdı və dekabrda Bəşər Əsədə ərə getmişdi.
Əsma Nayman
Fatma Əsma Nayman (1899, Konstantinopol – 16 dekabr 1967, İstanbul) ― türk müəllim, siyasətçi və tərcüməçi. O, Türkiyədə qadınların qatıldığı ilk yerli seçkilər olan 1930-cu il yerli seçkilərində Adana bələdiyyə məclisinin üzvü, qadınların iştirak etdiyi ilk parlament seçkisi olan 1935-ci il parlament seçkilərində isə parlamentin üzvü seçilmişdir. O , 5-ci dövr Türkiyə Böyük Millət Məclisində Seyhanın (Adana) millət vəkili vəzifəsini icra edib. == Həyat == Fatma Əsma Nayman 1899-cu ildə İstanbulda anadan olub. O, Halkalı Ali Kənd Təsərrüfatı Məktəbini (türk. İstanbul Halkalı Yüksek Ziraat Okulu) quran və bu məktəbdə uzun illər dərs deyən Hasip bəyin və Mustafa Naili Paşanın qızı Mələk xanımın beş övladından biridir. Nayman Fransız məktəbində özəl müəllimlərdən dərs alıb. O, ingilis, fransız və yunan dillərini bilirdi. O, yeddi il Bezmialem qız liseyində fransız dili müəllimi işləyib. Nayman Adanalı vəkil Süleyman Zihni bəylə evlənərək Adanada məskunlaşıb və bir uşağı olub.
Nikola Tesla Muzeyi
Nikola Tesla muzeyi (serb. Музеј Николе Тесле / Muzej Nikole Tesle) — Nikola Teslanın işlərini və həyatını əks etdirmək üçün təsis olunub. Bu muzey Serbiyanın paytaxtı Belqradın mərkəzi ərazilərindən birində yerləşir. Burada 160,000-dən çox orijinal sənədlər, 2000-dən çox kitab və jurnallar, 1200-dən çox tarixi texniki eksponantlar, 1500-dən çox fotoşəkil və foto lövhələr, texniki əşyalar, alətlər və cihazlar və 1000-dən çox plan və çertyojlar saxlanılır. Nikola Tesla Arxivi dünyanın elektrikləşmə və bu sahədə gələcək texnoloji irəliləyişin tarixi ilə bağlı kritik rol oynadığına görə 2003-cü ildə YUNESKO-nun Dünyanın xatirəsi proqramında qeydiyyata alınıb. == Tarixi == Nikola Tesla muzeyi Serbiyanın tanınmış memarı Draqişa Braşovanın layihələrinə uyğun olaraq 1927-ci ildə tikilmiş yaşayış villasında yerləşir. Bina Yuqoslaviya Sosialist Federativ Respublikasının qərarı ilə Nikola Tesla muzeyi təsis olunana kimi müxtəlif məqsədlər üçün istifadə olunurdu. Muzey üçün ləvazimatlar Teslanın qardaşı oğlu və ən yaxın qohumu Sava Kosanovic və onun müvəkkili Filip Vittenberqin səyləri nəticəsində 7 sentyabr 1951-ci ildə Belqrada Nyu-Yorkdan gəmi ilə göndərilib. == Bu gün == Nikola Tesla muzeyi Teslanın irsini qoruyub saxlamaq və nümayiş etdirmək öhdəliyini yerinə yetirir. === Sərgilər === Silsilə sərgilər 1955-ci ildə təşkil edilib.
Aespa
Aespa (kor. 에스파) — SM Entertainment tərəfindən yaradılmış Cənubi Koreyalı qız qrupu. Qrup dörd üzvdən ibarətdir: Karina, Giselle, Winter və Ningning. == Ad == Qrupun adı Aespa, ingiliscə Avatar və Experience (Avatar X Experience) sözlərinin baş hərflərinin birləşməsi "ae" və "iki tərəf" mənasını daşıyan ingiliscə söz "aspect" sözünün birləşməsindən yaranmışdır, və bu "başqa bir mənliklə tanış olmaq və yeni dünya ilə tanış olmaq" mənasını verir. "MY" sözü avatar aespa-da "ən qiymətli dost" mənasında işlədilən sözdür. Aespa pərəstişkarları aespa-nın ən qiymətli varlıqlar olduqları üçün, rəsmi fan-klub adının "MY" olmasına qərar verilmişdir. == Tarixçə == === Çıxışdan öncə === NinqNinq stajyer qrupu SM Rookies-in bir hissəsi idi və 2017-ci ildə televiziya şousu 'Shining Star'-ın mahnısını səsləndirdi. 2019-cu ildə Karina Taemin tərəfindən çıxarılan "Want" mahnısının musiqi videosunda və canlı ifasında yer aldı. === 2020 – günümüz: Debüt və "Savage" === 26 Oktyabrda SM, Red Velvet-in 2014-cü ildəki debutundən sonra ilk dəfə yeni bir qız qrupu çıxaracağını açıqladı. Üzvlər 27 oktyabrdan bəri hər gün ayrıca olaraq açıqlandı və Aespa adının qrup adı olduğu açıqlandı.Şirkət, qrupun 17 noyabr 2020-ci ildə "Black Mamba" mahnısı ilə debut edəcəyini elan etdikdən dərhal sonra dörd üzvü olan bir teaser yayımlandı.