Tessa Tompson

Tessa Linn Tompson (ing. Tessa Lynn Thompson; 3 oktyabr 1983, Los-Anceles, Kaliforniya[3]) — ABŞ aktrisası və müğənnisi. Müxtəlif teatr tamaşaları, seriallar, filmlər və video kliplərdə yer alan aktrisa aktrisalıq fəaliyyətindən başqa mahnılar yazmış və bəstələmişdir. Profesional aktrisalığa 2002-ci ildə "Fırtına" adlı teatr tamaşası ilə başlayan Tompson bir il sonra yer aldığı "Romeo və Cüliyetta: Antebellum Yeni Orleans, 1836" tamaşasındakı roluna görə həmin il "NAACP Teatr mükafatı" tərəfindən "Ən yaxşı aktrisa" mükafatına layiq görüldü. Teatr karyerası ilə birlikdə 2005-ci ildə "Soyuq qala" serialı ilə ilk dəfə ekranda göründü və növbəti il "Naməlum şəxs zəng edəndə" filmi ilə kino sahəsində yer aldı.

Tessa Tompson
ing. Tessa Thompson
Doğum adı Tessa Lynn Thompson
Doğum tarixi 3 oktyabr 1983(1983-10-03) (41 yaş)
Doğum yeri
Partnyoru
  • Janel Mone[d] (20152017)[1]
Fəaliyyəti aktrisa, teatr aktrisası, televiziya aktrisası, kino aktrisası, müğənni, bəstəkar
Fəaliyyət illəri 2002-ci ildən
Təhsili
IMDb ID1935086
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tompson rejissor Tina Mabrinin çəkdiyi 2009-cu il istehsalı "Mississippi Damned" ilə ABŞ Qara Film Festivalı tərəfindən "Ən yaxşı aktyor" seçilərək kino sahəsində ilk mükafatını əldə etdi. Mülki vətəndaşlar aktivisti Diana Naşı canlandırdığı Martin Lüter Kinq haqqındakı bioqrafiya filmi "Selma" ilə dünya üzrə məşhurlaşdı və Hamptons Beynəlxalq Film Festivalında "Debüt performans" mükafatını qazandı. Növbəti il baş rolda yer aldığı "Krid" filmindəki çıxışına görə də iki mükafat qazandı. "Krid 2"dən sonra Marvel Kinematoqrafiya Kainatına keçid edən Tompson "Tor: Raqnarök", "Qisasçılar: Sonsuzluq savaşı" və "Qisasçılar: Final" filmlərində Valkiriya personajını canlandırdı. 2019-cu ildə buraxılan "Qara geyimli adamlar: Beynəlxalq" filmində isə baş rol Agent M obrazını canlandırdı.

Tompson "Mis", "Gizli palmalar", "Veronika Mars" və "Qərb dünyası" kimi seriallarda baş rolda, "Qrey anatomiyası" və "Qəhrəmanlar" kimi müxtəlif seriallarda isə ikinci plan ya da qonaq aktrisa olaraq yer aldı. Musiqi ilə də maraqlanan aktrisa prodüser Mozes Samni ilə birlikdə "Krid" və "Krid 2"nin musiqi albomuna öz töhfələrini vermişdir.

Tompson 3 oktyabr 1983-cü ildə Los-Ancelesdə doğuldu.[4] Atası Panama əsilli müğənni Mark Antoni Tompson[5] Chocolate Genius musiqi qrupunun yaradıcısıdır.[6] Anası isə Meksika əsillidir.[7] Tompson babasının o dövrdə çox az olan Meksika əsilli sənətçi olduğunu demişdir.[8] Tompson üç yaşında olanda anası və atası ayrıldı, atası Nyu-Yorka köçdü və burada iki uşağı doğuldu.[9] Kollec müdirü və incəsənət xadimi olan anası Tompson və bacısını böyütdü.[9] O, Los-Anceles və Nyu-Yorkun Bruklin bölgəsində böyüdü.[6] Tompson Santa-Monika tam orta məktəbində oxuduğu vaxtda[10] Şekspirin "Yay gecəsində yuxu" (A Midsummer Night's Dream) tamaşasında atası tərəfindən sevmədiyi biri ilə məcburi evləndirilən Hermiyanı canlandırdı.[10] Məktəbi bitirdikdən sonra Santa-Monika kollecində mədəni antropologiya ixtisası ilə təhsilini davam etdirdi.[9][10] Berkli Universitetinə keçmək fikrində olanda qadınlardan ibarət[9] Los-Anceles qadınların Şekspir şirkəti (LAWSC) ilə qarşılaşdı və Liza Volpun dərslərinə qoşuldu.[11] Universiteti yarımçıq qoyaraq[9] şirkətdə təcrübəçi olaraq işləməyə başladı və daha sonra profesionallığa keçid etdi.[6]

Tompson, 2014-cü il.

Tompson teatr səhnəsinə profesional olaraq ilk dəfə 2002-ci ildə LAWSC-nin "Fırtına" tamaşasında Ariel rolunu canlandıran üç aktyordan biri olaraq çıxdı.[12] Ariel bir cadugər tərəfindən xilas edilib ona xidmət etməyə başlayan, amma azadlıq əldə etmək istəyən görünməz pəridir. O, tamaşada onu xilas edən və yenidən həbs etməklə hədələyən cadugərin əsarətindən qurtulub azad olmaq üçün çalışır.[13] 2003-cü ildə Pasadenadakı The Theater @ Boston Court-da nümayiş olunan, Romeo və Cülyetta əsasında hazırlanmış "Romeo və Cüleytta: Antebellum Yeni Orleans, 1836" tamaşasındakı Cülyetta roluna görə NAACP Teatr mükafatına namizəd göstərilmiş və qazanmışdır.[11] Bundan başqa 2004-cü ildə "Yay vaxtı"; 2005-ci ildə "Pera Palaz" və "Giriş/Çıxış"; 2006-cı ildə "Agamemnon və qızları"; 2008-ci ildə "Axmaq uşaqlar"; 2009-cu ildə "Ağac"; 2010-cu ildə "Kral Lir" və "Arkadiya"; 2011-ci ildə "On ikinci gecə", "Sezar və Kleopatra" və "Alabama səması üçün mavilər"; 2012-ci ildə "Necə istəyirsinizsə"; 2014-cü ildə "Həqiqətimizlə üz-üzə: Trayvon Martin oynayır" və 2016-cı ildə "Ağıllı insanlar" adlı teatr tamaşalarında yer almışdır.[14][15] Brodveyə aid olmayan "Ağıllı insanlar" tamaşasında Maherşala ƏliYoşua Cekson ilə birlikdə baş rolda yer almışdır.[16][17] 2 aprel 2020-ci ildə birbaşa nümayiş olunan Rayan Spanın komediyası "Nora hayland"da da baş rolu canlandırmışdır.[18]

Cek Andersonun yazdığı 10 seriyalıq sirr-elmi fantastika podkastı "The Left Right Game"in[19] səs heyətində paranormal araşdırmaçılardan təşkil olunmuş bir qrupu izləyən idealist jurnalist[20] Alis Şarmen[19] rolunu səsləndirdi.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]
Tessa Thompson, 2018 MTV ödüllerinde
Tompson MTV mükafatı mərasimində, 2018-ci il.

Tompsonun müğənni olan Zsela adlı kiçik bacısı var.[21] 2018-ci ilin iyun ayında verdiyi müsahibədə cinsi həyatına toxundu: "Ailəm mənə "Olmaq istədiyini ola bilərsən" dedi. Kişilərə sevgim olduğu kimi qadınlara qarşı da hisslərim var. Bir kişiylə və ya bir qadınla birgə münasibətdə olsam, bunu mübahisə etməyə belə dəyməz."[22] Bu müsahibənin ardınca mediada Tompsonun biseksual olduğu haqda iddialar meydana çıxdı, amma Tompson 2018-ci ilin noyabrında "The Independent"ə veridiyi digər müsahibə ilə buna qarşı çıxdı: "O sözü heç vaxt işlətməmişəm. İki cinsiyyətə qarşı hisslərimin olmasını düşünmürəm." Tompson həmçinin sözlərinə əlavə etdi: "Bəziləri bunu kaminq-aut ya da başqa bir şey olaraq qəbul etdi. Mən bu ifadələrin nə olduğunu və nə mənaya gəldiyini bilmirəm."[23]

Tompson San Diego Comic-Con festivalında, 2019-cu il.
İl Orijinal adı Rol Qeydlər Ref.
2006 When a Stranger Calls Scarlet [24]
2008 Make It Happen Dana [25]
The Human Contract Waitress [26]
2009 Mississippi Damned Kari Peterson [27]
2010 Everyday Black Man Claire [28]
Exquisite Corpse Liz [29]
For Colored Girls Nyla Adrose [30]
2011 Periphery Caitlin [31]
Red & Blue Marbles Becca [31]
2012 Murder on the 13th Floor Nia Palmer [32]
2013 Automotive Maggie [33]
2014 Dear White People Samantha "Sam" White [34]
Grantham & Rose Wallis Also associate producer [35]
Points of Origin Rosemary Short film [36]
Selma Diane Nash [37]
2015 The Grand Romantic Cindy Short film [38]
Creed Bianca Taylor Also songwriter [39]
2016 War on Everyone Jackie Hollis [40]
Salt Water Brit [mənbə göstərin]
2017 South Dakota Chris [41]
Thor: Ragnarok Valkyrie / Scrapper 142 [42]
2018 Sorry to Bother You Detroit [43]
Annihilation Josie Radek [44]
Furlough Nicole Stevens [45]
Little Woods Oleander "Ollie" Hale Also executive producer [46]
Dirty Computer Zen / Mary Apple 53 Short film [47]
Creed II Bianca Taylor Also songwriter [48]
2019 Brave Girl Rising Nasro (voice) Short film [49]
Avengers: Endgame Valkyrie [50]
Men in Black: International Molly Wright / Agent M [51]
Between Two Ferns: The Movie Herself [52]
Lady and the Tramp Lady (voice) [53]
2020 Sylvie's Love Sylvie Parker Also executive producer [54]
2021 Passing Irene Redfield [55]
2022 Thor: Love and Thunder Valkyrie
The Listener Beth Post-production; also producer [56]
Creed III Bianca Taylor Filming [57]
Year Title Role Notes Ref.
2005 Cold Case Wilhelmina "Billie" Doucette Episode: "Best Friends" [58]
2005–2006 Veronica Mars Jackie Cook Main role (12 episodes) [59]
2006 Grey's Anatomy Camille Travis 2 episodes [60]
The Initiation of Sarah Esme Television film [61]
2007 Hidden Palms Nikki Barnes Main role (7 episodes) [62]
2008 Life Liza Episode: "Trapdoor" [63]
2009 Mental Lainey Jefferson Episode: "Lines in the Sand" [64]
Private Practice Zoe 2 episodes [64]
Heroes Rebecca Taylor 3 episodes [61]
Three Rivers Penelope Kirkell Episode: "A Roll of the Dice" [64]
2010 Betwixt Jenny Television pilot [65]
Blue Belle Blue Lead role (5 episodes) [66]
2010–2011 Detroit 1-8-7 Lauren Washington 3 episodes [67]
2011 Off the Map Sydney Episode: "A Doctor Time Out" [64]
Rizzoli & Isles FBI Agent Anna Farrell Episode: "He Ain't Heavy, He's My Brother" [64]
2012–2013 666 Park Avenue Laurel Harris / Sasha Doran 5 episodes [61]
Copper Sara Freeman Main role (22 episodes) [68]
2016 BoJack Horseman Tanisha Voice; Episode: "Love And/Or Marriage" [69]
2016–present Westworld Charlotte Hale

Dolores Abernathy

Main role (18 episodes) [59]
2018 Portlandia Bailey Episode: "Rose Route" [70]
Dear White People Rikki Carter 2 episodes [71]
2019 Tuca & Bertie Sophie Black Voice; Episode: "The Sex Bugs" [72]
Drunk History Eartha Kitt Episode: "Fame" [73]
2020 RuPaul's Drag Race All Stars Herself Episode: "I'm In Love!" [74]
Yıl Oyun Rol İst.
2002 The Tempest Ariel [12]
2003 Romeo & Juliet: Antebellum New Orleans 1836 Juliet [14]
2004 Summertime Tessa [75]
2005 Pera Palas Melek [76][77]
Indoow/Outdoor Samantha [14]
2006 Agamemnon and His Daughters Iphigeneia [14]
2008 Stupid Kids Judy [14]
2009 Tree JJ [14]
2010 King Lear Cordelia [14]
Arcadia Chloë Coverly [14]
2011 Twelfth Night Viola [14]
Caesar and Cleopatra Cleopatra [14]
Blues for an Alabama Sky Delia [14]
2012 As You Like It Rosalind [14]
2014 Facing Our Truth: The Trayvon martin Plays Ensemble [14]
2016 Smart People Valerie [14]

Musiqi videoları

[redaktə | mənbəni redaktə et]
İl Mahnı Müğənni Rol İst.
2015 "Yoga" Janelle Monáe Rəqqasə
[78]
2017 "Moonlight" Jay-Z Monika Geller
[79]
2018 "Make Me Feel" Janelle Monáe Zen / Mary Apple 53
[80]
"Pynk"
2019 Screwed
"Uneventful Days" Beck Aktrisa [81]

Mükafatlar və namizədliklər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 https://hollywoodlife.com/feature/janelle-monae-dating-history-5015831/.
  2. 1 2 3 4 Tessa Thompson Returns to Shakespeare as Rosalind. LA STAGE Alliance, 2012.
  3. 1 2 http://www.nytimes.com/2014/09/07/movies/fall-arts-preview-teyonah-parris-katherine-waterston-and-others-break-through.html.
  4. "Tessa Thompson". tvguide.com (ingilis). 2020-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2018.
  5. "Tessa Thompson Shares How Her Mexican Mother Helped Her Take Pride In Her Blackness: 'She Wanted Me To Be Brave'". Essence. 27 mart 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2020.
  6. 1 2 3 Thompson in Morgan, Kai. "Exclusive: Tessa Thompson on varied dreams and effecting change" (ingilis). EmbraceYouMagazine.com. 5 Mayıs 2014. 31 mart 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2015.
  7. Zakarin, Jordan. "Tessa Thompson on Selma, Dear White People, and Her Breakthrough Year". Yahoo! Movies. 29 dekabr 2014. 21 sentyabr 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2017.
  8. Tessa Thompson. Tessa Thompson Shares How Her Mother Helped Her Take Pride In Her Blackness - ESSENCE (ingilis). ESSENCE. 3 mart 2018. 11 mart 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2020. (#invalid_param_val)
  9. 1 2 3 4 5 Felsenthal, Julia. "It's Tessa Thompson's Time to Shine". Marie Claire. 11 iyun 2019. 15 avqust 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2020. (#invalid_param_val)
  10. 1 2 3 "Tessa Thompson Talks Creed II, Representation in Film". Blackpast.org. 1 dekabr 2019. 15 yanvar 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 fevral 2020. (#invalid_param_val)
  11. 1 2 Behrens, Deborah. "Tessa Thompson Returns to Shakespeare as Rosalind" (ingilis). @ This Stage (LA Stage Alliance). 11 iyul 2012. 4 mart 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2015.
  12. 1 2 Şablon:Haber kaynağı Sitat səhvi: Xətalı <ref> etiketi; "Tempest" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
  13. Şablon:Dergi kaynağı
  14. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Şablon:Web kaynağı[ölü keçid] Sitat səhvi: Xətalı <ref> etiketi; "abouttheartists" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
  15. Şablon:Web kaynağı
  16. Şablon:Web kaynağı
  17. Şablon:Web kaynağı
  18. Şablon:Web kaynağı
  19. 1 2 "New Podcast 'The Left Right Game' with Tessa Thompson Out Today". Nerds and Beyond. 23 mart 2020. 24 mart 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 Mayıs 2020.
  20. Wiseman, Andreas. "Amazon Studios Wins Rights To Turn QCode Sci-Fi Podcast 'The Left Right Game' Into TV Series With Tessa Thompson Producing". Deadline. 15 aprel 2020. 21 aprel 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 Mayıs 2020. (#invalid_param_val)
  21. Benor, Dalya. "Zsela Sings Moody Ballads for the Fashion and Art Set" (ingilis). 26 aprel 2019. 27 iyul 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2020. (#invalid_param_val)
  22. "Break the Mold, with Tessa Thompson". www.net-a-porter. 29 iyun 2018. 5 yanvar 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 fevral 2020.
  23. "Tessa Thompson interview: 'Men should have the responsibility to deal with their toxicity'". .İndependent.co.uk. 30 noyabr 2018. 1 Mayıs 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 fevral 2020. (#invalid_param_val)
  24. Condit, Jon, "When a Stranger Calls (2006)", Dread Central, February 3, 2006, May 21, 2022 tarixində arxivləşdirilib, İstifadə tarixi: June 28, 2020
  25. "Make It Happen – Film Review", Time Out, August 5, 2008, August 8, 2020 tarixində arxivləşdirilib, İstifadə tarixi: June 28, 2020
  26. "The Human Contract", Cineplex Entertainment, August 8, 2020 tarixində arxivləşdirilib, İstifadə tarixi: June 28, 2020
  27. Andreeva, Nellie. "'Thor' & 'Westworld's Tessa Thompson Signs With WME". Deadline Hollywood. March 27, 2020. April 20, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  28. Chicago Reader, Aug 12, 2010 – Everyday Black Man By Andrea Gronvall Arxiv surəti 27 avqust 2018 tarixindən Wayback Machine saytında Arxivləşdirilib avqust 27, 2018, at the Wayback Machine
  29. "Fantasy Film Fest" (PDF). December 21, 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: June 28, 2020.
  30. Kirk Honeycutt, "For Colored Girls – Film Review", The Hollywood Reporter, October 21, 2010, May 19, 2020 tarixində arxivləşdirilib, İstifadə tarixi: June 28, 2020
  31. 1 2 Momodu, Samuel. "Tessa Lynne Thompson (1983– )". blackpast.org. 1 December 2019. January 15, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2020.
  32. "Murder On The 13th Floor – Review", Radio Times, May 19, 2018 tarixində arxivləşdirilib, İstifadə tarixi: June 28, 2020
  33. "Automotive (2013) – Movie", Moviefone, August 8, 2020 tarixində arxivləşdirilib, İstifadə tarixi: June 28, 2020
  34. "Sundance Film Review: 'Dear White People'". Variety. January 20, 2014. January 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  35. McNary, Dave. "Marla Gibbs set for 'Grantham and Rose'". Variety. August 2, 2012. June 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  36. ""Points of Origin" receives accolades". tisch.nyu.edu. New York University. 23 September 2016. 20 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2020.
  37. Greeves, Natasha. "Andre Holland, Tessa Thompson Join Cast Of Ava DuVernay's 'Selma' Playing Andrew Young & Diane Nash". indiewire.com. May 8, 2014. June 6, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  38. Sitat səhvi: Yanlış <ref> teqi; grandrom adlı istinad üçün mətn göstərilməyib
  39. Hoffman, Jordan. "Creed review – new Rocky movie is a split decision". The Guardian. London. 18 November 2015. February 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2020.
  40. "Berlinale 2016: Panorama Celebrates Teddy Award's 30th Anniversary and Announces First Titles in Programme" (Press-reliz). Berlin International Film Festival. December 17, 2015. December 21, 2015 tarixində arxivləşdirilib.
  41. "The last legal form of murder". irishcatholic.com. The Irish Catholic. 1 January 2012. 26 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2020.
  42. Rose, Steve. "Tessa Thompson: I decided not to work until I burned for something". The Guardian. London. 16 February 2008. May 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2020.
  43. Busch, Anita. "Tessa Thompson, Lakeith Stanfield, Steven Yeun To Star In 'Sorry To Bother You'". Deadline Hollywood. June 15, 2017. June 12, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  44. Kroll, Justin. "'Containment' Star Joins Natalie Portman in 'Annihilation' (EXCLUSIVE)". Variety. Penske Business Media. April 29, 2016. June 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  45. Chang, Justin. "Tessa Thompson and Melissa Leo team up in the wan, wobbly dramedy 'Furlough'". Los Angeles Times. 15 March 2018. January 14, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  46. Wiseman, Andreas. "Tribeca-Bound Western 'Little Woods', Starring Tessa Thompson & Lily James, Scores International Sales Deal". Deadline Hollywood. April 12, 2018. June 30, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  47. Grierson, Tim. "Why Janelle Monae's 'Dirty Computer' Film Is a Timely New Sci-Fi Masterpiece". Rolling Stone. June 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  48. Kroll, Justin. "Steven Caple Jr. to Direct 'Creed 2' Starring Michael B. Jordan and Sylvester Stallone (EXCLUSIVE)". Variety (ingilis). December 11, 2017. April 12, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  49. Howard, Annie, "Tessa Thompson Narrates Short Film 'Brave Girl Rising' for International Women's Day", The Hollywood Reporter, March 8, 2019, March 26, 2019 tarixində arxivləşdirilib, İstifadə tarixi: June 28, 2020
  50. Allen, Ben. "All of the cameos in Avengers: Endgame". Radio Times. April 25, 2019. April 25, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  51. Kit, Borys. "Tessa Thompson to Join Chris Hemsworth in 'Men in Black' Spinoff (Exclusive)". The Hollywood Reporter. March 21, 2018. May 23, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  52. Lindsay, Kathryn. "The Between Two Ferns Movie Trailer Has More Celebrities Than The Met Gala". Refinery29. September 3, 2019. October 3, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  53. Sneider, Jeff. "Exclusive: Tessa Thompson to Star in 'Lady and the Tramp' for Disney's Streaming Service". Collider. August 14, 2018. August 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  54. Bitran, Tara. "Tessa Thompson, Nnamdi Asomugha to Star in Period Drama 'Sylvie'". The Hollywood Reporter. Los Angeles, California. February 22, 2019. February 24, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 22, 2019.
  55. N'Duka, Amanda. "Rebecca Hall To Make Directorial Debut With 'Passing'; Tessa Thompson & Ruth Negga Star In Adaptation Of 1920s Novel". Deadline Hollywood. Los Angeles, California. August 6, 2018. December 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 6, 2019.
  56. Grobar, Matt. "'The Listener': Tessa Thompson To Topline Latest Feature From Director Steve Buscemi". Deadline Hollywood. October 12, 2021. October 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 12, 2021.
  57. "Creed 3 Production Begins as Michael B. Jordan is Spotted on Set". MovieWeb (ingilis). 2022-01-20. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.
  58. Glyn Davis; Gary Needham. Queer TV: Theories, Histories, Politics. Routledge. 3 December 2008. 247. ISBN 978-1-134-05855-6. 21 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2022.
  59. 1 2 Robinson, Joanna. "Tessa Thompson on a Decade Defying On-Screen Stereotypes". Vanity Fair. November 1, 2017. November 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  60. Mitchell, Amanda. "34 Actors You Forgot Appeared on 'Grey's Anatomy'". Marie Claire (ingilis). September 6, 2018. August 4, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 27, 2019.
  61. 1 2 3 Eddy, Cheryl. "Tessa Thompson's 11 Best Genre Roles (So Far)". Gizmodo. April 15, 2020. May 24, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  62. Lowry, Brian. "Hidden Palms". Variety (ingilis). Los Angeles, California. May 25, 2007. March 28, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 27, 2019.
  63. "Tessa Thompson: Movies, TV, and Bio". Amazon. May 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  64. 1 2 3 4 5 "Tessa Thompson List of Movies and TV Shows". TV Guide. November 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  65. Byrne, Craig. "Tessa Thompson Joins Betwixt" (ingilis). March 28, 2010. August 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  66. Lang, Perry. "Watch Now: Tessa Thompson in Web Series "Blue Belle" (ingilis). April 20, 2017. August 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  67. Foley, Aaron. "Look for 'Detroit 1-8-7' star Aisha Hinds on BET's 'The Mo'Nique Show' tonight" (ingilis). September 6, 2018. August 4, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 27, 2019.
  68. Sitat səhvi: Yanlış <ref> teqi; copper adlı istinad üçün mətn göstərilməyib
  69. Thompson, Tessa. "Tessa Thompson on Twitter: "This was good fun. This season, BoJack Horseman, episode 5 Thanks @bellefromtblr ✌🏾". Twitter. July 25, 2016. May 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  70. Travers, Ben. "'Portlandia' Season 8: Kath and Dave Highlight the Dos and Don'ts of Escape Rooms — Watch". IndieWire. December 11, 2017. March 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  71. Bradley, Laura. "How Dear White People's Most Mind-Bending Face-Off Came Together". Vanity Fair. June 11, 2018. July 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  72. Miller, Liz; Greene, Steve. "'Tuca and Bertie' Voice Cast Guide: From Tiffany Haddish to Richard E. Grant". IndieWire. May 2, 2019. December 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  73. Chavez, Danette. "Cat's out of the bag—Tessa Thompson is playing Eartha Kitt on tonight's Drunk History". The A.V. Club. July 2, 2019. November 20, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  74. Ramos, Dino-Ray. "'RuPaul's Drag Race All Stars' Sets Ricky Martin, Tessa Thompson, Jane Krakowski And More As Guest Judges; Unveils Season 5 Twist". Deadline Hollywood. May 21, 2020. May 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  75. "Summertime - Variety". variety.com. 17 iyun 2004. 12 mart 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2020. (#invalid_param_val)
  76. "Pera Palas". antaeus.org. 20 dekabr 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2020.
  77. "Tessa Thompson". colonytheatre.org. 17 dekabr 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2020.
  78. Framke, Caroline. "Janelle Monáe doubles down on feminist self-love with her new music video for "Pynk"". Vox (ingilis). 10 aprel 2018. 14 aprel 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018. (#invalid_param_val)
  79. Framke, Caroline. "The video for Jay-Z's "Moonlight" is an all-black Friends remake — until it's not". Vox (ingilis). 4 avqust 2017. 29 Mayıs 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018. (#invalid_param_val)
  80. Grierson, Tim. "Why Janelle Monae's 'Dirty Computer' Film Is a Timely New Sci-Fi Masterpiece". Rolling Stone (ingilis). 27 aprel 2018. 16 iyun 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2018. (#invalid_param_val)
  81. "Beck reveals guest-heavy video for "Uneventful Days", directed by Dev Hynes: Watch". 23 oktyabr 2019. 5 dekabr 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2020. (#invalid_param_val)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]