Əsma Nayman

Fatma Əsma Nayman (1899, İstanbul16 dekabr 1967[1], İstanbul) ― türk müəllim, siyasətçi və tərcüməçi.[2]

Əsma Nayman
Türkiyə Böyük Millət Məclisinin V çağırış deputatı
1 mart 1935 – 27 yanvar 1939
Seçki dairəsiAdana (Seyhan) seçki dairəsi
Şəxsi məlumatlar
Doğum tarixi 1899
Doğum yeri
Vəfat tarixi 16 dekabr 1967(1967-12-16)[1]
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, Türkiyədə qadınların qatıldığı ilk yerli seçkilər olan 1930-cu il yerli seçkilərində Adana bələdiyyə məclisinin üzvü, qadınların iştirak etdiyi ilk parlament seçkisi olan 1935-ci il parlament seçkilərində isə Türkiyə Böyük Millət Məclisinin millət vəkili (deputat) seçilmişdir. 5-ci Türkiyə parlamentində Seyhan (Adana) seçki dairəsinin millət vəkili vəzifəsini icra edən Nayman, Türkiyə parlamentinin ilk 18 qadın deputatından biri idi.[2]

Fatma Əsma Nayman 1899-cu ildə İstanbulda anadan olub. O, Halkalı Ali Kənd Təsərrüfatı Məktəbini (türk. İstanbul Halkalı Yüksek Ziraat Okulu) quran və bu məktəbdə uzun illər dərs deyən Hasip bəyin və Mustafa Naili Paşanın qızı Mələk xanımın beş övladından biridir.

Nayman Fransız məktəbində özəl müəllimlərdən dərs alıb.[3] O, ingilis, fransız və yunan dillərini bilirdi.[4] O, yeddi il Bezmialem qız liseyində fransız dili müəllimi işləyib. Nayman Adanalı vəkil Süleyman Zihni bəylə evlənərək Adanada məskunlaşıb[5] və bir uşağı olub.[3]

1930-cu ildə qəbul edilən Bələdiyyə Qanunu ilə qadınlar bələdiyyə seçkilərində səs vermək və namizəd olmaq hüququ qazandı. Nayman da 1930-cu ildə keçirilən yerli seçkilərdə iştirak etmiş və bələdiyyə məclisinin üzvü seçilmişdir.

Türkiyədə Konstitusiyaya və Seçki Qanununa edilən dəyişiklikdən sonra qadınlara parlamentə seçmək və seçilmək hüququ verildi. Nayman 8 fevral 1935-ci ildə keçirilən ümumi seçkilərə qatıldı və 751 seçicinin (121 qadın, 630 kişi) səsi ilə 5-ci dövr Türkiyə Böyük Millət Məclisinə Seyhandan (Adana) millət vəkili olaraq daxil oldu. Millət vəkili olduğu müddətdə İqtisadiyyat və Maliyyə Komitəsinin üzvü və katibi vəzifələrində çalışıb. O, deputat olduğu müddətdə qanun pozuntusuna yol vermiş uşaq və yetkinlik yaşına çatmayanların islahatı və yetkinlik yaşına çatmayanlarla iş üzrə məhkəmələrlə bağlı məsələləri parlamentin gündəliyinə gətirib.[6]

Nayman 1936-cı ildə keçirilən Üçüncü Türk Dili Qurultayında da katiblik edib, Günəş dil nəzəriyyəsi və Dil Müqayisələri Komissiyasında çalışıb.[7] 1938-ci ildə Cenevrədə Millətlər İttifaqının 19-cu konqresi keçirilmiş və o, assambleyanın iclasında Türkiyəni təmsil edən nümayəndə heyətinin tərkibində iştirak etmişdir.[7]

Nayman 1946-cı ildə siyasi karyerasını tərk etmiş və Anadolu agentliyində fransız və ingilis dillərindən tərcüməçi kimi işləmişdir.

O, deputat olduğu dövrdə İstanbulda keçirilmiş 12-ci Beynəlxalq Qadınlar Konqresində iştirak etmiş və Türkiyənin sülh səyləri haqqında çıxış etmişdir.[4] Nayman, Süreyya Ağaoğlu ilə birlikdə 1952-ci ildə Lahorda keçirilmiş Bütün Pakistan Qadınlar Birliyinin illik toplantısına və yenə həmin ildə Afət İnan, Mualla Anıl, İffət Həlim Oruz, Səbihə Göreyman, Zəfər İncə ilə birlikdə Neapolda keçirilən 16-cı Beynəlxalq Qadınlar Birliyinin Konqresinə qatılıb. Nayman 1959-cu ildə Ankarada yaradılmış Türk Qadınlar Şurasının baş katibi vəzifəsində çalışıb.

Əsma Nayman 1967-ci il dekabrın 7-də 68 yaşında vəfat etmişdir.

  1. 1 2 https://www.tbmm.gov.tr/TBMM_Album/Cilt1/Cilt1.pdf.
  2. 1 2 Duroğlu, Sibel. "Türkiye'de İlk Kadın Milletvekilleri" (PDF). Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü "(Yüksek Lisans Tezi)". 2007: 107–108. 7 Şubat 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 Mart 2016.
  3. 1 2 Konya Öztürk, Didem. "Fatma Esma Nayman (1899-1967)". Atatürk Ansiklopedisi (Türkçe). 28 Haziran 2021. 23 Eylül 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 Ocak 2023.
  4. 1 2 "TBMM Albümü 1. Cilt (1920-1950)" (PDF). TBMM Basın ve Halkla İlişkiler Müdürlüğü. 6 Şubat 2016 tarixində arxivləşdirilib (PDF).
  5. Işık, Şeyda. "TBMM'de kadın parlamenterlerin verdikleri kanun tekliflerinin içerik analizi yöntemiyle incelenmesi". Bolu Abant İzzet Baysal Üniversitesi Sosyal Bilimler Enstitüsü yüksek lisans tezi. 2019. 30 Ocak 2023 tarixində arxivləşdirilib.
  6. "Fatma Esma Nayman'ın Adı Yaşatılsın". Milliyet. 8 Şubat 2015. 30 Ocak 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 Ocak 2023.
  7. 1 2 Konya Öztürk, Didem. "Fatma Esma Nayman (1899-1967)". Atatürk Ansiklopedisi (Türkçe). 28 Haziran 2021. 23 Eylül 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 Ocak 2023.