Tesla Energy — baş ofisi Kaliforniya ştatının Frimont şəhərində yerləşən fotovoltaik sistemlər, batereya enerjisinin saxlanması məhsulları, eləcə də yaşayış, ticarət obyektləri üçün digər əlaqəli məhsul və xidmətlər istehsal edən, satan və quraşdıran avtomobil istehsalçısı Tesla Motors-un törəmə şirkəti.[1][2]
Tesla Energy | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Törəmə müəssisə |
Sənaye | günəş sənayesi[d], batereya sənayesi[d] |
Məhsulları | Günəş paneli |
Təsis tarixi | 30 aprel 2015 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | ▲2,79 milyard ABŞ dolları |
Struktur | |
Ana şirkət | Tesla Motors |
tesla.com/energy |
2021-ci ildə şirkət 2020-ci ilə nisbətən 68% artımla 345 meqavatlıq (MVt) günəş enerji sistemləri istehsal edirdi.[3][4]
Şirkət 30 aprel 2015-ci ildə Tesla Motors-un icraçı direktoru İlon Mask tərəfindən qurulmuşdur. Tesla 2016-cı ilin noyabr ayında SolarCity-ni aldı və Tesla Energy ilə birləşdirdi. [5]